d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və...

192

Transcript of d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və...

Page 1: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini
Page 2: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini
Page 3: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini
Page 4: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini
Page 5: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini
Page 6: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

God Where Are You? by John Bevere, Azeri© 2019 Messenger Internationalwww.MessengerInternational.orgOriginally published in English as God Where Are You?Additional resources in Azeri by John Bevere are available for free down-load at: www.CloudLibrary.org

To contact the author: [email protected]

Allah, Sən Haradasan? Con Bever, Azərbaycan dilində© 2019 Messenger Internationalwww.MessengerInternational.orgOrijinal olaraq Ingilis Dilində “God Where Are You?” olaraq nəşr edilib.Con Beverin Azərbaycan Dilində əlavə vəsaitləri www.CloudLibrary.org saytından pulsuz yükləyə bilərsinizMüəlliflə əlaqə saxlamaq üçün: [email protected]

Page 7: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

MÜNDƏRİCAT

Ön Söz . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .vii

Giriş . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 1

1 “Haradasan?” . . . . . . . . . . . . . . . . . . . . . . . . . .5

2 Yaxşı Əhatə . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .17

3 Zəruri Çöllük . . . . . . . . . . . . . . . . . . . . . . . . .27

4 Münasibət . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .37

5 Yeni Şərab . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .49

6 Səmavi Mükafat . . . . . . . . . . . . . . . . . . . . . . .65

7 Allahın Super Yolu . . . . . . . . . . . . . . . . . . . . .77

8 Sağlam Tik . . . . . . . . . . . . . . . . . . . . . . . . . .93

9 Güc Məşqi . . . . . . . . . . . . . . . . . . . . . . . . . .109

10 Çöllükdə Su . . . . . . . . . . . . . . . . . . . . . . . . .123

11 Rəbbin Yolunu Hazırla . . . . . . . . . . . . . . . . .137

12 Çöllükdə Qələbə . . . . . . . . . . . . . . . . . . . . . .153

Müzakirə Sualları . . . . . . . . . . . . . . . . . . . . . 171

Əlavə . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 177

Page 8: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini
Page 9: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ÖN SÖZ

Həqiqətən, Rəbb Siona və onun xarabalıqlarına təsəlli verəcək.Səhralarını Edenə, çöllərini Rəbbin bağına döndərəcək.Orada sevinc və şadlıq tapacaqlar,Şükürlər, ilahilər oxunacaq.

– Yeşaya 51:3

Mən Yeşaya Kitabını çox sevirəm – o, mənim ən çox sevdiyim Əhdi-Ətiq peyğəmbəridir. Bu ayədə Yeşaya, obrazlı nitqdən istifadə edərək Allahın bizim barsız çöllərimizi həyat bağına çevirməyin həsrətində olduğuna inandırmaq istəyir. Onun Sözləri çöl ərazilərinin quru torparlarının əs-lində bizim kökündən dəyişməyimizin kataLisatoru olduğunu aşkar edir. Bütün o şeylərin uzaqlaşdırılması gələcəkdə nə olacağının vəhyini gətir-mək üçün idi. Bizim Atamız bizi bu hazırlanma müddətindən keçirir ki, bizi vəd olunmuş yerimizə aparıb çıxara bilsin.

Peşmançılıq çöllüklərindən keçərkən yırğalanan məyusluq qumları bizi qüvvədən salmaq üçün hədələyəndə, həyat yoldaşımın yanında yerimək şərəfinə malik olmuşam. Onu dua edərkən, düşünərkən və “Allah, Sən haradasan?!” deyə fəryad edərkən müşahidə etmişəm.

Çox vaxt gecəyə qədər oyaq qalıb harada səhv etmişik deyə düşünərdik. Səhv atdığımız bir addımmı, yoxsa düzəldə biləcəyimiz hansısa bir səhv var idi?

Hər səhər günəş çıxmazdan əvvəl Con dinləmək və bu cavabları almaq üçün bayıra çıxardı.... o ümidlə ki, bu gün aydınlığın olacağı və səhnənin dəyişəcəyi gün olacaqdır. Mən isə həyəcanla onun evə dönüşünü gözləyərdim. Bizim oğullarımız o qayıdana oyanmış olardılar.

“Allahın nəsə dediyini eşitdin?” mən pıçıldayardım.

Page 10: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

viii ÖN SÖZ

Con başını sallayardı. Kədər ürəyimi bürüyərdi və ümidlərimi basardı.

Biz dəli idikmi? Biz heç Allahı eşitmişdik? Bunu necə edə bilərdik? Əgər Allah bizi bu yerdən çıxartsaydı, onda nə üçün O, ümidsizliyimizin içində səssiz idi?

Bəli, mən çöllükdə şikayətləndim. Mənim yeganə peşmançılığım odur ki, kaş indi bildiklərimi o vaxt

biləydim. O mövsümü daha yüngül bir ürəklə və iman dolu addımla atardım. O vaxt mən saflaşdırıldığımı və hazırlaşdırıldığımı bilərdim.

Bununla əlaqədar olaraq mən elə hiss edirəm ki, bu kitab bir giddir və bir çox cəhətdən də bir hədiyyədir. Bu mövsümün dərslərini qəbul et və sonrakı bir səfərdə onlar sənə xidmət edəcək.

Ruhdan düşmə - sən tənha deyilsən. – Lisa BeverNew York Times-ın ən çox satılan müəllifiMessenger International-ın həm təsisçidir.

Page 11: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

GİRİŞ

Bu kitab mənim çöllükdəki səyahətimdən, həmçinin ona bənzər bir çox səfərlərdən bəhs edir. Mən hələ “çatmamışam”, nə də Allahın mənim üçün olan bütün şeylərə nail olmamışam, lakin mənim duam budur ki, bu səhifələrdə sən Allahdakı hədəfinə davam etmək üçün güc və cəsarət tapasan.

Mən bunun ətraflı və ya hərşeyi daxil edilən bir dərslik olduğunu iddia etmirəm. Daha çox şey yazıla bilər. Amma bu hesabat mənim qəl-bimdəndir və çöllükdəki mövsümün əsas aspektlərini əhatə edir. Bu ki-tabın məqsədi bu mövzunu sizə təqdim etmək, bu müjdəni sənin həyatına uyğunlaşdırmaq və tətbiq etmək üçün Müqəddəs Ruha yer verməkdir.

Bu kitab çöllüyün nə olub-olmadığını– onun məqsədindən və fay-dalarından bəhs edəcək. Mənim duam budurki, bu misallardan, illüstra-siyalardan və təlimat sözlərindən çöllük mövsümündə necə müdrik yeriməyi öyrənəsən.

Oxuduqca görəcəksən ki, mənim şəxsi misallarımın əksəriyyəti xidmətdəki ilk vəzifələrim dövründə baş verib. Birincisi dörd il yarım Dallas, Texasda pastoruma və onun qonaqlarına xidmət edərkən olmuşdu. Mənim çöllük müddətim bu xidmət mövqeyində ikən son on səkkiz ayda gəldi. İkincisi, Floridada iki il yarımlıq imanlı cəmiyyətində gənclərə pastorluq edərkən baş verdi. Bu vəzifədə olarkən yaşadığım bu çöllük, Dallasdakı çöllük mövsümünü bir seyr səhnəsi kimi etdi. Qəribədir ki, bu intensiv çöllük həmçinin malik olduğum o son on səkkiz ay müddətini də əhatə etmişdi.

Həyatımda başqa çöllük mövsümləri də oldumu? Bəli. Amma onlar gəlib çıxana qədər mən onların nəyi ifadə etdiklərini daha yaxşı başa düşürdüm. Beləliklə, nəticə etibarı ilə, mən davamlı olaraq fəryad etmirdim: “Allah, nə baş verir?” ya da: “Allah, Sən haradasan?!” Ötən mövsümdən nəyin baş verdiyini və düzgün reaksiyanın nə olduğunu

Page 12: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

2 ALLAH, SƏN HARADASAN?!

bilməyimi yetərincə öyrənmişdim.Mən bu mövsümdə olan saysız-hesabsız kişi və qadınlarla söhbət

etmişəm. Söhbətlərimizdə adətən çaşqınlıq və dilxorluq haqqında eşidirəm. Bir çoxları nə baş verdiyindən xəbərsizdirlər. Sözün düzü, mənim həyat yoldaşım Lisa və mən bu yaxında bu mövzu üzərində bir podkəst (internet üzərindən audio fayl) etdik və bu mövzuya olan cavablar indiyə qədər aldığımız ən gözəl cavablar idi. Bu, mənim ilk yazdığım, ilk olaraq Çöllükdə Qələbə kimi nəşr etdiyim kitabıma yenidən nəzər salmağıma səbəb oldu.

Mən o kitabı təqribən otuz il əvvəl yazmışam. Onu yenidən diqqətlə oxuyaraq, dərk etdim ki, o, ən çox 1980-ci illərin sonları və 1990-cı illərin əvvəli üçün daha uyğun bir peyğəmbərlik müjdəsi idi. Beləliklə, mənim redaktorum və mən bir parça zamansız həqiqətləri kitabdan çıxardım, son otuz ildə toplanmış çox sayda görüşlər əlavə etdik və tamamilə yenidən yazdıq. Beləliklə, bu, yenilənmiş və düzəldilmiş bir kitab deyil, daha doğrusu təzə, yeni bir müjdədir. İnanıram ki, əlində tutduğun bu kitab həm indi və həm də gələcək nəsillərdə bu mühüm mövsümü idarə etmək üçün insanlara kömək olacaq zamansız bir müjdədir.

Bizə deyilib: “Hər şeyin öz vaxtı var, göylər altında hər işin öz vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini başa düşmək çox vacibdir. Çox maraqlı olardı, əgər adam öz qış tulumunu geyinərək daxili liftə minsin və snoubord təchizatı ilə dağa getsin və daxili liftdən çıxarkən üzü üstə yerə yıxılsın. Nə üçün? Çünki yaydı və heç qar yoxdu! Onun hərəkətləri qış ayı üçün faydalıdır, amma hazırki mövsümdə zərərlidir.

Bu kitabda mənim niyyətim bu budamaq və qüvvətləndirmək mövsümünün əhəmiyyətini başa düşməyi paylaşmaqdır. Onun məqsədi: hazırlamaqdır. Mənim xidmətlə bağlı çox müzakirə etdiyimi tez müşa-hidə edəcəksən. Bizim hamımız çağırılmışıq, bəzilərimiz bazar yerinə, bəzilərimiz təhlis ocağına, bəzilərimiz səhiyyəyə, bəzilərimiz dövlətə və siyahı davam edir. Mənim çağırışım beşqat xidmətdir, buna görə də

Page 13: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

GİRİŞ 3

mənim hekayələrim bunu əks etdirir. Buna baxmayaraq, prinsiplər Al-lahın səni çağırdığı hər hansı sahə üçün tətbiq edilir. Bazar yerlərində olanlar da Müjdə xidmətçiləri qədər öz çağırışları üçün hazırlanma vax-tına ehtiyacları var. Bu da həyatın bütün sahələri üçün doğrudur.

Başqa bir detal: “Sənin Səyahətin Üçün Yaşamaq Məsləhətləri” adlı kitabımda bəzi bonus məzmunlar əlavə etmişəm. Bunlar qısa, müstəqil anlayışlar və ruhlandırma sözləri sənin çöllükdəki vaxtını mümkün qədər səmərəli etmək üçün uyğundur. Mənim ümidim budur ki, sənin də mənim kimi mövsümün cahilliyindən əzab çəkməyəcəyinə və tək ehtiyaclarını qarşılayan Onu izləməyində davam etməyə ruhlanacağına bu müjdə aydınqlıq gətirsin.

Səmimiyyətlə, Con Bever Yanvar 2019

Page 14: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini
Page 15: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

1

“HARADASAN?”

Biz quraqlıqdan və tənhalıqdan müvazinətlə əzab çəkəndə,Allaha olan sevgimizi nümayiş edirik;amma O,öz gözəl hüzuru ilə zühur edəndəbizə olan sevgisini nümayiş etdirir.

– Madam Guyon/Jeanne-Marie Bouvier de la Motte-Guyon

Şərqə getsəm, Allah orada deyil,Qərbə getsəm, Onu tapa bilmirəm.O, şimalda işləsə, gözüm seçməz,Cənuba dönsə, Onu görə bilmərəm.

– Əyyub 23:8-9

Page 16: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

6 ALLAH, SƏN HARADASAN?!

Mən hamıya qəzəbli idim. Və səbəbinin nə olduğunu bilmirdim. Sanki heç bir şey düz getmirdi. Böyük oğlumuz Addison on səkkiz aylıq idi, onunla çox

səbirsiz idim. Həyat yoldaşım Lisanın üstünə qışqırırdım. Pastorumdan xəyal qırıqlığına uğramışdım. Birgə işlədiyim adamlardan məyus idim. Əgər bu haqda səmimi olsam, çox güman ki, Allahdan da məyus

idim və incimişdim. Mən ağlayıb-sızlayırdım: “Sən nə edirsən?”“Nə üçün həyatımda hərəkət etmirsən?”“Nə üçün mənim üçün olan vədlərin yerinə yetmir?”“Hər şey nə üçün bu qədər səhvdir?”“Nə üçün mənimlə danışmırsan?”Mən bu axmaq şikayəti təkrar-təkrar edirdim: “Sən haradasan?”Heç səninlə belə olubmu ki, Rəbbi özünə o qədər yaxın hiss etmisən

ki, sənə yalnız Onun adını pıçıldamaq qalır və O dərhal orada olur və dərhal cavab verir?

Amma sonra da vaxt gəlir ki, Ona bir-birinin ardınca xəbər göndərirsən və heç bir cavab almırsan. Elə görünürdü ki, sanki O,sənin həyatından yoxa çıxmışdı. Bəlkə sən indi belə vəziyyətdəsən və sənin səssizliyə çığırmaq istədiyin sualın mənim bir vaxtlar mənim verdiyim sualla eynidir: “Allah, Sən haradasan?!”

Page 17: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

“HARADASAN?” 7

Mən çöllükdə idim, amma bunu bilmirdim. Mən Dallas, Texasda yaşayırdım və Allah tərəfindən unudulmuş yaxşı bir İsa ardıcılı olduğumu fikirləşirdim. Gənc məsihçi olaraq məncə bu çöllüyə olan ilk həqiqi səfərim idi.

Bu vaxta qədər mənim etməli olduğum tək şey Rəbbi çağırmaq idi və Rəbb həmin an mənə cavab verərdi. Onun ən cüzi istəklərimə belə, dərhal cavab verdiyini xatırlayıram. Onun hüzuru çox yaxın, aşkar və güclü idi. İndi isə mən nə baş verdiyindən baş aça bilmirdim. Dizlərim üstə idim, günbəgün “Allah, nə baş verir?” deyə fəryad edirdim. Sanki Sən milyonlarca kilometrələr qədər uzaqdasan!”

Mən öz həyatımı gözdən keçirməyə və soruşmağa başladım: “Görəsən mən hansı dəhşətli günahı etmişəm?”

Deməli, həqiqət əlbəttə o idi ki, yer üzərindəki hər bir şəxs kimi, mən də vaxtaşırı günah işlədirdim, lakin həmçinin tez də tövbə edir və İsadan bağışlamasını diləyirdim. Bildiyim qədər həyatımda hər hansı davamlı, bilərəkdən işlətdiyim günah yox idi.

“Allah, nə üçün mənimlə artıq danışmırsan?” Quru bir gündə bir-birinin ardınca soruşdum.

Əlbəttə ki, mən Müqəddəs Kitabdakı böyük şəxs Əyyubla bir səviyyədə deyildim, amma məndə də oxşar reaksiyalar var idi. Əyyubun o qəribə görünən sözlərini indi başa düşürdüm. Ayələrin bəziləri çöllükdə tərk edilmə kimi görünən bu hissləri o qədər gözəl ifadə edirdi ki:

Şərqə getsəm, Allah orada deyil, Qərbə getsəm, Onu tapa bilmirəm. O, şimalda işləsə, gözüm seçməz, Cənuba dönsə, Onu görə bilmərəm (Əyyub 23:8-9).

Mən dua etməyə davam etdim, amma göylər mis kimi görünürdü.Sonra Rəbb mənə göstərdi ki, məsihçi həyatının bir uşağın necə

böyüməsi kimi məsəlləri var. Mən ruhən körpə kimi idim, amma artıq

Page 18: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

8 ALLAH, SƏN HARADASAN?!

yeni mərhələyə irəliləyirdim. O vaxt gözümün önündə çox gözəl təbii bir nümunə var idi. Addison təqribən on səkkiz aylıq idi. Lisa çox gözəl ana idi, beləliklə, Addison ağlayıb-sızlayırdı, Lisa isə onun qayğısına qa-lmaq üçün həmişə yanında idi. Bir göz qırpımında o, anasının qollarında olacaq, süd əmərək qidadan və təsəllidən həzz alacaq.

Lakin sonra Addison hər bir uşaq kimi, yetişkənliyə doğru böyüməyə ehtiyacı var idi. Bizim bütün oğlanlarımız kimi – bizim dörd oğlumuz var – o vaxt gəlib çatdı ki, artıq özləri-özlərini yedizdirməli idilər. Ah, nə qədər tör-töküntü– sən bunu görmüsən! Onlar yeməyə çalışırlar və yeməyin yarısı masanın üzərində, yarısı da yerdə olur.

Uşaqlar keçmişdəki kimi onları yedizdirmədiyin üçün çox qəzəblənirlər, amma sənin etdiyin şey məsuliyyətli bir ana, yaxud atanın etdiyi şeydir. Bizim oğullarımız yeməyi ətrafa atanda, müdaxilə etmək və özümüz yedizdirmək istəyirdik, amma belə etməklə onların da inkişafının qarşını alacağımızı bilirdik. Biz oğullarımızın böyümələrinə izin verirdik. Sözsüz ki, onlardan heç birini on səkkiz yaşına qədər qaşıqla yedizdirmək istəmirdik!

Körpələr böyüdükcə, onların qəbul etdikləri kömək səviyyəsi böyüməni və inkişafı dəstəkləmək üçün dəyişir. Allah da bizimlə bu cür şey edir ki, biz ruhən inkişaf edə bilək və yetkinləşək. Biz təzəcə yenidən doğulanda və Onun Ruhu ilə dolanda, O, bir müddət bizim hər bir fəryadımızda Özünü göstərir. Lakin sonra, vaxt keçdikcə və çox ümidvaram ki, biz sadəcə süd istəmək vəziyyətindən çıxmışıq (İbranilərə 5:12) – O, böyüməyimiz və yetişkin olmağımıza kömək etmək üçün hər bir çağırışımıza dərhal cavab vermədiyi belə vaxtlardan keçməyimizə bizə izin verir.

Rəbb ruhən böyümə hər bir şəxsin uşaqlıqdan yetişkinliyə təcrübədən keçirməli olduğu bir şey olduğunu başa düşməyimə kömək edəndə, mən daha çox düşünməyə başladım və fikirləşirdim:Mən səhv idim? Mənim yaşadığım bu şey Rəbbdən bir cəzadır? Bu mümkündürki, Rəbb məni nə isə öyrənmək – İsanın ardınca getmək və Ona xidmət etmək üçün daha yaxşı təzcih olunmaq üçün çöllüyə gətirib?

Page 19: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

“HARADASAN?” 9

Sonra xatırladım ki, İsa ilə də eyni şey baş vermişdi. Vəftizçi Yəhya Onu vəftiz edəndən və Atası Onu mədh edəndən dərhal sonra İsa Müqəddəs Ruhla çöllüyə götürüldü. O töhmətləndirilmirdi və heç bir günah işlətmədiyi dəqiqdir.

Beləliklə, mənim qəzəbli vaxtlarımda, nəhayət, bu fikir mənə çatdı: Deməli, bəlkə bu çöllük təcrübəsi heç də mənim şişirtdiyim qədər dəhşətli deyil?

Çöllük Qavrayışı

Əgər biz İsa kimi olmalıyıqsa, bizim xarakterimiz inkişaf etməlidir. Bunun da böyük ölçüdə baş verməsi üçün çöllük Allahın seçdiyi yerdir. Biz adətən orda olarkən, Allah bizdən çox uzaqda və Onun vədlərinin də boş olduğu kimi görünür. Lakin bu, sadəcə belə hiss olunur və həqiqət deyil. Əslində O, çox yaxındır, çünki bizi heç vaxt tərk etməyəcinə söz verib (İbranilərə 13:5).

Çöllük, öz xəyalların və Onun sənə bir vaxtlar verdiyi vədlərin əks istiqamətində gedirmiş kimi göründüyü bir vaxtdır. Çöllükdə sən heç bir ruhani böyüməni və inkişafı hiss etmirsən. Sözün düzü, sən tənəzzülə uğradığını hiss edə bilərsən. Onun hüzuru çoxalmaq əvəzinə azalırmış kimi hiss edilir. Sən hətta özünü sevilməyən və rədd edilmiş kimi də hiss edə bilərsən. Amma əslində elə deyil.

Həqiqətən, çöllük əsl Məsih ardıcılları üçün adi bir təyinat yeridir –ora səyahət edəndə özünü çox tənha hiss edə biləcəyinə baxmayaraq. Həqiqət odur ki, çöllük hər bir Allahın övladı üçün lazımi təyinat yeridir. Sözün düzü, İsanın şagirdi olaraq sağlam yetkinliyə doğru inkişaf etmək üçün sən bir neçə dəfə çöllükdən keçməlisən.

Kaş sənə deyə bilmə imkanım olardı ki, Google Xəritədə qısa yolu seç və ya, bu boş yerin ətrafında fırlan, amma belə bir yol yoxdur. Və, mənim dostum, bu yaxşı bir şeydir, çünki çöllükdən keçən yol, əgər vəd olunmuş torpağa getmək istəyiriksə, bizim bu vaxtı və ya mövsümü qəbul etməyimiz zəruridir!

Page 20: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

10 ALLAH, SƏN HARADASAN?!

Çöllük Nədir?

Çox şükür ki, bizim əksəriyyətimiz, çox az su və bir sığınacaq tapmağın çətin olduğu həqiqi səhralıq kimi boş ərazidə fiziki olaraq həyatda qalmaq məcburiyyətində olmayıb. Gündüzlər çox isti, gecələr soyuq, biz də tənha, susuz və acıq. Bundan əlavə, biz azmışıq və yolumuzu necə tapa biləcəyimizi bilmirik. Ola bilsin ki, belə bir təcrübəni yaşamamışıq, amma bizdə çöllüyün emosiyaları olub. Bu kitabda mən öz şəxsi çöllük səyahətlərimdən əsas hadisələri bölüşəcəyəm – mənim başıma çox gəlibdir və biri də olsun, piknik deyildi!

Xoş xəbər odur ki, əgər biz Allaha itaət etməyə can atırıqsa, çöllük neqativ bir vaxt olmamalıdır. Bilirəm, bu məntiqsiz səslənir, amma çöllüyün məqsədi tamamilə pozitivdir: Onun Ruhunun hərəkəti üçün bizi təlimləndirmək, saflaşdırmaq, qüvvətləndirmək və hazırlamaqdır ki, bu da bizim daha bəhrəli olmağımızla nəticələnəcək.

Çöllüyə bilmədən daxil olanda insanların bir çoxu təşvişə düşür və müdriksiz hərəkət edirlər. Onlar başa düşmədən düz olmayan şeyləri axtarır və edirlər. Buna misal karyerada radikal dəyişiklik və ya bir kilsədən digərinə keçməkdir. Yəni onlara xoşbətlik gətirəcəyini, ya da normal olanı bərpa edəcəyini düşündükləri həyatlarında olan hər hansı qəti bir qərar. Subay adam üçün bu, acı bir ayrılıqdan sonra yeni bir münasibətə tullanmaq ola bilər.

Əgər sən Allahın səni bu xüsusi quru vəziyyətə nə üçün qoyduğunu başa düşməmişdən əvvəl çıxış yolu axtarsan, onda öz çöllükdəki vaxtını bilmədən uzatmış olacaqsan. Bu, daha çox çətinliklərə, məyusluqlara və hətta məğlubiyyətə səbəb ola bilər, çünki sən nə mövsümü, nə də Allahın səni gətirdiyi yeri başa düşmürsən.

İsrail xalqının da qırx il çöllükdə olarkən başına gələn bu idi. Onlarla nəyin baş verdiyindən heç bir anlayışları olmaması bütün bir nəslin Vəd olunmuş torpağa yaramadıqlarına səbəb oldu. Necə də faciəvidir! Allahın onları çöllüyə götürməsinin məqsədi Öz ilahi vədlərini - yeni vətənlərini zəbt etmək və ələ keçirməkdən ötrü onları güclü döyüşçülər olmaq üçün

Page 21: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

“HARADASAN?” 11

sınamaq, öyrətmək və hazırlamaq idi. Amma əksinə, İsrail övladları çöllüyü səhv başa düşdülər; beləliklə, onlar gileyləndilər, şikayət etdilər və davamlı olaraq şəhvət etdilər.

Onların casusları geri qayıdanda və kəşfiyyatçılar təlimatları verdikdən sonra çöllüyü tərk edib Vəd olunmuş Torpağı zəbt edib, ələ keçirməyin vaxtı gəlib çatanda, xalq gileylənənlərin və şikayət edənlərin pis xəbərlərini eşitdi. Allahın vədi qabiliyyət və insan qavrayışı və qabiliyyətsizliyi arasında seçim verilərkən onlar Allahı seçmək əvəzinə insan inanmağı seçdilər. Onlar məğlub olacaqları, süd və bal axan torpaqları əldə etməyəcəkləri yalanına inandılar. Onların Allahın təbiətinə və xarakerinə olan nadanlığı xaincəsinə davranmalarına səbəb oldu.

Beləliklə, Allah o qədər “Yaxşı, qoy sizin istədiyiniz kimi olsun” dedi ki. Bir illik qısa bir çöllük səyahəti ola biləcək şey həyat boyu bir təcrübəyə döndü.

Ufff! Sən və mən öz xülasımızda belə bir qərar istəmirik! Amma onların səhvlərindən öyrənə bilərik, həvari Paulun qeyd etdiyi kimi: “Bu hadisələr ibrət dərsi olub onların başına gəldi və bu dövrün sonuna çatan bizim üçün öyüd-nəsihət kimi yazılıb” (1 Korinflilərə 10:11).

Əgər çöllüyə daxil olduğumuzu dərk etdiyimizi öyrənə bilsək, dişlərimizi qıcıtmaq və deyinmək əvəzinə bu yerin qarşısında yeni yetkinliyin, gücün, xeyir-duaların, imkanların və yeni vədlərin “vəd edilmiş torpağı” olduğunu bilərək minnətdar ola bilərik. Məgər bu çətin vaxtları heç o qədər də çətin etməzmi? Onda biz bunu yazan Yaqubla razılaşırıq:

Müxtəlif sınaqlarla üzləşəndə bunu böyük bir sevinc hesab edin… Dözüm də öz əməlini kamil etsin ki, siz yetkin və kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın.

(Yaqub 1:2,4)

Page 22: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

12 ALLAH, SƏN HARADASAN?!

Çöllüyə Təşrif Etmək O Deməkdir Ki, Mən Həqiqətən Bərbadam?

Yaxşı sualdı! Bu, bizim çoxumuza məntiqli gəlir, çöllük mövsümündə olanda

soruşuruq: “Mən nə səhv etmişəm? Necə oldu mən Allahı bu qədər narazı saldım?” Bu, çöllüyün mənasının və məqsədinin düzgün olmayan şəkildə başa düşülməsidir.

Müqəddəs Kitabda və tarix boyu kişilər və qadınlar çöllüyün

Səyahətin Üçün Sağ Qalmaq Üzrə Tövsiyələr

#1 Vaxtını Anla

Əksəriyyətimiz çöllükdən təəccüblənirik. Allah çox yaxşıdır və biz Onun xeyir-dualarına, hüzuruna və vədlərinə öyrəşərək böyüyürük. Biz yaxşı vaxtların heç vaxt bitməyəcəyinə ümid edirik. Amma bir gün nə isə dəyişdiyini dərk edirik. Beləliklə, panikaya düşmək yerinə, geri addım atmaq və biraz perspektiv əldə etmək lazımdır. Sən nə yaşadığını başa düşməlisən, çünki əgər mövsümü və harada olduğunu başa düşməsən, onda düzgün olmayan şəkildə reaksiya verəcəksən.

Bu, cənubi Florida iqlimindən şimali Kanadaya keçmək kimi olacaq. Qış gələndə və termometr mənfi dərəcələrə enəndə, harada olduğunu bilmək yaxşıdır, yoxsa bayıra paltosuz çıxarsan!

Eyni şey çöllüyə də aiddir. Əgər sən işarənin səmərəsiz yerdə qalma siqnalı olduğuna fikir verməsən, onda çox sayda xəyal qı-rıqlığı yaşaya və hətta çox ağır səhvə yol aça bilərsən. Əhdi-Ətiqdə oxuyuruq ki, İssakarın oğulları “dövrün vəziyyətinə görə İsrailə nə etmək lazım gəldiyini bilən adamlar” idilər (1 Salnamələr 12:32).

Sən çöllükdə olan vaxtını başa düşəndə nə etmək lazım oldu-ğunu da biləcəksən.

Page 23: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

“HARADASAN?” 13

onların Allahdakı taleləri üçün hazırlıq müddəti olduğunu qəbul ediblər. Beləliklə, çöllük Allahın rədd etməsi deyil, əksinə Onun hazırlamaq yeridir.

Fikirləşirəm ki, pis seçimlərin nəticəsi olaraq quru yerdə sonlanmaq əlbəttə mümkündür. Həqiqət odur ki, biz İsaya bənzəməkdə nə qədər yol qət etdiyimizin dəxli yoxdur, bizim hələ azad olacağımız günahımız və günaha batmaq üçün də potensialımız var. Buna görə də, çox pis bir qərar, ya da çox da yaxşı olmayan seçimlər silsilələri bizi xəndəyə ata biləcəyi mümkündür.

Lakin həqiqət budur: Bizim bağışlayan Allahımız və zəifliklərimizi başa düşən böyük Baş Kahinimiz var. Beləliklə, xəndəkdən çıxmağın ilk addımı və ya bəlkə də, özünə zərbə endirməyin çöllüyünün çıxışına doğru irəliləmək sevən Atamıza getmək və bunu deməkdir: “Atacan, mən _____________ (boşluğu doldur) günah işlətmişəm. Xahiş edirəm, məni bağışla. Mən bu günahdan tövbə edirəm və indi Sənin lütfünlə mən başqa cür yaşayacağam”.

Beləliklə, mənim dediyim odur ki, sən bəzi günahlara görə həyatında bəhrəsiz çöllükdə olsanda, Rəblə aranı düzəlt və Onun sənə nə öyrətmək istədiyini yerinə yetirməsinə izin ver və davam et –ümidvaram ki, çöllükdən daha tez çıxarsan. Əlbəttə ki, zamanlama Onun işidir; Zəbur tərənnümçüsü yazır: “Mənim hər anım Sənin əlindədir” (Zəbur 31:15). Bütün bunları deməyə baxmayaraq, çox güman ki, sən çöllükdəsən, çünki Allah sənin məhz indi orada olmağını istəyir. Bu çətinliklərin olduğu yerə gəlməyində sən heç bir günah işlətməmisən. Bilirəm, bəzi tərəfdən bu, bu təcrübə ilə keçinmək də daha ağır edir. Bu kitabı yazmağımın səbəblərindən biri də budur – Allahın səhraya olan baxışını anlamaq və bunu bizim böyüməyimiz və daha çox İsaya bənzəməyimiz üçün istifadə etmək istədiyini başa düşməyimizə kömək etməkdir!

Başa düşməniz lazım olan digər məsələ odur ki, Allah, səni şeytanın qurğularına tərk etmək və səni unutmaq üçün səhralığa gətirmədi. Çıxışın ikinci nəsil övladları Vəd olunmuş Torpağa daxil olmazdan əvvəl Allah onlara xatırlatdı:

Page 24: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

14 ALLAH, SƏN HARADASAN?!

Allahınız Rəbbin sizi qırx il səhrada gəzdirdiyi uzun səyahəti yada salın.

Bunu ona görə etdi ki, təkəbbürünüzü qırsın və sizi sınaqdan keçirərək ürəyinizdəkini öyrənsin; görsün ki, siz Onun əmrlərinə əməl edəcəksiniz ya yox (Qanunun Təkrarı 8:2).

Beləliklə, baxmayaraq ki, İsraillilər həqiqətən də günah işlətmişdilər və öz axmaqlıqlarına, naşükürlüklərinə və üsyankarlıqlarına görə səhralıqda yollarını çox azmışdılar – Allah bütün bunları xeyirə sevirməyə hazırlaşırdı! O həmişə belə edir – buna görə mən çox şadam! Səndə şadsan?

Səhv məlumat alma –biz səhralıqda olduğumuza görə Rəbb həyatımızda işləməyi dayandırmır. O, bizi oradan keçirir; biz oradan heç vaxt Onsuz keçə bilməzdik. Bundan əlavə, o elə bir yer deyil ki, O bizi istifadə etmək istəyi olana qədər rəfdə bir köşəyə qoyur. Bizim şəfqətli Atamız belə işləmir. Əksinə, o yer və vaxt müddətində O daha güclü işləyir.

Sən bu ifadəni eşitmiş ola bilərsən: “Ağacların arxasındakı meşəni görə bilmirsən”. Bəli, səhralıq da buna çox bənzərdir – səhralığın içində olanda Allahın hərəkət etməsini görmək çətindir.

Əsas həqiqət aydın şəkildə bəyan edilməlidir: səhralıq məğlubiyyət yeri deyil, ən azı, Allaha itaət edənlər üçün deyil. İsa, aclıqdan zəif düşmüşkən, etibar etmək, ya da dəstək almaq üçün və heç bir fiziki təsəlli və ya fövqəltəbii təzahür olmadan səhralıqda qırx gün iblis tərəfindən hücuma məruz qaldı. İsa Rəbbin Sözü ilə onu məğlub etdi! Səhralıq Allahın övladlarının məğlub olduğu bir yer deyil: “Bizi həmişə Məsihin zəfər təntənəsində addımladan…Allaha şükür olsun!” (2 Korinflilərə 2:14).

İsrail xalqı müvəqqəti olaraq səhralıqda qalanda onlar o ərazidə yaşayan xalqlar tərəfindən sıxışdırılırdı. Rəbb İsrail xalqına onlara qarşı müqavimət göstərmələrini dedi. İsrail xalqı Ammonluları (Saylar 21:21-25), Midyanlıları (Saylar 31:1-11) və Başan xalqını (Saylar 21:33-35)

Page 25: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

“HARADASAN?” 15

məğlub etdi. Əgər Allahın məqsədi onların məğlubiyyət yaşamaları idisə, onda onlara öz mövqelərini müdafiə etmələrini deməzdi. Həmçinin, baxmayaraq ki, məğlubiyyət nəzərdə tutulmasa da, əksəriyyəti Vəd olunmuş Torpağa daxil olmadan öldü. Bu, Allahın arzu etmədiyi hal idi, lakin bu, onların itaətsizliyinin kədərli bir nəticəsi idi.

Ümid edirəm ki, bu, sənin ürəyinə səhralığın arxasındakı səbəbin Allahın bəyənməməsi, ya da cəzasının olmamasını həkk edir. Həm də səhralıq nə Allahın səni tərk etdiyi və nə də səni unutduğu bir yer deyil. Nə də bizim uzandığımız və məğlubiyyəti qəbul etdiyimiz bir yer deyil!

Allah Yaxşı Bir Şey Etmək Üzrədir!

Səhralıq əlamətlər, xeyir-dualar, bolluq və ya möcüzələr axtarmaq deyil, lakin səndə xarakter və güc yaradacaq Allahın ürəyini axtarmaq vaxtıdır. Bu, xəyalı və ya görüntünü qorumağın vaxtıdır. Əks təqdirdə, ürəklərimizdə aydın bir vəd görünüşü olmadan, bu zaman ruhdan düşmə kimi görünə və deyinməyə şərait yarada bilər.

Əgər həyatdakı mövqeyini dərk etmisənsə, bu, sənin həyatına perspektiv gətirə bilər. Onda sən Allahın toxunuşunu hiss etməsən belə, Onun əlini görə bilərsən. Bu zaman Ona olan sevginin “O, mənə faydalı olan nə edəcək?”dən daha yetkinləşir və “O məndən nə istəyir?”ə çevrilir.

Daha əvvəl mən müqəddəs Əyyubun ifadə etdiyi məyusluğa toxundum; o, Allahın etdiklərini necə dərk edə bilmirdi. Haraya üz tutduğunun fərqi yoxdur, o, Allahı tapa bilmirdi! Əgər bu, Əyyubun təhlilinin sonu olsaydı, onda əsl bəxti gətirməyən olardı. Lakin Əyyub ümidsizliyə qapılmadı və bu iman və ümid sözlərini irəli sürdü:

“Amma tutduğum yolu O tanıyır, Məni sınayan zaman qızıl kimi çıxaram” (Əyyub 23:10).

Necə də zəhmli bir fikir! Biz Allahın bizi hara götürdüyünü başa düşməyə çox çalışsaq da, O, yolu bilir. Biz Ona tamamilə etibar edə

Page 26: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

16 ALLAH, SƏN HARADASAN?!

bilərik, çünki həvari Paulun yazdığı kimi: “Əminəm ki, sizdə xeyirli işə başlayan Allah Məsih İsanın zühur edəcəyi günədək bunu başa çatdıracaq” (Filipililərə 1:6).

Biz də bunun həqiqət olduğunu bilirik... səhralıq da belə.

Page 27: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

2

YAXŞI ƏHATƏ

Məsihçilər olaraq bəlaların fırtınası ilə üzləşsələr də, onlar daha çox gözəlliklə yüksələ bilərlər. Onlar dağın qılıncında böyüyən ağaclar kimidilər – küləklər tərəfindən vurulurlar, amma ən güclü taxtası olan ağaclar da onlardır.

– Billi Qraham

İsa Müqəddəs Ruhla dolaraq … Ruh tərəfindən səhraya aparıldı.

– Luka 4:1

Page 28: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

18 ALLAH, SƏN HARADASAN?!

Səhraya xoş gəldin! Belə ruhlandırıcı bir salamlaşmaya təəccübləndin? Əslində, biz ruhani səhralıqda biraz vaxt keçirməyin yaxşı bir şey olduğunu gözləmirik, amma sən bilməlisən ki, bizim

sevimli Atamızın belə bir yer üçün yüksək hörməti var və sən yaxşı əhatədəsən.

Əgər iman səyahətində səhralığın baş çəkməmək üçün yaxşı bir yer olduğunu düşünürsənsə, yenidən düşünməyə çağırıram! Həqiqət odur ki, hətta səhralıqda belə, biz saysız-hesabsız müqəddəslərin – burada əhəmiyyətli vaxt keçirən hətta Allahın Oğlunun da ayaq izlərini tapırıq.

Başqa sözlərlə desək, səhralığa gedəndə biz yaxşı əhatədə oluruq… və tək olmuruq.

Xahiş edirəm, tez-tez məşhurlardan bəhs etdiyimə görə məni ittiham etməyin, amma səhralıqda yaşayanların siyahısı kifayət qədər təsirlidir.

Əlbəttə, mən Müqəddəs Kitabın “şərqdə yaşayanlar arasında ən varlı adam sayılırdı” (Əyyub 1:3) təsvir etdiyi Əyyubu artıq qeyd etmişəm. O, hər şeyi – mülkünü, övladlarını, sağlamlığını, həyat yoldaşının dəstəyini itirdi. Cah-calallı, saleh insan olan Əyyub həmçinin yaxın dostları tərəfindən gizli günahlarına görə də ittiham edildi. Əyyub öz səhralığında o qədər ruhdan düşmdüşdü ki, o, doğulmasaydı daha yaxşı olardı dedi.

Səhralıqda sən Ur şəhərində rahat bir həyat sürən zəngin İbrahimin Allah tərəfindən hər şeyini atıb vəd olunmuş yeni torpaq tapmağa başlaması üçün tərk etməsini istədiyi İbrahimin yeridiyi yerdə yeriyirsən.

Page 29: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

YAXŞI ƏHATƏ 19

Və Sara da addımbaaddım onunla birlikdə idi! Onların səyahətlərinin çox hissəsi səhralıqlarda keçib.

Musa da səhralıqla çox yaxından tanış idi. O, Fironun sarayında şahzadə olaraq böyüdü, lakin bir Misirlini öldürdürkən sonra səhranın arxa tərəfində, qırx il qoyunlara baxaraq keçirdi ki, bu da Allahın Özünü Musaya yanan kolda aşkar etdiyi yer idi:

Musa qayınatası Midyan kahini Yetronun sürüsünü otarırdı. Bir dəfə o, sürünü səhranın o biri tərəfinə aparıb Allahın dağı Xorevə gəldi. Birdən Rəbbin mələyi ona bir kol arasından od-alov içərisində göründü; od içində kolun sönmədən yanmasını görüb Musa öz-özünə dedi: «Gedim, bu qəribə mənzərəyə baxım, görüm nə üçün bu kol yanıb qurtarmır».

Rəbb Musanın baxmağa gəldiyini görəndə Allah kolun ortasından onu çağırıb dedi: «Musa, Musa!» O da «mən buradayam» dedi (Çıxış 3:1-4).

Sonra, bildiyimiz kimi, Musa Misirə geri qayıtdı və öz xalqını Misirdən, əlbəttəki, səhralığa çıxartdı!

Səhralıqda sən öz qardaşları tərəfindən quyuya atılan, sonra isə qul kimi Misirə satılan, atasının sevimli oğlu olan Yusiflə rastlaşırsan. Daha sonra o, işlətmədiyi cinayətə görə zindana atıldı. Orada, Fironun yeraltı zindanında Allah Özünü Yusifə aşkar etdi və o, çörəkçinin və saqinin yuxularını izah etməyə başladı. Bu, özü də bilmədən onu Fironun yuxularını izah etməyə hazırladı.

Sonra Padşah Davud da var. Şamuel peyğəmbərlik etdiki, növbəti padşah o olacaq, ancaq qısa müddətdən sonra Davud mağaralarda yaşayaraq və səhralıqda dolaşaraq taxta hazırlaşmağa başladı. Orada Allah Özünü Davuda onun Çobanı, Qüvvəti, onun Qalxanı, onun Qalası olaraq açdı.

Vəftizçi Yəhya böyük peyğəmbər adlandırıldı – onun atası ona bunu aşkar edən görüntüdən bəhs etmişdi. Lakin Rəbb Özünü Yəhudeyanın səhrasında yaşamaqla nəticələnən, heyvan dəriləri geyinən və həşərat-larla qidalanan Yəhyaya Müqəddəs Kitab məktəbində deyil, səhralıqda açdı. Luka 3:2-3 deyir: “O vaxt çöldə Zəkəriyyənin oğlu Yəhyaya Al-lahın kəlamı nazil oldu. O da İordan çayının ətrafındakı bütün bölgəni dolaşaraq insanların öz günahlarının bağışlanması üçün tövbə edib vəftiz

Page 30: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

20 ALLAH, SƏN HARADASAN?!

olunmasını vəzedirdi”.Həvari Paul üçün Əhdi-Cədidin böyük hissəsi olacaq sirləri Allah

məhz Ərəbistan səhralığında açdı. O yazırki, bu, Allahın məqsədi idi ki “Öz Oğlu ilə bağlı Müjdəni başqa millətlər arasında yayım deyə Onu mənə zahir etməyə razı olanda dərhal insanlarla məsləhətləşmədim. Yerusəlimə, məndən qabaq həvari olanların yanına da getmədim, amma Ərəbistana getdim…” (Qalatiyalılara 1:16-17).

Həvari Yəhya İsa Məsihin Vəhyini qəbul edəndə harada idi?

Əziyyətə, Allahın Padşahlığına və dözümə sizinlə İsada şərik olan mən – qardaşınız YəhyaAllahın kəlamından ötrü və İsa barədə şəhadət etdiyimə görə Patmos adlanan adada idim (Vəhy 1:9).

Patmos boş bir ada –səhra təcrübəsi üçün mükəmməl bir yer idi. Ən əsası isə, sən Öz Atası və Müqəddəs Ruh tərəfindən ictimai olaraq

xeyir-duanı qəbul edən və şeytanın tovlamalarıyla üzləşmək üçün ilahi şəkildə səhralığa göndərilən İsa tərəfindən müşayiət edilirsən.

Mən adətən bunun bir nümunə olduğunu müşahidə etmişəm: Allah, gələcəkdə bizim vasitəmizlə etmək niyyətində olduğu böyük şeyləri bizə göstərir və sonra bizi hazırlamaq üçün birbaşa səhraya göndərir.

Əgər səhralıq böyük müqəddəslər və Rəbbimiz İsa üçün tələb edildisə, onda mən bu ideyanı dəstəkləyə bilərəmki, daha asan bir yolun olmasını arzu etməyimə baxmayaraq, səhrada biraz vaxt keçirmək mənim üçün yaxşı olacaq. Səhra, Allahın bizi sınadığı, təvazökarlaşdırdığı, qüvvətləndirdiyi və saflaşdırdığı yerdir. Burada O, bizdə ilahi xarakteri formalaşdırır. Bu, gələcəkdə Onun Padşahlığında səmərəli iş üçün təməl hazırlığıdır.

Səhra haqqında ən həyəcanlı şey odur ki, bura Allahın Özünü yeni yollarla aşkar etdiyi yerdir! Peyğəmbər Yeşaya yazır:

Həqiqətən, Rəbb Siona və onun xarabalıqlarına təsəlli verəcək. Səhralarını Edenə, çöllərini Rəbbin bağına döndərəcək. Orada sevinc və şadlıq tapacaqlar, Şükürlər, ilahilər oxunacaq (Yeşaya 51:3).

Page 31: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

YAXŞI ƏHATƏ 21

Səyahətin Üçün Sağ Qalmaq Üzrə Tövsiyələr

#2 Özünü Nə Qədər Tənha Hiss Etsən də, Allah Oradadır

Tez-tez əhəmiyyətli səhra təcrübəsi tamamilə Allahın olmaması kimi hiss edilir! Onun hüzurunu ən çox hiss etməyə ehtiyacın olduğu anda, O, milyon kilometrələr qədər uzaqda hiss olunur.

Allahın hüzurunun iki təzahürünü başa düşməyin vacibdir. Birincisi Müqəddəs Yazılardan bu sözlərə əsaslanır: “Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm” (İbranilərə 13:5). Bu, Allahın hər yerdə olmasıdır. Padşah Davudun istinad etdiyi də budur: “Əgər göylərə çıxsam, Sən oradasan, ölülər diyarında yatsam, Sən oradasan” (Zəbur 139:8). Əgər sən Müqəddəs Yazılarda deyilənlərə inanır və Allaha etibar edirsənsə, onda həqiqət odur ki, sənin necə hiss etməyindən və nəyin baş verməsindən asılı olmayaraq, Allah səninlədir.

Bizim hamımızın sevdiyi və həmçinin məsihçi həyatının da bir hissəsi olan Allahın digər hüzuru, açıq-aşkar hüzurdur. “Açıq-aşkar” o deməkdir ki, gözlə görünməyəni görünən etmək, eşidilməyəni eşidilən etmək, bilinilməyəni bilinən etmək. Bu, o vaxtdır ki, Allah Özünü bizim fiziki hisslərimizə real edir. İbadət vaxtı, gizli duada, ya da meşədə gəzərkən – gündəlik həyatın adi fəaliyyətlərində – bəlkə də sonsuz sayda yollarla baş verə bilən bu görüşdən həzz almaq gözəldir.

Beləliklə, sən səhrada ruhən ac və susuz olanda, əgər Allah gəlib Öz gözəl, nəfəskəsici hüzuru ilə xeyir-dua vermirsə, sadəcə olaraq rahatlan və Onun vədlərinə istinad et – əsas olan “Səni heç vaxt buraxmayacam, səni heç vaxt tərk etməyəcəm”dir. Biz Onu, Onun açıq-aşkar hüzurunun yoxluğunda mədh edəndə, bu, bizim Ona olan tükənməyən sevgimizi daha yüksəkdən çatdırır.

Page 32: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

22 ALLAH, SƏN HARADASAN?!

Eden Bağı Allahın Özünü Adəmə aşkar etdiyi yerdir və orada onların ünsiyyəti var idi.

Sən səhrada Rəbb üçün acır və susayırsan. Buna görə də, Allah Özünü aşkar etməyə hazırlaşanda, sən öz məhrum edilmiş və diqqətini daha cəmləmiş bir vəziyyətində olanda, bu dünyanın şeylərindən daha asanlıqla Ona doğru dönə bilərsən. Əgər biz Allahın çağırışına cavab verəcəyiksə, bizim təcrübəmiz bu cür olacaq. Rəbb Özünü səhralıqda bizə yeni yolla açır. Yeşaya 45:15 deyir: “Həqiqətən, Sən Özünü gizlədən Allahsan, ey İsrailin Allahı, ey Qurtarıcı!” Onu çox arzulayanlar üçün O, intim ünsiyyətin ekstazı üçün daha böyük aclıq yaratmaqdan ötrü bunu edir. Rəbb həmçinin Özünü Onun üçün ac olmayanlardan da gizlədir. Onun qiymətini biləcəksən. O heç vaxt adi olaraq hesab edilməyəcək.

Allah Üçün Ac

Bütün ürəkləri ilə Allahı axtaranlara O, Özünü aşkar edəcəkdir. Xatırlayırsan, Allah dedi ki, O, İsrail övladlarını təvazökarlaşdırmaq

və acmaları üçün səhraya apardı. Buna baxmayaraq, Yeşua kimi Allaha acmaq əvəzi xalq Rəbbin onlardan götürdüyü şeylər üçün acdı.

Beləliklə, O, Özünü Musaya açdığı kimi, onlara açmaq üçün gələndə onların Rəbb üçün heç bir iştahları yox idi. Hətta onlar Onu rədd etdilər. Qanunun Təkrarında oxuyuruq:

Dağ alovlanıb-yanarkən zülmət içindən siz Onun səsini eşidəndə bütün qəbilə başçılarınız və ağsaqqallarınız mənə yaxınlaşdı. Belə dediniz: “Budur, Allahımız Rəbb bizə ehtişamını və əzəmətini göstərdi. Alovun içərisindən Onun səsini eşitdik. Bu gün gördük ki, Allah insanla danışanda insan sağ qalır. Bu gün niyə ölməliyik? Axı bu böyük alov bizi külə döndərər. Əgər Allahımız Rəbbin səsini bir də eşitsək, o zaman öləcəyik. Bütün bəşəriyyət içərisində bizim kimi alov içərisindən var olan Allahın səsini eşidib sağ qalan varmı? Sən Ona yaxınlaş, Allahımız Rəbbin deyəcəyi hər şeyə qulaq as. Sonra

Page 33: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

YAXŞI ƏHATƏ 23

Allahımız Rəbbin dediyi hər şeyi bizə söylə! Biz isə buna qulaq asıb əməl edəcəyik” (Qanunun Təkrarı 5:23-27).

Yenidən, Allah Özünü Musaya etdiyi kimi, səhrada onlara da aşkar etməyi arzulayırdı, amma onlar geri çəkildilər və Musadan bunu xahiş etdilər: “Sən get və Rəblə danış və bizə qayıt və Onun dediklərini bizə de və biz onu edəcəyik”.

Təəssüf ki, xalq heç vaxt Allahı tanımadı, onlar sadəcə olaraq Onun haqqında bildilər. Buna görə də, onlar heç vaxt Onun əmr etdiyi kimi edə bilmədilər. Onu tanımadıqlarına görə onlar, onlara vəd olunan torpağı heç vaxt görmədilər və səhralıqda (çöllükdə) öldülər.

Allah Yəhyada, Musada, Davudda, Yusifdə, Paulda və digərlərində etdiyi kimi, bizi səhralığa gətirəndə, bu, bizim Ona acıb-acmayacağımızı, ya da rahatlıq və həzzlər üçün acıb-acmayacağımızı yoxlamaq üçün sınamaq olacaq. Yaqub yazır:

Diləyirsiniz, amma almırsınız, çünki öz kefinizə sərf etmək üçün pis niyyətlə diləyirsiniz. Ey vəfasızlar, dünya ilə dostluğun Allaha qarşı düşmənçilik olduğunu bilmirsinizmi? Buna görə də dünya ilə dost olmaq istəyən özünü Allaha düşmən edər. Bəlkə güman edirsiniz ki, Müqəddəs Yazı əbəs yerə «Allahın daxilimizə verdiyi ruh qısqanclıqla həsrət çəkər» deyir? Lakin Allah daha çox lütf verir. Bunun üçün belə deyilir: «Allah məğrurlara qarşıdır, İtaətkarlara isə lütf göstərər». Buna görə də Allaha tabe olun. İblisə qarşı durun və o sizdən qaçacaq. Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq. Ey günahkarlar, əllərinizi paklayın! Ey qərarsız insanlar, ürəklərinizi saflaşdırın! (Yaqub 4:3-8).

Biz Allahı bütün qəlbimizlə axtararkən Ona yaxınlaşanda O, bizə yaxınlaşacaqdır. İsrail övladları Allahdan daha çox öz şəxsi şəhvətləri ilə maraqlanırdılar. Onlar dünyanın yollarının onlara gətirə biləcəyi rahatlığı və təhlükəsizliyi axtaran zinakarlar idi. Onlar bütün bu cah-cəlalın və azuqələrin nə misirliləri, nə də ki, onların ordusunu xilas edə bilmədiyini tezliklə unutdular.

Allah deyir ki, Ona yaxınlaşmaq üçün biz iki şey etməliyik.

Page 34: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

24 ALLAH, SƏN HARADASAN?!

Birincisi, biz öz əllərimizi təmizləməliyik. İkinci, Korinflilərə 7:1 deyir: “Sevimlilər, bu vədlərə malik olduğumuza görə Allahdan qorxub kamil müqəddəsliyə çataraq bizi cisimdə və ruhda murdarlayan hər şeydən özümüzü təmizləyək”. Günah bizi Allahdan ayırır: “Lakin şər əməlləriniz Allahınızla sizin aranızda ayrılıq saldı. Günahlarınıza görə Onun üzü sizdən döndü, O səsinizi eşitmir” (Yeşaya 59:2).

İkincisi, biz öz ürəklərimizi təmizləməliyik. Buna olan cavab Yaqubun dediyindədir: “Ey qərarsız insanlar, ürəklərinizi saflaşdırın!” (4:8). Qərarsız insanlar Ruhdan cismə irəli və geri tərəddüd edirlər. Onlar öz düşüncələrini və meyillərini Allahdan olan şeylərə yönəltməyiblər. Kolosselilərə 3:1-2 deyir: “Beləliklə, Məsihlə birlikdə dirildiyinizə görə ucalardakı şeyləri axtarın. Orada Məsih Allahın sağında oturub. Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün”.

Nəyi qeyrətlə axtarırsansa, hisslərin də ona yönəlir. Əsas söz yönəlməkdir. Hansısa bir qadın saçını kimyəvi yolla burduranda, hər bir saç kimyəvi olaraq dəyişilir və burulur. Artıq onun saçı buruqdu, çünki hər bir tel təyin edilib. Sən o saçı düzləşdirə bilərsən, amma saçı dartıb buraxanda yenidən olduğu vəziyyətə qayıdacaq.

İnsanlar imanlı cəmiyyətinə gedə, mədh qrupunda oxuya və məsihçi fəaliyyətlərində iştirak edə bilər, lakin “Məsihçi” olmayan bir şey edərkən onların düşüncələri harada olur? O, hara yönəlibsə, orada olacaq. Şəxs cəmiyyət binasını və məsihçi atmosferini tərk edən kimi, onların düşüncələri yönəldiyi yerə geri qayıdır, kimyəvi yolla qıvrılmış saç kimi.

Mən ölkənin hər tərəfində imanlı cəmiyyətlərdə mədh ilahiləri oxuyan, vəz vaxtı telefonlarında qeydlər edən və hətta cəmiyyətin müxtəlif xidmətlərinə öz vaxtlarını ayıran çoxlarına vəz etmişəm. Əlbəttə bunlar pis şeylər deyil, amma ki, cəmiyyət və xidmətlər arasında və könüllülük fürsətləri arasında, onların müzakirə etdiyi tək şey pul, peşəkar idmanlar, geyimlər, sosial şəbəkədə olan yeniliklər, hobbilər, əks cins, yemək, alış-veriş təcrübələri, sevimli telefon proqramları və dünyanın digər şeyləridir. Onlar bu şeylər haqqında müzakirə edəndə işıq saçırlar, lakin Müqəddəs

Page 35: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

YAXŞI ƏHATƏ 25

Kitabı oxuyarkən, dua edərkən, digərlərinə xidmət edərkən və hətta cəmiyyətə gedərkən bu şeyləri məcburiyyətdən edirlər.

Bir kişi qadına aşiq olanda və evlənmək üçün nişanlananda, o kişi qadın haqqında düşünməsini və onun haqqında danışmasını söyləməyə ehtiyacı olmur. O qadın davamlı olaraq onun düşüncələrindədir və hətta onun adını çəkərkən belə, səsində qığılcım olur. Səbəb odur ki, onun hissi, yaxud ürəyi ona yönəlibdir. Onun düşüncəsi ikitərəfli deyil. O, başqa qadınlar haqqında düşünmür. O aşiqdir!

Davud Məzmur 16:8-də deyir: “Rəbbə əbədilik üz tutmuşam, sağımda olduğu üçün sarsılmaram”. Onun düşüncəsi ikitərəfli deyildi. Onun ürəyi saf idi. Onun ürəyində Rəbbi sevdiyi qədər sevdiyi başqa şeylər yox idi. Onun Allaha olan sevgisi bu dünyanın təklif etdiyi hər hansı yaxşı şeyi kölgəsi altında idi. Bizim İsadan daha çox sevdiyimiz, ya da etibar etdiyimiz şeylər büt adlanır. Davud yazır:

Rəbbin dağına kim çıxa bilər? Müqəddəs məskəninə kim girə bilər? – Əlləri pak, qəlbi təmiz, Hiyləyə könül verməyən, Yalandan and içməyən insan. (Zəbur 24:3-4)

O şəxs ki, hər hansı bir şeyi, yaxud hər hansı bir şəxsi İsadan daha çox sevmirsə, xoşlamırsa, ya da etibar etmirsə, o şəxs təmiz ürəkli biridir. İsa Matta 10:37-də deyir: “Atasını, ya anasını Məndən artıq sevən kəs Mənə layiq deyil. Oğlunu, ya qızını Məndən artıq sevən də Mənə layiq deyil”.

Gəlin səhralıq yerdəki həyatlarını çox sevdiklərindən Allahı tanımaq imkanlarını qaçıran İsrail övladları kimi olmayaq.

Page 36: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

26 ALLAH, SƏN HARADASAN?!

Yeşaya 35:1-2 deyir:

Səhra və quru torpaq sevinəcək, Çöl şadlanacaq, nərgiz kimi çiçəklənəcək. Hər yan gül açacaq, Şadlanacaq, sevincdən nəğmə oxuyacaq. Livanın gözəlliyi, şan-şöhrəti, Karmelin və Şaronun cah-calalı ona veriləcək. Hamı Rəbbin izzətini, Allahımızın əzəmətini görəcək.

Rəbbin izzəti səhralıqda aşkar olur! Gəlin bizdən öndə gedən bütün böyük müqəddəslərin dəstəsinə

qoşulaq! Gəlin Davud, Musa, Paul, Yusif və Allahın başqa böyük kişiləri və qadınlarının da etdiyi kimi təmiz əllər və təmiz ürəklə Allaha yaxınlaşaq!

Page 37: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

3

ZƏRURİ

ÇÖLLÜK

Bütün şəxsi təcrübələrindən geriyə süz. Rəbbin səni səhralıqdan necə keçirdiyini və hər gün səni necə yedizdirdiyini və geyindirdiyini düşün. Allahın sənin xəstə davranışlarına necə dözüb və sənin bütün mırtıldamalarına və “Misirin erotik həzzlərinə” olan istəklərinə dözüb! Rəbbin lütfünün bütün çətinliklərində sənə necə yetəli olduğunu düşün.

– Charles H. Spurgeon

Allahınız Rəbbin sizi …səhrada gəzdirdiyi uzun səyahəti yada salın. Bunu ona görə etdiki, təkəbbürünüzü qırsın və sizi sınaqdan keçirərək ürəyinizdəkini öyrənsin…

– Qanunun Təkrarı 8:2

Page 38: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

28 ALLAH, SƏN HARADASAN?!

Səhraya ilk səfərim mənim üçün tamamilə şok idi. Sözün düzü, mənim Məsihin ardıcılı olaraq ilk illərim uzadılmış bal ayı kimi idi. Lisa və mən Dallas, Texasda yaşayırdıq və bir müddət

mühəndis olaraq işlədikdən sonra imanlı cəmiyyətimizdə xidmət etmək vəzifəsi aldım. Mənə öz pastoruma və onun həyat yoldaşına xidmət etmək və bizim böyük cəmiyyətimizdə qonaq spikerləri qarşılayıb onları qonaq etmək “işi” həvalə edilmişdi. Necə də sevindiricidi! Cənnətdə olduğumu fikirləşirdim. Mən yer üzərində olan ən böyük xidmətçilərin qayğısına qalırdım, çünki bizim cəmiyyətimiz Amerikada ən məşhur cəmiyyətlərdən biri idi.

Məşhur milli və beynəlxalq rəhbərlər hava limanına çatanda onları qarşılamaq üçün orada olardım və onları cəmiyyətə, ya da qalacaqları yerə aparardım. Onların səfərləri müddətində həmişə onları lazım olan yerlərə sürüb aparar və onlarla birlikdə yemək yeyərdim. Mən xidmətdə olan nəslimizin ən məşhur adamları ilə birlikdə saatlarla vaxt keçirməyə malik olmuşam. Mənim bu vəzifədə ilk illərim fantastik idi – həyatla dolu idi.

Amma sonra hər şey çətinləşməyə başladı. Həqiqətən, həqiqətən çətin idi. Həmin anda mən bunu bilmirdim, çünki Allah bunu mənə açmamışdı, ancaq mən səhraya daxil olurdum. Burada Allah bizi öyrədir. Burada bizim xarakterimiz formalaşır və imanımız güclənir. Zəruri səhralıq.

Bunu təsəvvür et. Sən İsraillisən, bu yaxınlarda ömürlük köləlikdən

Page 39: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ZƏRURİ ÇÖLLÜK 29

azad olmusan. Sən indicə qorxuducu, amma həyəcanverici şey yaşadın, digər tərəfdən, sağ-salamat və quru keçmək üçün iki hiddətli....qəzəbli su divarları arasından yeridin. Sənin üçün müdafiə olan eyni divarların düşmənlərinin üzərinə bağlandığını müşahidə etmək üçün döndün. Sənə zülm edənlər məhv oldular, birdəfəlik getdilər! Sən bunu sevinclə qeyd etdin və Allahın qələbəli qurtuluşu üçün rəqs etdin! Allahın sənin tərəfində olduğunu bilərək özünü məğlubedilməz hiss edirsən. Onun qüdrətinə və sadiqliyinə bir daha heç vaxt şübhə etməyəcəksən!

Amma indi səhnə fərqlidir: bu, bir neçə gün sonradır – sən yorğun, susuzsan və sənə istidir. Sən “vəd olunmuş” torpağın astanasında deyilsən; əksinə, sən ilanlar və əqrəblərlə dolu səhralıqda məqsədsiz dolaşırsan. Sən artıq atların və onu sürən süvarilərin dənizə atılması haqqında rəqs edib Rəbbə oxumursan, lakin “Nə üçün bizi Misirdən çıxartdın? Bizi, övladlarımızı və mal-qaramızı susuzluqdan öldürmək üçün?” deyə rəhbərinə deyinirsən.

Deməli, indi gəlin sənin vəziyyətinə baxaq... sən inanırsan ki, Allah qüdrətli şəkildə səni düşmənin səlahiyyətindən qurtardı ki, məqsədsiz və qeyri-müəyyən şəkildə çaşqınlıq və səssizlik içində səhralıqda dolaşasan? Onun məqsədi bu idi? Əlbəttə ki yox – bu, sadəcə vəd olunmuş yerə gedərkən yolun üstündə baş çəkməli olduğun zəruri yerdir.

Rəbb İsrail övladlarını Misirdən səhralığa apardığı kimi, O, səni də aparır. İblis səni ora aparmadı, Allah apardı. Və vəd var – bu quraq vaxt üçün ilahi vəd var. Birincisi, O, bizi təvazökarlaşdırır, sonra bizi sınayır. O, bunu edir ki, biz öz ürəklərimizin həqiqi təbiətini bilək.

O necə təvazökarlaşdırır? “Təkəbbürünüzü qırmaq üçün sizi ac qoydu, sonra isə nə sizin, nə də atalarınızın gördüyü manna ilə sizi qidalandırdı. Bununla öyrətdi ki, insan yalnız çörəklə deyil, Rəbbin ağzından çıxan hər kəlmə ilə yaşayar” (Qanunun Təkrarı 8:3). O, İsrail xalqına acmaqlarına izin verməklə onları təvazökarlaşdırdı. Lakin Onun növbəti bəyanatı bəyan edir ki, O, onları manna ilə doyuzdurdu. Bu, zidd səslənir. Bu necə olar ki, onları manna ilə yedizdirərək onların ac qalmalarına səbəb ola bilər?

Page 40: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

30 ALLAH, SƏN HARADASAN?!

Deməli, manna yeyə biləcəyin ən yaxşı qidadır – bu mələklərin menyusundadır! İlyas onun sadəcə iki keksi ilə qırx günlük səyahət üçün gücləndi. Və İsraillilər onun bolluğunda idilər. Onlar həftənin altı günü səhərlər göydən yeni yemək aldılar və bu altıncı günün səhərində manna möcüzəvi şəkildə yeddinci günə qədər çatdı. Onlar Vəd olunmuş Torpağın sahillərində düşərgə salana qədər Allahın birinci gündə verdiyi manna kimi heç vaxt yeməksiz qalmadılar.

Beləliklə, nə üçün Allah dedi: “Sizin aclığınıza səbəb oldum?” O hansı aclıqdan bəhs edir? Öz vəziyyətlərini başa düşməkdən, nəzərdən keçirməkdən bəhs edir. Gəlin deyək ki, səhər yeməyi üçün sizin sadəcə bir kömbə çörəyiniz var idi və hər axşam şam yeməyi üçün bir kömbə çörəyiniz var idi. Nə yağ, nə fıstıq yağı əzməsi, nə cem, nə kolbasa, nə ton balığı, sadəcə olaraq bir çörək. Biz burada sadəcə bir neçə gündən, ya da həftədən bəhs etmirik, lakin qırx il bu pəhrizlə yaşamaqdan danışırıq!

Mən gənclər pastoru olanda əlli altı gənci səkkiz günlük Trinidad ölkəsinə missiya səyahətinə apardıq. Trinidaddakı kilsə bizim yeməklərimizi hazırladı və bizi qonaq edənlər çox gözəl adamlar idi. Lakin biz hər gün toyuq yedik. Onlar bunu çox fərqli yollarla hazırlayır və düyü, tərəvəz ilə təqdim edirdilər, amma həmişə toyuq olurdu.

Səkkiz gün toyuq yedikdən sonra canımız başqa bir şey istədi. Evə qayıtmaq üzrəykən, qrupumuzda olan gənc oğlanlardan biri anasından axşam yeməyinə nə bişirdiyini soruşdu və onun cavabı: “Toyuq!” idi. O ağladı və anasından onun üçün hamburqer hazırlamasını xahiş etdi.

Trinidadda sadəcə səkkiz gündən sonra biz gizlincə gileylənirdik; qırx ili təsəvvür edə bilərsən? Dörd il yox, qırx il elə eyni yemək! İndi biz Allahın onların necə ac olmalarına səbəb olduğunu görürük. Allah onlara iştahları çəkən şeyi deyil, lakin sağ və sağlam qalmaları üçün ehtiyacları olan şeyi verirdi.

Onların vəziyyətlərində başqa nə var idi ki, onların acmalarına, malik olmadıqları şeyi arzu etmələrinə səbəb olurdu? Biz bu hekayəni oxuyanda düşünə bilərik ki, onların paltarlarının və ayaqqabılarının köhnəlməməsi çox qəribə şey idi – ailə büdcəsi üçün necə də gözəl qənaət idi! Bəs sən

Page 41: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ZƏRURİ ÇÖLLÜK 31

eyni geyimləri qırx il necə geyinmək istəyirsən? Necə də cansıxıcıdır! Alış-veriş mərkəzlərinə getmək yoxdur, ya da internetdə yeni modalara göz atmaq yoxdur. Eyni qəhvəyi sandalları qırx il geyinmək!

Bəli, onların əsas ehtiyacları qarşılanmışdı – günəşdən və soyuqdan qorunmaq – amma onların çatışmayan, istədikləri o qədər şeylər var idi ki!

Və eyni mənzərənin monotonunu fikirləş –bir neçə həftə yox, qırx il. Biz eyni kaktusu, göl qamışlarını, qurumuş torpağı necə də görmək istəyirik – səs-küylü selləri, gurultulu meşələri, mənzərəli üzüm bağlarını və ya gözəl gölləri– günbəgün sadəcə çöllük?

Onların ehtiyaclarını ödəyən şeyləri var idi, amma istədikləri şeyləri yox idi. Buna nəzərən, gəlin bu ayəni yenidən gözdən keçirək:

Təkəbbürünüzü qırmaq üçün sizi ac qoydu, sonra isə nə sizin, nə də atalarınızın gördüyü manna ilə sizi qidalandırdı. Bununla öyrətdi ki, insan yalnız çörəklə deyil, Rəbbin ağzından çıxan hər kəlmə ilə yaşayar (Qanunun Təkrarı).

Allah onların fundamental ehtiyaclarını qarşılayaraq, arzularını və bədənlərinin istəklərini təmin edəcək hər şeyi aradan qaldırmaqla onlarda aclıq yaratdı. Aclıq da bu sınağı yaratdı: Allah onların Allahı arzulamaq əvəzinə arxada buraxdıqları şeyləri arzulayıb-arzulamayacaqlarını görmək istəyirdi. Onlar Allahı, yoxsa bədənlərinin arzuladığı şeyləri axtaracaqlar? Onlar salehlik üçün acıb-susayacaqlar, yoxsa rahatlıq və həzz üçün? Təəssüf ki, İsraillilər ürəklərinin istəklərini təmin edə bilənə bağlı deyildilər, beləliklə, onlar sınaqdan keçmədilər:

Xalqın arasında olan alçaq yadellilərin iştahası ifrat dərəcədə artdı. İsrail övladları da yenə ağlayıb dedilər: “Kaş ki yeməyə ətimiz olaydı!”

“Misirdə müftə yediyimiz balıqları, xiyarları, qarpızları, kəvərləri, soğanları və sarımsaqları yadımıza salırıq. Ancaq indi iştahamız küsüb, yeməyə mannadan başqa bir şey görmürük” (Saylar 11:5-6).

Onlar Misirdə buraxdıqları şeyləri xatırladılar. İndi onlar üçün zülm-

Page 42: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

32 ALLAH, SƏN HARADASAN?!

kar köləlik sürdükləri həyat da Allahın onları gətirdiyi quru yerdən daha üstün görünürdü. Onlar deyinməyə və gileylənməyə, ət üçün hayqırmağa başladılar. Allah onların fəryadlarını eşitdi:

O da istədiklərini verdi, Lakin onlara azar göndərdi. Onlar doyunca, çox yedi, İştahaları çəkən şeyləri onlara verdi. (Zəbur 106:15; 78:29)

Onlar istədikləri şeyi əldə etdilər, amma ki, bu, onlara baha başa gəldi. Bu ətlə birlikdə onlara ruhun quraqlığını da gətirdi. Bu quraqlıq onları tab gətirməyə yararsız, sınaqdan keçməyə bacarıqsız etdi və nəticə etibari ilə onlar heç vaxt Vəd olunmuş Torpağa daxil ola bilmədilər! Günah, ət istəməkləri deyildi, lakin o tələbin nəyi təqdim etməsi idi.

Səyahətin Üçün Sağ Qalmaq Üzrə Tövsiyələr

#3 Məsələləri Öz Əllərinə Götürməyə Qarşı Dur

Avtomatik işə başlayan, işi yerinə yetirən Amerikalılar üçün çöl-lükdəki ən böyük sınaqlardan biri nəyinsə baş verməsindən ötrü çalışmaqdır. Elə hiss edəndə ki, Rəbb binanı tərk edib və milyon-larla kilometrələr uzaqlıqdadı, hətta bizim padhaşlıq üçün təvazökar cəhdlərimiz belə, alınmayanda dualarımız yalnız ağrıyan dizlər əmələ gətirir, bir şeyin baş verməsi üçün demək olar ki, əlimizdən gələn hər şeyi edə bilərik. Bu, pis fikirdir. Çöllükdə elə çox şey baş vermir – bir az su var və cansıxıcı pəhriz. Biz öyrənirik ki, bu bəh-rəsizlikdə həyat bizim etdiyimizdən və malik olduğumuzdan daha çoxdur. Əksinə, bu, bizim yaxından tanıdığımız və Onun arzu-istək-lərini hər gün yerinə yetirmək haqqındadır.

Mənim çöllükdə olan vaxtlarımdan birində hər gün mənə bir

Page 43: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ZƏRURİ ÇÖLLÜK 33

Bu, onların Allahla və Onun rəhbərlik etmə və təmin etmə metoduna qarşı narazılıqları idi. Bu, həmçinin indi onların xoş olaraq xatırladıqları, orada köləlikdə yaşadıqlarını unudaraq Misirdə buraxdıqları həyat üçün dərin istəklərini də aşkar edirdi.

Bu, bizim hamımız üçün göz açıcı bir dərsdir: Əgər biz Vəd edənin Özünü deyil, yalnız vədin faydalarını axtarırıqsa, onda həyatımızdakı çöllük anları üçün lazımi gücümüz olmayacaq. Təbii olaraq biz köhnə xoş günləri xatırlayacağıq, əgər doğru perspektivdən baxsaq, əslində heç də yaxşı günlər deyildi, əslində onlar əsirlik günləri idi.

Rəbbi, sənə verə biləcəyi və ya sənin üçün edə biləcəyi şeylər üçün axtarmaq başqa bir şeydir. Onun Kim olduğuna görə Onu axtarmaqsa, tamamilə başqa bir şeydir. Birinci seçim sənin faydan və eqoist motivin üçündür və ən yaxşı halda Allahla qeyri-yetkin münasibətlə nəticələnəcək. Lakin Rəbbi Onun Kim olduğuna və nə olduğuna görə axtarmaq, bizim hamımızın arzu etdiyi yaxın və güclü münasibəti quracaqdır.

həftə kimi və hər həftə də bir ay kimi gəlirdi, çünki mənim az görün-tüm, az həvəsim, az qüvvəm var idi. Amma yenə də davam etməliy-dim. İrəliyə getməliydim, ürəyimdəki Allahın Sözündən çəkməliydim, bacardığım qədər yaxşı xidmət etməliydim, göstərməliydim və nəyisə səbirsizlikdən etməkdən çəkinməliydim. Özümə davamlı olaraq xa-tırladırdım ki, mən Allahın tam istədiyi yerdəyəm. O, vaxtını boş yerə xərcləmirdi və O, Öz vədlərini yerinə yetirəcəkdi.

Bəziləri üçün də çöllük hansısa yolla özünü reklam etmək yeri deyil! Yadda saxla, sən saflaşdırılırsan və hazırlandırılırsan, ona görə də sən möhkəm olmaq və günah etmək üçün hər hansı şirnikləşdir-məyə qarşı durmaq üçün səy göstərməlisən.

Rəbbin tikdiyi çöllüyün şosesində Onunla həmişə yaxşı qaç. Heç vaxt Onu ötüb keçməyə qərar vermə, çünki Onun çox astadan hərəkət etdiyi kimi görünür!

Page 44: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

34 ALLAH, SƏN HARADASAN?!

Təqdis Edilmiş Qıtlıq

Bizim gözlədiyimiz kimi barsız çöllükdə yaşamağa mənbələrin qıtlığı daxil olur – istədiyin şeyləri deyil, emosional, fiziki və ya maddi olaraq ehtiyacın olan şeyləri əldə etdiyin bir vaxtdır. Allah bizim əsas ehtiyaclarımızın qayğısına qalacağına söz veribdir, beləliklə, O, çöllükdə hər şeyin bolluğunu deyil, gündəlik çörəyimizi təmin edir.

Amerikada günlər xoş keçəndə deyə bilərik ki, biz çox gözəl yaşayırıq. Çöllükdə belə bir şey yoxdur! Və bu təcrübəyə müxtəlif növ məhrumiyyətləri daxil etmək olar. Bu, sənin nə istədiyin deyil, sosial olaraq nəyə ehtiyacının olduğunu təcrübədən keçirməyin vaxtıdı. Çöllükdə Allah sənin ruhən nəyə ehtiyacının olduğunu bilir və bu, sənin ehtiyacın olduğunu düşünmədiyin bir şey də ola bilər! O, bizim istəklərimizi deyil, bizim ehtiyaclarımızı bu müddətdə qarşılayır.

Çöllükdə olmağın məqsədi bizi saflaşdırmaq və qüvvətləndirməkdir. Bizim təqib etdiyimiz şey Onun təminatı yox, Onun ürəyi olmalıdır. Sonra biz bolluq vaxtlarına gələndə unutmayacağıq ki, bunu edən Onun əhdini qurmaq üçün bizə bolluq verən bizim Allahımız Rəbdir (Qanunun Təkrarı 8:2-18).

Fundamental problem odur ki, bizim ehtiyaclar və istəklər tərifimiz reallıqdan fərqlənir. Biz öz istəklərimizi belə olmadığı halda “ehtiyaclarımız” adlandırırıq! Bəlkə bizim çoxlarımız hələ də Paulun burada nə demək istədiyini öyrənməlidir:

“Ehtiyaca düşdüyüm üçün bunları söyləmirəm, çünki hansı şəraitdə yaşasam, ondan razı qalmağa alışmışam. Mən məzlumlu-ğun da, bolluğun da nə olduğunu bilirəm. İstər tox, istər ac, istər bolluq, istər ehtiyac içində olum, hər şəraitdə, hər vəziyyətdə razı qalmağın sirrini öyrənmişəm. Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır” (Filipililərə 4:11-13).

Paul Məsihin verdiyi qüvvət vasitəsilə bolluq vaxtlarında olduğu kimi, quru vaxtlarda da razı qalmağı öyrənmişdi. Qərb imanlı cəmiyyətində

Page 45: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ZƏRURİ ÇÖLLÜK 35

görünür ki, razı qalmağı öyrənməmişik. Təəssüf ki, bolluq içində olanlar da əskiyi olanlardan heç də az razı deyillər. Əgər biz haqlı olaraq bizim olduğunu düşündüyümüz hər şeyə malik deyiliksə, onda biz az təminatlı olaraq hiss edirik. Biz insanların imanlarını mühakimə edirik və onların ruhaniliyini malik olduqları şeylərlə, nə qədər müvəfəqiyyətli olmaqları, ya da ictimai statusları ilə ölçürük, amma əslində bizim dəyərləndirməli olduğumuz şey onların xarakteri və imanı olmalıdır.

İsrail xalqı misirlilərdən talan etdikləri böyük mülk – gümüş və qızıl əşyalar və bahalı libasları ilə Misiri tərk etdilər. Amma onlar çöllükdə bütləri tikmək üçün dəyərli metalları istifadə etdilər, sonra özlərini gözəl geyimlərlə bəzədilər və onların önündə rəqs etdilər. Aydındır ki, bu mülklər müqəddəsliyi, ilahiliyi ifadə etmirdi – sözün düzü, bunun əski idi. Çıxışdan yalnız iki nəfər Vəd olunmuş Torpağa daxil olmaq, ona sahib olmaq üçün uyğun idi. Yalnız Nun oğlu Yeşua və Kalev daxil oldu, çünki onlar fərqli ruha malik idilər – onlar tamlıqla Allahın ardınca gedirdilər (Saylar 14:24).

Əgər biz bir-birimizi malik olduğumuz və malik olmadığımız şeylərin standartı ilə ölçürüksə, bizim dəyər sistemimiz təhrif olunub.

Digər tərəfdən də, bəzi məsihçilər maddi bolluğa, yaxud da, ola bilər liderlik vəzifəsinə, ya da, səlahiyyətə gələndə, onlar öz istədikləri kimi etdiklərini Allahın icazəsi kimi görürlər! Onlar istədikləri şeyi alırlar, pulları öz arzuladıqları kimi xərcləyirlər, ya da vəzifədə olduqları təsiri öz faydaları üçün istifadə edirlər. Bu cür hərəkət edənlər adətən quru vaxtlara tab gətirə bilməyənlərdir. Həqiqətdə isə, maddi xeyir və daha böyük səlahiyyət Allahın məqsədi və rəhbərliyi üçün Allahdan daha çox asılılıq gətirməlidir.

İsanın Öz xidmətindəki davranışını düşün. O, eqoistcəsinə hərəkət etmirdi. O, bizim günahımızı, xəstəliyimizi və ölüm hökmümüzü Öz üzərinə götürdü. O, heç bir günah işlətmədiyinə baxmayaraq, bizim rifahımızı Özünkündən daha çox dəyərləndirdi. Həyat və xidmət üçün Onun məqsədi Özünə xidmət etmək deyil, lakin Özünü vermək idi! Özünü inkar edərək O, ən böyük hədiyyəni - əbədi həyatı verdi.

Page 46: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

36 ALLAH, SƏN HARADASAN?!

Bizim daxilimizdə bu cür kamil xarakter biz çöllükdə olarkən Allah tərəfindən yaradılır. Çöllük, Ruhun meyvəsinin inkişaf etdiyi yerdir. Onu tanımağın dərin istəyi ilə sulanaraq, biz Onun kimi yeriməyi öyrənirik.

Page 47: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

4

MÜNASİBƏT

Daxili həyat yoluna qoyulanda, bir çox çətinliklərin heç bir səy göstərmədən aradan qaldırılması necə də heyrətamizdir.

– A.W.Tozer

“Əgər Məni sevirsinizsə, əmrlərimə riayət edəcəksiniz”

– Yəhya 14:15

Page 48: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

38 ALLAH, SƏN HARADASAN?!

Allah bizim üçün çöllük səyahəti hazırlayanda Özü üçün nəsə axtarır? Biz, bizim üçün olan bəzi faydalarına toxunmuşduq və onu əhatə etməyə davam edəcəyik, amma burada Allah

üçün də nəsə varmı? Bəli, var. O, bizim münasibət səviyyətimizi qüvvətləndirməyi arzulayır. O, bizim Onunla çox yaxın olmağımızı arzulayır. Təəssüfki, sevgimizin azalmasına izin verərək bizim çoxumuz Rəblə olan münasibətdən faydalanmağa həvəsli görünürük.

Mən Lisa ilə nişanlı olanda ona çox aşiq idim. Daima onun haqqında düşünürdüm. Onunla mümkün qədər çox vaxt keçirmək üçün mən əlimdən gələn hərşeyi edərdim. Əgər ona nə isə lazım idisə, əlimdə hər nə işim olsa da, maşına minib tez gedib onun üçün alardım.

Xatırlayıram, bir dəfə o və mən demək olar ki, beş saatı onun valideynlərinin evində birlikdə keçirdim. Mən oranı könülsüz tərk etdim. Evimə çatar-çatmaz telefonum zəng çaldı. Bu, Lisa idi və o, şirin, cəlbedici səslə dedi: “Əzizim, sən öz pencəyini bizdə unutmusan”.

Bu, mənim qulaqlarımda bir musiqi kimi idi. Tərəddüd etmədən həyəcanla cavab verdim: “Onda mən geri qayıtmalıyam və onu götürməliyəm”.

Mən belə də etdim və daha üç, dörd saatı birlikdə keçirdik. Bu, gözəl bir gün idi.

O günlərdə əgər o gecənin bir aləmi mənə zəng etsəydi və “Əzizim, mən bir dondurma istəyirəm” desəydi, mən çox sevinərək cavab verərdim: “On dəqiqəyə orada olacağam! Necə dondurma istəyirsən?”

Page 49: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

MÜNASİBƏT 39

Mən onunla olmaq üçün vaxt və səbəblər axtarardım. Ona olan dərin sevgimdən, onun istədiyi hər hansı bir şeyi etmək mənim üçün sevinc idi. Mən bu şeyləri onu sevdiyimi sübut etmək üçün etmirdim; bunları onu sevdiyim üçün edirdim.

Başqa adamlara onun haqqında danışmaq üçün özümü məcbur et-mirdim… Məni dinləyən hər bir kəs üçün onun mədhlərini oxuyurdum. Əgər kiminləsə söhbətdə bir sükunət var idisə, onda mən Lisa və bizim yaxınlaşan toyumuz haqqında danışmağa yönləndirərdim. Mən aşiq idim!

Lakin evləndiyimizdən bir neçə il sonra mən öz diqqətimi idman, dostlarla fəaliyyətlər, xüsusilə də xidmət işlərim kimi şeylərə yönəlt-məyə başladım. İndi onunla vaxt keçirmək, ya da onun üçün nəsə etmək bezdirici idi. Lisa artıq mənim düşüncələrimdə o qədər də yox idi. Onun üçün hədiyyələr yalnız Miladda, evlilik il dönümlərimizdə və ad gün-lərində gələrdi və hətta o da bir az xoşagəlməz idi. Hətta, bir sevgililər günü mən ona hədiyyə almağı belə, unutmuşdum. O, çox incimişdi. Mənim üzr istəməkdən başqa çıxış yolum yox idi. Ən kədərli reallıq bizim evliliyimizin mövsümünün əlamətlərini görə bilməyim üçün qeyri-yetkin olmağım idi. Bizim birliyimiz gərginləşmişdi; mənim ilk sevgim ölmək üzrəydi!

Mən çox minnətdaram ki, əvvəl-axır Allah mənim diqqətimi çəkdi və ürəyimi döndərdi. O, mənim nə qədər eqoist biri olduğumu görməyimə kömək etdi. O, bizim sevgimizin qığılcımlarını lütfkarlıqla yenidən yandırdı və bizim nikahımıza şəfa verdi.

Bunun kimi bir şey bizim Allah ilə olan münasibətimizdə də baş verə bilər. Bir çox Məsih ardıcılları rahat zonaya və ya yaylaya çatırlar, orada təqib etmək yerinə orada qalmağa başlayırlar. Onlar artıq Allahın ardınca qaçmırlar. Onlar öz şəxsi ruhani standartlarını özlərini başqaları ilə müqayisə edərək və ya hiss etdikləri ilə uyğun olaraq qururlar. Bir şəxs olaraq da Allahı dərindən tanımağı axtarmırlar.

Gündəlik işlər, uğurun ardınca getmək, bu həyatın qayğıları mərkəz olur. İndi Onu tanımaq üçün deyil, Onun xeyir-dualarına görə Allahı

Page 50: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

40 ALLAH, SƏN HARADASAN?!

axtarırlar. Onlar Allahdan dönərək, öz ürəklərində günah işlətməyə başlayırlar. Onlar “Məsihçi” dostluqlar və öz statuslarını qurmağa və ya imanlı cəmiyyətində vəzifəyə sahib olmağa davam edə bilərlər, lakin onlara həyat verən Biri üçün daha can atmırlar.

Biz Allahla yaxın münasibəti arzulamaq əvəzinə Onun faydalarını və xeyir-dualarını axtarmaq üçün vaxt sərf edəndə çox asanlıqla azırıq. Gəlin səmimi olaq, biz duada vaxt keçirdiyimizə görə özümüzə təsəlli veririk, amma əgər bunu Onun stateji nöqteyi-nəzərindən görə bilsək, Ondan istifadə etməyə çalışdığımızı dərk edərdik. O, bizim ehtiyacda olduğumuz anlarda kömək mənbəyinə endirilir. Lakin O, bizi o qədər çox sevir ki, bizi aldadılmış olaraq tərk etmək istəmir. O, İsanı axtaran bu izdiham üçün etdiyini bizim üçün də edəcək:

Ertəsi gün gölün o biri sahilində qalan xalq başa düşdü ki, orada yalnız bir qayıqolub, İsa Öz şagirdləri ilə həmin qayığa minməyib, şagirdləri Onsuz gedib. O arada Tiberiyadan digər qayıqlar Rəbb şükür edəndən sonra yemək yedikləri yerin yaxınlığına gəldilər. Beləcə xalq İsanın da, şagirdlərinin də orada olmadığını görüb qayıqlara minərək İsanı axtara-axtara Kefernahuma gəldi. İsanı gölün o biri sahilində görəndə «Rabbi, buraya nə vaxt gəldin?» deyə soruşdular. İsa onlara cavab olaraq dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: əlamətlər gördüyünüz üçün deyil, çörək yeyib doyduğunuz üçün Məni axtarırsınız (Yəhya 6:22-26).

İsa bizim hərəkətlərimizin arxasındakı həqiqi niyyəti bilir. İzdiham Onu axtarmaq üçün gələndə, O, onların əlamətləri görmək və onları başa düşmək yerinə, daha çox başqa xeyir-dua (pulsuz yemək) ilə maraqlandıqlarını ayırd etdi. Əlamət istiqamət və ya məlumat verir- bu özünə işarə etmir. İsa izdihamın Onun Kim olduğunu aşkar edən əlamətlərdən ötrü deyil, lakin qarınlarının doyması üçün Onun ardınca getdiklərini bilirdi.

Səni yalnız ehtiyacları olanda, ya da səndən nəsə istəyəndə səninlə əlaqə saxlayan elə bir şəxsi tanıyırsan? Ya da daha pisi, heç belə bir

Page 51: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

MÜNASİBƏT 41

şəxslər olubmu ki, səninlə dost olmaq istəyirlər, sonra onların səndən nə isə bir şey – nüfuz, pul, maddi mal əldə etmək istədiklərini öyrənirsən? Onların sənə qarşı heç bir səmimi maraqları və ya sevgiləri olmayıb, sadəcə olaraq öz məqsədlərinə xidmət etmək üçün bir vaxt olub! Bu cür istifadə olunmaq çox ağrılıdır!

Bu eqoist hərəkət cəmiyyətin, həmçinin Məsihin bədəninin canına da keçib. Kilsədə bir çoxları narazıdı; onların İsaya olan sevgiləri soyuyub. Onlar Onun həqiqətən də Kim olduğuna görə çılğın sevgidən deyil də, öz şəxsi mənfəətləri üçün Rəbbə xidmət edirlər. Beləliklə, Allah onların ehtiyaclarını qarşıladığı müddətə qədər, onlar xoşbəxt və Ona görə həyəcanlıdılar. Lakin əziyyətlər gələndə və həyat çətinləşəndə, onların ürəklərinin niyyəti aşkar olur.

Hər dəfə fokus özüm üzərində olanda gileylənmək labüd olacaqdır. Nə üçün? Çünki əziyyət və ya çətinlik əvvəl-axır gələcək. Və o gəldikdə eqoistlikdən qığılcımlanan şikayətlənmək başlayacaqdır. Çətinlik davam etdikcə, şikayətlənmək də davam edəcəkdir. Bu nümunə İsrail övladları tərəfindən bir daha illüstrasiya edildi. Rəbb onları Misirdə Fironun hakimiyyəti altındakı dəhşətli həyatdan qurtaranda xalq sevindi:

Harunun bacısı peyğəmbər Məryəm əlinə dəf aldı; bütün qadınlar əllərinə dəf alıb oynayaraq onun ardınca çıxdılar. Məryəm onların qarşısında bu ilahini oxudu: Rəbbə ilahi oxuyun, çox böyük zəfər çaldı. Atı və süvariləri dənizə tulladı! (Çıxış 15:20-21)

İnsanlar bundan daha xoşbəxt ola bilməzdilər. Onlar Allahın onları əsir olduqları yerdən qurtardıqlarına görə Onun böyüklüyünə, möcüzəvi gücünə və xeyirxahlığına görə heyrətlənmişdilər. Amma sadəcə üç gündən sonra, onlar Şur səhrasında acı sularla qarşılaşanda giley-güzar başladı: “Biz nə içəcəyik?” onlar Musadan soruşdular (Çıxış 15:24). Bu heç bir məna kəsb etmirdi. İndicə Qırmızı Dəniz sularını ortadan ayıran Allah içməyə münasib su ilə təmin edə bilməzdi? Üç gün əvvəl qəhrəman olan Musa eyni cür qəhrəman deyildimi?

Page 52: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

42 ALLAH, SƏN HARADASAN?!

Allah həqiqətən də “acı suyu şirin suya” çevirdi. Amma o möcüzənin də xatirəsi tezliklə unuduldu. Bir neçə gündən sonra xalq gileylənməyə davam etdi – bu dəfə yeməyə görə gileyləndilər. Onlar deyinirdilər: “Allah bizi qurtarmazdan əvvəl bizim üçün daha yaxşı idi”. Doğur-dan? Gözətçilərin sizi qamçılayaraq sizə kərpiclər düzəltdirməsi daha yaxşıdır?

Səyahətin Üçün Sağ Qalmaq Üzrə Tövsiyələr

#4 Öz Gündəmini Aydınlaşdır

Mənim erkən çöllük təcrübələrimdən birində öz duruşumu pozitiv saxlamaqda çox çətinlik çəkirdim, çünki heç bir şey nə vaxtsa dəyişəcəyi kimi görünmürdü. Əslində, məni narahat edən sadəcə gözləmək deyildi – gözləmək müddətində yaşadığım ağrı idi. Mən sadəcə olaraq Allahın verdiyi səyahət etmək/vəz etmək xidmətinə daxil olmaqdan qarşımı kəsəcək kimi görünən təngə gətirici vəziyyətdən yorulmuşdum. Rəbb məni təmizləmək üçün bu səhralıqdan istifadə etdiyini mənə demişdi. Amma bir gün “nə üçün bu çöllük səyahəti bu qədər uzun sürür?” deyə Rəbbə yal-vararkən Rəbb mənə xatırlatdı: “Mən istəyirəm görüm, sən Mənə xidmət edirsən, yoxsa xəyalına?”

Ah, bu, necə də mənim diqqətimi çəkdi! Mən, mənim həqiqi gündəmimin Müjdəni bütün dünyaya yaymaq, ya da daha yaxşı bir məqsəd, itaətkar olaraq Allaha etibar etmək, Onun danışmasını gözləmək və hərəkət etmək olduğunu müəyyən etməkdən ötrü daha çox diqqətlə düşünməli və dua etməli oldum. Yalnız onda mən Onun arzuları ilə uyğunlaşa bilərdim.

Beləliklə, mənim məsləhətim budur: Sənin Allah tərəfindən verilən xəyalının Allahın hüzurunda yaşamaqdan və yalnız sənin Atanın istəklərini yerinə yetirməkdən daha üstün prioritet olmasına izin vermə.

Page 53: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

MÜNASİBƏT 43

Səhrada bütün İsrail övladlarının icması Musa ilə Harunun əlindən giley-güzar etdi. İsraillilər onlara dedilər: «Kaş ki Misir ölkəsində ət qazanlarının yanında oturanda doyunca çörək yediyimiz vaxt Rəbbin əlində öləydik! Siz bizi bu səhraya ona görə gətirdiniz ki, bütün bu camaatı aclıqdan öldürəsiniz» (Çıxış 16:2-3).

Çətin, quru vaxtlarda gileylənmələr başlayanda bu, adətən rəhbərlərə, ailə fərdlərinə, dostlara, düşmənlərə, hətta dövlətə yönlənir. Bizim əksəriyyətimiz (qorxudan), heç vaxt öz çətinliklərimizin mənbəyi olaraq Allahın adını çəkmirik. Beləliklə, eyni ilə İsraillilər də Musaya və Haruna qarşı gileyləndilər, amma şübhəsiz ki, onlar əslində fikirləşirdilər ki, bizi bu vəziyyətə salan Rəbdir! Musa bunları gördü və onlara qulaqburması verməyə çağırdı: “Deyinməyiniz bizə qarşı deyil, Rəbbə qarşıdır” (Çıxış 16:8).

Çöllük/səhralıq bizim ürəyimizin niyyətinin xudbin və ya fədakar olmasını aşkar edir. Müqəddəs Ruhdan sənin ürəyində həqiqətən nəyin baş verdiyini göstərməsini dilə; səni idarə edən nədir? Səni, sənin “Misirində” kölə olaraq saxlayan və ya səhralığında sənin gileylənməyinə səbəb olan şeyin hansı davranışların və ya duruşlarındır? Sənin gələcəyinin sağlam olması sənin səmimi olman və Onun sevgi ilə düzəlişlərinə açıq olmağın həyati vacib dərəcədə zəruridi.

Bizim hər birimiz üçün xoş xəbər odur ki, heç bir şey bizi tövbə etməkdən və öz ürəyimizin vəziyyətini dəyişməkdən saxlamır! Ani olaraq biz deyinməyi dayandıra bilər və Onu bir mənbə kimi istifadə etmək əvəzinə Allahla münasibəti axtarmağa başlaya bilərik.

Onda Öz sevgisindən Allah bizi səhralığa göndərə bilər.

Allah Bir Düsturdan Daha Artıqdır

Allahın Özü İsrail övladlarının təqib edildiyi deyildi, beləliklə, onlar Onun yollarını tanıya bilmədilər. Onlar Onun qüdrətli işlərinə görə həyəcanlandılar, amma Allahın fövqəltəbii gücü sərgilənməyəndə onlar yollarını azırdılar. Musa dağda olanda onlar axınla gedir və oynayırdılar.

Page 54: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

44 ALLAH, SƏN HARADASAN?!

Onlar xilasın adi faydaları ilə məmnun idilər. Onlarda Allahı daha çox tanımağa və Ona daha yaxın olmağa bir istək yox idi.

Bir gün çöllükdə Allah Musaya aşağı enməsini və xalqa özlərini təqdis etmələrini dedi, çünki O, onlarla danışmaq üçün Sina dağına gələcəkdi. Buna baxmayaraq, gün gəlib çatanda və Rəbb Öz ehtişamında zühur edəndə xalq buna hazır deyildi.

Bütün xalq göy gurultusunu, şimşəkləri, şeypur səsini, dağın tüstülənməsini eşidib görəndə qorxub sarsıldı və uzaqda durdu. Musaya dedilər: “Sən bizimlə danış, biz də eşidək. Qoy Allah bizimlə danışmasın, yoxsa ölərik” (Çıxış 20:18-19).

Onlar Musaya yalvardılar: “Sən bizim üçün Allahla danış və Onun dediklərini bizə de və biz onu edəcəyik” (parafraz edilib), yenidən Allahla münasibətə malik olmadan Onun faydaları üçün öz eqoist istəklərini göstərirlər. Bəlkə onların yaxşı niyyətləri var idi – onlar Allahın Sözünü saxlamaq istəyirdilər, amma Onunla yaxın ünsiyyətdə olmadan onlar buna əməl edə bilmədilər.

İsraillilər, münasibət yerinə öz problemlərinə cavab istəyirdilər, beləliklə, Allah onlara On Əmr verdi! Amma bu da problemi həll etmədi. İnsanlar hər gələn nəsil ilə bu əmrlərə riyaət edə bilmədiklərini sübut etdilər.

Bəs bugün bizim nəsil haqqında necə? Bizlərdən neçəmiz ən gözəl niyyətlərlə Allahın yollarına riyaət etməyə çalışır? Biz yerinə yetirmədiyimiz sözləri və vədlər veririk və sonra o qədər yüklənirik ki, duada belə səsimizi güclə çıxarırıq. Biz o ümidlə əvvəl-axır bir pastora, öz həyat yoldaşımıza, dostumuza və ya sevimli bloqerimizə baxa bilərik ki, nə cürsə yolla onların Allahı axtarmalarını özümüzünkü kimi mənimsəyək və Onunla olan münasibətimizi inkişaf etdirək. İsrail xalqı kimi, biz də Allahın Sözünə –Onun əmrlərinə Onunla həyatverici, şəxsi münasibəti qorumadan riayət etməyə çalışırıq. Yəhya 14:21-də İsa deyir: “Kim əmrlərimə bağlı qalıb onlara riayət edirsə, Məni sevən odur. Məni sevəni Atam sevəcək. Mən də onu sevib Özümü ona zahir edəcəyəm”.

Page 55: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

MÜNASİBƏT 45

Mən vaxtı ilə o ayəni oxuyar və düşünərdim ki, Rəbb deyir: “Con, əgər sən Mənim əmrlərimə bağlı qalsan, Məni sevdiyini sübut etmiş olacaqsan”. Sonra bir gün Rəbb o ayəni yenidən oxumağımı dedi. Mən oxuyanda, O dedi: “Sən hələ də Mənim nə dediyimi başa düşmürsən – yenidən oxu!” Oldu, Rəbb.Bu, mən ayəni doqquz və ya on dəfə oxuyana qədər davam etdi.

Nəhayət, mən fəryad etdim: “Rəbb, mənim nadanlığıma görə məni əfv et, mənə nə demək istədiyini göstər!”

O dedi: “Con, Mən demirəm ki, əgər sən Mənim əmrlərimə bağlı qalsan Məni sevdiyini Mənə sübut edəcəksən”. “Məni sevib-sevmədiyini artıq bilirəm! Mənim dediyim odur ki, əgər insan Mənə başdan-ayağa aşiq olsa, o adam Mənim əmrlərimə bağlı qalmağı bacaracaqdır!”

Başa düşdüm! Bu, münasibətdir, qanun deyil. Mən buna əmr – qanun kimi baxırdım. Onun açdığı şey münasibətin əhəmiyyəti idi.

• Allah qayda və qanunlarla tanınmaz. • Allah metodlarda tapılmaz.• Müqəddəs, Külli-İxtiyar Olan bir düstura sığışmaz!

Amma bunlar çoxumuzun Rəbb haqqında olan qavrayışıdır. Allahla münasibətin yerinə biz “qanunlar və düsturları” qoyuruq, xoşbəxt həyat üçün yeddi addım, xilasın yeddi bənd planı, uğurlu münasibətin beş aspekti, cavab alınmış duanın sınanmış metodu kimi. Biz təsəvvür edirik ki, Allah bir vədlər qutusuna sığışıbdır və içindən bir-bir çıxardıla və lazım olduqca istifadə edilə bilər. Əgər Allaha bu yolla yaxınlaşılırsa, günah ilə məşğul olmağın nə qədər ağır olduğu heç təəccüblüdürmü?

Allah ən yeni özünə kömək etmək düsturu deyil! O, Öz övladlarında – səndə və məndə məskən salmış Canlı Allahdır. O, bizi tanımaq, bizə və bizim etdiklərimizə cəlb olunmasını istəyir! Bu, səmimi bir münasibətdən ibarətdir. Bizim sevgimizi azaldan bu insan meyilinin işığında İsanın nə üçün belə dediyini başa düşə bilərsən:

“Amma səndən bir şikayətim var: əvvəlki məhəbbətindən əl çəkmisən. Buna görə də haradan yıxıldığını yadına sal, tövbə et və

Page 56: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

46 ALLAH, SƏN HARADASAN?!

əvvəl etdiyin işləri gör. Əks təqdirdə, tövbə etməsən, yanına gəlib çıraqdanını yerindən götürəcəyəm” (Vəhy 2:4-5).

Digər İsraillilərə zidd olaraq, Musa Allaha uzaqdan ibadət etməkdən razı deyildi. O, Allahın hüzurunun ehtişamını görəndə geriyə çəkilmədi. O, irəliyə getməyə davam etdi. Çıxış 20:21-də oxuyuruq: “Xalq uzaqda duranda Musa orada Allahın olduğu qatı qaranlığa yaxınlaşdı”. Musanın nüfuzlu və səlahiyyətli bir adam olmasına baxmayaraq, üç milyon nəfərlik bir xalqın rəhbəri, Əhdi-Ətiqdəki ən valehedici möcüzələrin və əlamətlərin bir hissəsi idi və o bilirdi ki, bu şeylər sadəcə onu məmnun edə bilməzdi. Onun bu möcüzəvi əlamətləri və xariqələri təcrübədən keçirəndən sonrakı duasını nəzərdən keçir:

“Əgər mən, doğrudan da, Sənin gözündə lütf tapmışamsa, yalvarıram, Öz yolunu mənə agah elə ki, Səni tanıyım və gözündə lütf tapım. …Əgər Sənin hüzurun bizimlə getməsə, bizi buradan göndərmə. … Musa dedi: «İzzətini mənə göstər»” (Çıxış 33:13-18).

Allah Musaya bir təklif etdi. Sərt çöllüyün ortasında, Allah ona getməyi və insanları götürməyi və onları Vəd olunmuş Torpağa gətirməyi dedi. O hətta onların ora sağ-salamat çatmasından əmin olmaq üçün seçilmiş mələk göndərməyi də təklif etdi. O, Musaya torpağın necə gözəl olacağını – süd və bal axdığını, gözəl mənzərələrlə, bağlarla və meyvə bağlarıyla dolu olduğunu xatırlatdı. Amma Allah dedi ki, O, şəxsən onlarla birlikdə getməyəcəkdir. Musa bunu eşidən kimi Allahın lütfkar təklifini rədd etdi. O, əsaslı şəkildə elan etdi: “Mən Sənin hüzurun olmadan vədlərindənsə, Sənin vədlərin olmadan Sənin hüzurunun olmasını istərəm”. Əminəm ki, Allah bu cür arzuya çox sevinmişdir.

Musa daha çox arzulayırdı, buna görə də o cəsarətlə yalvardı: “Əgər mən, doğrudan da, Sənin gözündə lütf tapmışamsa, yalvarıram, öz yolunu mənə agah elə ki, Səni tanıyım və gözündə lütf tapım. Bax bu camaat sənin xalqındır” (Çıxış 33:13). Allahı tanımaq üçün biz Onun yollarını tanımalıyıq! O, Öz yolarını yalnız Onun gücünü və təminatını

Page 57: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

MÜNASİBƏT 47

axtaranlara deyil, Onun ürəyini axtaranlara açır: “...lakin öz Allahını tanıyan xalq qüvvətlənib hərəkətə gələcək” (Daniel 11:32).

Mən ilk dəfə xidmətə daxil olanda, demək olar ki, hər səhər bir-iki saatı duada keçirərdim. Mənim dualarım bu cür idi: “Allahım, canları xilas etmək, xəstələrə şəfa vermək, pis ruhları qovmaq üçün məndən istifadə et”. Davamlı olaraq mən dua edərdim – eyni şeyləri müxtəlif sözlərlə. Çox geniş ölçüdə əhatə edən xidmət üçün Rəbbə fəryad etdiyimə görə çox fədakarlıq hiss edirdim.

Sonra bir gün Rəbb mənimlə danışdı və dedi: “Oğlum, sənin duaların xudbin və məqsəddən uzaqdır”. Mən Onun dediklərinə görə pərt olmuşdum.

“Bu şeyləri etmək üçün sənin niyyətin nədir?” O soruşdu. “Səndən eşitdiyim tək şey “Məndən istifadə et... ”; duanın fokusunda sənsən. Səni yaratmaqda Mənim məqsədim sənin canları qazanmaq, cinləri qovmaq, ya da xəstələrə şəfa vermək deyildi. Səni yaxınlıq üçün yaratdım – sənin məqsədin odur”.

Bu, mənim üçün heyranedici idi. Sonra O, mənə heç vaxt unutmayacağım bir şey göstərdi: Yəhuda insanları azad etdi və xəstələrə şəfa verdi, hamısını İsanın Adıyla etdi! Bəli, İsa on iki şagirdi göndərəndə O, onların hamısını göndərdi – daha sonra Onu satacaq olan Yəhuda daxil olmaqla. Mənim fokusum səhv idi. Bizim üçün Allahın məqsədi Onun səmavi hədiyyəsi olanİsa Məsihi tanımaqdır (Filipillilərə 3:10).

Bir neçə il sonra Lisa da bir görüşə hazırlaşarkən eyni cümlələrlə dua edirdi. O və Rəbb söhbət edirdilər. Rəbb ona dedi: “Lisa, Mən insanlardan istifadə etmirəm, Mən onları məsh edirəm, Mən onlara şəfa verirəm, Mən onları dəyişirəm, Mən onları Öz surətimə dəyişirəm, lakin Mən onlardan istifadə etmirəm”. Bunu soruşaraq O davam etdi: “Lisa, sən heç dostun tərəfindən istifadə olunmusan?”

“Bəli” -deyə o cavab verdi. “Özünü necə hiss etdin?” Rəbb soruşdu. “Özümü xəyanət edilmiş hiss etdim!” Rəbb davam etdi: “Bir çox xidmətçilər Mənə onlardan yalnız istifadə

Page 58: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

48 ALLAH, SƏN HARADASAN?!

etməyim üçün fəryad ediblər. “Şəfa vermək üçün məndən istifadə et, nüfuz etmək üçün, xilas etmək üçün məndən istifadə et”. Mən də etdim, həmişə onların ürəkləri üçün ümid edərək, amma onların başı xidmətə çox qarışdı. Onlar heç vaxt Mənim yollarımı öyrənməyə çalışmadılar, beləliklə, onlar öz şəxsi imperiyalarını qurmaq üçün Mənim onlara verdiyim ənamdan istifadə etdilər. Çətinliklər gələndə onlar Mənə fəryad etdilər, amma Mən onların dualarına vaxtında və onların istədiyi formada cavab verməyəndə incidilər. Onlar özlərini istifadə edilmiş hiss etdilər və Mənə qəzəbləndilər. Onlar uzaqlaşdılar, çünki onlar Məni tanımadılar”.

Öz ərindən, ona şəxsən tanımaqda heç bir marağı olmayan, ondan yalnız övlad dünyaya gətirmək üçün meyili olan bir qadın haqqında nə düşünərsən? O, ərinin ayaqlarına düşər və fəryad edər: “Ah, mənim ərim, xahiş edirəm, sənin üçün övladlar dünyaya gətirməkdən ötrü məndən istifadə et! Yalvarıram, yalvarıram, mənə körpələr ver, yoxsa mən öləcəyəm!” Bu, mənasız səslənir, amma bu, bizim özümüzün Onunla heç də ünsiyyətimiz olmadan Allaha “insanları xilas etmək üçün bizdən istifadə et” kimi fəryad etməyimizdən heç də fərqli deyil. Biz Allahla yaxın ünsiyyətdə olanda övladlar dünyaya gələcəkdir – qadının öz əri ilə yaxın olarkən baş verdiyi kimi.

Beləliklə, İsraillilər doğru şeyi axtarmırdılar. Onlar Yaradanın yerinə, yaradılan şeyləri axtardılar. Biz də nə baş verdiyini bilirik. Səhralıq yerin qarşıdakı çətinliklər üçün müdriklik və güc təmin edərək hazırlanma yeri olması əvəzinə ora faydasız bir yer oldu, axırda da bütün nəsli buna çəkdi. Necə bir itki! Vəd olunmuş Torpağa çatmaq üzrə idilər.

Bu, hamımız üçün bir dərsdir! Səhralıq izzətli yaxınlıq səyahətində xoş qarşılanmalı bir vaxt olmalıdır.

Page 59: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

5

YENİ ŞƏRAB

“Qoy biz hər şeyi yeniləyən Allahın yeni Şərabı üçün qablar olaq”.

– Suriyalı Efrem

Əvvəlki şeyləri yada salmayın,Köhnə hadisələr barəsində düşünməyin.Budur, Mən təzə bir şey edirəm,O artıq baş verir,Məgər siz bunu başa düşmürsünüz?Bəli, Mən çöllükdə yol salacağam,Quru torpaqda çaylar yaradacağam.

– Yeşaya 43:18-19

Page 60: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

50 ALLAH, SƏN HARADASAN?!

Allahı daha yaxından tanımaq üçün biz dəyişikliyə açıq olmalıyıq. Bunu da təcrübədən keçirmək üçün çöllükdən daha yaxşı yer yoxdur. Ən səmərəsiz, unudulmuş yer kimi görünən bu yerdə

biz Onun Ruhunun yeni hərəkətinə şahid olacağıq. Bir çoxlarının çətinlik çəkdiyi sual: Dəyişiklik gətirmək üçün nəyə

görə çətin və quru vaxtlar olmalıdır ki? Bu fəsildə bizim müzakirəmiz bir perspektiv təklif edəcək.

Bir müddət əvvəl, on səkkiz ay müvəqqəti olaraq çöllükdə çətin vaxtlardan keçdikdən sonra mən gənclər xidmətinə rəhbərlik etmək üçün seçildim (bəli, bu xeyli il əvvəl idi!). O vaxt Floridadakı bu imanlı cəmiyyəti Birləşmiş Ştatlarda sürətlə böyüyən imanlı cəmiyyətlərindən biri idi, buna görə də mən biraz depressiyaya düşdüm, çünki mənim gənclərə pastorluq etmə təcrübəm yox idi. Amma bilirdim ki, bunu Allah mənə göndərmişdi və əgər mən səylə Onu axtarsam, hər şey qaydasında olacaqdır.

Bu gənclər xidməti uşaqlara çoxlu sayda maraqlı fəaliyyətlər verən ənənəvi modeldə qurulmuş bir xidmət idi. Təəssüf ki, bu gənclərin əksəriyyəti ruhən böyümürdülər. Bir çoxu azad həyat tərzi sürürdü. Beləliklə, mən bu işə başlayanda Müqəddəs Ruhun mənə bunu deməsini hiss etdim: “Sənin müjdən tövbə, müqəddəslik, itaət və səlahiyyət haqqında olmalıdır”. Mən də bunu öyrətdim və təbliğ etdim və qrupun əhval-ruhiyyəsi də dramatik şəkildə vaxtında dəyişdi.

Nəticələr gözəl idi. Gənclər qrupu bir neçə ay içində üç dəfə böyüdü. Allahdan uzaq olan banda üzvləri, kult üzvləri və gənc yetkinlər çox

Page 61: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

YENİ ŞƏRAB 51

sürətli dərəcədə İsanı tanımağa gəlirdilər. Əvvəlki qrupdan yolunu azmış gənlər atəşlə dolurdular. Bizim hamımız Allahın zəngin hüzurunu sevirdik və Onu daha da çox sevməkdə böyüyürdük. Allah bizə və bizim səylərimizə çox böyük xeyir-dualar verirdi.

Dallasda olarkən ilk çöllüyümdən çıxdığıma görə düşünürdüm ki, mən hər cür çöllük fəslindən keçmişəm. İndi mən Müjdəni təbliğ etmək çağırışında idim. Fikirləşirdim ki, İsa yalnız bir çöllükdən keçdiyinə görə mənim üçün də eyni olmalı idi. Mən necə də yanılmışdım. Saflaşmaq və qüvvətlənməklə bağlı və çöllük mövsümü ilə bağlı öyrənəcəyim hələ çox şey var idi. Sonrakı bir çöllük səyahətim əvvəlki on səkkiz ayı uşaq oyunu kimi göstərəcəkdi.

Müqəddəs Ruh bizim rəhbərlik qrupumuza o qədər yeni ideyalar verirdi ki! Göylərdən yeni şərab veriləndə, çöllüyə hazırlanma mövsümündən sonra biz “Allah tərəfindən göndərilmiş” olanda bax bu baş verir. O, bizə Musa, Davud, Yusif və digərləri kimi necə effektiv və səmərəli olmağı göstərir.

Bizim gənclərlə yaşadığımız böyümə həqiqətən də fövqəltəbii idi. Amma bütün bu müvəffəqiyyətlərin arasında mən öz yerli qrupumuzdan daha çoxu üçün güclü bir ağırlıq hiss etdim. Mən mərkəzi Florida boyu bütün gəncləri xilas etməli idi. Beləliklə, duada bu ideya yarandı: “Bəlkə gənclər xidmətini televiziyaya qoyaq?” O vaxtlar – 1980-ci illərin ortaları –insanları xilas etmək üçün o ən gözəl yol idi. O vaxtlar nə internet, nə sosial şəbəkə, youtube, ağıllı telefonlar – heç bir şey yox idi. Mən öyrəndim ki, yerli TV stansiyalarından birinin potensial olaraq dörd milyon izləyicisi var idi. Heyranedicidir ki, bu stansiyanın cümə günləri axşam saat 10-da açılan boşluq var idi. Mən bildim ki, bu gəncləri “tutmaq” üçün yaxşı vaxt olardı.

Mən bu ideyanı baş pastora çatdırdım və o dedi ki, bunun üçün bizim büdcəmiz yoxdur. Beləliklə, mən ondan TV proqramını mailiyyələşdirmək üçün gəncləri pul yığmağa çağıra bilərəmmi? O, bizə razılıq verdi və beləliklə, mən mərkəzi Floridada narkotikaya, alkoqola aludə olan və ya digər problemlərlə üzləşən gəncləri necə xilas edə biləcəyimiz haqda uşaqlara bir görüntü təqdim etdim. Gənclər

Page 62: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

52 ALLAH, SƏN HARADASAN?!

qrupundakı uşaqlar görüntünü başa düşdülər və qəzet paylamaq, fəst-food işlərindən, satış vəzifələrindən və digər yarıgün işçilərindən olan öz qazancları ilə hər Cümə günü axşamlar televiziya kanalına çıxmaq üçün kifayət qədər pul topladıq.

Bizim baş pastorumuz çox təəccübləndi və Allahın fəaliyyətdə olduğunu dərk etdi. Bu, yeni şərabın nəticəsi idi – Cümə günü axşam saat 10-da televiziyaya imanlı cəmiyyəti gənclər qrupunun çıxacağını kim eşitmişdi ki? Amma alındı. Tezliklə biz Müjdəni heç vaxt eşitməyən insanların bol məhsulunu gördük. Əgər biz “yeni şərabı” qəbul etməsəydik bu, baş verməzdi. Gənclər pastorluq vəzifəsini tərk edəndən uzun illər sonra mən Youth Aflame adlandırdığımız televiziya proqramımız vasitəsilə dəyişən həyatların şəhadətlərini eşitdim.

Dəyişiklik Yaxşıdır

Birazdan gənclər qrupuna geri dönəcəyik. Amma ilk öncə gəlin yeni şərabın nə olduğunu və nə üçün əhəmiyyətli olduğunu müəyyənləşdirək.

Allahın bizi dəyişiklik üçün yavaşca itələməsi adətən asan deyil, amma bu, həmişə yaxşı və səmərəlidir. Adətən biz dəyişikliyə qarşı dururuq, çünki bu, bizim rahatlıq səviyyəmizə təsir edir. Sözsüz ki, vərdiş insanlarıyıq. Bu nümunələr bərpa olunanda onlara öyrəşmək çox da rahat olmur. Lakin Onun Padşahlığını qurmaqda effektiv olmaq üçün biz dəyişilməyə açıq olmalıyıq.

Əgər biz mömin ailədə böyümüşüksə, bizim iman təcrübələrimiz, medotlarımız və adətlərimiz erkən formalaşmış olur və dərinə gedir. Bütün adətlər sözsüz ki, səhv deyil, amma insanlar öz ürəklərindən deyil, sadəcə olaraq adətdən gələrək cavab verəndə, onda iman ifadələri həyatsız bir nizam-intizamlar ola bilər.

Sözün düzü, bu cür nizam-intizamlar dini istehkamlara dönə bilər. Dindar olduğu üçün tənəzzül etmiş şəxs, zahirən mömin görünüşü olan, Allahın hal-hazırda etdiklərinə qarşı duraraq, Allahın keçmişdə etdiklərinə bərk yapışan biridir.

Page 63: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

YENİ ŞƏRAB 53

İsanın günlərindəki fəriseylər və digər dini rəhbərlər bu cür davranışı nümayiş etdirirdilər. Onlar İbrahimin övladları, əhdin oğulları və Musanın şagirdləri olduqlarına görə təkəbbürlənirdilər. Allahın etdiklərinə bərk yapışaraq, öz aralarında duran Allahın Oğluna qarşı çıxdılar. Onlar öz adətlərinə, ibadət qaydalarına görə qeyrətli idilər, buna görə də İsa gələndə, onların hər bir rahatlıq və stabillik sahələrinə çağırış edəndə onlar mübarizə apardılar. İsa çox aydın dedi ki, Allah onların çərçivələrinə sığmayacaqdır... onlar Allaha uyğun olmalı idilər. Onlar bu dəyişikliyə qarşı durdular və öz adət-ənənələrinə yapışdılar.

Sadəcə dindar olan biri elitar münasibət yaradacaqdır – “Allah yalnız bizim vasitəmizlə və bizim parametrlərimizlə fəaliyyət göstərəcək” ki, bu da, xürafatla və əgər yoxlanılmasa, sonunda nifrət və xəyanətlə nəticələnəcək. İsanın vaxtında da tam bu cür baş verdi və bütün imanlı cəmiyyəti tarixi boyu da belə oldu.

Dəyişmək və imanın və izzətin bir səviyyəsindən digərinə keçmək üçün biz öz rahat zonamızı tərk etməliyik və Allahın Ruhunun bizi apardığı yolu tutumalıyıq. Bu yol adətən bizi Allahın yeni həyatın çiçək açmasına səbəb olduğu çöllükdən keçirəcəkdir.

Bu nümunə Vəftizçi Yəhyanın həyatında görünən idi. Onun atası kahin idi – ona baş kahin olmaq fürsəti verilmişdi. Yəhyanın karyera yolu öz atası kimi kahin olmaq idi. O, Yerusəlimdə məktəbə gedəcək və Qamliel adlı məşhur müəllimin nəzarəti altında kahin olmaq üçün oxuyacaqdı. Lakin bir gün Rəbbin Ruhu Yəhyanı çöllüyə çağırmağa başladı. Yəhya çox dua etdikcə, onun çöllüyə getmək üçün daxili istəyi də güclənirdi. Əminəm ki, onun daxilində münaqişə yaranmışdı və onun da bu cür düşüncələri var idi:

Birlikdə böyüdüyümbütün dostlarım “Müqəddəs Kitab məktəbinə” gedirlər. Onların diplomları olacaq və rəhbərlər kimi tanınacaqlar.

Onlar təyin olunacaqlar və ölkədəki hər bir sinaqoqda təbliğ etmək bacarıqları olacaq. Onlar mənim haqqımda nə düşünəcəklər? Əgər mən “Müqəddəs Kitab məktəbinə” getməsəm öz istədiklərimi necə yerinə yetirəcəyəm?

Page 64: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

54 ALLAH, SƏN HARADASAN?!

Bilirəm, mənim həyatımın bir çağırışı var. Atam mənə demişdi ki, yüksək rütbəli mələk mənim doğuluşumu elan etmişdi və mənim xidmətçi olacağımı demişdi. Amma əgər mən bu çöllüyə getsəm, heç kim mənim kim olduğumu bilməyəcək. Məni heç vaxt vəz etməyə dəvət etməyəcəklər.

Buna baxmayaraq, Yəhya özünün çöllüyə olan çağırışında öz düşüncəsini bombardman edən sualları rədd etdi və çöllüyə götürən Ruhun ardınca getməyə qərar verdi. Biz onun haqqında oxuyuruq: “Körpə isə böyüyüb ruhən qüvvətlənirdi və İsrail xalqına görünən

Səyahətin Üçün Sağ Qalmaq Üzrə Tövsiyələr

#5 Çadırda Yaşa – Ev Tikmə

Bunu heç vaxt unutma –çöllük müvəqqətidir– sən sadəcə oradan keçirsən. Beləliklə, çöllükdə qalarkən çadırda yaşa. Qətiyyən ev tikmə!

Baxmayaraq ki, İsraillilər çöllükdə gəzərək uzun on illiklər keçirdilər, bu heç vaxt Allahın planı deyildi. O, onlara mümkün olan ən yaxşı vəziyyəti tapmalarını deməmişdi və evləri tikərək onlara real görünənlərə uyaraq sakitləşdilər. Xeyr, onlar çadır-larda yaşadılar- həmişə toplamaq və buludlar hərəkət etməyə başlayanda onlar da hərəkət etməyə hazır şəkildə idilər. Çöllük həmişə müvəqqəti məskunlaşma yeri olaraq nəzərdə tutulmuşdu, təyin yeri deyil. Allah heç vaxt demədi: “Ey, bu səhralıq heç də pis deyil. Vəd Olunmuş Torpaq kimə gərəkdi? Gəlin təməlləri qazaq və yaxşı evlər tikək – sənin və Mənim üçün”. Bəli, hətta Allahın Özü bütün çöllük səyahəti boyu çadırda yaşadı.

Düşərdə salmaq əyləncəli və hətta qısa müddətlik zövq verici ola bilər, amma bizim əksəriyyətimiz çöllükdənsə həqiqi evdə yaşamağı üstün tutar. Yanılma və öz təməlini çöllükdə qurma. Həmişə toplamağa və davam etməyə hazır ol və axırda öz köhnə çadırını anbara qoy.

Page 65: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

YENİ ŞƏRAB 55

günədək çöldə qaldı” (Luka 1:80). Qeyd etmək maraqlıdır ki, Yəhya öz çöllük hazırlığına körpə ikən başladı və sadəcə altı ay sürən xidməti üçün illərlə hazırlaşmağa vaxt sərf etdi. Bununla belə, İsa dedi ki, o “qadından doğulan” peyğəmbərlər arasında ən böyüyü idi.

Müqəddəs Yazılar Yəhyanın üzləşdiyi çox ağır vəziyyətlər, müddət və çöllüklərinin sayı haqqında danışmır. Luka 3:2-də oxuyuruq ki: “Xananla Qayafa baş kahin idi. O vaxt çöldə Zəkəriyyənin oğlu Yəhyaya Allahın kəlamı nazil oldu”. Bunu qeyd etmək maraqlıdır ki, Xanan və Qayafa sinxron olmayan dini sistem altında fəaliyyət göstərərkən, sərt və quru yerdə yeni qab formalaşırdı. Yeni şərab burada aşkar ediləcəkdir.

Allah Yəhyanı onun yaşadığı günlərdə qəbul edilən “Müqəddəs Kitab məktəbində” yox, çöllükdə hazırladı! Bütün Yəhudeyadan və Yerusəlimdən böyük izdiham çöllükdə Yəhyanın vəz etdiyi Rəbbin Sözünü dinləmək üçün gəldi. Ruhun yeni hərəkəti əsməyə başlayırdı – yeni şərab buraxılmaq üzrə idi, amma dini yerdə yox, çöllükdə. Dindar ikiüzlülükdən və adətlərdən bezənlər Allahın Oğlunun zühuruna hazırlaşmaq üçün ürəklərinin dəyişməsinə açıq olaraq Yəhyanın yanına getdilər.

Bundan qısa müddət sonra İsa Yəhya tərəfindən İordan çayında vəftiz olunmaq üçün gəldi. Yəhya Onu vəftiz etmək üçün özünü layiq görmədiyinə baxmayaraq, İsa buna təkid etdi. İsanın xidmətinin irəli çıxması üçün Allahın Ruhunun o vaxt yer üzərində nə etdiyinə görə çox zəruri idi. İsa sonra Ruhla doldu və dərhal səhraya aparıldı.

Müqəddəs Kitab çox aydın deyir ki, İsa səhraya aparılanda O, Ruhla doldu, amma qırx gün sınağa çəkildikdən sonra səhradan Ruhun qüdrəti ilə qayıtdı. Deməli, O, yer üzərinə gəldiyi xidmət üçün təchiz olunmuşdu. Vəftizçi Yəhyanın xidmətindən sadəcə bir neçə ay sonra çöllükdən digər yeni bir şey çıxdı – İsa Məsihin xidməti.

Yeni Tuluqlar

İsa Öz xidmətinə başladıqdan qısa müddət sonra biz oxuyuruq: “Onlarsa İsaya dedilər: “Yəhyanın şagirdləri tez-tez oruc tutub dua edir,

Page 66: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

56 ALLAH, SƏN HARADASAN?!

fariseylərin şagirdləri də belə edirlər. Amma Səninkilər yeyib-içirlər” (Luka 5:33). Bizim birinci verməli olduğumuz sual budur: ‘bəzi adamlar’ kimdilər? Buna cavabı Mattanın Müjdəsində tapırıq: “O zaman Yəhyanın şagirdləri İsanın yanına gəlib dedilər” (9:14). Uzun illər mən bunların fariseylər olduğunu fikirləşirdim, amma bunların Vəftizçi Yəhyanın şagirdləri olduğunu kəşf etdiyim gün Müqəddəs Yazıların bu parçasını tamamilə yeni bir işıqda gördüm! Bu insanlar zara gəlmişdilər, çünki onlar tez-tez oruc tutur və saatlarla dua edərdilər, amma İsanın şagirdləri bu cür etmirdilər. Yəhyanın ardıcılları bütün bu qurbanları gətirirdilər, amma buna baxmayaraq, bütün diqqəti İsanın şagirdləri çəkirdi.

Yəhyanın günlərində Allahın Ruhunun hərəkət etdiyi yollardan biri çoxlu oruc tutmaqla idi. Amma Yəhyanın bu şagirdləri Yəhyanın xidmət nümunəsindən Allahın Ruhunun indi etdiklərinə keçid etməmişdilər, ya da dəyişməmişdilər. Onlar öz xidmət və ibadət metodlarının bəhrəli olduğuna inanırdılar. Onlar çöllükdə yaşamaq və həşəratlar yemək üçün öz ailələrini arxada buraxaraq Vəftizçi Yəhyanın ardınca getmək üçün böyük qurbanlar vermişdilər, amma indi onların rəhbəri həbsxanada idi. Bu yeni İnsanın Özü ilə şagirdləri var idi ki, onların qayda-qanunları ilə getmirdilər. Yəhyanın komandası təhqir edilmişdi, incidilmişdi və indi dindar ruh yaratmaq təhlükəsində idi.

Yadda saxla, dindar ruh həmişə Allahın indi etdiklərinə qarşı çıxaraq, keçmişdə etdiklərinə yapışacaq. Mümkündür ki, Yəhyanın ardıcılları Allahın indi nə dediyi və nə etdiyinin yerinə öz rəhbərlərinə olan sadiqliklərinə görə və onun ardıcıllarının nə cür hərəkət etmələrinə görə narahat olmağa başlamışdılar. Onların fokusu artıq Allahın qəlbi deyildi. Nə vaxtsa Allahın qəlbinə aparan metod indi onların fokusu idi.

Qürur və inciklik dominantlıq etməyə başladı. Yəhya ilə olanlar vaxtlarını və yəqin ki, pullarını da xidmətə yatırmışdılar. İndi isə onların bütün etdikləri, üzərində durduqları və ya əldə etdikləri təhlükə altında idi. Beləliklə, onlar özlərinə sakit bir yer tapdılar və dəyişilməyə qarşı durdular, amma onların rəhbərləri İsa haqqında elan etmişdi: “İndi Ona böyümək, mənə kiçilmək gərəkdir” (Yəhya 3:30).

Page 67: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

YENİ ŞƏRAB 57

İsanın onlara verdiyi cavaba bax: “Bəy yanlarında olanda sağdışı və soldışı oruc tutmağa məcbur edə bilərsinizmi?” (Luka 5:34). İsa belə deyərək onların dindar yollarını işfa edir: “Allahın Oğlu onların arasındaykən nə üçün onlar gedib oruc tutmalıdılar ki? Onların edəcəkləri şey əgər onlar Allahdan nə isə istəyirlərsə, Mənə gəlsinlər” (parafraza)! Dindar düşüncə tərzi onların oruc və digər dini fəaliyyətlər vasitəsilə Allahın lütfünü qazanmalı olacaqlarına inanmalarına səbəb olurdu. Onlar oruc tutmağı Allaha olan yol kimi görürdülər və bu da onları oruc tutmayanlardan (və ya digər metodlardan istifadə etməyənlərdən) üstün olmaları kimi hiss etdirirdi. Beləliklə, qürur gəldi. Metod original meyvədən daha əhəmiyyətli oldu.

Yeməkdənsə oruc tutmağın daha çox faydasının olmasına baxmayaraq, bu, Allahı manipulyasiya etmək üçün yol deyil, lakin Allahın dediyini daha yaxşı eşitməkdən ötrü səni mövqeyə gətirmək üçündür. Beləliklə, Allah orada onlarla olarkən Onun səsini eşitməkdən ötrü şagirdlər nə üçün oruc tutmalı idilər? Luka 5:34-35-ə yenidən bax: “İsa onlara cavab verdi: “Bəy yanlarında olanda sağdışı və soldışı oruc tutmağa məcbur edə bilərsinizmi? Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar”.

O demir ki, onlar o günlərdə oruc tuta bilərlər. O deyir ki, onlar oruc tutacaqlar. Bu adamlar yalnız yemək orucu tutmaqdan bəhs edirdilər, İsa isə onlara başqa orucdan bəhs edirdi. Fikir ver ki, bu oruc Bəyin aradan qaldırıldığı günlərdə olacaqdır. O, yalnız yeməkdən oruc tutmaqdan deyil, Öz hüzurunun zühuru üçün olan orucdan bəhs edir. Biz bunu bilirik, çünki O davam edir və məsəldə bunu onlara demək üzrədir. Yadda saxla ki, çöllüyün təriflərindən biri də, Allahın hiss olunan hüzurunun yoxluğudur.

İndi isə O dediyi şeyi izah etmək üçün verdiyi məsələ bax:

“Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa təzə şərab tuluqları partladar, həm şərab tökülər, həm də tuluqlar zay olar” (Luka 5:37)

Page 68: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

58 ALLAH, SƏN HARADASAN?!

Müqəddəs Kitabda şərab Allahın hüzurunun rəmzidi. Paul Efeslilərə 5:18-də deyir: “Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyatsızlığa aparır. Bunun əvəzinə Ruhla dolun”.

Biz şərabla, Allahın hüzuru ilə dolmalıyıq! Yeni şərab Onun Ruhunun təzə hərəkətidi.

İzin verin bu mühüm sualı yenidən yığcam olaraq təkrarlayım. İlk dəfə Ruhla dolduğunda onun nə qədər gözəl olduğunu xatırlayırsan? Allahın hüzuru şirin və güclü idi. Sən hər dəfə dua edəndə, Onun hüzuru dərhal Özünü göstərirdi və sən də bütün günü Onun yaxınlığını hiss edərdin. Bəzən imanlı cəmiyyətində sən sadəcə olaraq oturar və ağlayardın, çünki O, çox yaxın idi.

Amma uzun müddətdən sonra bir gün sən Onun hüzurunu elədə asanlıqla hiss etmədiyinə fikir verdin. Sən əvvəlki kimi dua edirdin, amma indi sən fikirləşməyə başladın, Allah, Sən haradasan?! Sən çöllüyə çatmısan!

O çöllük və ya Allahın hüzuru üçün oruca bir səbəb var. Allah səni yeni tuluq etmək üçün hazırlayır. Sən Allahın Ruhunun yeni hərəkəti olan yeni şərabı köhnə tuluqa qoya bilməzsən.

İsanın dövründəki tuluqlar qoyun dərisindən hazırlanmış konteynerlər idi. Şərab əvvəlcə onun içinə doldurulanda dərilər elastik idi. Onlar asanlıqla dartılırdı və şərab çoxaldıqca müqavimət göstərmədən təslim olurdular. Amma illər keçdikcə, Orta Şərq atmosferi tuluqları qurudar, onu kövrək və sərt edərdi. İndi əgər şərab tuluqdan tökülsə və içərisinə yeni şərab əlavə olunsa, dəri nə yeni şərabın çəkisinə, nə də ki, hər hansı bir mayalanmaya tab gətirər, çünki o sərtləşib və kövrəlib, çox asanlıqla qırılar, ya da cırılardı. Bu problemi həll etmək üçün köhnə tuluqlar bir neçə gün suya qoyular və sonra zeytun yağı ilə sürtülərdi. Bu, tuluğun elastikliyini bərpa edərdi.

Bu, bizimlə baş verənin rəmzidir, çünki biz ruhani yeni şərabın tuluqlarıyıq. Biz Allahın hüzurunu daşıyanlar adlandırılmışıq. Bizim yaşadığımız atmosfer Allahın yolları üçün bizim həssaslığımızı uzada bilər. Biz göylərdə deyilik; biz dünya adlanan korlanmış mühitdə

Page 69: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

YENİ ŞƏRAB 59

yaşayırıq. Buna görə də bizim düşüncələrimiz yenilənməlidir. Bizim tuluqlarımızı elastik saxlamaq, həmişə yeni şəraba hazır saxlamaq üçün biz Allahın Sözündə yuyulmalıyıq. Paul Efeslilərə 5:26-da yazır: “Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin”. Tuluğu zeytun yağı ilə sürtmək bizim üçün duada Allahı axtarmaq üçün keçirdiyimiz vaxt kimidir. Biz Allahla vaxt keçirdikcə həm Onun Sözündə, həm də duada düşüncələrimiz yenilənir və biz də artıq öz yollarımız və metodlarımızda sərt olmuruq.

Lakin köhnə tuluğu cavanlaşdırmaq üçün, sən əvvəlcə köhnə şərabı tökməlisən! Bu, o deməkdir ki, qabda heç bir şərab olmur – Allahın hiss olunan hüzuru olmur! Bu, Allahın hiss olunan hüzuru üçün oruc, ya da davamlı olaraq dediyimiz kimi, quraq vaxt deməkdir! Belə bir fəsildə sən dəyişiklik üçün hazırlaşırsan!

Nə üçün Allah Öz hiss olunan hüzurunu çəkir? Səni əsəbləşdirmək üçün? Xeyr, amma buna baxmayaraq, bu baş verəcəkdir! Ona görə edir ki, sənə ehtiyacı olana qədər səni rəfə qoysun? Xeyr! Onun Öz hüzurunu çəkməsinin səbəbi odur ki, sən Onu daha səylə axtarasan. Axtarmaq səni yenidən elastik edir. Elastik olmayan, sərt adamlar Allahı axtarmağı dayandıran adamlardır. Onlar öz metodlarında nizama düşürlər. Onlar əvvəlki həqiqi təcrübələrdən icad etdikləri formulalarla qurulurlar.

Vəftizçi Yəhyanın ardınca gedən bu adamların vəziyyəti də belə idi. Onlar ona bağlı idilər, çünki onlar Rəbbin Yəhya vasitəsilə qüdrətli yollarla işlədiyini görə bilirdilər. Amma Allahı yaxından tanımağın səmavi mükafatı üçün irəliləməyə davam etmək əvəzinə onlar öz inanclarında və metodlarında sərt oldular.

Allahın hər bir addımında yeni bir təlim yaranır. Təlim və düzgün doktrin bizi Allahın ürəyinə gətirən vasitələrdir. Amma əgər biz fokusumuzu yalnız təlim və ya doktrinin özünə qoysaq, onda bu, sonunda bizi dindar və ya qanunçu edəcək, ya da səhv bir əsarətə aparıb çıxaracaqdır.

Sən Allahı sərt ibadət metodu vasitəsilə tanıya bilməzsən və bir çox məsihçilər bilməyərəkdən bu cür həyat tərzinə qurban olurlar. Onlar

Page 70: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

60 ALLAH, SƏN HARADASAN?!

öz ibadət nümələrini, addımlarını və rejimlərini yaradırlar. Sonra on-larda nəhayət ki, model məsihçi olmaq biliyi olanda, onlar axtarmağı dayandırır və yaratdıqları nümunələrdə və ya adətlərdə lövbər salırlar. Lakin tam müjdə həyatlarını yaşamalarına baxmayaraq ki, onlar özlərini boş hiss edirlər.

Yeremya 29:12-13 deyir:

“Siz Məni çağıracaqsınız, gəlib Mənə dua edəcəksiniz, Mən də sizi eşidəcəyəm. Məni axtaracaqsınız, əgər bütün qəlbinizlə axtar-sanız, tapacaqsınız”.

Onu tapmaq üçün sadəcə dua etmək kifayət deyil. Dindar formulalara əsir olan bir çoxları var ki, sadiq olaraq dua edirlər. Allah deyir ki, sənin duanda Onu səylə axtarma olmalıdır. O, burada aydın şəkildə bildirir ki, axtarma olacaqdır və bunun üçün gündəlik edilən rutindən də daha çox şey lazımdı. Buna çılğın istək və Onun ürəyini axtarmaq lazımdır. Buna görə də Allah İbranilərə 11:6-da deyir: “Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, O var və Onu axtaranlara mükafat verir” .

İndi gəlin yenidən İsanın nə dediyinə baxaq:

“Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa təzə şərab tuluqları partladar, həm şərab tökülər, həm də tuluqlar zay olar. Təzə şərab təzə tuluqlara doldurulmalıdır. Heç kim köhnə şərabı içdikdən sonra təzəsini istəməz. Çünki deyər: “Köhnəsi daha yax-şıdır”” (Luka 5:37-39).

Köhnə şəraba öyrəşən heç bir şəxs dərhal yeni şərabı arzulamaz. Burada açar söz “dərhal”dır, çünki biz vərdişlər və nümunələrlə olan insanlarıq. Allah köhnə şərabları boşaldaraq rahat zonaları sındırmalıdır və şərabsız hazırlaşmağımız üçün quraqlıq vaxtlardan keçməyimizə izin verməlidir ki, biz yeni şərab üçün susayaq. Sən susayanda və içmək üçün heç bir şey olmayanda deyinməyəcəksən: “Mən bu yeni şərabı istəmirəm, köhnəni istəyirəm”. Əgər sən Allahın hüzuru və qüdrətini

Page 71: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

YENİ ŞƏRAB 61

arzulayırsansa, onda həyatında Allahın Ruhunun yeni hərəkəti üçün açıq olacaqsan. Sən çöllükdə olarkən bunu deyən Davud kimi olacaqsan:

“Ey Allah, mənim Allahım Sənsən, Sənin üçün yaman qəribsəmişəm. Quraq, cansıxıcı, susuz bir diyarda Sənsiz könlüm susuzdur. Bütün varlığımla həsrətini çəkirəm. Müqəddəs yerdə Səni seyr edirdim, Qüdrətini, əzəmətini görürdüm” (Zəbur 63:1-2).

Davud Allahın qüdrəti və hüzuru üçün susamışdı. Bunun nəticəsi olaraq, o çağırıldığı işin başına gələndə öz istədiyi kimi edən padşah Şauldan fərqli olaraq, hər şeyi Allahın istədiyi kimi, Rəbbin istədikləri üçün elastik idi.

Çöllükdə Başqa Bir Qalma

Bu fəsildə yuxarıda dediyim kimi, mənim ilk həqiqi təlim xidmətim gənclər pastoru olmaq idi. Televiziyaya verilən görüşlər çox böyük uğur idi. Biz həmçinin öz ərazimizdəki ikinci ən məşhur dünyəvi radio stansiyasında müjdəçi radio idmanları da apardıq. Hər şey çox gözəl gedirdi.

Sonra bir gün mən dua edirdim, Allahın Ruhu mənə dəyişikliyin gələcəyini dedi: “Sən gənclər pastoru olmaqdan çıxarılacaqsan”. O dedi: “Mən də səni Amerikanın şərq sahilindən qərb sahilinə qədər şəhərlərdəki imanlı cəmiyyətlərinə və konfranslara göndərəcəyəm; Kanada sərhəddindən Meksika sərhəddinə qədər; Alyaskaya və Havaiyə....”

Mən Ruhun dediklərini Lisaya dedim və ikimiz bütün bunları ürəklərimizdə götür-qoy etdik, başqa ştatda olan pastor dostumdan başqa heç kimlə paylaşmadıq. Allah bunu edəcəyini dedi və mən bilirdim ki,

Page 72: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

62 ALLAH, SƏN HARADASAN?!

əgər danışan həqiqətən O idisə, onda bunun baş verməsi üçün Allaha kömək etməməliydim.

Amma bir il ərzində heç bir şey baş vermədi. O gözləmə müddətində Allahın hüzuruna getmək mənim üçün getdikcə daha da çətinləşirdi və bunun qeyri-mümkün göründüyünə qədər gedib çıxdı. Mən duada əvvəlkindən daha çox vaxt keçirirdim və hələ də heç bir şey əldə etmirdim kimi görünürdü. Yalnız bu yox, gənclər qrupu üçün olan orijinal görüntüm də sanki yox olurdu (köhnə şərab qabdan tökülürdü). Mən daha çox dua etdikcə, görüntü daha çox azalırdı. Zahirdən heç bir şey dəyişməmişdi, lakin daxildə mənim istəyim azalırdı.

Mən gənclər xidmətlərindən əvvəl saatlarla duada olardım və bir neçə dəfə hətta Allahdan təbliğ etmək üçün başqa birini seçməsini də xahiş etmişdim. Mən toplantıya özümü boş hiss edərək gedərdim, amma mən xidmət edərkən Allahın hüzuru üzərimə bir ədyal kimi düşərdi. Mən qurtaranda və evə yolun yarısında ikən Onun hüzuru digər həftəyə qədər qalxardı!

Bütün bunların üzərinə, bütün bunların ortasında ikən heç vaxt yaşamadığımız daxili və zahiri sınaqlardan keçdik. Mənimlə nəyinsə səhv olub-olmaması haqda düşünürdüm. Beləliklə, mən hər bir günahı etiraf etməyə başladım, amma mənim quraqlığım üçün heç bir kömək, yüngülləşmə yox idi.

Bir dəfə işlətdiyim bu günahın nə olduğunu tapmağa çalışanda Rəbb mənə dedi: “Sən günah etdiyinə görə bu çöllükdə deyilsən! Mən səni gələcək olan dəyişiklik üçün hazırlayıram”.

O, məni gələcək xidmət mərhələsi çağırışının öhdəsindən gələ bilməyim üçün daxilimdə xarakter yaradırdı. Yeşaya 43:18-19-a bax:

Əvvəlki şeyləri yada salmayın, Köhnə hadisələr barəsində düşünməyin. Budur, Mən təzə bir şey edirəm, O artıq baş verir,

Page 73: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

YENİ ŞƏRAB 63

Məgər siz bunu başa düşmürsünüz? Bəli, Mən çöllükdə yol salacağam, Quru torpaqda çaylar yaradacağam.

Daha sonra bu kitabda mən Rəbbin mənə Öz vaxtında “dəyişikliyin gəlməsi” haqqında möcüzəvi şəkildə spesifik detalları açmasını deyəcəyəm. Bu müddətdə bütün çöllükdəki ən çətin günlərimin ortasında Rəbb məni Amerika və daha sonra millətlər üçün olan bir xidməti doğmağa hazırlayırdı.

Dostlarım, Allah sənin köhnə şərabının qurumasına səbəb olacaqdır ki, yeni şərab gələndə və yenişərab ilə sınaqlar gələndə sən köhnəyə geri qayıtmağı arzulamayacaqsan.

Page 74: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini
Page 75: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

6

SƏMAVİ

MÜKAFAT

Bəzi adamlar keçmişə geri dönür və başlarına gələn bütün çətinlikləri basdırırlar, sonra onlar gələcəyə baxır və hələ də çətinliklərinin olacağını gözləyirlər, sonra bütün həyatları boyu hərlənə və tərəddüd edərək gedirlər.

– D.L. Moody

Qardaşlar, hesab etmirəm ki, bunu tutmuşam. Yalnız bir şey edirəm: arxada qalanları unudub qarşımda olana çatmaq üçün cəhd edirəm və hədəfə doğru qaçıram ki, mükafatı alım, yəni Allahın Məsih İsada yuxarıya çağırışına nail olum.

– Filipililərə 3:13-14

Page 76: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

66 ALLAH, SƏN HARADASAN?!

Həvari Paul Əhdi-Cədid məktublarının üçdə iki hissəsini yazıb və ilk olaraq Müjdəni bir çox qeyri-yəhudi imanlı cəmiyyətlərinə yayıbdır. Onun xidməti bütün dünyaya yayıldı və buna

baxmayaraq, həyatının sonuna yaxın o dedi: “hesab etmirəm ki, bunu tutmuşam”. O, məmnun deyildi – və öz hədəfinin sonuna çatana və səmavi mükafatını alana qədər də məmnun olmayacaqdı.

Öz hədəfimizi yerinə yetirmək və mükafatımızı almaq üçün ilk növbətə etməli olduğumuz şey bunu ürəklərimizdə həkk etməkdir: biz buna hələ nail olmamışıq və ya bunu hələ əldə etməmişik.

Biz kamilləşməmişik; biz dəyişməyə və böyüməyə davam etməliyik. Musanın da nəhəng bir çağırışı var idi: üç milyonluq xalqı aparmaq

və Əhdi-Ətiqdə ecazkar əlamətlərin və möcüzələrin hissəsi olmaq. Buna baxmayaraq, Allah dedi ki, Musa yer üzərində ən həlim (ən çox öyrədilə bilən) adam idi. O, özünü məqsədə çatmış kimi hiss etmirdi, lakin öz hədəfini tamamlamaq və səmavi mükafatı əldə etmək üçün tələsirdi. Böyümək və dəyişmək üçün biz öyrədilə bilən olmalıyıq.

Allah üçün öz yarışını bitirməkdən ötrü etməli olduğumuz ikinci şey arxamızda olan şeyləri (qələbələri və məğlubiyyətləri) unutmaqdır! Allah Yeşaya 43:18-19-da bunu deyir:

“Əvvəlki şeyləri yada salmayın, Köhnə hadisələr barəsində düşünməyin.

Page 77: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

SƏMAVİ MÜKAFAT 67

Budur, Mən təzə bir şey edirəm, O artıq baş verir, Məgər siz bunu başa düşmürsünüz? Bəli, Mən çöllükdə yol salacağam, Quru torpaqda çaylar yaradacağam”.

Əgər keçmiş məğlubiyyətlər, imtinalar və ya günahlar üzərində yaşasaq, bizim Məsihə doğru hərəkət etməyimizə mane olacaqdır. Amma bizim keçmişimizin zəfərləri də bizi saxlaya bilər. Əgər biz çox əminiksə və özümüzə inanırıqsa və bizi dəstəkləmək və bizi doğruldan keçmiş nailiyyətlərə arxayın oluruqsa, onda Allahın bizim üçün indi təklif etdiklərini qaçıracağıq. Yeşaya 43-də Allah tam olaraq bunu deyir. Keçmiş şeylər Ondan idi, amma Onun bizim üçün nəzərdə tutduqlarını yerinə yetirməkdən və irəliyə getməyə davam etməkdən ötrü Allahın keçmişdə bizim vasitəmizlə hərəkət etdiyi yolları arxada qoymağa hazır olmalıyıq. Əgər belə etməsək, onda köhnə tuluq olmaq təhlükəsindəyik. Paul bu həqiqəti vurğulayır:

“Mən körpə olanda körpə kimi danışır, körpə kimi dərk edir, körpə kimi düşünürdüm. Boya-başa çatdıqda isə körpə fikirlərimi tərk etdim. İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik. İndi biliyim məhduddur, o zaman isə haqqımda hər şey bilindiyi kimi mən də hər şeyi biləcəyəm” (1 Korinflilərə 13:11-12).

Körpə olmaq səhv deyil; o, sadəcə olaraq kamala yetməyib. Mən beş yaşında olanda mənim bütün dünyam Tonka traktorları və leqolardan ibarət kimi görünürdü.

Əlifbadakı hərfləri demək böyük bir nailiyyət idi. Mən həyata tünd eynəkdən baxırdım, çünki daha böyük kompleks və onun daha böyük nöqteyi-nəzər baxışının öhdəsindən gəlmək üçün kifayət qədər yetkin deyildim.

On səkkiz yaşım olanda Tonka traktorları və leqolar keçmişdə

Page 78: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

68 ALLAH, SƏN HARADASAN?!

qalmışdı. İndi illər keçdikcə və mən yetkinləşdikcə dünyanı o qədər də çox tünd olmayan eynəklər vasitəsilə görürdüm. Mənim qavrama səviyyəm və bacarığım böyümüşdü. On səkkiz yaşında olan biri beş yaşında olan biri kimi hərəkət edəndə bu, normal olmur. Biz böyüdükcə artıq faydası olmayan və ya bizim ehtiyaclarımız, ya da həzzimiz üçün funksional olmayan keçmiş uşaqlıq yollarımızı və qavrayışlarımızı kənara qoyur, ya da unuduruq.

Eyni ilə Allahın işlərində də böyüyərkən, həyatın mərhələlərində inkişaf etdikcə keçmişdəki şeyləri, kamala yetməmiş şeyləri kənara qoymalıyıq. Paul deyirdi, indi Allahın yollarını və Onun izzətini tutqun görürük, amma səmavi mükafatı təqib etdikcə, Allahı üzbəüz gördüyümüz günə qədər aydın görəcəyik. Başqa sözlərlə, O, bizi tanıdığı kimi, biz də Onu tanıyacağıq!

Səyahətin Üçün Sağ Qalmaq Üzrə Tövsiyələr

#6 “Etməmək” Siyahısı

Çöllük – Müqəddəs Yazıların İsraillilərin peşman olduqlarını dediyi təcrübə– buna əsasən bizə quraqlıq yerdə müvəqqəti qalarkən bizim etməməli olduğumuz şeylər var deyir. Sözün düzü, bu, məsihçi həyatında heç bir vaxt etməmək üçün yaxşı bir siyahıdı, amma bəlkə bu günahların sövqü biz çöllükdə mübarizə apararkən daha güclüdür. Burada əsas olanların bir hissəsinin siyahısı verilib:

1. Şər şeylərə şəhvət etmək. Biz məhrum ediləndə bəzən düşünürük ki, səhv şeylər özümüzü daha yaxşı hiss etməyimizə kömək edəcək, hətta bizi daha xoşbəxt edəcək.

2. Bütləri təqib etmək. Bu, Allahın Sözünə qarşı olduğunu bilsək belə, öz istəklərimizin ardınca getməkdir. Öz sevgimizi və ya nəyisə İsadan çox kiməsə verməkdir.

3. Seksual yoldan azmalara və əxlaqsızlığa təslim olmaq. 4. Rəbbi sınamaq.

Page 79: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

SƏMAVİ MÜKAFAT 69

Paulun xatırlatdığı o səmavi mükafat nədir elə? O, əvvəlki ayədə buna cavab verdi. Filipililərə 3:10 deyir: “Belə ki Məsihi və Onun dirilmə qüdrətini, əzablarına şərikliyi də dərk edim və Onun ölümündə Ona bənzəyim”. Allahın səmavi mükafatı Onun Oğlu İsa Məsihin surətinə dəyişmək –O, bizi tanıdığı kimi Onu tanımaqdır! Biz bu məqsədə nail olana qədər qane olmamalıyıq. Beləliklə, biz heç vaxt Allahın ürəyini axtarmağı dayandırmamalıyıq.

Səmavi mükafatı izləmək üçün edəcəyimiz üçüncü şey “hədəfə doğru təzyiq edərək irəliləməkdir!” Təzyiq etmək, müqavimət olan yerdə istifadə olunur. Rəbbi tanımaqda qarşıdurma var.

İblis üçün təhlükəli şəxs İsa Məsihin surətinə dəyişən şəxsdir və qaranlığın qüvvələri onun üçün hər şeydən çox döyüşəcək. İmanlılar Məsihin surətinə dəyişəndə onlar artıq özləri üçün yaşamır, lakin onların

5. Şikayət etmək, şikayət etmək, şikayət etmək. Korinfdəki imanlılara öz məktubunda Paul xatırladır ki, biz öz

çöllükdəki ulu babalarımızdan pisliyə nə cür meyl göstərməmək haqqında çox şey öyrənə bilərik:

Qardaşlar, bixəbər olmağınızı istəmirəmki, ata-babalarımızdan ...Allah onların çoxundan razı qalmadı və cəsədləri çölə sərildi. Bu hadisələr bizim üçün ibrət olsun deyə baş verdi ki, biz onlar kimi pisliyə meyl göstərməyək (1 Korinflilərə 10:1, 5-6).

İsraillilər böyük qiymət ödədilər, buna görə də gəlin onların nümunəsindən öyrənək.

Dostum, çöllükdə sən Allahın yollarını və hətta ürəyini də tapa bilərsən, amma mətanətli olmalı və öz ürəyində deməlisən: “Allahım, mən inanıram ki, Sənin yaxşılığını və sevgini hiss etməməyimə baxmayaraq, Sən yaxşısan və məni sevirsən”.

Page 80: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

70 ALLAH, SƏN HARADASAN?!

daxilində Yaşayan üçün yaşayırlar. Onlar sonra Məsihdə öz həyatlarının daha bol, qüdrətli izharına daxil olurlar. Buna görə də Paul dedi ki, Onu tanımaq üçün biz Onun əzablarına şərik olmalıyıq. Onun bəhs etdiyi cismani əzab özünün ölməsi ilə üst-üstə düşür ki, bu dirilmiş həyat gətirəcəkdir! Peter yazır:

“Beləliklə, Məsih cismən əzab çəkdiyinə görə siz də eyni düşüncələrlə silahlanın. Çünki cismən əzab çəkən günahdan vaz keçmişdir. Nəticədə cisimdə qalan vaxtını isə artıq bəşəri ehtiraslara görə deyil, Allahın iradəsinə görə yaşayır” (1 Peter 4:1-2).

Əgər biz cismən əzab çəkmişiksə, artıq dünyanın bütün günahkar məşğuliyyətlərini izləyərək öz yolumuza dominantlıq etmirik və ya fokus olmuruq. Bizdə, daxilimizdə işləyən Məsihin xarakteri var! Bizim nişan aldığımız məqsəd bu olmalıdır.

Məsih İlə Əzab Çəkmək

Məsihin əzabları nələrdir? Çoxları bunu səhv başa düşüb, çünki bəzi dini təlimlər bu Müqəddəs Kitab terminini təhrif ediblər. Əzab çəkmək xəstəlikdən ölmək və ya kommunal xərclərini ödəmək üçün pulunun az olması deyil. Bu, həftələrlə ac qalmaq deyil ki, sənin qurbanına görə Allah hərəkət etsin. Əzab çəkmək qurban deyil – bu itaətdir! İbranilərə Məktubun müəllifi nələrin Məsihin əzabları olduğunu açıqlayır:

“Məsih yer üzündə cisimdə olduğu günlərdə Onu ölümdən qurtar-mağa qadir olan Allaha böyük fəryad və göz yaşları ilə dua edib yalvardı …. O, Oğul olduğu halda çəkdiyi əzablarla itaətli olmağı öyrəndi” (İbranilərə Məktub 5:7-8).

İsa yer üzərinə itaət gətirmədi; O, bunu öyrənməli idi. O, itaət etməmək daha asan ikən, Öz Atasına itaət edərək onu öyrəndi. O, insanları

Page 81: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

SƏMAVİ MÜKAFAT 71

razı salmaq üçün deyil, Allahı razı salmağı axtarırdı. O bilirdi ki, insanlar Onun itaətinə görə gələcəkdə çox faydalanacaqlar. Peter həqiqi əzab çəkməni, insan istəklərinə qarşı olaraq Allahın iradəsinə görə yaşamaqla tərif edir (1 Peter 4:2).

“Məsihin əzabları” bizim düşüncələrimizin, emosiyalarımızın və ya fiziki hisslərimizin asan yolla getməyə, güzəştə getməyə və ya həzzə getməyə çağırarkən, Allahın yolu ilə getmək deməkdir. Bu, adətən Allahın bizə bir yolla getməyimizi deyəndə, amma bizim dostlarımız, ailələrimiz, iş yoldaşlarımız və ya başqaları bizim başqa yolla getməyimizi arzulayanda bizim üzləşdiyimiz münaqişədə baş verir. Təəssüf ki, bu elə görünür ki, biz adətən bu müqavimətlə bizə ən yaxın olan adamlarla üzləşirik. Bunun klassik bir nümunəsi İsanın ölümü və dəfni ilə Peterin razı olmamasıdır:

“Bundan sonra İsa şagirdlərinə danışmağa başladı ki, Özü Yerusəlimə getməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən çox əzab çəkməli, öldürülməli və üçüncü gün dirilməlidir. Peter Onu bir kənara çəkib etiraz etməyə başladı: «Ya Rəbb, Özünə yazığın gəlsin! Bu əsla Sənin başına gəlməyəcək!» Amma İsa dönüb Peterə dedi: «Çəkil qarşımdan, Şeytan! Sən Mənə mane olursan. Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən” (Matta 16:21-23).

İsa Öz şagirdlərinə bəyan etdi ki, Allaha itaət etmək üçün O, Yerusəlimə getməli, əzab çəkməli, öldürülməli və üçüncü gündə dirilməlidir. Peter ayndındır ki, İsanın dediyi “diriliş hissəsini” eşitməmişdi, yoxsa o, İsanın Öz gələcək ölümü haqqındakı cümləsinə görə bu qədər narahat olmazdı.

Sən Peterin düşüncələrini eşidə bilirsən? Bir dəqiqə, Sən Məsihsən (bu indicə ona agah oldu) və Sən padşahlığı

qurmalısan və İsraili bərpa etməlisən. Sənin ardınca getmək üçün mən öz biznesimi, öz həyat yoldaşımı və ailəmi tərk etdim. Sənin ardınca getmək üçün dostlarımı itirdim. Buna mən çox vaxtımı sərf etdim. Ad-san

Page 82: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

72 ALLAH, SƏN HARADASAN?!

qazanmışam. Sinaqoqdakı rəhbərlər fikirləşirlər ki, Sən dəlisən; qəzetlər və jurnallar davamlı olaraq Sənin nə qədər mübahisəli olduğundan yazırlar. Sən sosial şəbəkədə ən isti mövzusan və söhbətlərin əksəriyyəti mənfidir. Bir çox nüfuzlu ilahiyyatçılar və rəhbərlər tərəfindən kafir kimi tanınırsan. Və indi Sən Öz ölümündən bəhs edirsən. Bu, mənimlə nə edəcək? Sənin ardınca getmək üçün sərf etdiyim bütün bu vaxtlar, mən də heç bir şeylə yanaşı pis adla qalacağam.

Sonra Peter fikirləşmədən dedi: “Xeyr, Rəbb, Sən bunu edə bilməzsən!” (parafraza edilib).

İsa dərhal göstərməli idi ki, Peterin düşüncələri xudbin və dünyəvi idi. O, hadisələri Allahın gözləri ilə görmürdü. Dünya öz marağını axtarmaq üçün şeytan tərəfindən təlim alır (“bu dünyanın allahı” 2 Korinflilərə 4:4). Göylərin Padşahlığı isə tam əksidir. Beləliklə, Allahın iradəsini yerinə yetirmək üçün biz mədəniyyətin axınının əksinə getməliyik, hətta bu düşüncələrin dünya tərəfindən çox təsirləndiyi “Rəbdə qardaş və bacıya” qarşı getmək demək olsa da. Peter pis adam deyildi, amma onun düşüncə prosesi bu məsələdə Məsihə deyil, dünyaya uyğunlaşmışdı. O, öz perspektivində baş verənlərin necə olması haqqında dəyişikliyə qarşı dururdu.

Bunun başqa bir nümunəsi İsrail övladlarının Kənan torpağına casusluq etməsidir. Onlar bir ildən çox idi ki, çöllükdə idilər və Allah Musaya Vəd olunmuş Torpağa kəşfiyyatçılar göndər məsini dedi. Musa on iki başçı seçdi, hər qəbilədən bir nəfər. Onlardan biri Nun oğlu Yeşua və Kalev idi.

Kəşfiyyatçılar torpaqda casusluq etməkdən qayıdanda onlar gördükləri şeyin ziddiyyətli məlumatlarını verdilər və hansı addımlar atmağın lazım olduğunu dedilər. Adamlar haqqında bunu dedilər:

“Lakin orada yaşayan xalq çox güclüdür. Şəhərlər istehkamlı və çox böyükdür. Hətta orada Anaqlıları gördük. Negev məntəqəsində Amaleqlilər, dağlıqda Xetlilər, Yevuslular və Emorlular, dəniz kənarında və İordan çayı sahilində isə Kənanlılar yaşayırlar….Onunla gedən adamlar isə dedilər: «O xalqa

Page 83: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

SƏMAVİ MÜKAFAT 73

hücum edə bilmərik, çünki onlar bizdən güclüdürlər». Nəzərdən keçirdikləri torpaq haqqında İsrail övladlarına pis xəbər gətirib dedilər: «Gözdən keçirmək üçün içindən keçdiyimiz torpaq öz əhalisinin başını yeyən torpaqdır və orada gördüyümüz hər kəs uca boyludur” (Saylar 13:28-29, 31-32).

Kalev və Nun oğlu Yeşua isə fərqli bir xəbər gətirdi:

“Kalev Musanın önündə camaatı sakitləşdirib dedi: «Gedib oranı ələ keçirək. Çünki biz mütləq onların öhdəsindən gələrik!... Əgər Rəbb bizdən razı qalarsa, bizi o ölkəyə aparacaq, süd və bal axan torpağı bizə verəcək. Ancaq Rəbbə qarşı üsyankarlıq etməyin. Ölkənin xalqından qorxmayın, onları məğlub edə bilərik. Müdafiəçiləri onları atıb getmişdir, amma Rəbb bizimlədir. Onlardan qorxmayın!” (Saylar 13:30; 14:8-9).

On iki nəfərin hamısı torpaqda casusluq etmək üçün birlikdə getmişdilər. Onlar eyni torpağı, şəhərləri və adamları görmüşdülər. Nə üçün on nəfər ora haqda bir cür hesabat verərək döndü, ikisi isə onların tam əksi olan hesabatı verdi? Perspektiv!

Allah Kalev və Nun oğlu Yeşua haqqında dedi ki, onların fərqli ruhu var idi, çünki onlar bütün qəlbləri ilə Onun ardınca getdilər (Saylar 14:24). Başqa sözlərlə, onlar insanın istəyindən Allahın iradəsinə keçmişdilər. Onlar Allahın gözləri ilə gördülər, öz müşahidələrinin pespektivi ilə yox. On casusun nə üçün Nun oğlu Yeşuadan və Kalevdən fərqli şeylər görməsini başa düşmək üçün açardır. Sonra o, on nəfər Allahın istəkləri üçün yox, öz rahatlıqları, təhlükəsizlikləri və ailələri üçün daha çox qayğılanırdılar. Onların həyatları Allahın Padşahlığı tərəfindən deyil, onlara təsir edəcək şeylər tərəfindən idarə olunurdu. Onlar Allahın heç vaxt onları tərk etməyəcəyi və Allahın onların önünə qoyduğu hər bir şeydə müvəffəqiyyət verəcəyini bilməkdə uğursuz oldular. Bu səhv düşüncə digər əhali üçün də doğru idi, çünki onlar dedilər:

Page 84: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

74 ALLAH, SƏN HARADASAN?!

İsrail övladları Musaya və Haruna qarşı deyindilər; bütün icma onlara dedi: “Kaş Misir torpağında, ya da bu səhrada öləydik! Nə üçün Rəbb bizi bu torpağa aparır? Yəni biz qılıncla qırılaq? Arvadlarımız və uşaqlarımız əsir olacaqlar. Misirə qayıtmaq bizim üçün daha yaxşı olmazdımı?” (Saylar 14:2-3)

İsrail övladları qarınlarının tox olduğu və biraz stabillik olan Misirdəki “köhnə xoş günlərinə” dönüb baxırdılar. Onların Misirdə kölə olmalarına baxmayaraq, indi üzləşdikləri şey onların əsarətdə olmalarından daha çətin görünürdü. Onların hamısı zəruri olan dəyişikliyə qarşı dururdu. Onlar çöllüklə tanışlıqda öz təhlükəsizliklərini tapdılar, amma onların köçəri həyat tərzi və ərzaq payı seçimləri idealdan az idi. Bunun nəticəsi olaraq, onlar heç vaxt Vəd olunmuş Torpağı görmədilər və heç vaxt öz həyatlarında Allahın iradəsini yerinə yetirmədilər.

Nun oğlu Yeşua və Kalev isə irəliyə getməyə davam etməli idilər. Onların üzləşməli olduqları müqavimət onları tamamilə sakitləşdirməyə çalışan öz “qardaşlarından” gəlirdi: «Lakin bütün icma “Onları daşqalaq edin!” dedi» (Saylar 14:10). Nun oğlu Yeşuaya və Kalevə qarşı duranlar düşüncələrini yeniləmədilər və hələdə dünyanın gördüyü kimi görməyə və düşünməyə davam edirdilər. Və onlar öz yollarında... və çöllükdə düşünərək ilişib qalmışdılar.

Önündə Nun oğlu Yeşua və Kalev olan həvari Paul dedi ki, o, arxasında olan şeyləri unutmalı və səmavi mükafata doğru qaçmalıdır (Filipililərə 3:14).

Yeşaya 43:18-19-a yenidən bax, bugün bizi mütləq ruhlandıra bilən təlimlər:

“Əvvəlki şeyləri yada salmayın, Köhnə hadisələr barəsində düşünməyin. Budur, Mən təzə bir şey edirəm, O artıq baş verir, Məgər siz bunu başa düşmürsünüz?

Page 85: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

SƏMAVİ MÜKAFAT 75

Bəli, Mən çöllükdə yol salacağam, Quru torpaqda çaylar yaradacağam”

Təəssüf ki, hətta bugün belə azadlığa, Allahın onlar üçün olan iradəsini yerinə yetirməkdən ötrü qaçmaq əvəzinə öz əsarətlərinin “təhlükəsizliyində” qalmaq istəyən çoxları var. Onlar tanış, lakin zalım mühitlərindən daha çox qarşılarında olan dəyişiklikdən qorxurlar. Başqaları da var ki, onlar Allahın keçmişdə etdiklərindən məmnundular və yeni çağırışlar üçün qaçmağa həvəsli deyillər. Allah həqiqətən də onlar vasitəsilə böyük işlər görüb, amma onlar öz əvvəlki müvəffəqiyyətlərinin yaylasında düşərdə saldılar.

Allahın iradəsinə itaət etmək həyat və azadlıq gətirir və həqiqi dolğunluğu tapmanın tək yoludur. Amma səmavi mükafata doğru qaçmaq sənin hazırki vəziyyətində mümkün olmayan kimi görünə bilər. Yeşaya vasitəsilə Allah dedi ki, O, yeni şey edəcəkdi, amma bu, “çöllükdə baş verəcəkdi”. Başqa sözlərlə, biz Allahın istədiklərini yerinə yetirmək üçün Allahın Ruhunun ardınca getdikcə özümüzü mümkün olmayan, quru vəziyyətdə tapacağıq. Amma bildiyimiz kimi, insana mümkün olmayan şey Allah üçün mümkündür (Luka 18:27). Çünki hazırkı çöllüyün digər tərəfində bol həyat, fəth etmə, icra və yerinə yetirmə var.

Allahın arzularını qəbul etməyə istəkləri olmayan və çöllüyün məhrumedici şeylərindən azmış olmaları üçün dəyişikliyə müqavimət göstərən o on casus və digərləri kimi olma. Əksinə, inamla, Allahın sənin üçün olan səmavi mükafatının vəd olunmuş torpağını izlə!

Page 86: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini
Page 87: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

7

ALLAHIN

SUPER YOLU

Fəlakət sadəcə bir alət deyil. Bu, bizim ruhani həyatımızın inkişafı üçün Allahın ən təsirli alətidir. Maneələr (yubatmalar) kimi gördüyümüz vəziyyətlər və hadisələr adətən bizi sürətlə ruhani böyümə müddətinə atan şeylərin elə özüdür. Biz bunu başa düşməyə başlayanda və bunu həyatın ruhani faktı olaraq qəbul edəndə fəlakəti daşımaq daha da asanlaşır.

– Charles Stanley

“Nida edənin səsi gəlir:«Səhrada Rəbbin yolunu hazırlayın,Çöldə Allahımızın keçəcəyi yerləri hamar edin”

– Yeşaya 40:3

Page 88: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

78 ALLAH, SƏN HARADASAN?!

Bu, təəcсüblü görünsə də, çöllük Allahın super yolu yerləşdirdiyi yerdir! Burada Onun yolunun hazırlandığı, Allahın necə yaşadığının və düşündüyünün güclü və ya izzətli həyata gedən

yoldur. Bütün tarixdə bir neçə nəfər bu yolla gedib. Buna baxmayaraq, Allah

bir çoxlarını bu yol üzərində səyahət etməyə hazırlayır. Biz bunun təsvir edildiyini Yeşaya 35:6,8-də görürük:

Çünki səhrada bulaqlar fışqıracaq, Quru torpaqda çaylar axacaq…. Orada bir yol olacaq, O yol «Müqəddəs yol» adlanacaq. Murdar adam oradan keçməyəcək, O yol qurtuluş tapanların yoludur. Ora ilə gedənlərdən heç biri, Hətta ağılsızlar da keçsələr, Əsla yolunu azmayacaq.

Allahın çöllükdəki yolunda İ-95 və ya Route 66 kimi ikonik nöm-rələr yoxdur. Bu sadəcə müqəddəslik adlanır.

Müqəddəsliyin təriflərindən biri “pak olmaq vəziyyəti”dir. İsa deyir: “Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı

Page 89: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ALLAHIN SUPER YOLU 79

görəcək” (Matta 5:8). İsa müqəddəs olmayan və ya pak olmayan imqanlı cəmiyyəti üçün geri dönməyəcək; O, ləkəsiz və qırışsız bir imanlı cəmiyyəti üçün geri dönəcək.

Bir neçə onilliklər əvvəl mən xidmətə başlayan gənc bir adam olanda, bir gün mən dua edərkən Rəbb mənə göstərdi ki, O, mənim həyatımı təmizləməyə başlayacaq. Mən çox sevindim və Lisaya dedim: “Allah mənim natəmizliklərimi təmizləməyəcək” və ona Allahın təmizləyəcəyi arzuolunmayan bütün şeyləri deməyə davam edirdim. (bəlkə də O, siyahıya mənim unutduqlarımı əlavə etmişdi).

Sonra növbəti üç ay ərzində heç bir şey baş vermədi. Sözün düzü, həyatımda hər şey daha da pisləşdi və özümün daha çox saflaşmağa ehtiyacımın olduğunu gördüm. Rəbbə getdim və soruşdum: “Nə üçün mənim pis vərdişlərim daha da pisləşir, yaxşılaşmır?”

“Oğlum”, O cavab verdi. “Mən dedim ki, Mən səni saflaşdıracağam. Sən bunu öz gücünlə etməyə çalışırdın. İndi isə Mən Öz yolumla edəcəyəm”. Mənim heç təsəvvürüm yox idi ki, mən ilk çöllük səyahətimə daxil olmaq üzrə idim və bu, on səkkiz ay sürəcəkdi.

Onun Yolları Bizim Yollarımız Deyil

İmanlı olaraq həyatımın erkən çağında, mən T.L.Osbornun xidməti ilə tanış oldum. Dr. Osborn öz həyat yoldaşı Daisy ilə birlikdə gözəl xidmətçi idi, bütün dünyada bir neçə onilliklər boyu güclü müjdəçi və möcüzəvi şəfa xidməti var idi. Onların xidmətləri on milyonlarla adamı xilasa gətirdi.

Beləliklə, Dr. Osborn bizim imanlı cəmiyyətimizdə vəz etmək üçün Dallasa gələndə onunla görüşməyə necə həyəcanlı olduğumu sən təsəvvür edə bilərsən. Bundan əlavə, qonaq skiperləri qarşılamaq mənim işim olduğu üçün onu şəxsən tanımaq fürsətim oldu. T. L heyrətamiz idi. Mən onunla olanda, özümü İsa ilə birlikdə oturmuş kimi hiss edirdim.

T.L bizim imanlı cəmiyyətimizə bir neçə dəfə gəldi və biz çox yaxın olduq. O, gənc oğlan ikən xidmətə hazırlaşarkən oxuduğu bütün kitabları

Page 90: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

80 ALLAH, SƏN HARADASAN?!

mənə verdi. O, həmçinin iki müxtəlif vəziyyətdə mənə öz geyimlərinin çoxunu verdi (bədən ölçülərimiz tam eyni idi). O günlərdə Lisa və mənim geyim üçün büdcəmiz yox idi, buna görə mən o iki geyimdən çox istifadə etdim. Bu səfərlərdən sonra o və Daisy Lisaya və mənə ana və ata kimi oldular.

İllər əvvəl, mən hələ də korporativ Amerikada işləyəndə bir gün xidmətdə T.L vəz edəndə, Müqəddəs Ruh mənə pıçıldadı:“Bir gün sən ona xidmət edəcəksən. Sən Dr. Osborn üçün işləyəcəksən”. Beləliklə, mən öz fikrimdə, bu, mənim onun komandasında olacağımı və gələcəkdə buna bənzər bir müjdəçilik xidməti başlayacağımı təsdiqlədiyini fikirləşdim.

Amma bu arada heç bir şey baş vermədi – mən hələ də çöllükdə idim. Osbornların xidmət mərkəzi Tulsada idi, lakin onlar Orlandoda yaşayırdılar. Vaxt keçdikcə öz xidmətimi başlamaq üçün mən daxilən o qədər təzyiq hiss etdim ki, Osbornlara daha yaxın ola bilməkdən ötrü Orlandoya köçməyə ehtiyacımın olduğuna qərar verdim. Mənim düşüncələrim iki tərəfli idi, bu T.L.-ya mənim artıq imanlı cəmiyyətində işləmədiyimi göstərəcəkdi. O, qüsursuz vəhdət (düzlük) adamı idi. Mən bilirdim ki, o heç vaxt məni imanlı cəmiyyətimizdən uzaqda işə qəbul etməzdi. İkincisi, Lisa və mən Orlandoda yaşayacaqdıq, xidmətdə onlara qoşulmaq asan olardı. Biz Floridaya köçən kimi özümü ona yaxın edərdim.

Bu, biraz həddindən artıq idi, bilirəm. Amma mən Allaha öz həqiqi çağırışıma başlamaq üçün “kömək etməkdə” o qədər həvəsli idim ki.

Beləliklə, mən istefa edəcəyimi və Orlandoya köçəcəyimi bildirmək üçün Dallasda öz pastorumla görüş təyin etdim. Həmin vaxt mənim görüşümdən bir axşam əvvəl üç fərqli şəhərdən üç pastor mənə zəng etdi. Onların hər biri mənim nə etməyə hazırlaşdığımı eşidərək, eyni sualı verdilər: “Lisa səninlə tam razılıqdadı?”

O razı deyildi. O, mənə bir neçə dəfə demişdi: “Con, mən sənin istiqamətinə tabe olacağam, amma bunu etməyin düzgün şey olduğunu sənə deyə bilmərəm”. Mən onun rəylərinə məhəl qoymadım. Mən düşündüm:“Lisa bunu sadəcə olaraq görmür və evin başı mən olduğum üçün o, mənim istiqamətimə tabe olmalıdır”. Ah, mən öz düşüncələrimdə necə də cahil və axmaq idim.

Page 91: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ALLAHIN SUPER YOLU 81

Həmin günün axşamı üçüncü pastordan telefon zəngi qəbul edəndə və onun da əvvəl iki pastorun mənə verdiyi sualı verəndə daxilimdə nə isə qırıldı. Mənim gözlərim açıldı və mən Allaha bunu etmək üçün izin vermək əvəzinə Onun planını həyata keçirməyə kömək etməyə çalışdığımı görə bildim.

Ertəsi gün Lisa və mən öz pastorumuz və onun yoldaşı ilə görüşdük. Onların hər ikisinə nə üçün görüşmək istədiyimi və bir öncəki gecə edilən üç zəngdən sonra öz fikrimi dəyişdirdiyimi dedim. Onların hər ikisi çox lütfkar idilər və Lisa ilə mənə hələ də onlarla qalmağımızı istədiklərini dedilər. Mənim yerim və vəzifəm hələ də yerində idi.

Mən, çiyinlərimdən ağır yükün düşdüyünü hiss etdim və indi Allahın bizim üçün işlədiyini görməyə hazır idim. Başqa bir dalğa da gələcəkdi və bu həmin o gün başlayacaqdı.

Pastorum və onun həyat yoldaşı ilə görüşdükdən altıca saat sonra imanlı cəmiyyətində işçilər ilə basketbol oynamaq üçün evdə üstümü dəyişirdim. Telefon zəng çaldı. Bu, T.L. Osborn idi! Deyə bilərəm ki, mən şokda idim!

Həmin doxsan dəqiqəlik telefon zəngində o, mənə və Lisaya öz xid-mətlərində vəzifələr təklif etdi! Biz Daisy və ona kömək edəcək və bütün dünyaya onlarla birlikdə səyahət edəcəkdik. Biz həmçinin Tulsadakı imanlı cəmiyyətinə də başçılıq edəcəkdik ki, əvvəl-axır o da digər imanlı cəmiyyəti qurmaq işinə nümunə olacaqdı. Məqsəd sonra bütün dünyada onların kütləvi toplantılar etdikləri yerlərdə bənzər imanlı cəmiyyətlərin başlaması olacaqdı.

Bu uzun telefon söhbəti müddətində mən davamlı olaraq düşünürdüm, ah, Ata, Sənin hərəkət edəcəyini bilirdim, amma mən Sənin necə tez hərəkət etdiyinə heyranam! Telefonda T.L ilə danışarkən yaşadığım şoku və sevinci ifadə etmək çətin idi. Əmin idim ki, bu gözlədiyim çöllükdən çıxış idi. Mən çox xoşbəxt idim, hoppanmaq və başımla evimin tavanına vurmaq belə, istəyirdim. Telefon söhbəti bitəndən sonra Allaha şükür etmək üçün çıxdım, amma öz ruhumda yoxlamaq və ya tərəddüd hiss etdim. Bu, daxilimdə narahatlıq, davamlı məşəqqətli bir hiss idi.

Page 92: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

82 ALLAH, SƏN HARADASAN?!

Mən fikirləşirdim:“Yox, Allah, yox, yox, yox, Sən bunu edə bilməzsən!Bu, mənə uzun müddət əvvəl vəd etdiyin şeydir ki, bir gün mən T.L. Osborn üçün işləyəcəyəm! Sən buna yox deyə bilməzsən!”

Yoxlama işi tərk etmirdi! Üç gün duada bunun tərk etməsi üçün bacardığım qədər çox çalışdım, bu ağır hissdən özümü azad etməyə çalışdım. “Allahım, bu haqda mənə sevinc ver!” Fəryad etdim. Lisa da yoxlamanı hiss etdi, baxmayaraq ki, o da Osbornlarla işləməyi çox istəyirdi.

Axırda mən bu tərəddüdün Allahdan olmadığına inanmağı seçdim (digər cahil və hətta mənim tərəfimdən təhlükəli addım). Beləliklə, Lisa və mən müsahibə üçün Oklohomaya uçduq və hər şey əmələ gələcək kimi görünürdü. T.L və Daisy rəsmi olaraq bizə vəzifələri təqdim etdilər və bizi Milad şənliklərində özlərinin bütün komandalarına təqdim etdilər.

Biz Dallasa geri döndük və imanlı cəmiyyətindəki vəzifəmdən istefa verdim. Amma ki, təsdiq etmə tərk etməmişdi. Mən saatlarla duada vaxt keçirirdim və hələ də narahat idim. Daha uzun dua etməklə bu narahatlıq hissinin güclə getməsinə çalışırdım. Heç bir şey dəyişmirdi.

Nəhayət, mən Lisaya dedim: “Mən bilmirəm nə baş verir, amma nə isə düzgün deyil”. O razılaşdı: “Mənimlə də nə isə düzgün deyil”.

Mən T.L-ya zəng etdim və necə hiss etdiyimi ona dedim. O dedi: “Bilirsən, gəlin birlikdə görüşək və bu haqda danışaq”. Beləliklə, biz Tulsaya uçduq və iki saat görüşdükdən sonra T.L dedi: “Sizə bu vəzifəni sizi çox sevdiyimiz üçün təklif etdik və sizin də bizi sevdiyinizi bilirik. Amma belə fikirləşməyə başlayırıq ki, bəlkə bu, Allahdan deyil”.

Mən dedim: “Mən də bunu başa düşmürəm”, “amma sənin doğru olduğunu düşünürəm”. Ağzımdan nəyin çıxdığına özüm belə, inana bil-mirdim. Bunu demək üçün içim getdi. T.L Osborn üçün işləmək mənim həyatımın xəyalı idi.

O illərdə səhər erkən evdən çıxmaq və saat yarım, iki saat dua etmək mənim vərdişim idi. Amma mənim qəhrəmanım olan Dr. Osborn ilə bağlı məyus olduqdan sonra ən azı iki həftə səhər tezdən evdən çıxarkən güclə dua edirdim. Etdiyim tək şey bir neçə ay əvvəl baş verənləri inamsızlıqla nəzərdən keçirmək idi. Kədərim təsviredilməz idi. Bu, sanki sevdiyim

Page 93: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ALLAHIN SUPER YOLU 83

birinin ölümü üçün yas tutmaq kimi idi. Bundan iki həftə sonra mən, məni bayırda, məni heç kimin eşitməyəcəyi bir yerdə idim, beləliklə, mən ən yüksək səsimlə bağırdım: “Nə üçün?! Nə üçün bundan imtina etməyimi istədin? Altı il əvvəl Sən mənimlə danışdın və onunla işləyəcəyimi dedin. Nə üçün?!”

Rəbbin mənə nə dediyini heç vaxt unutmayacağam: “Çünki Mən görmək istəyirdim ki, sən Mənə xidmət edirsən, yoxsa xəyalına”.

Mən heyretləndim. Sonra O dedi: “Buna görə Mən İbrahimdən İshaqı qurbangaha

qoymasını istədim, çünki onun Mənə olan sevgisinin Mənim ona verdiyim vəd olunmuş xeyir-duadan daha az olub-olmadığını görmək istəyirdim. Bu, onun xəyalına, xəyalını əldə etmək üçün Mənə xidmət etdiyini, ya da onun Mənə xidmət etdiyini və xəyalının yerinə yetirilməsi üçün Mənim dolğunluğuma xidmət etdiyini sübut edəcəkdi”.

Bu, ötən bir neçə həftə ərzində daxilimdə mübarizə apardığım suallara Onun cümləsi ilə cavab verildi. Və on səkkiz ay ərzində ilk dəfə idi ki, ruhumda sevinc partlaması yaşayırdım. Sanki mənim həyatım yenidən açıldı və o anda nə qədər xeyir-dualı olduğumu dərk etdim.Gözəl qadınla evli olduğumu dərk etdim. Gözəl körpəmizin olduğunu dərk etdim. Oğlumla birlikdə öz həyat yoldaşıma yenidən aşiq oldum. Gözəl bir hovuzdan sadəcə otuz addım aralıqda olan gözəl, yeni bir evdə yaşadığımızı və əksər günlər parlaq, günəşli səmaya malik olduğumuzu dərk etdim. Mən bütün bunları nəzərimdən qaçırmışdım, çünki xidmətin təzyiqi altında tələf olurdum – və bunları Allahı razı salmaq üçün etməli olduğumu düşünürdüm.

İndi geriyə baxaraq dərk edirəm ki, Allah mənə T.L. Osbornla işləyəcəyimi deyəndə mənim artıq çox, çox illər əvvəl onun Dallasdakı imanlı cəmiyyətimizə gələrkən ona xidmət etmək şərəfim olmuşdu.

Lakin indi mənim işim yox idi. Papağımı aldım əlimə və imanlı cəmiyyətinə geri getdim və öz işimə geri dönə biləcəyimi öyrəndim. Həmkar pastorlardan biri olan dostuma baxaraq belə dediyimi xatırlayıram: “Özümü o qədər kiçik hiss edirəm ki, o qapının altından

Page 94: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

84 ALLAH, SƏN HARADASAN?!

da keçib gedə bilərəm” – bunlar mənim dəqiq sözlərim idi. Mən hər kəsə T.L və Daisy ilə işləyəcəyimi demişdim. Bizim pastor hətta bunu platformadan da elan etmişdi – indi isə nə baş verirdi?

İmanlı cəmiyyəti lütfkarlıqla mənə yarı vaxtlı iş verdi. Orada daha səkkiz ay işlədim. Sonra, Allahın məni hazırladığı – Onun çağırışının növbəti mərhələsi – baş verdi. Mənə Amerikada ən sürətlə böyüyən imanlı cəmiyyətlərinin birində komanda üzvi olaraq işləmək təklifi gəldi. Bu, möcüzəvi yolla baş verdi. Lisa və mən, hər ikimiz bunun Allahın qapısı olduğunu bildik. İndi mənim yeni həyatım və yeni görüntüm var idi, çünki indi mən yeni şərabı daşıya biləcək bu yeni vəzifə üçün tuluq hazırlamışdım.

Səyahətin Üçün Sağ Qalmaq Üzrə Tövsiyələr

#7 Dostunu Diqqətlə Seç

Bəlkə bu, səni təəccübləndirməməlidir, lakin adətən bizim ən zərərli və düşmən tənqidçilərimiz komandamızda olduğunu düşündüyümüz adamlardır! Adətən təqib sənin dost sandığın birindən gəlir.

Çöllükdə həqiqi təqib ola bilər və əgər biz Məsihin ardınca gediriksə, onda təqibin baş verməsindən agah olmalıyıq. Həvari Paul deyir: “Məsih İsada möminliyə yaraşan bir həyat sürmək istəyənlərin hamısı təqibə məruz qalacaq” (2 Timoteyə 3:12). Təqib saflaşma prosesinin bir hissəsidir. Və təqibi kim edə bilər? Birincisi, fırıldaqçılar – Allahın xalqına nüfuz edənlər, imanlı kimi görünənlər, əslində isə Allahı sevməyənlər. Buna görə də Paul Musaya zidd gedən Yannis və Yambrisdən bəhs edir. Bunlar Rəbbin toplantısında olan adamlar idilər, kənardan gəlmə deyildilər.

Paul rastlaşdığı bəzi təqib edilmələri və təhlükələri təsvir edir və o, bizə onun üzləşdiyi bəzi bədbəxtliklərin “saxta

Page 95: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ALLAHIN SUPER YOLU 85

Saflaşdırma Yolu

Əsirlər boyu, sözün əsl mənasında İsa yer üzərini tərk etdikdən sonra Onun ardıcılları öz qabiliyyətləri vasitəsilə müqəddəsliyi əldə etməyə çalışırdılar. Düzünü desəm, bütün imanlı cəmiyyəti denominasiyaları saf olmaq üçün boş səylərin nəticəsi olaraq yaranmışdı. Lakin bizim etdiyimiz şey özümüzü qanunşünaslığa əsir etmək oldu, çünki müqəddəslik Allahın lütfünün işidir, bədənin xaricdən məhdudiyyətləşdirilməsi deyil.

Allah qürurlulara deyil, təvazökarlara lütf verir. Qürurlu adam düşünür ki, müqəddəsliyi Allahın köməyi olmadan təlimatlara, qaydalara və nizamnamələrə əməl etməklə əldə edilə bilər. Təvazökar insan bilir ki, bu, boşdur və Rəbbin lütfünə (gücünə) bel bağlayır. Allah ilə yaxın münasibət safdır, çünki yalnız bu cür münasibət vasitəsi ilə hər bir kəs ürəklərdə yazılan qanunlara əməl etmək üçün qüvvətləndirilə bilər.

qardaşlardan” gəldiyini deyir (2 Korinflilərə 11:26). Çöllükdə olanda yanında səni sevən və qayğına qalan adamların

olması yaxşıdır; Allahın iradəsini sənin həyatına danışan adamlar. Sənin Əyyubun arvadı və onun dostlarının etdiyi kimi tənqidçilərə və səni Allaha itaətsizlik etməyə ruhlandıran adamlara ehtiyacın yoxdur. Və sənin ilahi düzəlişə ehtiyacın olanda səni arxayınlaşdıran yalançı peyğəmbərlərə də ehtiyacın yoxdur. Sənin, səni sevən və sənə Allahın müdrikliyini danışanlara ehtiyacın var.

Amma oyaq ol: əgər kimsə səni tənqid etməyə və çöllükdə olmağının səbəbi də özün olduğuna görə günahlandırmağa başlasa, o şəxs həqiqi dost olmaya bilər. Müqəddəs Ruh bizi günahımıza görə ifşa edəcək və adətən öz səhvlərimizi görmək və tövbə etməyimiz üçün başqa birindən istifadə edəcək. Amma heç bir ümid verməyən davamlı ittihamlar düşmən tərəfindən dəlillənir. Oyaq ol!

Page 96: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

86 ALLAH, SƏN HARADASAN?!

Bizim əksəriyyətimiz müqəddəsliyi Əhdi-Cədid məktublarına və ya Müqəddəs Kitabda olmayan inanclara itaət etməklə əldə etməyə çalışmışdı və çox pis müvəffəqiyyətsizliyə uğramışdı. Xilası qanunun məktublarına əməl etməklə uğursuzluqla əldə etməyə çalışan Yəhudilər kimi, biz də bu qaydalara əməl etməklə müqəddəslikdə gəzə bilmərik. Bir çoxları özlərini qanunşünas ideyalar ilə müəyyən davranışlardan və ya fəaliyyətlərdən məhdudlaşdırıblar. Bütün bu xarici məhdudiyyətlər daxili saflığı əldə etməyə çalışmaq üçün yaradıldı.

Lakin Allah müqəddəslik üçün xarici formaya baxmır; O, sənin qəlbinin daxili dəyişikliyini istəyir, çünki təmiz ürək təmiz rəftar əmələ gətirəcək. Matta 23:26-da İsa dedi: “Əvvəlcə kasanın daxilini təmizlə ki, bayır tərəfi də təmiz olsun!”

Əgər sənin ürəyin təmizdirsə, onda sən İsanı təhqir edən, Ona izzət gətirməyən yolla hərəkət etmək istəməyəcəksən. Sən internetdəki pornoqrafiya saytlarından uzaq duracaqsan və ya provokator geyimlər geyinməyəcəksən. Kişi və ya qadın heç vaxt boşanmadıqları üçün öyünə bilərlər, amma öz ürəklərində iş yerlərində kiminləsə şəhvət edib və ya vaxtaşırı internetdə pornoqrafik sayta baxıblar. Bu, müqəddəslikdir?

Əgər sənin ürəyin təmizdirsə, kompüter və ya mobil telefon sənin inkişaf etdirməyən material axtarmana səbəb olmayacaq. Texnologiya özlüyündə səni kirli (qeyri-təmiz) etmir. Bunu edən sənin ürəyindəki o qərardır. Əgər sənin ürəyin təmizdirsə, onda sən yalnız Allahın arzuladıqlarını arzulayacaqsan.

Çöllük bizim meyillərimizi və niyyətlərimizi təmizləmək üçün Allahın istifadə etdiyi ağır sınaqlardan biridir. Allah bizim ürəklərimizi əvvəlcə Özünün Öz imanlı cəmiyyəti üçün geri dönməsinə görə hazırlamaqdadır. Allah özlərinin deyil, Onun izzətini göstərəcək olan nəsli – Onun surətində yaradılan, Onun xarakterində olan xalqı yetişdirməkdədir:

“Böyük bir evdə yalnız qızıl və gümüş qablar deyil, həmçinin taxta və gil qablar da var. Onlardan bəzisi şərəfli, bəzisi də şərəfsiz

Page 97: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ALLAHIN SUPER YOLU 87

iş üçün istifadə olunur. Beləliklə, kim özünü şərəfsiz işlərdən təmizləsə, şərəfli işlərə uyğun, təqdis olunmuş, Sahibinə faydalı, hər yaxşı iş üçün hazırlanmış qab olacaq” (2 Timoteyə 2:20-21).

Diqqət yetir ki, iki cür qab var – şərəfli və şərəfsiz. Şərəfsiz üçün Yunan sözü olan atimia, “təhqir etmək, məzəmmət etmək, üzüqara etmək, rəzil etmək” kimi təyin edilir. Şərəfli üçün Yunan sözü olan vaxtdır ki, bu da “qiymətli” kimi təyin edilir. Allah deyir: “Əgər qiymətli sözlər söyləsən, o zaman Mənim dilimlə danışacaqsan” (Yeremya 15:19). Qiymətli, natəmizliklərdən tam təmizlənərək və ya azad olaraq murdarlıqdan çıxardılır.

Əhdi-Cədid vaxtları haqqında ağır peyğəmbərliklər edən Malaki Əhdi-Ətiq peyğəmbəridir. Onun üzləşdiyi problem o idi ki, onun Əhdi-Cədid terminologiyası yox idi. Beləliklə, o “Levililər” və “kahinlər” terminlərindən istifadə edərək Müqəddəs Ruh tərəfindən Əhdi-Cədid məsihçiləri haqqında gördüklərini və eşitdiklərini təyin etmək üçün istifadə edirdi.

Malaki Rəbbin Öz məbədinə (Öz imanlı cəmiyyətinə) gələcəyini Öz məbədi üçün gəldiyindən əvvəl qabaqcadan xəbər verdi. Məqsəd: təmizləmək. O yazır:

“O, gümüş əridib təmizləyən adam kimi rəftar edəcək: Levililəri saflaşdırıb qızıl və gümüşü təmizləyən kimi təmizləyəcək. Beləcə salehliklə Rəbbə qurbanlar gətirəcəklər” (Malaki 3:3).

Levililər “əzəmətli kahinlərin” (1 Peter 2:9) əvvəlcədən xəbər vericiləri idilər ki, onlar imanlı cəmiyyətində Məsihin ardıcıllarıdırlar. Allah bu kahinliyi qızılın və gümüşün saflaşdırılma prosesi ilə müqayisə etdiyinə görə qızılın və gümüşün xarakteristikasını və onların necə saflaşdırıldığını başa düşməyə kömək edir. Hər iki metal üçün saflaşdırılma prosesi oxşar olduğu üçün mən yalnız qızılı müzakirə edəcəyəm.

Qızılın gözəl sarı, yumşaq metal parıltısı verən rəngi var. Bu, təbiətdə

Page 98: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

88 ALLAH, SƏN HARADASAN?!

çox geniş, lakin həmişə çox az sayda və nadir hallarda saf şəkildə tapılan metaldır. Qızıl saflaşdırılanda yumşaq, tez əyilən, korroziyadan və digər maddələrdən təmizlənmiş olur. Qızıl digər metallarla (mis, dəmir, nikel) qarışdıranda daha bərk, az elastik və daha korroziyalı olur. Bu qarışıq qatışıq adlanır. Digər metalın qarışığı nə qədər yüksək olsa, qızıl da bir o qədər bərk olur. Əksinə, qatışığın faizi az olanda qızıl daha yumşaq və daha elastik (tez əyilən) olur.

Dərhal biz müqayisəyə baxırıq: Allah önündə təmiz ürək saf qızıl kimidir. Təmiz ürək yumşaq, zərif və tez qatlanandı: Buna görə də, Müqəddəs Ruhun dediyi kimi:

“Bu gün əgər Onun səsini eşitsəniz, Qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi, Səhradakı sınaq günündə olduğu kimi inadkar olmasın. Amma «bu gün» adlanan hər gün bir-birinizi ürəkləndirin ki, heç biriniz günahın aldadıcılığı ilə inadkar olmasın” (İbranilərə 3:7-8,13).

Günah ürəklərimizi bərkidən maddədir və bizim saf qızılımızı qatışıq edən əlavə edilmiş maddədir. Yumşaqlığın olmaması hissiyyatın itirilməsini yaradır və bu da Rəbbin səsini eşitmək bacarığımıza mane olur.

Təəssüf ki, bugün bu, mömin forması olub, lakin İsa üçün yanan yumşaq ürəkləri olmayan bir çoxlarının vəziyyətidir. Allah üçün olan o isti sevgi soyuq özünü sevmək ilə əvəz olunub ki, o yalnız öz zövqünü, rahatlığını və faydasını axtarır. Fərz edək ki, möminlik şəxsi nailiyyət üçün vasitədir (1 Timoteyə 6:5), onlar yalnız vədlərin faydalarını axtarırlar və bilməyərəkdən, ya da uyğunluqdan vəd Verənin Özünü istisna edirlər. Aldatma vəziyyətində onlar göyləri də qəbul etməyi gözləyərək, dünyanın verdiyi şeylərdən zövq alırlar! Allah bunu arzulamır:

“Ata Allahın hüzurunda pak və nöqsansız möminlik budur… özünü dünyadan qoruyub ləkəsiz olmaq” (Yaqub 1:27).

Page 99: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ALLAHIN SUPER YOLU 89

İsa müqəddəs, ləkəsiz, nöqsansız, yaxud bunun kimi hər hansı natəmizliyi olmayan bir imanlı cəmiyyəti üçün (Efeslilərə 5:27), ürəkləri dünyanın yolları ilə korlanmayan insan bədəni üçün geri dönəcək.

Qızılın digər xarakteristikası odur ki, o paslanmağa və ya korroziyaya davamlıdır. Digər metalların atmosferin vəziyyətindən asılı olaraq kirlənməsinə baxmayaraq, bu, eyni yolla saf qızıla təsir etmir. Latun (mis və sinkin sarı qatışığı) isə qızıla bənzəyir, qızıl kimi hərəkət etmir. Latun asanlıqla kirlənir. Onda qızılın xarakteri olmadan görünüşü var. İmanlı cəmiyyətində qızıl görünüşləri olan, amma qızıl olmayan latun qablarımız var. Yalnız saflaşdıran atəş ikisi arasındakı fərqi göstərəcək. saflaşdırılandan sonra Malaki deyir:

“O zaman siz salehlə pis adam, Allaha qulluq edənlə etməyən arasındakı fərqi yenə görəcəksiniz” (Malaki 3:18).

Gəlin qızılın saflaşdırılması müzakirəsinə qayıdaq. Qızıldakı yüksək faizli yad maddələr onu yalnız bərk etmir, lakin korroziyaya və pozul-maya qarşı daha həssas edir. Bizim yaşadığımız dünyanın atmosferi ona asanlıqla təsir edir.

Hazırda dünyanın yolları imanlı cəmiyyətlərinə sızıbdır. Biz onun mədəniyyəti ilə süzgəcdən keçilmişik və bu yolla da korlanmışıq. Amerika daimanlı cəmiyyətinin dəyərləri dünyəvi şeylərlə çirklənib. Bir çoxları qey-ri-həssas olublar və saflaşma üçün ehtiyaclarının olduğunu dərk etmirlər.

Malaki 3:3, İsanın Öz imanlı cəmiyyətini dünyanın təsirindən necə təmizləyəcəyini (və ya budayacağını) göstərir, təmizləyicinin (rafinerin) qızılı saflaşdırdığı kimi. Saflaşdırma prosesində qızıl toza çevrilir və sonra flüs adlanan maddə ilə qarışdırılır. Sonra bu qarışıq sobaya yer-ləşdirilir və yüksək atəşdə əridilir. Qatışıqlar və ya natəmizliklər flüsə yapışır və üzə çıxır. Qızıl (daha ağır olan) dibdə qalır. Natəmizliklər və ya yanıq dəmir (flüs ilə birləşmiş mis, dəmir və sink) sonra çıxardılır.

İndi isə Allahın necə saflaşdırmasına yaxından bax:

Page 100: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

90 ALLAH, SƏN HARADASAN?!

“Ey İsrail xalqı, sənə əlimi uzadacağam, Paxırını gilabı ilə təmizləyəcəyəm, Bütün çirkini yuyacağam. Hakimlərini, məsləhətçilərini Əvvəlki kimi geri qaytaracağam.

Sənə yenidən:

“Salehlik şəhəri, sadiq şəhər” deyiləcək” (Yeşaya 1:25-26)

Allah bizi saflaşdırmaq üçün hansı oddan istifadə edir? Cavabı aşağı-dakı ayədələrdədir:

“Buna görə hal-hazırda qısa bir müddət cürbəcür sınaqlarda kədərə düşməyə məcbur olsanız da, hədsiz sevinirsiniz; belə ki imanınızın sınaqdan keçməsi İsa Məsihin zühurunda sizə tərif, izzət və şərəf gətirsin. Bu imanınız odla təmizlənsə belə, fani qızıldan daha çox dəyərlidir” (1 Peter 1:6-7)

Saflaşdırmaq üçün Allahın odu sınaqlar və çətinliklərdir ki, bunlar çöllüyün mərkəz mövzularıdır. Bunların istisi bizim natəmizliklərimizi həyatımızdakı Allahın xarakterindən ayırır. Bu potensial olaraq müqəddəsliyə aparır (mən birazdan nə üçün “potensial olaraq” dediyimi izah edəcəyəm).

Qızılın ən saf halında olan digər xarakteristikası onun şəffaflığıdır (şüşə kimi onun vasitəsilə görmək bacarığı kimi təyin olunub). “Şəhərin baş küçəsi isə şüşə kimi şəffaf olan xalis qızıldan idi” (Vəhy 21:21). Sən qızğın sınaqlarla saflaşdırıldıqdan sonra şəffaf olursan! Şəffaf qab özünə izzət gətirmir, lakin içində olan şeyi izzətləndirir. Bu mane törədən deyil və demək olar ki, gözə görünməzdi.

Biz saflaşdırıldıqdan sonra dünya yenidən İsanı görəcək. Əgər biz şəffafıqsa – həqiqəti deyən insanlarıqsa, təşəxxüslənmiriksə, sözümüzü tuturuqsa, səmimiyiksə, gizlədəcək heç bir şeyimiz yoxdursa – dünyadakı insanlar bunu görəcəklər.

Page 101: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ALLAHIN SUPER YOLU 91

Yeşayada, bu daha yüksək dərəcədə gücləndirilir:

“Budur, Mən sizi gümüş kimi olmasa da, təmizlədim, Sizi iztirab ocağında çəkdim. Öz xatirimə, Öz xatirimə bunu edirəm. Axı niyə Mənim adım küfrlə çəkilsin? Mən Öz izzətimi heç kimə vermərəm” (Yeşaya 48:10-11)

Od və ya ocaq iztirabdır, hərfi mənada fiziki od deyil, gümüş (və ya qızıl) saflaşdırıldığı kimi və Onun nə üçün belə dediyini izah edir: “gümüş kimi olmasa da”. Bizim sınaqlarımız dəyərlini murdardan ayıran qızğın oddur.

Allah onları bizim iradəmizə qarşı qaldırmır. Buna görə 2 Timoteyə 2:21-də Paul deyir ki, saflaşmaq istəyən şəxs “özünü təmizləyir”. Əgər sən özünə bəraət vermək və ya bəhanələr gətirmək və axıntının səni geri saxlamasını istəyirsənsə, Allah onları buraxman üçün səni məcbur etməyəcək. Əzab çəkmə prosesinin heç bir dəyəri olmayacaq (buna görə mən daha əvvəl “potensial olaraq” yazdım). Müqəddəsliyin şosesindəki saflaşdırılma davamlıdır və adətən ağrıverici bir prosesdir. Buna baxmayaraq, onun məhsulunu bilərək, onu qəbul etdim.

İbranilərə Məktubun nüəllifi bildirir: “Can atın…. çünki müqəd-dəsliyə nail olmadan heç kim Rəbbi görməyəcək” (12:14). İsa deyir: “Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək” (Matta 5:8). Allahın ürəyincə olan Davud fəryad etdi: “Kim öz səhvlərini duya bilər? Məni gizli təqsirlərimdən təmizlə” (Zəbur 19:12).

Qoy bu, bizim fəryadımız olsun. Əgər biz Allahdan ürəklərimizi təmizləməsini istəsək, O, bizim gözlərimizdən gizlənmiş natəmizlikləri təmizləyəcək. Bizim bilməməyimizə baxmayaraq, Allah bizim ən dərin düşüncələrimizi və niyyətlərimizi bilir.

Ruhani çöllüyün vaxtını və fəslini necə tanımağı və qəbul etməyi öyrənməyinizə çağırıram. Çılğın sınaqlar gələndə qəzəblənmə, başqa-larını da günahlandırma, lakin onların məqsədinə bax. Öz ürəyini yoxla

Page 102: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

92 ALLAH, SƏN HARADASAN?!

və Allahın dəyərlidən çirkli olanı təmizləməsinə izin ver. O əmr edir: “Müqəddəs olun, çünki Mən müqəddəsəm” (1 Peter 1:16).

Yadda saxla, saflaşdırma artıq yaxşı olanı gücləndirir və zəiflədən və ya çirkləndirən şeyi təmizləyir, yaxud da çıxarır. Onun saflaşdırmasını qəbul et ki, şərəfli qab ola biləsən, Onun izzətini gözəl və şəffaf şəkildə göstərə biləsən.

Page 103: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

8

SAĞLAM TİK

Heç bir ulduz qütb səmalarındakı parıldayan ulduzlar qədər parlaq nur saçmır. Heç bir su, səhralıq torpaqda sıçrayan su kimi şirin deyil. Və heç bir iman sınaqdan keçərək yaşayan və zəfər çalan iman qədər dəyərli deyil. Sınaqdan keçmiş iman təcrübə yaradır. Əgər sınaqlardan keçməyə məcbur olmasaydın, heç vaxt öz zəifliyinə inanmazdın. Və əgər Al-lahın gücü səni bunlardan keçirməsəydi, sən heç vaxt Onun gücünü tanımazdın.

– Charles H. Spurgeon

Cismani təbiətə görə yaşayanlar cismani şeylər barədə düşünür, Ruha görə yaşayanlar isə ruhla bağlı şeylər barədə düşünür.

– Romalılara 8:5

Page 104: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

94 ALLAH, SƏN HARADASAN?!

Bir insanı Allahın kişisi və ya qadını edən şey, məsh deyil, xarak-terdir. Və təzyiq çöllükdə gəlir, xəyal qırıqlıqları artır, xəyalların əlçatmaz olduğu hiss olunur, o zəruri saflaşdırılma – xarakter

formalaşdırma baş verir. Çöllükdə olarkən bir çox qəzəbə üstün gəlməyə çalışdığımı

xatırlayıram. Mən bunu birinci fəsildə paylaşmışam. Beləliklə, mən Allahdan soruşdum: “Nə üçün mən hər kəsə qəzəblənirəm? Həyatımda nəyi bağlamalıyam və ya qovmalıyam?”

O cavab verdi: “Oğlum, sən öz bədənini bağlaya və ya ata bilməzsən, sən onu çarmıxa çəkirsən”.

İndi daha əsəbiləşdim, soruşdum: “Onda, bu qəzəb haradan gəlir? Məndə heç vaxt belə qəzəb olmayıb, hətta xilas olmadan əvvəl də olmayıb!”

“Bu illərcə səndə olub”, O cavab verdi, “amma bu, sənin qızıl üzüyündəki natəmizliklər kimi görünməzdi – o, sobada əriməzdən əvvəl gözə görünməzdi. Lakin onu sobaya qoyanda natəmizliklər üzə çıxır. İndi mən səni bu əziyyət sobasına gətirməklə qəzəbini gözə görünən etmişəm”.

Allahın mənə dediklərindən nə etməli olduğuma əmin deyildim. Beləliklə, O daha bir detal əlavə etdi: “Sən öz həyat yoldaşını, iş yoldaşını, öz dostlarını günahlandıra bilərsən, yeni doğulan körpəyə malik olmanın

Page 105: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

SAĞLAM TİK 95

təzyiqini, öz vəziyyətlərini günahlandıra bilərsən. Əgər belə etsən, qəzəb davam edəcək və istilik azalanda, bu daxilinə geri qayıdacaq və proses yenidən başlamalı olacaq. Ya da, sən belə dua edərək tövbə edə bilərsən: ‘Allahım, mən çox peşmanam, bu qəzəbi məndən götür’. Əgər bunu etsən, onda Mən böyük çömçəmi götürəcəyəm və onu sənin daxilindən çəkib çıxardacağam”.

Beləliklə, mən belə etdim. Qızğın çöllüyün təzyiqi mənim qəzəbimi üzə çıxardıqca, mən günahımı etiraf etdim, tövbə etdim və Ondan bunu götürməsini dilədim.

Bu, bir səbəbdir ki, çöllük çətin olduğu qədər həmçinin dəyərlidir və nəticə etibarı ilə daha böyük sevincə aparır:

“Buna görə hal-hazırda qısa bir müddət cürbəcür sınaqlarda kədərə düşməyə məcbur olsanız da, hədsiz sevinirsiniz; belə ki imanınızın sınaqdan keçməsi İsa Məsihin zühurunda sizə tərif, izzət və şərəf gətirsin. Bu imanınız odla təmizlənsə belə, fani qızıldan daha çox dəyərlidir” (1 Peter 1:6-7).

Çöllük, bizim saflaşdığımız və daxilimizdə xarakterimizin formalaşdığı yerdir. Həqiqi mömin insan bu iztirab sobasında və təqiblərdə yaranır. Romalılara 5:3-4 deyir: “Yalnız bununla deyil, çəkdiyimiz əziyyətlərlə də fəxr edirik, çünki bilirik ki, əziyyətdən dözüm, dözümdən Allaha xoş gəlmə, Allaha xoş gəlmədən ümid yaranır”.

Davudun həyatında Allahın təsdiqi onun padşahlıq ardınca gedən biri olduğu üçün deyil, Allahın ürəyincə bir adam olduğuna görə oldu! Padşah Şaul heç vaxt saflaşdırma çöllüyündən keçmədi; buna görə də, o, saflaşdırılmamış və etibarsız olaraq qaldı. Davud isə, çöllükdə saflaşdırıldı və Allah onu ora göndərmək üçün Şauldan belə, istifadə etdi!

Allahın yolları müəmmalı ola bilər, lakin Onun planları həmişə yaxşıdır!

Page 106: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

96 ALLAH, SƏN HARADASAN?!

Xəyal Təxirə Salındı?

Saflaşdırılma ağrılı ola bilər. Mən sizi aldatmayacağam, çöllük Dis-neylanda səyahət deyil. Əzab çəkmək əzab çəkməkdir – və o, bəzən çox əzablı yollarla vurur.

Bəlkə Allah səni etməyə çağırdığı şeylər haqqında sənə xəyallar və görüntülər göstəribdir. Bəlkə sənin üçün olan planları haqqında səninlə danışıbdı. Çöllükdə isə adətən bu, elə görünür ki, sən Rəbbi nə qədər çox axtardıqca və Onun Sözünə itaət etdikcə, Onun sənin ürəyinə yerləşdirdiyi xəyaldan sanki daha da uzaqlaşırsan.

Yusifi düşün: Ona rəhbərlik etmək xəyalı verilmişdi – hətta onun qardaşları və ailəsi də onun səlahiyyəti altında olacaqdı. Sonra nə baş verdi? O, onu qorumalı olan şəxslər – öz qardaşları tərəfindən bir quyuya atıldı və bundan qısa müddət sonra yad bir ölkəyə qul olaraq satıldı. Bu şoku, xəyal qırıqlığını və ağrını təsəvvür edə bilərsən?

Demək olar ki, Yusif onu tez azad etmək üçün Allahın möcüzəvi müdaxiləsini yerinə yetirəcəyini təsəvvür edirdi. Bu ümidlər əvvəl-axır tükənəcək, çünki onun köləliyi bir neçə ay, ya da hətta bir neçə il də sürmədi, lakin on ildən çox sürdü. Bu, uzun bir müddətdir! Bütün bu müddət ərzində o bilirdi ki, onun ağrısına onu təhrik edənlər azadlıqda yaşayırdılar və öz zəngin atalarının mülkündə zövq alırdılar.

Yusif nə etdi? Öz çöllük mövsümündə onun münasibəti necə idi? O, öz imanına sadiq qaldı, xidmət etdi və Allahın vədini unutmadı. O sadiq, müdrik, çalışqan idi və bunun nəticəsi olaraq xeyir-dualı müvəffəqiyyət təcrübədən keçirdi.

Buna baxmayaraq, onun vəziyyətləri yenidən qəflətən dəyişdi və daha da pisləşdi. Onun müdirinin arvadı Yusifə həsrət dolu gözlərlə baxdı. O, Yusifi zina etmək üçün tovlamağa çalışdı, bir və ya iki dəfə deyil, lakin bir çox hallarda. Ancaq Yusif Allaha itaət etdi və hər dəfəsində cinsi əxlaqsızlıqdan qaçdı. Nəhayət, qadın o qədər aqressivləşdi ki, Yusif sözün hərfi mənasında onun caynağından qaçmalı oldu. İndi o qadın nifrət edirdi, Yusifi etmədiyi şeyə görə yalan yerə onu günahlandırdı.

Page 107: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

SAĞLAM TİK 97

O, ədalətsizcəsinə “ittiham edildi” və yeraltı həbsxanaya atıldı. (Tipik olaraq, padşahın zabitinin arvadını zorlamağa çalışan yad bir qul bir də heç vaxt gün işığı görməzdi).

Həbsxanada olan şəxsin düşünmək üçün çox vaxtı olur. Yusifin mübarizə apardığı düşüncələri təsəvvür edə bilərsən? Mən bütün həyatım boyu Allaha sadiqliklə qulluq etdim və mənimlə nə baş verdi? Belə çıxır ki, mən bu yeraltı həbsxanada heç bir günahım olmadan çürüyəcəyəm. Həyatım bitdi! Mənim zalım qardaşlarım azaddırlar və çox güman ki, bolluqdan həzz alırlar. Mən səhv etmişəm? Etdiyim tək şey güman etdiyim “Allahdan verilən” yuxumu qardaşlarımla paylaşmaq oldu və gör indi başıma nə gəldi! Allaha xidmət etməyimin xeyri nə oldu?! Elə görünür ki, Ona daha çox itaət etdikcə, həyatım daha da pisləşdi.

Belə düşüncələri olduğuna görə Yusifi kim günahlandıra bilər? Onlar çox məntiqi səslənir, elə deyil?

Sonra bir gün həbsxanada ikən, Yusif həyatının ən böyük çöllük sınağı ilə üzləşdi. Allah iki adamı onun yanına gətirdi – saqi və çörəkçi. Onların hər birinin yuxusu var idi ki, bu yuxu onları çaşdırmışdı və onlar bu yuxuları izah edən birini axtarırdılar. Əgər Yusif Allaha və Onun vədinə olan imanını itirsəydi, özünə qapanmaq daha asan olardı və onları saymazdı. O belə deyə bilərdi: “Gecə yuxu görmüşdünüz? Hə, nə vaxtsa mən də yuxu görmüşdüm. Mən də yuxunun Allahdan gəldiyini düşünürdüm. Amma həqiqət budur – yuxular həyata keçmir. Yuxular faydasızdır, boş və aldadıcıdır. Beləliklə, zəhmət olmasa məni tək buraxa bilərsiniz?!”

Əgər Yusif belə etsəydi, o uzun illər, ya da həyatının qalan hissəsini olduğu çöllükdə qalardı. O, azadlığa olan biletinin, (baş saqi daha sonra padşaha Yusifin yuxuları yozma bacarığının olduğunu dedi və bu da Yusifin həbsxanadan çıxmasına və vəzifəyə keçməsinə aparıb çıxardı), yanından ötüb keçmiş olardı. Əgər onun özünə yazığı gəlmə hissi olsaydı, Yusif həmin yeraltı həbsxanada əvvəl-axır acıqlı, abırsız və ümidsiz bir adam kimi – “Allah sadiq deyil; O, Öz vədlərinə sadiq deyil!” kimi müxtəlif cür sözlər deyərək ölərdi.

Page 108: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

98 ALLAH, SƏN HARADASAN?!

Lakin Yusif belə etmədi. O, onun Allahdan olan şəxsi vədinə zidd olan düşüncələri və məntiqi ilə mübarizə apardı, baş saqiyə və çörəkçiyə xidmət etməyi seçdi. O, Allaha itaət etməkdə möhkəm qaldı. Nəticə necə oldu? Nəhayət ki, Yusif azad oldu, bir gününü içində vəzifəsi yüksəldi və Firondan sonra ikinci adam oldu!

Yusifin rəhbərliyə gəlməsindən doqquz il sonra güclü aclıq vəziyyəti onun qardaşlarının Misirə gəlmələri və onun qarşısında durmaları ilə nəticələndi. Yusifin hərəkəti qisaslı deyildi, çünki əksəriyyət bunu seçərdi. İndi onda həqiqi padşah rəhbər xarakteri var idi. O, ona qarşı pislik edənlərə xeyirxah oldu. O, onu satanlara qarşı hirsli adam deyil, əksinə imanla, sevgi ilə və əfvlə dolu biri idi. Məzmur tərənnümçüsü Yusif haqqında yazır:

Lakin bunlardan əvvəl birini göndərmişdi, Bu, qul kimi satılan Yusif idi. Ayaqlarını zəncirləyib əzdilər, Boğazına dəmir halqa keçirdilər. Yusifin sözü düz çıxanadək Rəbbin sözü onu təmizlədi. (Zəbur 105:17-19).

Yusifə olan vədinin nə vaxt həyata keçəcəyi vaxtı (yuxudan iyirmi ildən çox keçdikdən sonra) yalnız Allaha bəlli idi. Çöllük onda onun həyatını, ailəsini və gözəl rəhbərlik qurmaq üçün onda xarakter yaratdı. Onun uğuruna olan açar onun Rəbbə olan ehtiramlı qorxu hissi idi. Öz vəziyyətləri hər nə olursa olsun, Yusif Allahın Sözünə görə danışar, hərəkət edər və itaət edərdi.

Deməli, bəs sən necə? Əvvəlcə qeyd etdiyim kimi, Allah səni nə etməyə çağırdığı haqda sənə yuxular və görüntülər göstərmiş ola bilər. O, sənə olan planları haqqında sənə danışmış ola bilər. Lakin Yusiflə olduğu kimi, sən çöllükdəsən və elə hiss olunur ki, sən Allahı daha çox axtardıqca və Onun Sözünə itaət etdikcə, Onun sənin ürəyinə qoyduğu xəyaldan daha da uzaqlaşırsan.

Page 109: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

SAĞLAM TİK 99

Ola bilsin Allahın sənə verdiyi xəyalın əks istiqamətində getdiyi kimi görünərkən, sən başqalarına baxmısan, hətta sənin işinə qarşı olanların xidmətdə yüksəldiklərini (və ya həyatın hər hansı sayəsində) görmüsən. Bəlkə sən əlindən gələn hər şeyi edirsən, lakin görüntün həyata keçmir.

Hətta bəlkə sənin ətrafında cismani olanlar və Rəbbi axtarmayanlar var, lakin onlar vəzifələrində yüksəlirlər və çiçəklənən kimi görünürlər. Maddi və sosial “ xeyir-duaları” alan onlardır. Bəlkə elə insanlar var ki, onlar öz şəxsi yaltaqlıqları və manipulyasiyalarına görə irəli gedirlər. Bəlkə elə adamlar var ki, sən Yusif kimi Fironun yeraltı həbsxanasında zəncirlənmiş ikən onlar şərəfsiz şeylər edir, yalan və hiylə ilə uğur əldə edirlər, amma hələ də onlar “xeyir-dualı” kimi görünürlər.

Sən bu haqda nə edirsən? Gileylənirsən? Bax gör Allah nə deyir:

“Mənə qarşı sərt sözlər söylədiniz” deyir Rəbb, siz isə “Sənə qarşı nə söylədik?” deyə soruşursunuz. Siz dediniz: “Allaha xidmət etmək faydasızdır. Ordular Rəbbinin buyruğunu yerinə yetirsək də, Onun önündə yas içində gəzsək də, bunlardan bizə nə xeyir oldu? İndi biz məğrurları bəxtiyar sayırıq. Pislik edənlər işlərində uğur qazanır, Allahı sınayanlar da cəzadan qurtarır” (Malaki 3:13-15).

Şikayət edənlər burada nə deyirlər? Onlar deyirlər: “Allaha itaət etməyimizin nə faydası var, çünki biz heç bir yerə gedib çıxmırıq. Bu pis niyyətlidir – cismani, fırıldaqçılardır – vəzifədə yüksələnlər, xeyir-dualı olanlar və çiçəklənən bizlər deyilik” (bu “Beverin Parafrazasıdır). Allah bunu dəhşətli və sərt danışıq adlandırır və O, bunu Özünə qarşı yönəldilmiş kimi görür. Daha sadə dildə desəm, bu mırtıldamaq və şikayət etməkdi.

Şikayət etmək İsrail övladlarını öz vəd edilmiş torpaqlarından etdi. Şikayət etmək nə üçün Allaha təhqirdir və nə üçün bu sərt mühakimə ilə qarşılandı? Bu, dolayı yolla Allaha deyir: “Mən Sənin mənim həyatımda etdiklərini xoşlamıram və əgər mən Sən olsaydım, bunu başqa cür edərdim”. Bu, Ona qarşı tamamilə ehtiramın olmamasıdır.

Page 110: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

100 ALLAH, SƏN HARADASAN?!

Allah baxır görsün ki, kim Onu izləyəcək və kim faydaları izləyəcək. Birincilər öz izləmələrində qərarlıdılar; axırıncılar isə gözlərində nəsə düzgün görünməyəndə şikayət etməyə başlayanlardır. Kiminsə xeyir-dualar adlandırdığı və xeyir-duaların əslində nə olduğu iki fərqli şeylərdi. Əgər sənin davranışın (ürəyin) düzgün deyilsə, bəzi xeyir-dualar davam etməyə bilər. Xudbin niyyətlərlə şikayət edənlər, bax gör Rəbb onlarla və onların xeyir-duaları ilə nə edəcəyi haqda nə deyir:

“İndi, ey kahinlər, bu əmr sizin üçündür”. Ordular Rəbbi deyir: “Əgər sözə qulaq asmasanız, adıma izzət verməyi ürəkdən istəməsəniz, üzərinizə lənət yağdırıb xeyir-dualarınızı lənətə çevirəcəyəm. Bəli, Mən onları lənətlədim. Çünki Məni izzətləndirməyi ürəkdən istəmirsiniz” (Malaki 2:1-2).

Bizim mükafatımız və ya mirasımız əşyalardan və ya vəzifələrdən ibarət deyil. Bizim mirasımız Rəbdir!

Yezekel 44:28 deyir: “Kahinlərin irsi var: onların irsi Mənəm. …Onların mülkü Mənəm”.

Bir çox məsihçilər bugün gözlərini həqiqi irsdən çəkmişlər və əvəzində əşyalara və ya vəzifələrə yönəltmişlər – bəlkə də Allah tərəfindən verilmiş yaxşı şeylərə. Amma bu, atası ilə münasibətdən daha çox atasının ona verdiyi şeylərlə maraqlanan bir oğul kimidir. Mənim dörd oğlum var və mən onlara verməyi sevirəm. Amma əgər onların mənə diqqət yetirmələrinin səbəbi yalnız məndən almaq olsaydı, bu, mənim qəlbimi qırardı. Bax gör davam edərək Malaki nə deyir:

“O zaman Rəbdən qorxanlar bir-birləri ilə danışdı. Rəbb bu sözlərə qulaq asıb dinlədi. Rəbdən qorxub adına hörmət edənlər üçün Onun önündə bir yaddaş kitabı yazıldı” (Malaki 3:16).

Bunlar da, “şikayət edənlər” kimi çöllük şəraitindən keçənlərdirlər, lakin bu qrupun birinciliyi mövqe, tanınmaq və ya əşyalar deyil. Onlar

Page 111: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

SAĞLAM TİK 101

Allahın ürəyini axtarırlar! Onlarda Onu tanımaq istəyi yanır. Sən onlara sosial şeylər və ya biznesdən bəhs edə bilərsən, lakin sən onlara Rəbb və Onun nə dediyi haqda danışanda onların ürəkləri yanır.

Luka bunlar barəsində deyir: “Onlar bir-birlərinə dedilər: O, yolda bizimlə danışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizim ürəklərimiz alışıb-yanmırdımı?” (Luka 24:32). Onların istəkləri Ruhun şeyləri üçün yönəlib. Onlar deyirlər: “Mən sadəcə Allahı tanımaq istəyirəm; mən istəyirəm ki, O, mənimlə sevinsin, çünki sevincimin qaynağı Odur”. Əsas olan budur. Onların İsa üçün olan ilk məhəbbəti nə vəzifə, nə status, nə də mülklərdir.

Onların davranışı onların səhranın ortasında olmaqla və ya milyon-lara vəd etməklə dəyişilmir.

“Çünki biz Allahın əməkdaşlarıyıq. Sizsə Allahın zəmisi, Allahın tikilisisiniz. Allahın mənə verdiyi lütfə görə bir mahir bənna kimi bünövrəni qoydum, başqası isə onun üzərində inşa edir. Amma hər kəs necə inşa etdiyinə diqqət yetirsin” (1 Korinflilərə 3:9-10).

Biz öz həyatımızı necə qurduğumuza fikir verməliyik! Müqəddəs Yazılarda evi tikmək, öz həyatımızı və padşahlıq üçün xidməti tikməyimizi təmsil edir. Biz Allaha məxsusuq, çünki biz Onun binasıyıq:

“Bu səbəbə görə, ey səmavi çağırışa ortaq olan müqəddəs qardaşlar, əqidəmizin Elçisi və Baş Kahini İsa haqqında düşünün. İsa Onu təyin edən Kəsə sadiq qaldı; necə ki Musa da Allahın bütün evində Ona sadiq qaldı. Evin bənnası evdən daha çox hörmət qazandığı kimi İsa da Musadan daha böyük izzətə layiq görüldü. Çünki hər evin bir bənnası var, hər şeyin bənnası isə Allahdır” (İbranilərə 3:1-4).

Evi kimin tikdiyinə fikir ver – Rəbb. Bu, bizim bədənimizin gücü deyil. Allah hər nə tikirsə, qalacaq; biz nə tikiriksə, qalmayacaq. “Evi Rəbb tikməzsə, bənnaların zəhməti boşa gedər” (Zəbur 127:1). İnsan

Page 112: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

102 ALLAH, SƏN HARADASAN?!

istər öz həyatında, evində və ya hətta istərsə xidmətdə Allahdan ayrı nə tikərsə, o, tab gətirməyəcək.

Yaradılış 11:4-də biz bunun nümunəsini görürük: “Gəlin özümüzə bir şəhər və başı göylərə çatan bir qüllə tikib ad çıxaraq, daha bütün yer üzünə yayılmayaq”.

Babil qülləsini tikənlərin niyyətləri nə idi? Onlar öz mənfəətlərini güdən xəyallara nail olmaq, öz izzətləri üçün özlərinin binalarını yüksəlt-mək istəyirdilər. Onlar Allah kimi olmaq istəyirdilər, lakin Ondan tamamilə müstəqil olaraq. Bu məşğuliyyət Allahın deyil, lakin onların istəklərini və iradələrini yerinə yetirdi. Allahdan ayrı tikmək heç vaxt alınmır, çünki bizim niyyətimizin nə qədər nəcib olmasına baxmayaraq, Allahsız bu əhəmiyyətsiz bir fəaliyyətdir. Buna görə də bizə xəbərdarlıq edilir:

“Allahın mənə verdiyi lütfə görə bir mahir bənna kimi bünövrəni qoydum, başqası isə onun üzərində inşa edir. Amma hər kəs necə inşa etdiyinə diqqət yetirsin. Çünki heç kim qoyulan bünövrədən, yəni İsa Məsihdən başqa bir təməl qoya bilməz. Bu bünövrənin üstündə qızıldan, gümüşdən, qiymətli daşlardan, taxtadan, samandan, küləşdən kim nə isə inşa edərsə, onun əməli bəlli olacaq və qiyamət günü onu ortaya çıxaracaq, çünki odla aşkar olunacaq. Od da hər birinin əməlinin keyfiyyətini sınaqdan keçirəcək” (1Korinflilərə 3:10-13).

Qızıl, gümüş və qiymətli daşlar Allahın yolu olan tikintini təmsil edir. Taxta, saman və küləş dünyanın çertyoju tərəfindən bizim öz metodlarımızı təmsil edir. Bu ayələr yalnız göylərdəki məhkəmədən bəhs edir? Xeyr! Bu ayələr Onun Öz məbədinə gəldiyi vaxtı təsvir edir (Malaki 3:16- 4:1 və 1 Korinflilərə 3:16-17). O, atəş kimi gələcək ki, ya taxtanı, samanı və küləşi məhv edəcək, ya da qızılı və gümüşü saflaşdıracaq. Buna görə də O, belə deyərək davam edir: “Kimin əməli yanıb yox olsa, o zərər çəkəcək. Özü isə xilas olacaq, amma sanki od içindən keçəcək” (15-ci ayə).

Əgər sən öz həyatını, biznesini və ya xidmətini öz şəxsiyyətinin gücü

Page 113: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

SAĞLAM TİK 103

və ya dünyəvi proqramlar və ya texnikalar kimi öz hazırladığın kərpiclərlə tikirsənsə.... əgər sən hədə-qorxu vasitəsilə insanları manipulyasiya və kontrol edərək tikirsənsə... əgər sən vəzifə əldə etmək üçün başqalarına yaltaqlanırsan və başqalarının ayaqqabılarında gəzirsənsə... əgər tikərkən tənqid və ya qeybətlə başqalarını alçaldırsansa... onda bütün bu metodlarla əldə olunan şeylər yandırılacaq və itiriləcəkdir.

Bir çoxları hiyləgər texnikalardan və ya hətta fayda qazanmaq üçün cəsarətlə yalan danışaraq özlərini reklam edirlər. Bu da yanacaqdır! “Qoy heç kim özünü aldatmasın. Sizlərdən biri bu dövrdə özünü müdrik sayırsa, müdrik olmaq üçün ağılsız olsun. Çünki bu dünyanın müdrikliyi Allah qarşısında ağılsızlıqdır. Necə ki yazılıb: O, müdrikləri hiylə qurarkən yaxalayır” (1 Korinflilərə 3:18-19).

Allahın gözlərində sənin həyatdakı niyyətinin xudbin olduğu hər hansı bir sahəsi taxta, saman və küləş hesab edilir. Bunun başqalarına nə qədər çox kömək etmək kimi görünüşü olsa da və ya Rəbbin adı ilə fəaliyyət göstərsə də, yaxud vaxt qurban edilsə də, hamısı yanacaqdır.

Bu dünyanın müdrikliyinin fokusu, diqqət mərkəzi özüdür. “Amma ürəyinizdə acı qısqanclıq, xudbin ehtiras varsa, öyünməyin ….Belə müdriklik yuxarıdan nazil olan müdriklik deyil, ancaq dünyəvi, ruhani olmayan və şeytani müdriklikdir” (Yaqub 3:14-15). Qısqanclıq rəqabəti və şübhəni doğurur. Öz malik olduğumuz şeyi təhlükəsiz saxlamaq üçün biz səlahiyyət oyunları oynamağa başlaya bilərik ki, bu da bizim dostlarımıza və səmimiyyətimizə baha başa gələ bilər və ya daha mühümü, bizim Allahla münasibətimizi zədələyə bilər. Hətta pastorlar və ya xidmətdə olan digərləri də Allahın ürəyinə yaxın yaşamağın hesabına vəzifə, ad və ya maaş arxasınca gedə bilərlər.

Allahın ürəyini səmimi qəlbdən axtaranlar üçün bu, elə görünə bilər ki, onlar Allahı nə qədər çox axtardıqca, daha da çox uzaqlaşır və xəyal qırıqlığı ilə fəryad edirlər:

“Mənim yanıma gələn, sözlərimi eşidib onlara əməl edən hər adamın kimə bənzədiyini sizə izah edərəm: o, ev tikən elə bir

Page 114: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

104 ALLAH, SƏN HARADASAN?!

adama bənzəyir ki, torpağı qazıb dərinə gedər və təməli qaya üzərində qurar...” (Luka 6:47-48).

Mənim ailəm Dallasda yaşayanda mən bənnaların göydələnləri tikdiklərini müşahidə edərdim. Əvvəlcə aylar qayaları sındırmağa və təməli qazmağa həsr olunduğu üçün inkişaf asta gedirdi. Bina nə qədər böyükdürsə, dərinlik bir o qədər dərindir və binaların təməli də bir o qədər genişdir. Yerin üstündən elə görünürdü ki, bənnalar yavaş hərəkət edir və az irəliyə gedirdilər. Sonra birdən-birə yüksək bina sürətlə yüksəldi. Bunun yüksəlişi hazırlanma prosesi ilə müqayisədə, demək olar ki, bir gecədə baş verdi.

İrəliyə getmə yüksəlişi aşağını hazırlama ilə müqayisədə heç bir şey idi. Mən inanıram ki, Məsihin bədənində bir çoxları aşağını hazırlama

prosesindədilər – xüsusilə də, bəlkə gənc nəsil arasında. Buna görə Allaha şükür edirəm! Bəlkə onların xidmətə çağırışı var və ya Rəbb tərəfindən verilmiş başqa xəyalları var, amma hazırda xidmət vəziyyətindədirlər. Bəlkə şeylərin çox cəld hərəkət etmədiyi kimi görünə bilər, lakin mən inanıram ki, onlar çöllükdə Allahın diqqətlə hazırlanması altındadırlar. Təməl qoyulur; Məsihin xarakteri formalaşır. Bu xarakter Məsihə xidmət edən və Onun Padşahlığını gələn illərdə də həvəslə xidmət edəni möhkəm tutacaqdır.

Çöllükdə olmayanlar isə səyahət və ya hər hansı özünü reklam vasitəsilə sürətlə irəliyə gedirmiş kimi görünəcək. Bizim çöllük qəriblərimiz durğunluqda olmaq kimi hiss edə bilərlər və hətta özləri daha qısa və asan yol da seçməyə sövq edilə bilərlər. Amma bu cür yolun dözümsüz bir xarakter hasil etdiyini və bunun mövcud olan xarakteri artıq əldə etdikləri ilə güzəştə getdiyini bilərək, onlar riskin çox böyük olduğuna qərar verirlər. Allahı gözləyərək, onlar Baş Bənnanın Qaya üzərində daha sağlam təməl salmasına izin verirlər.

Hazırda Allahı səylə axtaran pastorlar var, lakin yenə də, çox az, hətta heç bir şeyin baş verdiyi kimi görünür. Onlar quru yerdə və ya vaxtdadırlar. Onlar başqalarının özlərini reklam etmələrinə və onların

Page 115: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

SAĞLAM TİK 105

xidmətlərinin dünyəvi bazarlama texnikaları ilə müvəffəqiyyətli olmasını müşahidə edirlər. Onlar sosial şəbəkədə xoşbəxtliyin və uğurun illüziyasını yaradırlar. Amma Allah bu səhralıq qəriblərinin bu üsullarla tikmələrinə izin verməyəcək, çünki O, onların sağlam, davamlı təməlini hazırlayır.

Səyahətin Üçün Sağ Qalmaq Üzrə Tövsiyələr

#8 Nun oğlu Yeşua bunu düz başa düşdü

Əgər çöllük bizim yaxşılığımız üçün nəzərdə tutulubsa, onda biz necə yaxşı olandan yapışa və pisdən qaça bilərik?

Nun oğlu Yeşua, çöllükdə ürəyi düz olanın yaxşı bir nümunə-sidir. Musa Sina Dağına gedəndə, Nun oğlu Yeşua dağın ətəyində qaldı. O, Rəbbin hüzuruna mümkün olduğu qədər yaxın olmaq istəyirdi. Musa Allah ilə hüzur çadırında görüşəndə, Nun oğlu Yeşua da Rəbbin hüzuruna yaxın olmaq üçün orada idi. Hətta Musa qurta-randa, Nun oğlu Yeşua Görüş Çadırında qaldı (Çıxış 33:11).

Yeşuanın Kitabında onların valideynlərini usandıran (əvvəlki nəsil) günahın beş sahəsini görürük,ikinci nəsildəki (Yeşuanın) kimi çöllükdə özlərini həvəslə aşkar etmədilər. Bu, bir dəfə Akan adlı adamla baş verdi. Buna baxmayaraq, rəhbərlik və xalq dərhal bunu həll etmək üçün Allahı axtardı. İkinci nəsil düzgün idi, çünki onlar əvvəlki nəslin –Allahın vədinin yerinə yetdiyini görmədən öz valideynlərinin hamısının çöllükdə necə tələf olduqlarını– səhv-lərini müşahidə etmişdilər.

Yeşua və onun nəsli diqqətlərini Yaradana yönəltdilər və onlar Vəd olunmuş Torpağa daxil oldular. Onlar Allahın Sözünə əməl et-məkdə güclü və məyusluqdan uzaq idilər. Onlar şikayət etməkdən imtina etdilər; onlar Allaha inanmaqda cəld idilər.

Page 116: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

106 ALLAH, SƏN HARADASAN?!

Sonra da elələri var ki, Allah onlara müəyyən bir vəzifəni və ya yeri hələ göstərməyib, lakin onlara xəyal verib. Onlar bunun necə həyata keçəcəyini düşünürlər və bəlkə də, həyata keçmə əldən çıxacaq kimi görünür.

Bu quraq çöllük vaxtında itaətlə Onu gözləyənləri, hiylə alətləri və ya özlərini reklam etmə davranışları, ya da manipulyasiya ilə tikən-ləri Allah ayıracaq. Allah tərəfindən təyin olunmuş həqiqi reklam – və çöllükdən çıxış – Allahın Öz məbədinə gəlməsini müşahidə edənlər və gözləyənlər üçün gələcəkdir. O deyir:

“Allah deyir: Müəyyən etdiyim zaman Mən insafla hakimlik edəcəyəm… İnsanı yüksəltmək Nə şərqdən, nə qərbdən, nə də çöllərdən gəlir. Hökm verən Allah isə Həm alçaldır, həm yüksəldir” (Zəbur 75:2-7).

Bədənin Faydasızlığı

Bədən və Ruh arasında mübarizəsinin həqiqəti yalnız xidmətə can atanlara deyil, həyatın bütün aspektlərinə tədbiq olunur. Yadda saxla, bədən heç vaxt Allahın vədlərini doğura bilməz! Bədən ona kömək edə bilər. Əgər Ruh doğursa, Allah onun üçün təmin edəcəkdir.

Bədən ssenarisi adətən manipulyasiya və kontrol mühitinə aparıb çıxarır. Rəhbər, nəticələri əldə etmək üçün insan hissləri üzərində hökm edəcək və ya oyun oynayacaqlar. Əgər sən onların ardıcıllarından birisənsə, birdən-birə sən onların istiqamətinə necə reaksiya verərək ya onların uğuru, ya da uğursuzluğu üçün məsuliyyətli olursan. Orada çoxlu təzyiq, qanunçuluq, dominantlıq və ya manipulyasiya olacaqdır.

Baxmayaraq ki, mən əsasən xidmət işlərinə görə ünvanlayıram, həmçinin vurğulamaq istəyirəm ki, bu yalnız xidmətlər üçün deyil; bədənin qüdrəti ilə yaradılmış hər hansı bir şeyi təsvir edirəm. Beləliklə,

Page 117: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

SAĞLAM TİK 107

bu, bizim bazardakı, təhsildəki, sağlıqdakı, dövlətdəki, hərbidəki, peşəkar atletikadakı və Allahın Öz xalqını xidmət etmək üçün çağırdığı bir çox sahələrdəki çağırışlarımıza tədbiq edilə bilər.

Əksinə, Ruhdan doğulan özünün formalaşmasında heç bir rolunun olmadığını başa düşəcək, buna görə də o bilir ki, öz bacarığı ilə özünün böyüməsinə və ya inkişafına səbəb ola bilməz. Allahın yaratdığı (və ya tikdiyi) şey üçün təmin etmə Allahın Öz məsuliyyəti olaclaqdır.

Yaqub dünyaya gələndə İsmailin mövqeyi artıq çox yaxşı qurulmuşdu (Yaradılış 16-21). Öz təcrübəmə görə, mən müəyyən etdim ki, İsmailin fəaliyyəti vəd olunmuş Yaqubun yuxusu doğulana qədər həmişə özünü göstərəcək. Allahın sənə vəd etdiyini öz qüvvətini istifadə edərək doğurmağın həvəsinə qarşı durmalısan. Yenidən bu ayəni xatırla: “Sara İbrahimə dedi: Bu cariyəni və onun oğlunu qov. Bu cariyənin oğlu mənim oğlum İshaqla birgə varis olmayacaq” (Yaradılış 21:10).

Rəbbin Öz xalqına “İsmailin səylərini qovun, çünki cismin nəslinin vədin nəsli ilə varis ola bilməz” deyəcəyi gün gəlir. Onların məhsuldar görünmələrinə baxmayaraq, Allah deyəcək: “Onları qovun!” ki, Onun hüzurunda heç bir cismin (bədənin) izzəti olmasın!

Allahın məhkəməsi aşkar olanda sənin həyatının öz bacarığın ilə tikdiyin hər hansı bir hissəsi saflaşdırıcı oda tab gətirməyəcək. Əgər sən öz həyatını tamamilə özünü qoruma səyləri və ya özünü reklam vasitəsilə tikirsənsə, onda onun hamısı yanacaq. Amma sən “Özü isə xilas olacaq, amma sanki od içindən keçəcək” (1 Korinflilərə 3:15).

Yalnız vədlə əldə edilən, hamilə olan, Allahın Ruhu və lütfü va-sitəsilə doğulanlar qalacaqlar.

Page 118: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini
Page 119: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

9

GÜC

MƏŞQİ

Rəbb Özünün ən yaxşı əsgərlərini kədər vadilərindən çıxarır.

– Charles H. Spurgeon

Körpə isə böyüyüb ruhən qüvvətlənirdi və İsrail xalqına görünən günədək çöldə qaldı.

– Luka 1:80

Page 120: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

110 ALLAH, SƏN HARADASAN?!

Mən bir neçə il əvvəl Məsihin ardıcılları olaraq bizi gərildən və imanımızı qüvvətləndirən hazırlıq vaxtlarına ehtiyacımın olduğunu illüstrasiya edən fərqli bir çağırışa tab gətirdim.

İstəyirsən inan, istəyirsən inanma, bu sınaq hər hansı bir quru, boç səhrada deyil, idman və sağlamlıq klublarında baş verdi.

Mən otuz beş yaşında olanda Atlanta, Corciyadakı imanlı cəmiyyətində ürəyimi töküb vəz edəndən sonra, demək olar ki, səhnədə ürəyim getdi. Yaxşı fiziki formada olmadığımı və xidmətdə sədaqətlə irəliləmək üçün daha güclü olmağa ehtiyacımın olduğunu bilirdim.

Corciya ştatından evə qayıtdım və baş verənləri Lisaya danışdım. Sonra bəyan etdim: “Mən idmana gedəcəyəm”.

Məni heyrətə gətirən onun cavabı oldu: “Şükür Allaha. Mən dua edirdim ki, sən idmana gedəsən!” Öz əri üçün necə dua etməyi bilən bir arvada malik olmaq çox gözəldir!

O vaxt biz Floridada yaşayırdıq və bizdən iki ev aşağıda Kip adında WWF güləşçisi yaşayırdı. Uşaqlarımız təqribən eyni yaşda olduğuna görə, ailələrimiz də yaxın olmuşdu. O, məni idman zalına götürməyi və mənə təlim verməyi dəfələrlə mənə təklif etmişdi, lakin mən həmişə deyirdim: “Yox, mən çox məşğulam. Mənim vaxtım yoxdur”. Mən məşğul idim, amma həmçinin bir az da qorxmuşdum – sən peşəkar güləşçi ilə məşq etmək istərdin?

Kip çox iri bir oğlan idi, bir metr, 93 santimetr boyu var idi, 109 kilo

Page 121: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

GÜC MƏŞQİ 111

idi, altı faiz bədən yağı var idi. Onun sinəsi mükəmməl V formasında idi və səkkiz presi var idi. Tez-tez o, bizim uşaqlarımız və mən basketbol və ya küçə xokkeyi oynayardıq. Əgər mən onunla qarşılaşsaydım, hətta o heç hərəkət etməsəydi də mən metrə yarım və ya iki metr geri uçardım!

Həmin o Atlanta səfərindən sonra mən onun evinə getdim və dedim: “Kip, mən idmana getməliyəm. Sən deyirdin ki, məni məşq etdirərsən – hələ də onu etmək istəyirsən?”

O tez cavab verdi: “Əlbəttə, mən səni idmana götürərəm”. Gərək mən onun soyuqqanlı gülümsəməsinə daha çox fikir verəydim. Məni nəyin gözlədiyindən heç xəbərim yox idi!

Ertəsi günün səhəri ikimiz də idman zalının məşq zalına getdik. Bu yerdə ciddi insanların məşq etdiyini dərhal bildim. Atmosfer testosteron ilə artırdı və hər yeri bədən qoxusu bürümüşdü. Həmin o ilk gün idman zalında öyrəndiyim şeylərdən biri odur ki, sən ştanqlara yüngül çəkilər qoymaqla iyirmi və ya otuz dəfə onu qaldırmaqla əzələ qurmursan. Əksinə, sən ştanqa çox çəki qoyursan ki, onu yalnız üç və ya dörd dəfə qaldıra biləsən.

Bütün o yaxşı şeylər həmin o üçüncü və ya dördüncü repertuarda sənin əzələlərinlə baş verir. Sənin daxilindəki hər şey də o vaxt deyir: “Daha qaldıra bilmirəm!” Amma sənin ətrafındakı bütün oğlanlar qışqırırlar: “İtələ, itələ, partla!” Sənin daxilində o çəkini dördüncü və ya beşinci dəfə qaldırmağa məcbur edən nə isə var. Uzun sözün qısası, əzələ o vaxt inkişaf edir.

Deməli, utanıram deməyə ki, həmin o ilk gün uzanaraq qaldırdığım çəki sadəcə 43 kilo idi. Əminəm ki, Kip öz qonşusunun irəlidə hələ çox uzun yol gedəcəyini bilirdi! İdman zalına bir neçə həftə getdikdən sonra mən bunu 47 kiloya qaldırdım. Daha çox həftələr keçdi və mən 52 kilo qaldırdım. Sonra 56 kiloya çatdım. Mən nəhayət 61 kiloya çatanda özümlə o qədər fəxr etdim ki, indi ştanqın hər iki tərəfinə – standart 20 kiloluq– lövhəciklər qoya bilirdim. Artıq xəcalət içində qaldırmırdım.

Bu hekayənin ardıda var, bu fəsildə daha sonra bölüşəcəyəm, lakin mənim yavaş-yavaş fiziki güc əldə etmək prosesim Rəbbin bizi çöllükdə

Page 122: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

112 ALLAH, SƏN HARADASAN?!

Öz “idman zalına” götürməsi və bizim ruhani əzələ əldə etməyimizə kömək etmək üçün baş verənin yaxşı analoqudur.

Bizim ruhumuz çöllükdə güclənir, çünki bu yer yalnız quraqlıq və “Allahım, Sən haradasan?!” deyə fəryad etmək üçün deyil, lakin həmçinin dərin sınaq və imtahan üçün də yerdir. Xoş xəbər odur ki, çöllüyün çətin və çağırışlı olmasına baxmayaraq, biz ruhani qüvvət məşqində çəki qaldırmaqda bizi çəkənin kim olduğunu xatırlamalıyıq:

“Bəs bunlar barədə nə deyə bilərik? Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər?” (Romalılara 8:31).

O, nəinki bizimlədir və bizim üçün çəkir, həm də O, bizim üçün vəd də verir:

“Allah sadiqdir və O, sizi gücünüzdən artıq sınağa çəkilməyə qoy-maz” (1 Korinflilərə 10:13).

Beləliklə, sənin sınağın hər nə olursa olsun, məyusluq, keçdiyin quru yer hər necə olursa olsun, Allah bizə vəd edir ki, biz heç vaxt elə sınaqda olmayacağıq ki, oradan uğurla keçməyimiz üçün gücümüz olmasın. Bu haqda düşünəndə görürsən ki, bu, çox heyrətamizdir.

Sınaqlarla üzləşdikcə heç vaxt kim olduğunu unutma. Allahın se-vimli övladı olaraq, İsa deyir: “Baxın Mən sizə səlahiyyət vermişəm …. düşmənin bütün gücünü ayaq altında əzəsiniz və heç nə sizə zərər vurmayacaq” (Luka 10:19). Beləliklə, biz dərk edirik ki, düşmən bizə hər nə atsa, biz ona qalib gələ bilərik. Əgər belə olmasaydı, Allah buna izin verməzdi!

Amma problemin olduğu yer də budur. Bir çox insanlar böyük çətin-liklərin öhdəsindən gəlmək üçün öz bacarıqlarını inkişaf etdirmirlər. Onlar idmana qaçırlar, belə desək, ya da orda olan kimi şikayətlənir və deyinirlər. Ancaq Paul tamamilə fərqli bir münasibəti illüstrasiya edir. O yazır:

Page 123: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

GÜC MƏŞQİ 113

“Çünki sizə yalnız Məsihə iman etmək deyil, Onun uğrunda əzab çəkmək üstünlüyü də ehsan olundu” (Filipillilərə 1:29).

Əzab çəkməyin sənə “ehsan olunduğunu” oxuyanda bu, biraz başını qaşımağa vadar edirmi? Əslində bu, nə deməkdi? Kimsə mənə deyəndə ki: “Mənə ehsan olunub” bu sanki mənim üçün xeyir-dua gələcəyi kimi səslənir. İntizarla düşünürəm – axı mən nə əldə edəcəyəm?

“Ehsan olunmaq” və “əzab çəkmək” eyni cümlədə necə ola bilər? Bu, sanki kiməsə “Sənin ad günündə dişinin kanalını doldurmaq üçün diş həkiminə getmək ehsan olunub!” Doğurdan? Təşəkkür edirəm, amma lazım deyil. Bu, sadəcə olaraq heç bir məna kəsb etmir, çünki Birləşmiş Ştatlar kimi müasir bir ölkədə arzuladığımız həyat rahat və nisbətən asandır. Beləliklə, “əzab çəkmək” ehsan olunması sənin düşüncəni qarışdıra bilər. Əksər insanlar bədbəxtliklə üzləşəndə belə deyirlər:

“Bunun mənimlə baş verdiyinə inana bilmirəm”. “Nə üçün mən?”“Nə üçün mən bundan keçməliyəm?”“Buna nifrət edirəm”.“Heç kim mənim nədən keçdiyimi başa düşə bilməz!”“Nə üçün axı bir normal həyata malik ola bilmərəm?”“Allahım, yalvarıram bunu götür məndən!”“Niyə narahat olum ki? Təslim olmaq daha asan olardı...”Bəzən, əminəm ki, bizim hamımız bədbəxtliklə üzləşəndə bu

cür münasibəti ya düşünmüşük, ya ifadə etmişik. Təəssüf ki, çox tez-tez sadəcə olaraq sınaqların və iztirabların (çöllüyün) məqsədini başa düşmürük.

Lakin hər zamankı kimi, Allah bizim nəyə ehtiyacımızın olduğunu bilir – və Onun Padşahlığının səyləri üçün daha effektiv ola bilməmiz üçün hansı gücə ehtiyacınız olduğunu bilir. Beləliklə, buna görə Paul “sizə ehsan olunacağın” iman əzələsini artırmaq üçün bizə Allahın bəzi strateji iztirabları haqqındakı vədini xəbərdar edir.

Page 124: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

114 ALLAH, SƏN HARADASAN?!

Sınağa Çəkilmənin Rolu

Əvvəlcə xatırlatdığım kimi, bizim çöllükdə güc təlimimizin bir hissəsinə sınağa çəkilməni tanımaq və ona qarşı durmaq qabiliyyətində böyümək də daxildir. İsa bunu Öz xidmətinin erkən çağlarında iblisə çöllükdə Onu sınağa çəkməsinə Atası izin verərkən yaşadı: “İsa Müqəddəs Ruhla dolaraq İordan çayından qayıtdı və Ruh tərəfindən səhraya aparıldı. Orada İsa qırx gün ərzində iblis tərəfindən sınağa çəkildi. Bu müddətdə İsa heç nə yemədi və qırx gün keçəndən sonra acdı” (Luka 4:1-2).

Mən “izin verdi” sözünü diqqətlə seçdim, çünki Allah heç vaxt sınağa çəkilmənin müəllifi deyil: “Sınağa düşəndə qoy heç kim «Allah məni sınağa çəkir» deməsin. Çünki Allah pisliklə sınağa çəkilmir və Özü də heç kimi sınağa çəkmir” (Yaqub 1:13).

Biz sınağa çəkilərkən bizimlə əslində nə baş verir? Biz bilirik ki, şeytanın niyyəti bizim günaha batmağımıza səbəb olmaq, bunun nəticəsi olaraq bizi Allahla olan sevincdolu itaətdən və münasibətdən uzaqlaşdır-maqdır. Beləliklə, əgər şeytan bunu öz sınağa çəkməsinin nəticəsi olaraq istəyirsə, bizim sınağa çəkilməyimizə izin verərək Allah nə axtarır? Həvari Peter bu fikri təklif edir: “Beləliklə, Məsih cismən əzab çəkdi-yinə görə siz də eyni düşüncələrlə silahlanın. Çünki cismən əzab çəkən günahdan vaz keçmişdir” (1Peter 4:1).

Başqa sözlərlə, sınaqlar vasitəsilə olan yoxlama bizim ruhani əzələmizi qurmağa kömək etmək və getdikcə daha yetkinləşmək üçündür. Bu ayədə əsas söz “silahlanın” sözüdür.

Silahlanmamış döyüşə gedən bir hərbi qrupu təsəvvür edə bilərsən? Nə hərbi helikopterlər, nə tanklar, nə silahlar, nə döyüş sursatları – heç bir silah olmadan? Bu, çox fəlakətli olardı. Məsihin ardıcılları da iztirab çəkməklə silahlanmayanda, onlar sınaqlar üçün silahlanmayanda bu cür fəlakətlə üzləşirlər.

Ticarət hava yolları pilotları mümkün ola bilən sınaq üçün silahlananların yaxşı nümunəsi ola bilərlər. Hər altı ayda bir hava yolları

Page 125: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

GÜC MƏŞQİ 115

onları təkrar olunan hazırlıq üçün göndərir. Bu pilotlar stimulyatora getməli və ağıla gələ bilən hər pis hal səhnəsi üçün effektivliklə reaksiya verməlidirlər. Hər bir pilotun qabiliyyətinin qüvvətləndirilməsinin niyyəti təcili vəziyyətlərdə nə cür davranmağı bilmələridir. Tipik olaraq hava yolları böhranında sərnişinlər – silahlanmamış olanlar – pilot hərəkət edərkən onlar reaksiya verirlər. Nə üçün? Çünki pilot silahlanmışdır.

Çöllük də itaətkar məsihçi üçün məhz bunu edir. O, bizi gələcək fəthlər üçün silahlanmağa xidmət edən bəlalarla üzləşdirir. Biz dərk etməliyik ki, bəlalar – çöllük – bizimlə baş verəcəkdir. İsa dedi ki, bu dünyada biz əzablar və bəlalarla üzləşəcəyik, lakin onlara qalib gəlmək üçün O, bizə kömək edəcək. Bu prosesdə də biz qüvvətlənəcəyik.

Böyük Fürsət

Bizim çöllüyə olan münasibətimiz ruhani əzələni qurmaq, Rəbbin bizə sonra verəcəyi şey üçün daha güclü olmağımızdan ötrü böyük bir fürsət kimi görünməlidir. Həvari Yaqub burada bunu deyir:

“Ey qardaşlarım, müxtəlif sınaqlarla üzləşəndə bunu böyük bir sevinc hesab edin” (Yaqub 1:2).

Bizim hamımız fürsəti başa düşməliyik, çünki Amerikalılar olaraq, biz sahibkarlara hörmət edirik. Misal üçün biznesdə fürsət böyümək, irəliyə getmək, çiçəklənməkdir. Bu, bizim üfüqlərimizi genişləndirməkdir. Çətinliklərə də o cür baxılmalıdır, çünki Yaqub belə deyərək davam edir: “Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçməsi dözüm yaradır. Dözüm də öz əməlini kamil etsin ki, siz yetkin və kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın” (Yaqub 1:3-4).

Çöllükdə bizə öz təhəmmül etməyimizi böyütmək üçün fürsət ehsan edilib. Biz “təhəmmül etmək” sözünü bugünkü dünyada daha çox necə istifadə edirik? Mən bunu təhəmmül etmə məşqləri ilə bağlı tez-tez eşidirəm ki, bu, bizim davamlılığımızı artırmaq üçün bilərəkdən

Page 126: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

116 ALLAH, SƏN HARADASAN?!

məşq etmə hərəkəti olaraq təyin edilir. Sadə dillə desək, təhəmmül etmə məşqi bizim gələcək çətinliklərin öhdəsindən gəlmək üçün bacarığımızı genişləndirir.

Deməli, belə bir vəziyyət var: Bizim üzləşdiyimiz hər hansı sınaqlarda Allah bu çətinlikləri bir məqsəd üçün izin verir və o məqsəd bacarıq əmələ gətirməkdir. Allah izin verəcək və yenidən mən izin vermək sözünə vurğu vurmaq istəyirəm, O bilir ki, bugünkü çətinlik bizim sabah üzləşəcəyimiz təzyiqlərin səviyyəsini stimullaşdıracaq (pilotun uçuş stimulyatorunu xatırla). Buna görə də sınaq həmişə bizim hazırkı hazırlıq və ya məsuliyyət səviyyəmizdən daha böyük hiss olunur. Beləliklə, ən mühüm faktor odur ki, Allah bizim gələcəyimizdəki daha böyük fəthlərimiz üçün bizi qüvvətləndirməkdən ötrü hazırki çətinliklərimizdən istifadə edir.

İndi isə mənim çəki qaldırma çətinliyimə geri qayıdaq. Artıq

Səyahətin Üçün Sağ Qalmaq Üzrə Tövsiyələr

#9 İsmail Yaratma

Biz özümüzü çöllükdə tapanda və orada uzun müddət olduğumuzu düşünəndə, yuxunu həyata keçirmək üçün “sadəcə nə et” kimi sınaqlar gələcəkdir. Mən bunu “İsmaili doğurmaq” adlandırıram ki, buda biz öz səylərimizlə Allahın bizim üçün etməsini vəd etdiyi şeyləri edərkən baş verir. Adətən İsmaillər qanuni ehtiyacdan, amma cisim tərəfindən doğulurlar.

Əlbəttə ki, bu ideya Allahın bir oğul vəd etdiyi İbrahimin və Saranın hekayəsindən gəlir. Onlar on bir il gözlədilər. İbrahim 86 yaşında idi və Sara da övlad dünyaya gətirmək üçün çox yaşlı idi. Beləliklə, onlar Plan B-yə üz tutdular – Sara İbrahimə Həcəri götürməyi və onun vasitəsilə vəd olunmuş övladı əldə etməyi məsləhət etdi. Bu, pis fikir idi. Və hər bir İsmail yanaşması

Page 127: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

GÜC MƏŞQİ 117

paylaşdığım kimi, Kip məni o dərəcəyə qədər hazırladı ki, mən artıq 61 kilo qaldıra bilirdim. Bunun mənim üçün çox böyük nailiyyət olmasına baxmayaraq, öz-özümə fikirləşirdim ki, daha çox qaldıra bilərəmmi? Öz çəki qaldırma məşqlərimi ruhani hazırlıq və qüvvət ilə müqayisə edərək, bəlkə Rəbbin mənim üçün başqa bir tapşırığı var ki, ona 61 kilodan daha çox qaldırmaq gücü tələb olunar?

Beləliklə, mən idman zalına getməyə davam etdim. Nəhayət ki, mən 92 kilo qaldırdım, amma bir neçə il eyni çəkidə qaldım. Kaliforniyada bir konfransda danışırdım və orada bir neçə oğlan mənə dedi: “Con, sən heç vaxt 102 kilo qaldırmamısan?”

“Yox, beş ildir ki, çalışıram”, məyusluqla dedim. “Bunun üstündən gəlməkdə sənə kömək edəcəyik”, onlar dedilər. Və

həmən günü mən 102 kilo qaldırdım. Mən çox həyəcanlandım! Bundan sonra bizim Messenger İnternational xidmətimizə yeni

–hətta bu, yaxşı görünsə də –pis fikirdir. Həmişə yadda saxla, öz bədəninin gücü ilə hər nə doğursansa, öz bədəninin gücü ilə çəkməli olacaqsan!

Bəzi çöllük vaxtlarımda mən Plan B-yə cəhd etmişəm. Mən bilirdim ki, Allah mənə bir gün qlobal vəz etmə xidməti olacağımı vəd etmişdi. Lakin bu, baş vermirdi – mən yerli imanlı cəmiyyəti xidmətində “ilişib qalmışdım”. Beləliklə, mən bir neçə dəfə öz əlimlə məcbur etməyə və çöllükdən qurtulmağa çalışdım. Mənim səylərim mənə baha başa gəldi və heç bir şey müvəffəqiyyətli olmadı. Mən sındıqdan sonra Allah nəhayət ki, hərəkət etdi və hər şey qaydasına düşdü.

Səni çağırıram – özünü ürək ağrısından xilas et və İsmail yaratma. Qoy Allah sənə vəd etdiyi şeyi Özü həyata keçirsin.

Page 128: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

118 ALLAH, SƏN HARADASAN?!

komanda üzvü qoşuldu. Mən onun çəki qaldırma müsabiqəçisi olduğunu öyrəndim. Beləliklə, o və mən birlikdə məşq etməyə başladıq. Onun köməyi ilə, mən əslində 106 kilo qaldıra bildim və bir dəfə hətta 111 kilo qaldırmışdım. Bəs daha yüksəyə gedə bilərdim?

Bir il sonra mən Detroitdə bir imanlı cəmiyyətində vəz etdim. Bazar günü toplantıdan sonra pastor dedi: “Con, mənim bir məşqçim var. O, bizim kilsəmizə gələn xalq tərəfindən tanınan məşhur çəki məşqçisidir. Sabah səhər mənim məşqim var. Mənimlə gəlmək istəyirsən?”

“Əlbəttə!” Böyük həyəcanla dedim. Ertəsi gün biz getdik. Məşqçi məni tutdu və sual verdi: “Deməli, sən

111 kilo qaldırmısan?” “Hə, amma bu bir dəfə oldu”. “Onda, bugün biz daha çox edəcəyik”. Nə?! Mən bunu demək istəmirdim, amma düşünürdüm: Sən dəlisən.

Bu, mümkün deyil!” Lakin bir neçə məşqdən sonra inanılmaz şəkildə o, məni 120 kilo qaldırmağa məcbur etdi.

Mən çox həyəcanlı idim. O, mənim komanda üzvümü və məni Koloradoya geri göndərdi və hər həftə bu məşqçi email vasitəsilə bizə təlimatçılıq etdi. Biz bunun üzərində çox işləyirdik və növbəti il mən Detroitdəki eyni imanlı cəmiyyətinə qayıtdım. Bu vaxt artıq mən 42 yaşında indim.

O bazar günü mən Müqəddəs Ruhun heyrətamiz atributları haqqında vəz etdim. Bazar ertəsi gəldi və bizim hamımız eyni idman zalına getdik. Məşqçi dedi: “Con, gecə mən yuxuda gördüm ki, sən 136 kilo qaldırırsan”.

“Bu tamamilə ağılsızlıqdır!” mən dedim. Yəqin ki, mən belə düşünürdüm – Nə yaxşı, amma mən belə bir yuxu görməmişəm!

“Con, dünən sən Müqəddəs Ruhun qüdrəti haqqında vəz etdin. Dünən gecə yuxunu mənə O verdi! Dərhal o masaya uzan. Biz bunu edəcəyik!”.

Və beləliklə, hazırlıqlardan sonra çəkilər ştanqa taxıldı və çox deyinərək mən 147 kilonu qaldırdım!

Page 129: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

GÜC MƏŞQİ 119

O qədər sevinirdim ki, Detroit hava limanından Lisaya zəng etdim və dedim: “Evə uçmaq üçün təyyarəyə ehtiyacım yoxdur – indi özüm elə uçuram ki!”

Mən 147 kilonu qaldıranda intizamlı olaraq 102 kilo qaldırırdım. Hətta o çəkini on dəfə qaldırdığım anlar da var idi. Lakin yeddi il əvvəl nə etdiyimi xatırladım. Əgər 35 yaşım olanda Kip ştanqın üzərinə 43 kilo yerinə 147 kilonu qoysaydı mənimlə nə baş verərdi? Mən ölə bilərdim! Bütün o çəkilərlə ştanq qırılardı və məni əzərdi! Hazırkı gücümə çatmaq üçün mənə illərlə ardıcıl səyim lazım idi. Deməli, indi nizamlı çəki qəbul edilən şey yeddi il əvvəl mənim sonum ola bilərdi!

Buna görə də bizim yaşadığımız sınaqlar adətən bir çox vəziyyətlərdə uzun müddət ərzində olurlar, əslində bu da ruhani güc məşqidir ki, bizi gələcəkdəki daha böyük sınaqlar üçün hazırlamağa kömək edir. Biz Rəbdə güclü olanda Padşahlığı tikmək üçün daha çox etməyə də bacarığımız olur.

Kədərli olan şey odur ki, məhkəmə yerinin önündə duran adamlar olacaq və İsa onlaragözyaşlarıyla deyəcək: “Sənin etməyin üçün o qədər şeyim var idi ki, amma sən onunla birlikdə gələn çətinliklərin öhdəsindən gəlməyə gücün olmadı”. Bu xüsusilə faciəvidir, çünki bildiyimiz kimi, Allah heç vaxt bizə daşıya bildiyimizdən artıq yük vermir. Bu, Onun bizə vədidir!

Beləliklə, gəlin analoji olaraq mənim çəki qaldırma hekayəmdən istifadə edək. Əgər sən 61 kilo ruhani çətinlik qaldıra bilirsənsə və Allah 83 kilo müqavimət, təqib, imtahan və sınaqlar qaldırma bacarığı tələb edən planı və ya vəzifəsi varsa, O, buna izin verməyəcək – çünki sən yetərincə güclü deyilsən. Əksinə, O, məşq prosesinin başlamasına izin verəcək. O izin verəcək – O, müəlliflik etməyəcək – bəlkə 70 kiloluq sınaq sınamanı uzadacaq, lakin səni yormayacaq.

Misal üçün, bəlkə kimsə sənin haqqında qeybət edir və şayiə yayır. Özünü müdafiə etməklə hücuma əks getmək və o şəxs haqqında şayiə yaymaq yerinə, sən Allahın Sözünə itaət edərək, heç bir şey deməməyi və xeyir-dua verməyi seç. Bu, gözəldir, sən 70 kiloluq sınağı qaldırdın!

Page 130: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

120 ALLAH, SƏN HARADASAN?!

İndi bir sonrakı səviyyədəsən: 74 kilo. Əgər sən bəlalar ərzində Allahın Sözünə itaət etməyə davam etsən, sənin hazırlığın 83 kilo səviyyəsinə çatana qədər davam edir. Sən indi Allahın sənin həyatın üçün olanı olan Padşahlıqdakı daha yüksək plan və ya vəzifə üçün hazırsan.

Amma əgər sən qeybətə inciyərək və o şəxsi tənqid atəşinə tutaraq reaksiya versən – sən təxmin etdin– Rəbb ağlayır və deyir: “Üzr istəyirəm, amma sən geri dönməli və 65 kilo çəki qaldırmalısan”. Sən hələ də “idman zalındasan”, amma ondan faydalanmırsan.

Məşqlər davam edir, lakin eyni səviyyədə. Sonra O, maddi sıxıntıya yol verir – digər 70 kiloluq sınaq – sənə qarşı gəlmək üçün. Lakin Allahın təminatını axtarmaq əvəzinə, sən dərhal deyirsən: “Problem deyil! Bizim kredit kartlarımız hələ dolmayıb!” Və Allah daha çox çəki götürür və deyir: “65 kiloya geri”.

Nəhayət vaxt gələcək ki, Allah 83 kilo müqavimət daşıyan padşahlıqdakı müəyyən bir tapşırıq və ya vəzifə üçün sənə ehtiyacı olacaq. Çöllükdəki sınaqlarda – çəki məşqi – davamlı olaraq müvəffəqiyyətsiz olanda O, səni dəvət edə bilməz, çünki sən o vəziyyətdə və ya vəzifədə bəlanı qaldırmaq üçün ruhani əzələyə malik deyilsən. Bu vaxt o tapşırığı öhdəsindən gəlmək və ya vəzifəni almaq üçün səndən başqa birini tapmalıdır.

Böyük Hakimiyyət və Güc

Çöllük buna görə vacibdir: O, bizim gücümüzü artırır.Çöllükdə Vəftizçi Yəhya ruhda qüvvətləndi. Çöllükdə İsa ruhda qüvvətləndi. Onların ruhani əzələləri inkişaf etdi, asan vaxtlarda deyil, lakin

sınaqlar gələn vaxt, onların imanları sınanan vaxt. Burada Yaqubdan xoş bir xəbər var... sən sınaqdan çıxarkən və bunu

Allahın yolu ilə etsən, onda çox gözəl hazırlanmış olacaqsan, Allahın sənin üçün hazırladığı növbəti şey üçün – güclü olacaqsan :

Page 131: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

GÜC MƏŞQİ 121

“Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçməsi dözüm yaradır. Dözüm də öz əməlini kamil etsin ki, siz yetkin və kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın” (Yaqub 1:3-4).

Yaqub deyəndə ki, “öz əməlini kamil etsin”, bu, bizim bacarığımız və dözümlüyümüzdür. Yaqub həmçinin bizə çöllüyə daxil olsaq bizi nəyin gözlədiyini də deyir: “Sınağa dözən adam nə bəxtiyardır! Çünki sınaqdan keçəndən sonra Rəbbin Onu sevənlərə vəd etdiyi həyat tacını alacaq” (Yaqub 1:12).

“Tac” sözü hakimiyyətdən xəbər verir və hakimiyyət ilə güc də gəlir. Necə ki, İsa iblis tərəfindən sınağa çəkilmək üçün çöllüyə getdi və Onun itaətliliyi və mətanətliliyi vasitəsilə daha böyük səlahiyyət və güclə oradan çıxdı (Luka 4:1, 14-ə bax), biz də çöllükdəki fəsildən daha böyük səlahiyyət və güc ilə çıxa bilərik.

Səni bilmirəm, lakin mən, Rəbbin mənim üçün hazırladığı şeyin öhdəsindən gələ bilməyim üçün ruhani əzələmin olmasından əmin olmaq istəyirəm.

“İdman zalına getmək istəyən var?”

Page 132: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini
Page 133: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

10

ÇÖLLÜKDƏ SU

Əgər vəziyyətlər bizə qarşı olanda Allaha inana bilmiriksə, onda biz Ona heç inanmırıq.

– Charles H. Spurgeon

“Bu sudan içən hər kəs yenə susayar, amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qay-nağına çevriləcək”.

– Yəhya 4:13-14

Page 134: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

124 ALLAH, SƏN HARADASAN?!

Yağış çöllükdə az tapılan şeydir. Orada su asanlıqla tapılmır və əgər tapılsa belə, çox güman ki, quyulardan və ya bulaqlardan çəkilib. Çöllük quraq və susuz bir yerdir (Zəbur 63:1). Ona görə

də İsa bu sözlərlə bizi dəvət edir:

“Bayramın sonuncu, təntənəli günündə İsa qalxıb nida edərək dedi: «Kim susayıbsa, yanıma gəlib içsin. Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq». Bunu Ona iman edənlərin alacaqları Ruh barədə söylədi...” (Yəhya 7:37-39).

Quraqlıq fəsillərində dua etməyə çalışdığımı və sərinləşdirici həyat suyu əldə etməyin çətin olduğunu gördüyüm bir neçə anları xatırlayıram. Bu cür vaxtların birində Rəbbi axtararkən, gecəni və ertəsi günü orada keçirmək üçün mən öz çadırımı Milli parka apardım. Həmin gecə dua etdim, sonra oxudum, sonra məhd ilahiləri oxumağa başladım. Təqribən üç saat bu şeyləri edərək keçirdim və elə görünürdü ki, mən heç bir şey əldə etmirəm. Heç bir şey təzə görünmürdü – mən olduqca quru idim. Çox naümid idim, nəhayət yatağıma girdim və yatmağa çalışdım.

Həmin gecə boyunca sanki iblislər bayram edirdilərmiş kimi görünürdü – mən yaxşı yata bilmədim. Allahın Özünü mənə nə üçün təzahür etmədiyini düşünərək sağa-sola tərpəndim və döndüm. Ertəsi günün səhəri bayıra çıxdım və Ruhda dua edərək Milli parkın cığırında

Page 135: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ÇÖLLÜKDƏ SU 125

yeriməyə başladım, lakin hələ də çox quru hiss edirdim. Bu, saat yarım davam etdi. Nəhayət, mən yuxarı baxdım və dedim: “Rəbb, deyəsən mən çöllükdəyəm”. Mənim düşüncələrim belə idi: “Yaxşısı budur mən evə gedim və Onu axtarmağı dayandırım; O, məni quraqlığa gətirib və məni buradan çıxarana qədər heç bir şey dəyişməyəcək”.

Bu səhv düşüncə idi! Allah bizi əsəbiləşdirmək və şərtlərimiz dəyişməyənəcən təslim olmağımız üçün bu vaxtlara gətirmir! Çöllük, uğursuzluq yeri deyil, lakin qələbə yeri olmaq üçün nəzərdə tutulub! Birdən-birə mən daxilimdə asta, zəif səs dedi: “Döyüş!” Həmin o kiçik söz odun qığılcımlanması və ehtiyacım olan həyat idi. Mən dərhal dedim: “Daxilimdəki Allahın ənamını oyandır! Həyat suyu çayları axın! Fışqır, ruhumdakı o quyu!” Mən İsraillilərin səhralıqda olarkən başlarına gələnləri xatırladım:

“Oradan Beerə yola düşdülər; Rəbbin Musaya «xalqı topla, onlara su verəcəyəm» dediyi quyu budur. O zaman İsrail övladları bu nəğməni oxudular: «Ey quyu, suların fışqırsın” (Saylar 21:16-17).

Müqəddəs Yazılarda tapdığım bu sözləri təkrar etməyə davam et-dikcə, mən bu yolu yuxarı- aşağı həyəcanla gedib-gələnə, dua edənə və Allahın Sözünü böyük güc və atəşlə danışana qədər dua daha da gücləndi. Hər şey yeniləndi və mən başqa bir şəxs kimi idim! Onun hüzuru mənimlə idi. Sadəcə bir neçə dəqiqə əvvəl özümü ağır və zəif hiss edirdim, indi isə mən döyüş üçün hazırlanırdım, Rəbbin Sözü ilə düşmənlərimlə üzləşməyə hazır idim!

Bu, təqribən iyirmi beş dəqiqə davam etdi, lakin sadəcə beş dəqiqə kimi hiss olundu. İndi mən yenilənmişdim və dünyanı fəth etməyə hazır idim!

İsa deyir ki, canlı həyat suları Ona gələn və bu sudan içənin ürəyindən axacaqdır. Bu, bizim səhralıqda yaşadığımız Allahın Ruhunun tökdüyü yağış deyil. Bu, quraqlıq yerdə təravətləndirmə suyu bizim ürəyimizin dərinliyindən, fəvvarədən və ya Allahın quyusundan çəkilməlidir.

Page 136: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

126 ALLAH, SƏN HARADASAN?!

Fikir ver, İsa vurğulayır ki, Onun bəhs etdiyi quyu mənbəyi (Yəhya 7:39) Rəbbin Ruhudur və imanlının ürəyindən çaylar (cəm şəklində), çay yox (tək halda yox) axacaqdır.

Rəbbin Ruhu bizim ürəklərimizdən çaylar kimi necə axır? Yeşaya peyğəmbər Ruhun işlərinin təbiətini izah edir: “Rəbbin Ruhu, hikmət və anlayış ruhu, öyüd-nəsihət və qüdrət ruhu, bilik və Rəbb qorxusu ruhu Onun üzərində olacaq” (Yeşaya 11:2).

Rəbbin Ruhu hikmət Ruhu, Anlayış Ruhu, öyüd-nəsihət Ruhu, Qüdrət Ruhu, Bilik Ruhu və Rəbb Qorxusu Ruhu adlandırılır. İsa dedi Ruh çaylar kimi olacaqdır, bu, o deməkdir ki, Hikmət çayı var, Anlayış çayı, Öyüd-nəsihət çayı, Qüdrət çayı, Bilik çayı və Rəbb Qorxusu çayı var. Təəccüblü deyil ki, nə üçün mənim ürəyim qurduğum çadırın yaxınlığındakı həmin yolda alovlandı!

Burada bir neçə dəstəkləyici həqiqət var:

• Süleymanın Məsəlləri 18:4 deyir ki: “Dilin sözlərindən dərin sular yaranar, hikmət qaynağından çay axar”.

• Süleymanın Məsəlləri 16:22 deyir ki: “Ağıl insan üçün həyat çeşməsidir, axmağa tərbiyə vermək səfehlikdir”.

• Süleymanın Məsəlləri 20:5 deyir ki: “Ürəyin düşüncələri dərin sulara oxşar, dərrakəli adam onu çəkib çıxarar”.

Bu çeşmələr imanlı insanın ürəyindədir, çünki Ruh orada yaşayır. Lakin yalnız Rəbbin yollarını başa düşən şəxs çeşmədən sular çəkə bilər. Əsas söz “çəkmək”dir. Bir daha yadda saxlamaq vacibdir: Çöllükdəki təravətləndirici sular Ruhun yağışından deyil, lakin ürəkdən çəkilməlidir.

• Süleymanın Məsəlləri 10:11 deyir: “Salehin ağzı həyat qaynağı olar, amma şər adamın dili zorakılığı gizli saxlar”.

• Süleymanın Məsəlləri 15:23 deyir: “İnsan münasib cavab versə, şad olar, sözü yerində demək nə yaxşıdır!”

Əgər mən çadırımın yanından “Yaxşısı budur mən evə gedim və Onu axtarmağı buraxım; O, məni quraqlıq yerə gətirib və elə görünür ki, məni buradan çıxarmayana qədər heç bir şey dəyişməcək” deyərək

Page 137: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ÇÖLLÜKDƏ SU 127

uzaqlaşmağı seçsəydim, öz ağır yükümü özümlə götürmüş olardım. Lakin Allahın mənim ürəyimə qoyduğunu danışdığım üçün bu mənə dərin quyudan çəkmək üçün ehtiyacım olanı verdi. Mən xilasın yeraltı hovuzuna girdim və təravətləndirici suyu çəkdim. Bu, həqiqətən də səhralığın ortasında çeşmədən sərin su içmək kimi idi!

Bir çoxları bu quru vaxtlarda təslim olur, lakin Allah deyir: “İrəliyə getməyə davam et; dayanma!” Bizim daxilimdə möhkəm və inadcıl stimul olmalıdır ki, Onun iradəsi yerinə yetməyənə qədər bizim buraxmağımıza izin verməsin.

Bir çoxları quru hiss edəndə dua etməyi dayandırırlar; onlar duanı kəsirlər, çünki quyulardan heç bir su gəlmir və əldə etmək çox çətin görünür. Onlar zəifdirlər və gələcəkdə üzləşəcəkləri döyüşlər üçün Allah onların gücünü artırmaq istəyir.

Biz çəkmək üçün gücü haradan tapırıq? Sevincdən! Yeşaya 12:3 deyir: “Sevinclə xilas mənbələrindən su çəkəcəksiniz”. Ona görə ki: “Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir” (Nehemya 8:10). Sevinc bizi qüvvətləndirən ruhani qüvvədir.

Rəbbin sevinci nədir? Uzun illər mən düşünürdüm ki, Rəbbin sevinci Onda olan sevincə malik olmaqdır. Bunu başa düşməkdə çətinlik çəkirdim. Lakin Onun dediyi bu deyil. Sən heç belə bir ifadə: “Bişirməyin sevinci” deyən kimisə eşitmisən? Bişirməyin özlüyündə sevinc yoxdur. Onların dediklərinin mənası odur ki, sən bişirərkən sevinc yaşayacaqsan. “Rəbbin sevinci”, bizim Onunla olan münasibətimizin təcrübədən keçirdiyimiz sevincdir. O, bizə sevinc gətirir!

Dua otağında Onun hüzurunu hiss etmədiyimizə görə, demək deyil ki, O, bizi inkar edir. Buna görə, sevincimiz bizim necə hiss etməyimizə əsaslanmır. Əksinə, bu, Onun kim olduğuna və bizim Onunla əlaqəli olduğumuzun üstünlüyünə əsaslanır. Beləliklə, biz inkar edilmənin yalanlarınıdan ötəni görürük və əksinə, Onun bizi .....dərin quyulara doğru ...çəkdiyini dərk edirik!

Page 138: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

128 ALLAH, SƏN HARADASAN?!

Quyuları Açmaq

İbrahimin möcüzə oğlu, İshaq bir dəfə quraqlıq vaxtına düşdü:

“İbrahimin yaşadığı dövrdə olan aclıqdan başqa, ölkədə daha bir aclıq oldu. … Rəbb ona görünüb dedi: «Misirə getmə, sənə söylədiyim ölkədə məskən sal, bu torpaqda qal. Mən səninlə olacağam və sənə xeyir-dua verib bütün bu ölkələri sənə və nəslinə verəcəyəm; atan İbrahimə içdiyim andı yerinə yetirəcəyəm” (Yaradılış 26:1-3).

Allah xüsusi olaraq İshaqa rahat olan yerə, Misirə qaçmamasını, lakin Allahın onu qoyduğu yerdə qalmasını deyir. Biz dəfələrlə quru yerdə olduğumuzu biləndə, ilk fikirləşdiyimiz şey budur: “Mən buradan çıxıram!” Əgər səhər duası vaxtı biz Allahın hüzurunu hiss etmiriksə, bizim düşüncələrimiz qarşıdakı gündə etməli olduğumuz bütün şeyləri düşündükcə dolaşmağa başlayacaq. Biz öz dua vaxtımızı tələm-tələsik yekunlaşdıracaq və edəcəyimiz şeylərin siyahısını tutmağa başlayacağıq.

Səyahətin Üçün Sağ Qalmaq Üzrə Tövsiyələ

#10 Gizli Sevinc Dərmanı

Sən çöllük vaxtında olanda gözlərini vəziyyətlərə dikmək çox asan olur. Sənə kiçik bir sirr açmaq istəyirəm: həqiqətən, bu, mənim sağ qalmağıma və çöllük vaxtında uğur qazanmağıma kömək edib. Mən bunu öz Gizli Sevinc Dərmanım adlandırıram.

Əgər ətrafda həyəcanlandırıcı çox şey olmayanda, sanki heç bir şey baş vermir kimi görünəndə, bəlkə mən dua edir və edirdim, lakin heç bir nəticə görmürdüm.Mən İsanın nə etdiyi haqda düşünməyə başlayıram. Mən xatırlayıram ki, O, sözün hərfi mənasında məni alovun heç vaxt sönmədiyi və kükürd

Page 139: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ÇÖLLÜKDƏ SU 129

Əgər getdiyimiz imanlı cəmiyyətində bizə quraq gəlirsə, hətta Allahdan soruşmadan belə, mən biraz ruhani həyəcan və gözəl vəzlər olan yerə gedəcəyəm!

Ya da, bizim sosial və ya biznes həyatımızda quru hiss olunanda, biz tərk etməyi və iqtisadiyyatı ilə çiçəklənən şəhər axtarmağı düşünürük. Biz düşünürük, əgər mən burada qalsam, quruyacağam və Allahın planının həyatımda yerinə yetdiyini heç vaxt görməyəcəyəm.

Bu şeyləri düşünən çoxlu sayda amerikalı məsihçilər var. Onlar quru olmayan yer tapmağa çalışaraq bir sosial media platformasından digərinə, bir fəaliyyətdən digər fəaliyyətə, imanlı cəmiyyətindən imanlı cəmiyyətinə, şəhərdən şəhərə qaçırlar. Quyuları qazmaq və olduqları quru yerə təravətləndirici su gətirmək üçün Allahdan onları istifadə etmələrinə izin vermələri əvəzinə onlar “Misirə köçürlər”, necə desək, qurtuluş və rahatlıq tapmaq üçün. Onların başa düşmədikləri şey odur ki, bu quru vaxtların çoxunda Allah onlara verdiyi görüntünü yaratmaq üçün bunu nəzərdə tutur. Bilirəm, məsələ həmişə bu olmaya bilər, çünki Allah bizi yeni yerə hazırladığı və köhnənin qurumasına izin verdiyi elə vaxtlar

qoxusunun heç vaxt bitmədiyi bir cəhənnəmdən xilas etdi. Orada əzablar heç vaxt birmir. O cəhənnəm mənim üçün deyil, iblis üçün yaradılmışdı. Lakin iblis bəşəriyyətə hiylə gəldi və bəşəriyyəti özü ilə oraya götürür. Amma İsa Öz həyatını Verdi – mənim Yaradanım məni ondan qurtarmaq üçün Öz həyatını verdi.

Mən bunu edəndə, gözlərimi Ona dikəndə, minnətdarlığa istinad edən bu perspektivə doğru gedəndə birdən-birə mənim müəyyən vəziyyətim o qədər də əhəmiyyətli görünmür.

Bu mənim Sevinc Dərmanımdır – minnətdar olmalı olduğum şeyləri nəzərdən keçirmək və gözlərimi İsaya dikmək.

Page 140: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

130 ALLAH, SƏN HARADASAN?!

da var. Əsas məsələ isə Allahın Ruhu ilə idarə olunmaqdır! Əgər O, heç bir şey demirsə, onda yerində qal və döyüş!

İshaqın Allaha itaət edərək və aclıq ölkəsində qalaraq nə baş verdiyinə bax:

“İshaq o torpaqda toxum əkdi və o il yüz qat məhsul aldı. Beləcə Rəbb ona xeyir-dua verdi. Bu şəxs böyük adam oldu. Çox böyük adam olana qədər get-gedə yüksəldi. Onun çoxlu qoyun-keçisi, mal-qarası və xidmətçiləri olduğuna görə Filiştlilər ona paxıllıq etməyə başladı”.

“Atası İbrahimin dövründə atasının qullarının qazdığı bütün quyuları Filiştlilər qapayıb torpaqla doldurmuşdular… İshaq atası İbrahimin dövründə qazılmış su quyularını yenə qazdı, çünki Filiştlilər İbrahimin ölümündən sonra onları qapamışdılar. O, atasının qoyduğu adları yenə onlara verdi” (Yaradılış 26:12-15,18).

İshaqın məhsullarını yetişdirmək üçün lazım olan su öz atasının quyusunu – Filiştlilər tərəfindən örtülən, yenidən qazmaqla əldə edildi. İshaqla olduğu kimi, ürəklərimizdə yetişməsi üçün Allahın fani olmayan toxumunun böyüməsindən ötrü çox şiddətlə ehtiyac duyduğumuz su, çox vaxt bağlı olan quyulardan çəkilməlidir. Filiştlilər dünyadan və onun sistemindən idilər. Tez-tez biz bu dünyanın sisteminə çox yaxınlaşanda, bilməyərəkdən bizim quyularımız tıxanır. Canlarımız üçün ehtiyacı olan suyu qəbul edə bilməyimiz üçün quyularımızın ağzını açmaq çox əhəmiyyətlidir.

İnanıram ki, bugün Məsihin bədəninə olan mədəni dəyərlərin işğalı bir çox quyuların ağzını “bağlayıb”. Quyuları örtmək üçün imanlı cəmiyyəti düşmənin onu başdan çıxarmasına izin verdiyi üçün məqsədi axan su mənbəyi olmaq əvəzinə quru bir yerə çevrildi?

Bizim verməli olduğumuz sual bu olmalıdır ki, Allah Öz imanlı cəmiyyətini təzə su ilə bərpa edə bilərmi? Cavab: Əlbəttə! Bu, Yeşaya tərəfindən çox gözəl şəkildə aşkar edilən təsvirdir:

Page 141: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ÇÖLLÜKDƏ SU 131

“Rəbb həmişə sizə yol göstərəcək, Quru torpaqlarda sizi doyuzduracaq, güc verəcək. Siz də sulanmış bağça kimi, Suları heç vaxtı əskilməyən Bulaq kimi olacaqsınız. Sizdən törənənlər qədim dağıntıları tikəcək, Nəsillərdən qalma təməllərin üstünü Siz bərpa edəcəksiniz. Sizə xarabalıqları bərpa edənlər, Camaatın yaşaması üçün Küçələri yenidən quranlar deyiləcək”. (Yeşaya 58:11-12).

İshaq asan olan torpağa getməklə öz yolunu və ya həzzi axtarmadığı üçün biz də (öz yolumuzla işləri etməməklə, öz zövqümüzə oxşayan şeyləri axtarmamaqla və ya Allahı izzətləndirən sözlər yerinə öz sözlərimizlə yaşamaq yerinə) suları heç vaxt bitməyən sulanmış bağ və canlı həyat suyu kimi olmalıyıq! Əgər biz şeyləri Onun yolu ilə etsək, Allah Öz canlı sularını bizim vasitəmizlə quru və susuz insanlara gətirəcəkdir.

Allah dünyanın üstünü bağladığı hər hansı quyunu yenidən qazmağımız üçün bizi istiqamətləndirir. Bir daha bunun üçün mətanət lazımdır, buna sadəcə bir neçə saatdan, gündən, həftələrdən, aylardan və hətta illərdən daha çox vaxt gedə bilər.

Həvəs İtkisi

İnanıram ki, bu kitabda çöllüyün çoxlu sayda vəziyyətlərin metaforası olduğunu göstərdim. Ortaq məxrəc budur ki, özümüzü bir növ məhrumi-yyət və ya qurumağa məruz qalan vəziyyətlərdə hiss edirik. Adətən, bizim öz çağırışımıza və ya, hətta Allahla olan münasibətimizdəki həyəcanın və həvəsin azalması, ya da tamamilə yoxa çıxması çöllüyün siqnalıdır.

Page 142: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

132 ALLAH, SƏN HARADASAN?!

İzin verin sizinlə gənclər pastoru olarkən ikinci əhəmiyyətli çöllük təcrübəmi qısa şəkildə paylaşım.

Floridadakı imanlı cəmiyyətində ilk doqquz ay fantastik idi – xidmət genişlənirdi və qrup böyüyürdü. Mən həyəcanlı idim, enerji və həvəslə dolu idim. Lakin sonra sanki birdən-birə, tıxac açıldı və mənim bütün həvəsim və istəyim tükəndi.

Mən əvvəlkindən daha çox duada vaxt keçirirdim və hələ də heç bir şey əldə etmirdim. Bundan başqa, gənclər qrupu üçün olan görüntüm də sanki yox olurdu (köhnə şərab tökülürdü). Mən daha çox dua et-dikcə, görüntüm də bir o qədər çox tükənirdi. Xaricdən heç bir şey dəy-işməmişdi, lakin daxilən nə isə dəyişirdi.

Bütün bunların üstünə, bütün bunlar baş verərkən biz heç vaxt yaşamadığımız xarici sınaqlardan da keçirdik. Ən böyük sınaq? Mənim birbaşa nəzarətçim məni işdən çıxarmaq üçün dava qururdu. Onun oğlu bizim qrupda idi və bir axşam gənclər xidmətindən sonra mənim həyat yoldaşıma yaxınlaşdı və dedi: “Xanım Lisa, mən Conun vəz etdiyi həyatı nə cür yaşaya bilərəm valideynlərim evdə .... edərkən?” (Onların işlət-diyi müəyyən sözləri xatırlatmağa ehtiyac yoxdur, sadəcə deyə bilərəm ki, yaxşı söz deyildi).

Həyat yoldaşım şok oldu və hikmətlə məsləhət verdi: “Sən Allahın Sözünə sadiq qal və ailənin məsələsini Allaha burax”. O gündən sonra mənim müdirim mənim ad-sanımı dağıtmaq və məndən qurtulmaq üçün hərəkətə keçdi. O, çox incə, lakin hərtərəfli bir hücum başlatdı. O, baş pastorumuzla mənim aramda uğurla bir çiv mıxçaladı. Mən on altı həftəni öz pastorumla heç bir əlaqə saxlamadan və ya onunla görüşmədən keçirdim.

Bu adamın hiylələrindən aylar sonra baş pastor məni işdən çıxart-mağı qərara aldı. O, bazar günü səhər toplantıda elan etdi ki, gənclər qrupunda çox böyük dəyişikliklər olacaqdır. Pastorun iki qardaşı bazar ertəsi günü işdən çıxarılacağımı mənə dedi.

Allah möcüzəvi yolla hərəkət etdi və bizim baş pastorumuz fikrini dəyişdi. Allah bazar günü səhər toplantısındakı o elan ilə bizim bazar

Page 143: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ÇÖLLÜKDƏ SU 133

ertəsi günü səhər görüşəcəyimiz gün arasında onunla danışdı. Biz görüşəndə o dedi: “Con, səni Allah bizə göndərib və O, sənin getməyinin vaxtıdır deməyənə qədər sən getməyəcəksən”.

Bundan altı ay sonra mənim müdirimin hərəkəti aşkar edildi və o, imanlı cəmiyyəti komandasından dərhal azad edildi. Onun girişdiyi şey bizim ağlımıza gələndən daha da ciddi idi.

Bu mövsüm ərzində mən nəinki bu və digər xarici döyüşlərlə müba-rizə aparmırdım, lakin həmçinin heç vaxt üzləşmədiyim daxili döyüşlərlə də mübarizə aparırdım. Mən yenidən: “Görəsən mənə nəsə olub?” deyə düşünməyə başladım. Beləliklə, işlədə biləcəyim hər hansı bir günahı xatırlamağa və tövbə etməyə başladım, lakin hücumlardan və mənim quraqlığımdan heç bir rahatlıq yox idi.

Bir gün dəqiq hansı günahı işlətdiyimdən baş açmağa çalışarkən, Rəbb mənə dedi: “Sən günah işlətdiyinə görə bu çöllükdə deyilsən; Mən səni gələcək olan dəyişiklik üçün hazırlayıram”. Bu, mənim 5-ci Fəsildə təsvir etdiyim “yeni şərab” idi.

Bu səhralıqda, demək olar ki, bir il qaldıqdan sonra Rəbb məni yemək orucu tutmaqla təəssüratlandırdı. Oruc tutduqdan bir neçə gün sonra ağzımdan elə bir dua çıxdı ki, qulaqlarım onu ağzımdan çıxdıqdan sonra eşitdi. Qəlbimin gələn fəryadı düşüncəmi ötüb keçmişdi. Mən hərarətlə yüksəkdən ağlamağa başladım: “Rəbb, əgər mən bir kimsənin olmadığı səhralığın ortasında vəz edirəm, yoxsa milyonlarla insanlara vəz edirəm, bunun heç bir fərqi yoxdur, mən hər iki yerdə eyni şeyi edəcəyəm. Mən Sənin qəlbini axtaracağam!”

Birdən-birə daxilimdə zınqırovlar çalmağa başladı və mən Onun nə etdiyini gördüm! “Allahım, Sən tam olaraq məndə bunu edirdin”, mən dedim. “Sən məni elə yerə gətirdin ki, burada mən xidməti və ya başqa bir şeyi deyil, Səni öz mirasım və ilk məhəbbətim olaraq görürəm. Belə-liklə, dəyişiklik gələndə mən ondan özümə büt düzəltməyəcəyəm. İlk məhəbbətim olaraq Səni tərk etməyəcəyəm və Səni sevmək yerinə xid-məti sevməyəcəyəm. Mənim ürəyim sadiq qalacaq”.

Sonra mən Allahın Davud haqqında dediklərini xatırladım:

Page 144: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

134 ALLAH, SƏN HARADASAN?!

“Onu aradan götürəndən sonra Allah Davudu ucaldıb onların üzərində padşah etdi və onun barəsində şəhadət etdi: “Öz ürəyimə yatan adam olaraq Yessey oğlu Davudu tapdım və o, Mənim bütün istədiklərimi yerinə yetirəcək” (Həvarilərin İşləri 13:22).

İzin verin bu mühüm faktı düzəldim – Padşah Şaul heç vaxt çöllük təcrübəsindən keçmədi. O başlanğıcda təvazökar görünürdü – padşah elan olunarkən peyğəmbərdən gizlənmək üçün yüklərin arasında gizlənirdi. Lakin bir neçə uğurundan sonra onun natəmizlikləri üzə çıxmağa başladı. O, böyük qələbə qazandı, lakin bunu öz yolu ilə etdi və Allahın göstərişlərinə itaətsizlik etdi. Əgər bu kifayət deyildisə, onda o, özünə heykəl də tikdi. Bu, üzə çıxacaq olan onun saysız-hesabsız natəmiz hərəkətlərinin sadəcə başlanğıcı idi. O, nəhayət ki, heç vaxt ünvanlanmayan natəmizliklərdən məhv oldu.

Sənin daxilində olanı üzə çıxarmaq üçün iki vəziyyət var. Artıq müzakirə olunmuş saflaşdırıcı od onun biridir. Digəri isə uğurdur. Amma uğur natəmizlikləri sənin ətrafında olan hamıya aşkar edir, lakin sən onlara qarşı hələ də kor ola bilərsən. Erkən günlərində bir çox xidmətçilər saflaşdırıcı odun onları saflaşdırmasına izin verməzdilər. Lakin padşah Şauldan fərqli olaraq, onların heç vaxt düzgün hazırlıqları yox idi. Beləliklə, uğur onların natəmizliklərinin üzə çıxmasına səbəb olanda, bu uğur nəhayət onların etmək üçün çağırıldıqları şeyin məhvinə aparıb çıxarır.

Şaul öz “xidmətini” o qədər çox sevirdi ki, onu qorumaq üçün qətl etməyə belə, hazır idi. Davud taxt arxasınca gedən adam deyildi; o, Allahın ürəyinə görə olan adam idi. Çöllükdə ikən Davud öz həqiqi sevincinin mənbəyini tapdı; bu, Allahın Özündən başqa heç bir şey deyildi. Davudun taxta keçmək üçün iki dəfə Şaulu öldürmək fürsəti oldu və o, yanında olan adamlar tərəfindən bunu etməyə təşviq edildi. Əgər Davudun niyyətləri Şaulun niyyətləri kimi olsaydı, peyğəmbər Şamuel vasitəsilə Allahın olan vədi üçün öldürə bilərdi.

Bugün Allahın onlara vəd etdiklərini əldə etmək üçün böhtan

Page 145: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ÇÖLLÜKDƏ SU 135

atan, qeybət edən və ya yalan danışan kişilər və qadınlar var – bunun istehzasını düşün! Onlar Şaul kimidirlər, öz miraslarını qorumaq üçün əllərindən gələn hər şeyi etməyə hazırdırlar. Allah isə ürəkləri vəzifə, təsir, pul və ya şöhrət üçün deyil, Onun ardınca gedən “Davudları” axtarır. Köhnə tuluğun yenidən işlədilməsi sənin və mənim daxilimdə Allahın xarakterini dərinləşdirir. Yalnız Allahın xarakteri Ruhun yeni şərabının (Onun məshinin və hüzurunun) təzyiqinə tab gətirə bilər. Xarakter ardınca getməyi arzuladığımız Birini axtarmaqla inkişaf edir.

“Beləliklə, bu nə qədər sürəcək?” sən soruşa bilərsən. Cavabım budur: “Tələb olunan vaxt sənin üçün əhəmiyyətli

olmamalıdır; su axana qədər qazmağa davam et”. Çox vaxt cavab sadəcə bir dəfə edilən duada tapılmayacaq. Sən bir sonrakı dua vaxtında onu yenidən qaldırmalı olacaqsan – bəlkə də ondan sonrakı bir çox dualarda da.

Mən Dallasda yaşayanda, baş pastor və onun həyat yoldaşı üçün köməkçi kimi xidmət edəndə, mənim yaxın dostum – o, imanlı cəmiyyəti komandasının köməkçi pastoru idi – və biz demək olar hər gün səhər birlikdə dua edərdik. Biz o otağa səhər saat 7-də gələrdik, dua edərdik və tez-tez Allahın hüzurunu və Onun hərəkətini hiss edərdik. Ancaq dəfələrlə olub ki, saat 8:30 olanda (iş günü başlayanda) biz oranı tərk etməli və öz ofisimizə getməli olurduq. Biz demək olar ki, özümüzü çox məyus hiss edərdik, çünki tamamilə heç bir irəliləyiş olmazdı... heç bir təravətləndirici su olmazdı. Quyular hələ açılmamışdı!

Ertəsi gün biz gələrdik və demək olar ki, elə qaldığımız yerdən davam edərdik. Bu, bəzən iki gün davam edərdi, başqa vaxtlar üç gün və bir dəfə xatırlayıram ki, hər hansı suyu əldə etməyimiz üçün bir həftə çəkdi! Lakin irəliləyiş gələndə güc və yenilənmə bizimki idi.

Mən bütün Amerika boyu imanlı cəmiyyətlərinə səyahət etdiyim üçün öz quyularının tıxanmasına və o vəziyyətdə rahat şəkildə davam etmələrinə izin verən bir çox məsihçilərlə rastlaşıram. Təlaşlandırıcı fakt odur ki, mən bunu azlıqda deyil, əksəriyyətində hiss edirəm. Əgər bu insanlar özlərində olan ilahi ənamları alovlandırsaydılar və onun üzə

Page 146: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

136 ALLAH, SƏN HARADASAN?!

çıxmasına izin versəydilər, nələr baş verərdi? Həyatlar dəyişərdi, ailələr dəyişərdi, imanlı cəmiyyətlər dəyişərdi – Amerika dəyişərdi!

Allahın ənamı bir çoxlarında ağzı bağlı qalır. Amma əgər quyular bağlı görünsələr də, Ruh gözləyir.

Qazmağa davam et! Çöllükdə təzə su tapacaqsan!

Page 147: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

11

RƏBBİN YOLUNU HAZIRLA

Çətinlik həmişə gözlənilməz və xoşagəlməzdir. Bu, bir qəsbkar və oğrudur və hələ də Allahın əllərində,Çətinlik bir vasitəyə çevrilir və Onun fövqəltəbii gücünü nümayiş etdirir.

– Charles Stanley

“Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər”

– Yəhya 5:19

Page 148: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

138 ALLAH, SƏN HARADASAN?!

Səhralıq və ya çöllük, Rəbbin yolunun hazırlandığı, hər dağın alçaldığı və hər dərənin dolduğu bir yerdir. Yeşaya bunu çox tanın-mış ayədə çox yadda qalan yolla izah edir:

“Fəqət fironun himayəsi Onlar üçün xəcalətə, Misir kölgəsi altındakı Sığınacaq rüsvayçılığa çevriləcək. Başçıları Soanda olduqlarına, Elçiləri Xanesə yetişdiklərinə baxmayaraq, Özlərinə faydası olmayan xalqa görə hamı utanacaq. O xalqın onlara nə köməyi, nə də faydası olacaq, Ancaq xəcalət və rüsvayçılıq olacaq”.

Negev heyvanları barəsində xəbərdarlıq:

“Yəhudanın elçiləri erkək və dişi aslanların, Gürzələrin, uçan ilanların yaşadığı Narahat və təhlükəli torpaqdan keçirlər. Mal-dövlətini eşşəklərin belinə, Xəzinələrini dəvələrin hürgücünə yükləyib Onlara kömək edə bilməyən xalq üçün aparırlar. Misirin köməyi boş və faydasızdır, Buna görə də Mən Misirə

Page 149: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

RƏBBİN YOLUNU HAZIRLA 139

«Tənbəl Rahav» adını qoydum. İndi get, sənə danışdığımı Onların qarşısında bir lövhəyə yaz, kitaba köçür ki, Gələcəkdə, əbədiyyətdə şahid olsun”. (Yeşaya 40:3-8).

İndi çöllük mövsümündə olan bizlər üçün bu dəqiq olaraq nə deməkdir?

Məsihin bədənində bizim hamımızın Rəbbin bizim üçün təyin etdiyi məsuliyyətləri var. Lakin onları yerinə yetirmək üçün Allah bizi buraxmazdan əvvəl bizim sınaqdan keçməyə və bədənimizin çarmıxa çəkildiyi çöllükdə məşq etməyə ehtiyacımız var. Orada da biz Rəbbi gözləməyi, Onun səsini eşidənə qədər səssiz durmağı və Onun nə etdiyini başa düşməyi öyrənirik ki, Onun iradəsini itaətliklə yerinə yetirə bilək.

Çöllükdə səyahətin çıxış nöqtəsindən təyin nöqtəsinə qədər bəzi baş sındırmalar və planlaşdırılmamış istirahət dayanacaqları da daxil olmaqla, birbaşa getməkdən necə daha az vaxt sərf etdiyini təsvir etmək üçün mən öz şəxsi hekayəmdən daha çox paylaşmaq istəyirəm.

1979-cu ildə Purdue Universitetinin tələbəsi olaraq mən universitet birliyində yenidən doğuldum. Dörd ay sonra mən Müqəddəs Ruhla doldum və Allah xidmət haqqında məni təlqin etməyə başladı. Mənə inan, xidmət mənim ağlımdan heç keçmirdi – mənim bununla heç bir əlaqəmin olmasını istəmirdim. Uşaq ikən qarşılaşdığım bütün xidmətçilər böyüyərkən bənzəmək istədiyim adamlar deyildilər. Bilirəm, bu, mühakimə kimi idi, amma mən onlara “dünyadan xəbərsizlər” kimi baxırdım, qəribə uşaqları olan və bərbad evlərdə yaşayan. Əlbəttə, daha sonra öyrəndim ki, mənim təəssüratlarım dəyişdi - əslində, gözəl övladları olan və ədəbli evlərdə yaşayan bir çox kəskin xidmətçilər var idi! Lakin gənc bir imanlı olaraq, mən düşünürdüm ki, xidmətçi olmaq üçün qəribə həyatla əzab çəkmək və ya Afrikaya getmək və daxmada yaşamaq və ayaqqabı geyinməmək nəzərdə tutulmuşdu.

Page 150: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

140 ALLAH, SƏN HARADASAN?!

Mən 3000 əhalisi olan kiçik bir qəsəbədə böyümüşəm. Mənim tanıdığım tək xidmətçilər Katolik kahinlər (bu, mənim üçün seçim deyildi, çünki onlar evlənə bilməzlər) və digəri kiçik bir imanlı cəmiyyətinin pastoru idi. Onun mənim yaşımda iki qəribə uşağı var idi və hər dəfə onların evinə gedəndə orda nə isə çox dəhşət qoxuyardı! Bir dəfə mən ora getdim və qoxu o qədər dəhşətli idi ki, oranı tərk etmək üçün səbəb tapanacan bacardığım qədər nəfəsimi tutdum! Beləliklə, sən başa düşə bilərsən ki, mən xidmətlə çox da maraqlanmırdım. Mən kahin olmaq istəmirdim və qəribə övladlara və qoxulu evə malik olmaq istəmirdim. Mən həmçinin missioner olaraq Afrikaya getmək və bir daxmada yaşamaq da istəmirdim.

Həmin vaxtı mənim planlarım Purdue Universitetində mexanik mühəndislik təhsilimi tamamlamaq və sonra Harvard Universitetindən Biznes İdarəetmə Magistrini əldə etmək idi. Ondan sonra mən korporativ Amerikaya daxil olacağam və icra pilləsi ilə yüksələcəyəm, çoxlu pul qazanacağam və xidməti dəstəkləmək üçün imanlı cəmiyyətimə ianələr verəcəyəm. (Bu planda səhv heç bir şey ola bilməzdi, lakin Allahın mənim həyatım üçün planı bu deyildi).

Dörd ay sonra bazar günü səhər mən imanlı cəmiyyətində pastorun vəzinə qulaq asırdım ki, Allahın Ruhu mənə daha sərt xəbər çatdırdı: “Səni vəz etməyə çağırmışam! Bu xüsusda sən nə edəcəksən?”

Bu dəfə mən aydın eşitdim və cavab verdim: “Rəbb, hətta mən Afrikada ayaqyalın və otdan olan bir daxmaya gedib çıxsam da, vəz edəcəyəm, Sənə itaət edəcəyəm!”

(Bizim diqqətimizi çəkmək üçün Allahın Öz yolu var. Mən artıq öncəki aylarda Onun kiçik dürtmələri vaxtı qiyməti hesablayırdım). Artıq nəyə “hə” deyəcəyimdən tam agah olaraq, dəyəri hər nə olursa olsun, Onu razı salmağa hazır idim!

Rəbb məni hazırlamağa başladı. Daxilimdəki atəş yanmağa başladı; Mən universitetdəki qardaşlarıma İsa haqqında danışmağa başladım və çoxu xilas oldu. Təqribən il yarım sonra mən universitetdə Müqəddəs Kitab dərslərinə başladım və düşərgənin hər tərəfindən tələbələr gəldilər.

Page 151: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

RƏBBİN YOLUNU HAZIRLA 141

Hər həftə yeni insanlar öz həyatlarını Məsihə verirdilər, şəfa tapırdılar və azad olurdular.

Mən öz prioritetlərimi tamamilə kənara qoymuşdum! Artıq mənim vəz etmək istəyim o qədər güclü idi ki, mən Purduedəki mexaniki mühəndislik ixtisasımı buraxmaq və Müqəddəs Kitab məktəbinə getmək istəyirdim. Mənim əsaslandırmam nə idi? Əgər vəz etməyə çağırılmışamsa və insanlar ölür və cəhənnəmə gedirlərsə, nə üçün riyaziyyatı və fizikanı oxuyum? İsa tez qayıda bilər, ona görə də mən mümkün qədər məhsulları tez toplamalıyam.

Bir axşam artıq həqarətlə baxdığım ev tapşırığını edərkən, öz mühəndislik kitabımdan rəfdəki Müqəddəs Kitaba baxdım. Varım idi! Mən istilik (termik) dinamiklər kitabımı divara atdım. Qərarımı vermişdim – artıq gözləməyəcəkdim! Məktəbi tərk edəcəyəm və Müqəddəs Kitab Universitetinə gedəcəyəm.

Mənə təlim verən adama zəng etdim – o, Purduedə elmi-tətqiqatçı və çox yaxın dostum idi. Mən cəsarətlə bildirdim: “Don, mən buranı tərk edirəm və Müqəddəs Kitab məktəbinə gedirəm!”

O, müdrikliklə cavab verdi: “Gəl birlikdə bu axşam gəzintiyə çıxaq və bu haqda dua edək”. Biz elə də etdik və Allah mənimlə danışdı: “Mənim təyin etdiyim vaxtda sən xidmətə daxil olacaqsan... Mühəndislik təhsilini bitir”.

Daha sonra Rəbbin kiçik qəsəbən olan bir oğlanı necə dünyanın millətlərinə göndərə bildiyini başa düşməkdə çətinlik çəkərkən, mən Onun bunu dediyini eşitdim: “Sənin çağırıldığın bu xidməti Kim lahiyələndirib və təyin edib? Sən, yoxsa Mən?”

Mən dedim: “Sən”. “Düşünmürsən ki, Mən bu xidmətin yaranmasında səndən daha çox

maraqlanıram?” O cümlə mənim diqqətimi çəkdi. Beləliklə, mən sakitləşdim və mühəndislik dərəcəmi tamamladım.

Bitirərkən, mən Rockwell İnternational tərəfindən mexanik mühəndis olaraq U.S Navy layihəsində işə götürüldüm. Mən işdə yerimi rahatladım və gözəl bir imanlı cəmiyyəti tapdım. Bir il sonra Lisa və mən evləndik.

Page 152: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

142 ALLAH, SƏN HARADASAN?!

Mən imanlı cəmiyyətinə subay oğlan olaraq qoşulmuşdum və istənilən durumunda xidmət etdim. Bu, biz evli olandan sonra da davam etdi. Mən nəzarətçilik etdim, həbs xidmətimizin bir hissəsi idim, pastorların uşaqlarına tennis öyrədirdim və bir çox sahələrdə kömək edirdim. İmanlı cəmiyyətnin həmçinin Müqəddəs Kitab məktəbi də var idi, beləliklə, mən axşam sessiyalarına getdim.

İki il sonra imanlı cəmiyyəti məni baş pastorun və onun ailəsinin köməkçisi kimi işə götürdü. Pastora və digər rəhbərlərə bu işdə yalnız bir il işləyə biləcəyimi dedim, çünki mən vəz etməyə çağırılmışdım. Mənim işim onların maşınlarını yumaq və benzin doldurmaq, pastorun ayaqqabılarını parıldatmaq, əlbuyruqluğu etmək, onların uşaqlarını məktəbdən götürmək, iki bağçaya gedən uşaqlarına üzgüçülük dərsləri vermək, onlara baş çəkən xidmətçilərin qayğısına qalmaq və bir çox başqa tapşırıqlar idi. Bu işdə mən sadəcə bir il yox, dörd il yarım işləməli oldum.

Allahın çağırışına “hə” deməyimdən yeddi il keçmişdi. Universitetdə bütün o tələbələrin xilas olmalarını, şəfa tapmalarını və qurtulmalarını müşahidə edərkən tam vaxtlı xidmətçi olmağım sadəcə bir neçə gün sonra olacaq. Allahın məni qoyacağı prosesdən heç xəbərim yox idi.

Bu müddət ərzində mən imanlı cəmiyyətində xidmət edirdim, üç dəfə müvəffəqiyyətsizliklə tam vaxtlı vəz etməyə çalışdım. Asiyada Dallasa uçarkən (üçüncü cəhdimdən sonra buranın Allahın mənim üçün istədiyi yerin olub-olmadığını yoxladıqdan sonra), mən Yəhyanın İncilini oxuyurdum ki, bu ayə gözümə çarpdı: “Allahın göndərdiyi bir adam ortaya çıxdı, onun adı Yəhya idi” (Yəhya 1:6). Allahın mənə dediyini eşitdim: “Sən Con Bever tərəfindən göndərilmək istəyirsən, yoxsa Mənim tərəfimdən göndərilmək istəyirsən?”

“Mən Sənin tərəfindən göndərilmək istəyirəm”. Və Rəbb dedi: “Yaxşı, çünki əgər sən Con Bever tərəfindən

göndərilsən, Conun səlahiyyəti ilə gedəcəksən, lakin əgər Mənim tərəfimdən göndərilsən, Mənim səlahiyyətimlə gedəcəksən!”

Bundan sonra mən sakitləşdim və Allahın məni yerləşdirdiyi yerdə diqqətimi cəmləşdirdim. Lakin bir müddət sonra narahatlıq qayıtdı. Çöllük

Page 153: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

RƏBBİN YOLUNU HAZIRLA 143

məşqi o fəsil üçün tamamlanmamışdı; əskinə, o hələ də prosesdə idi. Allah bəzi mövqelər açılana qədər məni o yeddi ili rəfə qoydu?

Xeyr! Min dəfə xeyr! Mən ilahi xarakteri inkişaf etdirmək üçün çöllüyə gətirilmişdim... ki, Onun yolu hazırlansın. Çağırıldığım xidmət vəzifəsində yaxşı fəaliyyət göstərə bilməyim üçün xarakterimin yetkinləşməsi lazım idi. Mən əvvəl-axır onu hər bir ruhani irəliləyiş ilə öyrənəcəkdim, əvvəlcə amma o səviyyə üçün hazırlanma gəlməlidir.

Öz Gücünlə Xidmət Etməyi Unut

Bizim niyyətlərimiz hər nə qədər yaxşı olsalar da, Allahın müdaxiləsi olmadan biz əbədi dəyərlər üçün heç bir şey edə bilmərik – hətta İsanın adı ilə belə! Rəbbin Özü deyir: “Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər” (Yəhya 5:19). Necə də bir ifadə! İsa, bədən almış, Allahın Məsh edilmiş Oğlu dedi ki, O,Özlüyündə heç bir şey edə bilməz. Nə demək istədiyim barədə bir neçə nümunə paylaşacağam:

İsa Bet-Anyada yaşayan Lazarı və onun iki bacısı Marta və Məryəmi sevirdi. Lazar ağır xəstələndi. Daha sonra bu baş verdi:

“Bu səbəbdən iki bacı «ya Rəbb, sevdiyin adam xəstədir» deyə İsaya xəbər göndərdi. İsa bunu eşidib dedi: «Bu xəstəliyin nəticəsi ölüm yox, Allahın izzəti və Allah Oğlunun bununla izzət qazan-ması olacaq». İsa Martanı, onun bacısını və Lazarı sevirdi. Buna görə də Lazarın xəstələndiyini eşidəndə olduğu yerdə daha iki gün qaldı” (Yəhya 11:3-6).

Baxmayaraq ki, İsa Məsih idi, Onun hələ də çox yaxın dostları var idi. O Lazarı sevirdi və bu ailə ilə vaxt keçirməyi sevirdi. Buna baxma-yaraq, biz görürük ki, İsa Öz dostunun xəstələndiyini eşitdikdən iki gün sonra heç bir şey etmədi. Nə üçün O dərhal Bet-Anyaya getmədi? Səbəb budur ki, O, Allahdan göstəriş almamışdı. İsa Allahın Ruhunun getmək

Page 154: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

144 ALLAH, SƏN HARADASAN?!

göstərişini alana qədər itaətlə gözlədi. Sonra İsa getdi. Rəbb bir dəfə mənə açdı ki, əgər Lazar mənim dostlarımdan

biri olsaydı, mən dərhal onun evinə gedərdim və Ruhdan Onun istiqamətləndirməsini diləmədən belə, əllərimi onun üzərinə qoyardım. Təəssüf ki, əksəriyyətimizdə bu mentalitet var. Biz düşünürük ki, Allah həmişə bizimlə olduğuna görə buna bənzər vəziyyətlərdə bələdçilik üçün diləməyimizə ehtiyac yoxdur. Lakin biz ara verməli və Allahın Ruhuna həssas olmalıyıq. Allah nə istədiyini bilir və əgər biz Onun istiqamətləndirməsini və ya məsələdən ötrü istəyini almaq üçün gözləsək, nə etməli olduğumuzu O, bizə deyəcək.

Bəlkə biz Ruhun rəhbərliyi olmadan belə, o haqda düşünmüşük, əgər biz xəstə üzərinə əl qoysaq, o anda şəfanı Allah verməlidir. Əgər bu, doğrudursa, onda biz bütün xəstəxanalara getməli və oraları boşaltmalı deyilik?

Bəzi anlarda Müqəddəs Kitab bildirir ki, İsa “onların hamısına şəfa verdi”, lakin mələsə həmişə belə olmurdu. Misal üçün, nə üçün İsa Bet- Xasda hovuzun kənarında sadəcə otuz səkkiz il şikəst olan adama şəfa verərkən (Yəhya 5) bütün xəstələrə, kora, topala və iflic olan adamlara şəfa vermədi? Ola bilər ki, Allahın Ruhu digərlərinə şəfa vermək üçün Onu istiqamətləndirmədi?

Digər bir misalda hər gün məbədin darvazasının önündə buraxılan, anasının bətnindən topal olan bir adam var idi. Sözsüz ki, İsa hər dəfə məbədə daxil olarkən onun yanından keçmişdi. İsa nə üçün ona şəfa vermədi? Çünki Onun Atası bunu etmək üçün Ona göstəriş verməmişdi.

Daha sonra İsa göylərə qaldırılandan sonra Peter və Yəhya məbədə gedərkən – Ruhun rəhbərliyi ilə – oyanışın başlamasına səbəb olan bu adama şəfa verdilər (Həvarilərin İşləri 3).

İsa xidmət edərkən heç bir qurulmuş formula yox idi: O, bəzilərinə tüpürdü, bəziləri üzərinə əllərini qoydu, digərləri ilə danışdı. Başqalarına O, tüpürcəklə palçıq düzəltdi və xəstənin gözləri üzərinə qoydu. Digərlərini isə O, kahinlərin yanına göndərdi – və siyahı davam edir. O qədər təəccüblü müxtəliflik var ki, çünki İsa yalnız Ö, Atasının gördüyü

Page 155: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

RƏBBİN YOLUNU HAZIRLA 145

şeyləri etdi! Allah hər bir fərdin ala biləcəyi şəfa üçün kamil vaxtı və tərzi bilirdi.

Bunu Allah bütün Öz xidmətçiləri üçün istəyir... bizi o yerə gətirmək ki, orada biz yalnız İsanın etdiyini görüb edirik və Onun rəhbərliyi altında, öz düşündüyümüzü və ya nəyin baş verdiyini istədiyimizi etmirik. Yəhya 20:21 də İsa deyir: “Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm”. İsa Atasının rəhbərliyindən kənar heç bir şey etmədi. Eyni yolla, biz də İsanın nümunəsinə riayət etməliyik. Biz Onun kimi yaşamalıyıq, Müqəddəs Ruhla idarə olunaraq, yalnız Onun bizi apardığı kimi yeriməliyik. Bu, bizim bədənimizin Allahın Ruhuna – Məsihin Ruhuna tabe olmasını tələb edir. Və Ruhla idarə olunan həyat üçün ən münasib məşq yeri çöllükdür. Bu çətin mühit Allahın yolunun hazırlandığı yerdir.

Allah, qırx il çöllük hazırlığından sonra Musaya dedi:

“Buna görə də get. Səni fironun yanına göndərirəm ki, xalqım İsrail övladlarını Misirdən çıxarasan». Musa Allaha dedi: «Axı mən kiməm ki, fironun yanına gedib İsrail övladlarını Misirdən çıxarım?» Allah dedi: «Mən səninləyəm. Mənim səni göndərdiyimə əlamət bu olacaq: sən xalqı Misirdən çıxaranda bu dağda Mənə ibadət edəcəksiniz” (Çıxış 3:10-12).

İndi gəlin bunu özlərini göndərən insanlar haqqında Allahın ded-ikləri ilə müqayisə edək:

“Bu peyğəmbərləri Mən göndərmədim, amma ora-bura qaçdılar. Onlara Mən söz demədim, Amma peyğəmbərlik etdilər… Bax Mən yalançı yuxular görüb peyğəmbərlik edənlərə qarşıyam» Rəbb belə bəyan edir. «Onlar bu yuxuları danışıb yalanları və boş lovğalıqları ilə xalqımı yoldan azdırır. Onları Mən göndərmədim, onlara heç nə buyurmadım. Bu xalqa heç bir faydaları yoxdur» Rəbb belə bəyan edir” (Yeremya 23:21,32).

Off, bu adama batdı. Bizim heç birimiz Rəbdən buna bənzər xəbər istəmirik.

Page 156: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

146 ALLAH, SƏN HARADASAN?!

Musa qırx yaşında olanda, İsrail övladlarını ilk dəfə qurtarmağa cəhd edəndə onlara kömək edə və ya xeyir gətirə bilmədi, çünki Allah onu hələ göndərməmişdi. Musanın Misirdə əldə etdiyi bütün gözəl təhsillə, rəhbərlik qabiliyyətləri və hikməti ilə Allahın dəstəyi və təyin etdiyi vaxt çatmadan Musa Allahın onun etməsi üçün çağırdığı şeyləri yerinə yetirə bilmədi. Onun boş səyi yalnız bir misirli zülmkarın ölümü ilə nəticələndi. Onun niyyətlərinin nəcib olmasına baxmayaraq, onun öz missiyasını yerinə yetirmək üçün göstərdiyi bu ilk cəhd xeyirdən çox zərər verdi. Səhralıqda hazırlıqdan qırx il sonra Allahın ona dediklərindən başqa heç bir şey etməyən yeni Musa peyda oldu. Deməli, Allahın təyin etdiyi vaxtda, Musanın rəhbərliyi altında, bütün ordu Qırmızı Dənizin dibi ilə quru yerdən gedir. Bizim gücümüzlə Allahın gücü arasındakı fərq də budur – bir əsgərlə müqayisə edilən bütün bir ordu.

Vəftizçi Yəhya yalnız altı ay sürən xidmət üçün otuz il hazırlandı, lakin İsa dedi ki, Yəhya qadından doğulan peyğəmbərlərdən ən böyüyü idi.

Bu da belə! Öz gücü ilə altmış iş çox işləyən kimdənsə, altı ayda Allah Özü göndərdiyi kişi və qadınlar vasitəsilə daha çox şey edər.

İsa bunu izah edir: “Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər” (Yəhya 5:19).

Burada yenidən Yeşayanın sözləri var:

“Nida edənin səsi gəlir: «Səhrada Rəbbin yolunu hazırlayın, Çöldə Allahımızın keçəcəyi yerləri hamar edin. Hər dərə yüksəldiləcək, Hər dağ və təpə aşağı endiriləcək, Yoldakı əyriliklər düzələcək, Kələ-kötür yerlər hamar ediləcək. Rəbbin əzəməti aşkar olunacaq, Bütün bəşər bunu birlikdə görəcək». Bu sözlər Rəbbin ağzından çıxıb. Səs deyir: «Bəyan et!»

Page 157: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

RƏBBİN YOLUNU HAZIRLA 147

«Nəyi bəyan edim?» deyə soruşdum. «Bütün bəşər ota bənzər, Onun bütün gözəlliyi çöl çiçəyi kimidir. Rəbb nəfəsini üzərinə üfürəndə Ot quruyar, çiçək solar, Həqiqətən, bu xalq ota oxşar. Ot quruyar, çiçək solar, Amma Allahımızın sözü əbədi qalar” (Yeşaya 40:3-8).

Allah deyir ki, çöllük Rəbbin yolunun hazırlandığı yerdir. Rəbbin yolu insanın gücü deyil. O deyir ki, bədənin qüruru alçalmalıdır, təvazökar (Rəbbi gözləyənlər) yüksəlməlidir, əyri (yalançı, düzgün olmayan, səmimi olmayan) yerlər düzəlməli və kələ-kötür (sevilməz, kobud, sərt) yerlər hamarlaşmalıdır.

Universitet tələbəsi, İsaya yeni iman edən birisi olaraq, mən çox xeyir-dualar əldə etmişdim və “uğuru” başqalarına xidmət etməkdə tapırdım, lakin həyatımda alçalmalı dağlar və hamarlaşmalı və düzəlməli kələ-kötür yerlər var idi. Allah bəzi qüsurları düzəlmək üçün çöllükdə vaxt keçirməyə ehtiyacımın olduğunu bilirdi.

Çöllük müddətində Allahın yolunun bizimlə olmasına izin vermək çox vacibdir. Dallasdakı pastoruma xidmət etmək vəzifəsində ikən, bir gün Rəbb mənə danışdı və dedi: “Con, yalnız sabahkı gündə vəz etmək xidmətini gözləyərək, bugün etməyini istədiyim şeyləri etməyi unutma”. Sözün düzü, mən vəz etməyi o qədər çox istəyirdim ki, həyatımın bu dövrünü vaxt itkisi kimi görürdüm.

Bu tələyə düşməyin lazım deyil! Dərk et ki, Allah vaxt itkisi deyil! Dərk et ki, sənin hazırda olduğun yer gedəcəyin yerin həyati bir hissəsidir. Bu, sənin məşq sahəndir. Bu, ünsiyyətdən irəliləyişə keçməkdir – bu yerinə yetməkdir. Bunun necə olacağı haqda qoy O narahat olsun...sən sadəcə Onunla get! O Allah, Yaradan və Bitirəndir! Bizim etdiyimiz tək şey Ona etibar etmək və bugün Onun bizə göstərdiyi şeyə itaət etməkdir!

Hər dəfəsində Onun məni vəz etmək xidmətinə necə təsis edəcəyini bildiyimi düşünəndə, O xoş-xoş deyərdi, “Con, sən indicə digər yolu

Page 158: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

148 ALLAH, SƏN HARADASAN?!

tapdın, o baş verməyəcək!”. Bu, doğru idi – O, xidməti mənə tamamilə gözlənilməyən yolla gətirdi. Allah bizi məmnuniyyət (rahatlama deyil) yerinə gətirir ki, biz indiki vəziyyətdə tam yaşaya bilək.

İşləri Allahın Yolu ilə Et

Allah Öz səlahiyyətini və gücü insana verəndə, daha qüdrətli səlahiyyət və güc bəxş edilir, Rəbbin Ruhunda itaət etməmək üçün də daha böyük məhkəmə olur. Musa qırx yaşı olanda öz yolu ilə hərəkət etdiyi üçün Allah onu mühakimə etmədi, çünki Allahın səlahiyyəti və gücü hələ onun üzərində deyildi. Lakin daha sonra belə olmadı. Zin çöllüyündə olanda, insanlar Musa ilə mübahisə edir və onları gətirib

Səyahətin Üçün Sağ Qalmaq Üzrə Tövsiyələr

#11 Çantalarını Hazır Tut

Baxmayaraq ki, bunu heç vaxt məsləhət etməzdim, sənin çöllükdə qalman əbədiyyət kimi görünəndə, sən öz çantanı boşaltmağa və orada yerləşməyə qərar verə bilərsən. İnan mənə, Allah hərəkət etməyə qərar verəndə, O, bunu turbo stilində edə bilər. Yusifə bax; elə görünürdü ki, o, yeraltı həbsxanada bütün ömrü boyu qalacaqdı və heç bir xəbərdarlıq olmadan bir günün içində o, Allah tərəfindən verilmiş xəyalına yüksəldi! Bəli, bu düzdü – sadəcə bir gün!

Mən çöllükdə idim və sanki bu, qırx il olacaq kimi görünürdü. Sonra gözlənilmədən, bir anda Rəbb mənə dedi ki, mən indiki işimi atacağam və səyahət edəcək və danışmağa başlayacağam. Dəyişiklik dərhal baş vermədi, lakin bu, baş verəndə bir qasırğa kimi gəldi. Və mən çağırışımın növbəti fəslinə keçməyə hazır idim. Mənim çantalarım hazır idi.

Page 159: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

RƏBBİN YOLUNU HAZIRLA 149

çıxartdığı yerə görə gileylənirdilər. Onlar susuz idilər və su istəyirdilər. Beləliklə, Allah Musaya nə edəcəyini dedi:

“Rəbb Musaya dedi: «Əsanı götür, sən və qardaşın Harun icmanı toplayın və onların gözü önündə qayaya su versin deyə söyləyin. Qayadan onlara su çıxart, icmaya və heyvanlarına içirt ” (Saylar 20:7-8).

Allah Musaya qayaya söyləməsini dedi və o su verəcəkdi. Lakin oxu gör Musa nə etdi:

“Musa əlini qaldırdı və əsası ilə iki dəfə qayaya vurdu, qayadan bol su çıxdı. Bütün icma və onların heyvanları su içdilər. Lakin Rəbb Musaya və Haruna dedi: «Madam ki İsrail övladlarının gözü önündə Mənim müqəddəsliyimi göstərərək Mənə iman etmədiniz, bu camaatı onlara verdiyim ölkəyə aparmayacaqsınız” (Saylar 20:11-12).

Fikir ver, Allah suyu müşahidə edən milyonlarla insana verdi. Vau! Qayadan su – iyirmi birinci əsrdə kim bu cür güclü bir möcüzə eşidib? Deməli, baxmayaraq ki, Musa Allahın qayadan necə su çıxartmaq göstərişlərinə itaətsizlik etdi, dərin möcüzəsi yenə də baş verdi. Su insanlar ehtiyacına olan cavab olaraq onlar üçün idi. Allah Musaya cəza vermək üçün suyu insanlardan saxlamadı. Lakin nəticəsi oldu: Allah Musanın xalqı Vəd edilmiş Torpağa aparmasını qadağan etdi.

Bu, ənamı olanı ucaltmaq deyil, Allahın fövqəltəbii məshinin insanların ehtiyacı üçün olmasının mükəmməl nümunəsidir! Yəqin ki, Musa bu cür çətin bir xalqa pastorluq etmək üçün xalqa əsəbiləşdi və biraz da Allaha əsəbiləşdi. Musa əvvəlcə Günah çöllüyündə etdiyi kimi, qayaya vurdu (Çıxış 17:1-7). Ya da, bəlkə Musa özünün rəhbərlik etmək bacarığı ilə rahatlanmışdı; bəlkə o indi hiss edirdi ki, Allah onun ən yaxşı hesab etdiyi hər şeyə ehtiram edəcəkdi. Bir daha yenidən o, öz istədiyi kimi bir şey etdi, lakin bu dəfə nəticələr olduqca böyük idi. Musa Allahın

Page 160: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

150 ALLAH, SƏN HARADASAN?!

gücündə və qüdrətində gəzdi; onun bütün gücü, Allaha asılılığından gəlirdi. İndi Musanın xalq qarşısında Allahdan müstəqil olaraq hərəkət etməsi tez hökm gətirdi.

Buna görə də Yaqub 3:1 deyir: “Qardaşlarım, bildiyiniz kimi biz müəllimlər daha ciddi bir mühakimədən keçəcəyik. Bu səbəbə görə də çoxunuz müəllim olmayın”. Məsuliyyət və ya izzət nə qədər böyükdürsə, hökm də bir o qədər böyükdür.

Çöllük bizi itaətsizliyə görə nəticələnən hökmsüz Rəbbin qüdrətində və izzətində yeriməyə hazırlayır. Quru səhralıq təcrübəsində qürur alçalır və təvazökarlıq yüksəlir. Əsl təvazökar adam İsanın yeridiyi kimi yeriyir, fəryad edir: “Rəbbin Ruhu mənə bunu et deməyənə qədər mən heç bir şey etməyəcəyəm. Mən öz gücümlə və bacarığımla heç bir şeyəm”.

Allahın Öz izzətinin və qüdrətinin təzahürünü bugün bir çox imanlı cəmiyyətlərindən saxlamasının səbəbi bizi daha böyük mühakimədən qorumaq ola bilərmi? Mən inanıram ki, çöllükdə O, Onu çağırmağımıza və Onu dinləməyimizə məcbur etmək üçün bədəni ruhdan qoparır. Sonra Onun izzəti zühur edəndə, biz hər şeyi yalnız Onun yolu ilə edərək Onun Adına izzət gətirəcəyik!

Ruhun səsini eşit. Ona izin ver sənin yerinə yetirməyini istədiyi işi necə yerinə yetirəcəyini sənə göstərsin. Rəbbin nə etdiyini və nə dediyini gör və eşit.

“Keşiyimdə duracağam, Gözətçi qülləsində dayanacağam. Baxım Rəbb mənə nə deyəcək, Görüm şikayətlərimə nə cavab verəcək? Rəbb mənə belə cavab verdi: «Görüntünü yaz, lövhələrdə açıqla ki, Qoy hər kəs tez onu oxuya bilsin. Çünki bu görüntü müəyyən vaxt üçündür, Başa çatmağa tələsir və yalan deyil. Gecikmiş kimi görünsə də, gözləyin,

Page 161: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

RƏBBİN YOLUNU HAZIRLA 151

Hökmən gələcək, gecikməyəcək. Bax, bu adam məğrurdur, köksündəki ürəyi düz deyil, Amma saleh adam imanı ilə yaşayacaq” (Habaqquq 2:1-4)

Peyğəmbər dedi: “Rəbbin mənə nə deyəcəyini görmək üçün gözləyəcəyəm”. Allahın Ruhunun danışma yollarından biri görüntü vasitəsilədir. İsa dedi O yalnız Atasının etdiyi işləri görüb edirdi. Habaqquq nə gördüyünü yazacağını və təyin edilmiş vaxtda nə gördüyünə qaçacağını dedi. O davam edərək dedi ki, qürurlu olan can təmiz deyil (Rəbbin Sözünü gözləməyən, fəqət Allahın dediyi şeyin görüntüsü olmadan qaçan şəxsdir). Lakin saleh başqasının imanı ilə deyil,öz imanı ilə yaşayacaq!

İman, Allahın dediyini eşitməkdən və sonra ona itaət etməkdən gəlir. Buna görə Allah İsrail övladlarını çöllüyə gətirdi: “...Bununla öyrətdi ki, insan yalnız çörəklə deyil, Rəbbin ağzından çıxan hər kəlmə ilə yaşayar” (Qanunun Təkrarı 8:3). Fikir ver, O “çıxan” dedi, “çıxdı” demədi.

Biz təşviq olunuruq: “Bunu Deyəni rədd etməyəsiniz deyə diqqətli olun. Çünki əgər yer üzündə xəbərdarlıq edəni rədd edənlər cəzadan qaça bilmədilərsə, biz göylərdən xəbərdarlıq Edəndən üz döndərsək, cəzadan qaça bilməyəcəyimiz daha çox yəqindir” (İbranilərə 12:25). Amma heç vaxt unutma, O nə deyirsə, həmişə Müqəddəs Yazıya uyğun olur.

Lakin sənin düşündüyün şeyi yerinə yetirmək üçün Müqəddəs Kitabı axtarmaq Allahın yolu deyil. İsa Özünə deyə bilərdi: “Mən xəstələrə şəfa vermək üçün məsh edilmişəm, ona görə də əvvəl də etdiyim kimi, gedəcəyəm və Lazarın üzərinə əllərimi qoyacağam”. Əksinə, O, Allahın Ruhunun hərəkət etməsini gözlədi, sonra O hərəkət etdi.

Çöllük, bu, Allahın bizi gətirdiyi yerdir. O, burada bizə öyrətmək istəyir ki, Onun rəhbərlik və qabiliyyətlərindən başqa Onun üçün nə isə etməyə edilən hər hansısa bir cəhd faydasız çalışmadır.

Biz bədənin əbədiyyət dəyərində heç bir şey edə bilməyəcəyini həqiqətən öyrənəndə, biz Onun bizə etibar etdiyi xəyalları və planları

Page 162: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

152 ALLAH, SƏN HARADASAN?!

həyata keçirməyə hazır olacağıq. Çöllük hazırlıqdan ibarətdir – bu, vədin yerinə yetməsinin prosesidir. Gəlin İsanın nümunəsinin ardınca gedək, Ruhla idarə olunaraq hər şeyi öz yolumuzla deyil, Allahın yolu ilə edək.

Page 163: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

12

ÇÖLLÜKDƏ QƏLƏBƏ

Kədərlərimiz, bizim kimi fanidilər. Ölməz canlar üçün ölməz kədərlər yoxdur. Onlar gəlirlər, lakin şükür Allaha, onlar həmçinin gedirlər. Havadakı quşlar kimi, onlar başımızın üzərində uçurlar. Onlar öz məskənlərini bizim canlarımıza sala bilməzlər. Bu gün biz əzab çəkirik, lakin sabah sevinəcəyik.

– Charles H. Spurgeon

İlahi söz nazil olmayanda xalqda hərc-mərclik olar.Qanuna əməl edən nə bəxtiyardır!

– Süleymanın Məsəlləri 29:18

Page 164: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

154 ALLAH, SƏN HARADASAN?!

Çöllük baş çəkdiyimiz yerdir, bizim son təyinatımız deyil! Əgər düzgün davransan, çöllükdə sən qələbə yaşayacaqsan və onun hüdudlarından kənara çıxacaqsan!

Mən gənclər pastoru olaraq həvəsin quruduğu çöllükdə sanki daha uzun müddət idim. Mən artıq düşünməyə başlayırdım ki, mənim bu mübarizələrim üçün hər hansı bir dəyişiklik gələcəkmi? Sonra bir gün məni hörmətdən salmağa və işdən qovmağa çalışan müdirimlə problem yaranmağa başlamazdan qısa müddət əvvəl, Allahın Ruhu mənə göstərdi, dəyişiklik gəlirdi. Həmin o vaxt Allah mənim “Amerikanın qərb sahillərindən; Kanada sərhədindən Meksika sərhədinə qədər; Alyaskadan Havaiyə qədər imanlı cəmiyyətlərə və şəhərlərə göndəriləcəyimi” açmışdı.

Lakin əvvəl xatırlatdığım kimi, bu, ertəsi gün və ya həmin həftə baş vermədi! Hətta, əlavə təsdiqdən sonra altı ay keçdi. Sonra bir gün mənim baş pastorum görüş yerinə daxil oldu və dedi ki, Rəbb ona göstərdi ki, onun pastorlarından biri (komandada on bir nəfər idik) tezliklə tam vaxtlı səyahət etməyə başlayacaqdı və artıq bizim imanlı cəmiyyət komandamızda xidmət etməyəcəkdi. “Con Bever, o adam sənsən”, o dedi.

Amma yenə də bir müddət keçdi (daha altı ay, dəqiq desəm) – səhralıqdan keçmək üçün daha çox vaxt. Sonra sadəcə üç həftə içində vəz etmək üçün mən yeddi dəvət aldım – onlardan biri Kanada sərhədindən bir saat aralıda idi, digəri Floridanın Şərq Sahili idi, başqa biri isə avtomobil ilə Sakit Okeandan bir saat uzaqda, biri də Meksika sərhədində idi! Mən bunlar haqda nə etmək üçün pastorumun ofisinə daxil oldum və o gülərək

Page 165: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ÇÖLLÜKDƏ QƏLƏBƏ 155

dedi: “Con, mən sənə dedim ki, Rəbb bunu mənə göstərdi. Belə görünür ki, sənin vaxtın çatıbdır”.

Bundan qısa müddət sonra (Yanvar, 1990-cı il) həsr etmə xidməti vaxtı pastor əllərini Lisanın və mənim üzərimə qoydu və biz o vaxtdan bəri tam vaxtlı səyahət edirik! Bunu demək səhv olmaz ki, mən hazır olduğumu düşündüyüm vaxt özümüz başlamaq əvəzinə, Allahın təyin etdiyi vaxtı gözlədiyimizə görə həyatımızda daha çox bəhrələr görmüşük (mən “çox” sözünü bundan artıq vurğulaya bilmərəm).

Mən eyni nəticələri sənin çağırışında da görmək istəyirəm. Buna görə, Allahın xalqını çox sevən, altmış yaşlı bir adam olaraq, sizinlə bacardığım qədər açıq, səmimi oldum. Mən istəyirəm ki, sən öz qismətində müvəffəq olasan! Beləliklə, izin ver bir neçə son mühüm fikirlərimi təklif edim.

Doğru Məqsəd və Təyinat

Bizim diqqətimiz Allahın məqsədinə cəmlənməlidir, bizi irəliyə getməkdən saxlamağa çalışan müqavimətə yox. Əgər biz doğru təyinatda bitirmək istəyiriksə, onda doğru görünüşə malik olmalıyıq! Qaçışda qaçmaq və səhv finiş xəttini keçmək çox dəhşətli olardı! Silahı səhv yerə tuşlamaq və ona vurmaq bir fəlakət olardı!

Fariseylər çox qeyrətli və çalışqan idilər, lakin onların məqsədi özlərini axtarmaq idi. Onların düzgün görüntüləri yox idi; buna görə də, onlar hədəfi qaçırdılar.

Allahın xalqı olaraq Onun bizim üçün təyinatı və məqsədi nədir? O, Efeslilərə Məktub 1:11-də deyir: “Hər şeyi Öz iradəsindən yaranan qərarı ilə yerinə yetirən Allahın məqsədinə görə biz əvvəlcədən təyin edilərək Məsihdə irs aldıq”.

İnsanların bir çoxu “əvvəlcədən təyin edilmək” sözünü eşidəndə büdrəyirlər. Bu fikri başa düşmək üçün biz bu sözü iki yerə ayırmalıyıq. “ Əvvəl” və ya “başlanğıcdan qabaq olan”. “Təyinat” sözünün kökü “sən harada bitirəcəksən” və ya “finiş xətti”. İkisini birləşdirsək, o deməkdir

Page 166: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

156 ALLAH, SƏN HARADASAN?!

ki, “start etməzdən əvvəl finiş xəttini təyin etmək”. Buna görə də Efeslilərə 1:11 bizə göstərir ki, Allah bizi yaratmazdan əvvəl bəşəriyyət üçün təyinat təyin edib ki, Onun məqsədini yerinə yetirək.

Romalılara 8:28-29 deyir:

“Biz bilirik ki, hər şey birlikdə Allahı sevənlərin, Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir. Çünki Allah qabaqcadan tanıdığı adamları Öz Oğlunun surətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin etdi ki, O, çoxlu qardaş arasında ilk doğulan olsun”.

Zaman yaranmazdan əvvəl Allahın bizim üçün planlaşdırdığı təyinat, Allahı sevən bizlər üçün idi ki, İsa Məsihin surətinə dəyişək. Həyatda və ya xidmətdə edilən hər bir şey bu məqsəd və ya sonluq üçün olmalıdır! Allahın səni yaratmaqda bir nömrəli məqsədi, sənin yalnız müvəffəqiyyətli bir xidmət komandasına qoşulman, milyonlarla dolları Padşahlıq üçün vermən, məşhur rəssam olman və ya karyera məqsədin olmaq deyildi. Bu hətta xəstələrə şəfa vermək, humanitar yardım səylərinin artırmaq, seks ticarəti qurbanlarını xilas etmək, insanları aludələrdən azad etmək və ya itmişləri İsa üçün qazanmaq da deyil. Bütün bunların izinə düşmək ləyaqətli və mömin şeylərdir, biz dərk etməliyik ki, bu şeyləri edən çoxlu insanlar olub, lakin onlar finiş xəttini keçmədilər. Onların finiş xəttini keçmədiklərinin səbəbi odur ki, onların fokusu xidmətdə idi, məqsəd və ya xidmətin arxasındakı ürəkdə deyildi!

Deməli, suala cavab verilməlidir: “İsa Məsihin surətinə dəyişməkdə Allahın bizi təyin etməsinin məqsədi nə idi?” Cavab sadədir – çünki, O, bizi sevdi və bizimlə ünsiyyətdə olmağı arzuladı ki, “Bunu Məsih İsada bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi” (Efeslilərə 2:7).

Lisa ilə mənim Leksi adında bir itimiz var. O, çox gözəldir, oyuncanlı və əyləncəlidir. Lakin biz onunla yalnız məhdud səviyyədə ünsiyyət qura bilərik. Bu, bəzən məyusedici olur ki, onunla daha çox ünsiyyətdə ola bilmirəm. Digər tərəfdən də, bizim oğullarımızla bu tamamilə fərqli bir

Page 167: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ÇÖLLÜKDƏ QƏLƏBƏ 157

səhnədir. Onlar yetkin olduqca, onlarla çox gözəl qarşılıqlı ünsiyyətlərdən zövq aldıq. Onlar bizim həyatımıza çox şey qatıblar. Allah bizi buna görə yaratdı. O, mənim Leksi ilə qatlaşdığım aşağı səviyyə ünsiyyəti arzulamır. O, oğulları və qızları ilə qəlb səviyyəsində əlaqə saxlamaq istəyir.

Ta başlanğıcdan bu, Onun məqsədi idi. O, insanı yaradanda və onu Bağda yerləşdirəndə, Rəbb gəldi və Adəmlə ünsiyyəti oldu, çünki O, onu sevirdi. Adəmin nəslindən biri Allahın məqsədindən yapışdı və onun haqqında belə yazılıb: “O, Allahla bir yol getdi. Sonra qeyb oldu, çünki Allah onu Öz yanına götürdü” (Yaradılış 5:24). İbranilərə Məktubun müəllifi deyir ki: “...Götürülməzdən əvvəl o (Xanok), şəhadət almışdı ki, Allahı razı salıb” (İbranilərə 11:5). Xanok nə üçün Allahı razı saldı? Ona görə ki, onun böyük xidməti var idi? Xeyr, ona görə ki, o Allahla yeridi və Onunla yaxın ünsiyyəti var idi.

Allahın keçmişdə etdiyi hər şey, indi etdiyi və gələcəkdə edəcəkləri o səbəb üçün olacaq. Beləliklə, çöllüyün məqsədi bizim İsa Məsihin surətinə necə uyğunlaşmağımızı göstərmək üçündür.

Əgər biz Allahın bizim üçün olan məqsədindən yayınsaq, onda biz xərc-mərc olacağıq və ruhən tənəzzül edəcəyik. İmanlı cəmiyyəti olaraq, biz Allahım məqsədinin məğzini itirəndə, biz quruyuruq, dünyanın şeyləri tərəfindən idarə olunmuş təşkilata dönürük. Biz Məsihin surətində şagirdlər hazırlamaq əvəzinə nəticələrə vurğu vururuq – böyük rəqəmlər və daha böyük binalar (Matta 28:19).

Gəlin Süleymanın Məsəlləri 29:18-ə baxaq: “İlahi söz nazil olmayanda xalqda hərc-mərclik olar”.

Allahın bəhs etdiyi təmkinlilik bizi Onun surətinə və bənzəyişinə qətiyyən uyğun gəlməyən aşağı səviyyəli çağırışdan saxlayır. Məhzelə təmkinlilik bizi hələ ki, Onun surətinə uyğunlaşmayanacan, Onu üzbəüz və Onun izzətini açıq görməyənəcən bizi məmnun olmaqdan saxlayır. Həm də təmkinlilik Onun kamil iradəsindən başqa nəyisə qəbul etməkdən bizi saxlayır. Bu təmkinlilik bizi sərbəstlikdən saxlayacaq və şeyləri dünyanın etdiyi kimi etməkdən, şeyləri bədənə görə etməkdən saxlayacaq .

Görüntüdən bəhs etmişkən, İsa dedi: “Bədənin çırağı gözdür. Əgər

Page 168: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

158 ALLAH, SƏN HARADASAN?!

gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq. Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaran-lıqdırsa, zülmət nə qədər böyükdür!” (Matta 6:22-23). O, bizim fiziki gözümüzdən bəhs etmir, lakin ürəyimizin gözündən bəhs edir və ya şey-ləri dərk etmə yolumuzdan bəhs edir.

Şeyləri öz ürəyində sən necə qavrayırsansa, onda bu, sənin necə olacağındır: “O, ürəyində hər şeyin hesabını edər. Dilində sənə «ye, iç» deyər, amma ürəyi ilə dili bir deyil” (Süleymanın Məsəlləri 23:7).

İçinə düşdüyünüz vəziyyətləri necə görməyiniz, onlardan necə keçəcəyinizi müəyyən edəcəkdir. Vəd olunmuş Torpağa məlumat toplamaq üçün gedən on iki casusun hamısı eyni səhnəni gördülər – eyni istehkamlı şəhərlər, eyni nəhəng adamlar və eyni Kənan xalqlarının orduları. Lakin onlardan ikisi – Nun oğlu Yeşua və Xalev – digər on nəfərdən tamamilə fərqli yolla gördülər. İkisi onu Allahın gördüyü kimi dərk etdi, on nəfər isə Vəd olunmuş Torpağı təbii təcrübənin gözləri və ya öz qabiliyyətləri və gücləri ilə gördülər. Çünki onların gözləri pis idi, onların digər hərəkətləri də (və ya İsanın dediyi kimi: “onların bütün bədəni”) pis idi. Onlar öz ağızları ilə danışdılar və Allahın iradəsinə əks olaraq öz hərəkətləri ilə reaksiya verdilər və O dedi ki, onların məlumatı “şər” və ya “pis” idi:

“Onlara de ki, Rəbb deyir: “Varlığıma and olsun ki, Mənə qarşı dediklərinizin eynisini sizə edəcəyəm. Meyitləriniz bu səhraya səriləcək. Mənə deyinən iyirmi və ondan yuxarı yaşda olub siyahıya alınanların hamısı səhrada öləcək, sizi sakin edəcəyimə əlimi qaldırıb and içdiyim torpağa girməyəcəksiniz. Oraya yalnız Yefunne oğlu Kalev və Nun oğlu Yeşua girəcək” (Saylar 14:28-30).

On casusun Allahın onlar üçün olan planını heç vaxt görməmələrinə səbəb olan o məlumatı verməyə nə səbəb oldu? Bu, onların önündə olan şeyi necə qavramaları idi – bu, peyğəmbərlik görüntüsü deyildi; bu, təbii görüntü idi. Onların məlumat verdikləri şey, gördükləri şey idi.

Çöllükdən qələbə ilə çıxmaq üçün biz şeyləri Allahın bunları

Page 169: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ÇÖLLÜKDƏ QƏLƏBƏ 159

gördüyü kimi görməliyik. İsrail övladları Allahın casusları Vəd olunmuş Torpağa göndərməzdən əvvəl, artıq bir ildən çox idi ki, deyinirdilər. Onların perspektivi artıq pis idi və bütün təmkinlilik kənara atılmışdı. Beləliklə, Allahın onları süd və bal axan torpağı görmələrinə izin verənə qədər, onlar gördükləri həmin yaxşı şeyləri rədd etdilər. Əksinə, onlar diqqətlərini ölkədəki nəhəng adamlarda cəmlədilər.

Yalnız çöllüyü (və onunla bağlı olan çətinlikləri) görənlər öz çöllüklərində öləcəklər. Gözlərini Vəd Edəndən və Onun onlara verdiyi qarşılarındakı görüntüdən çəkməyənlər çöllükdən təqdis olunmuş döyüşçülər kimi çöllükdən keçəcəklər, onlar Allahın izzəti naminə Vəd Olunmuş Torpağı götürəcək və orada yaşamağa hazır olacaqlar.

“Buna görə biz ümidimizi itirmirik. Zahirimiz get-gedə xarab olsa da, daxilimiz gündən-günə təzələnir. Çünki müvəqqəti, yüngül əziyyətlərimiz bizə heç bir şeylə müqayisə edilməz dərəcədə böyük və əbədi izzət qazandırır. Gözlərimizi görünən şeylərə deyil, görünməyən şeylərə dikirik. Çünki görünənlər gəldi-gedər, görünməyənlərsə əbədidir” (2 Korinflilərə 4:16-18)

Çöllükdə yaşayan vaxt və əzabların uzunluğu qazanılacaq olanlarla müqayisədə yüngül, müvəqqəti çətinlik kimi hesab edilir. Əlbəttə, əgər sizdə səhralıqdan çıxdıqdan sonra gələcək olanın görüntüsü yoxdursa,sən çöllüyün içində olanda yaşadıqlarını çox da çətin bir şey kimi görməmək çətindir.

Keçmişdə quraqlıq vaxtlarımın içində olanda onlar sözsüz ki “müvəqqəti” kimi görünmürdülər. Bəzən mən düşünürdüm: “Bu bitəcək? Allahın vəd etdiyi şey nə vaxtsa həyata keçəcək?” Həmin o vaxt mən o düşüncələri dərhal qovmalı və özümü Rəbdə ruhlandırmalı olurdum. Mən, mənim haqqımda olan əvvəlki peyğəmbərlikləri xatırlayardım və onlarla gülcü döyüş aparırdım (1 Timoteyə 1:18-ə bax). Peyğəmbərliklər mənim həyatım üçün Allahın görüntüsü idi, necə ki, O, bunu mənə Öz Ruhu ilə Öz Sözü vasitəsilə açmışdı.

Can çöllükdə döyüş meydanıdır. Can sənin ağlından, hisslərindən və iradəndən ibarətdir. İradə sənin canının bir hissəsidir ki, sənin Allahın

Page 170: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

160 ALLAH, SƏN HARADASAN?!

yolunu, yoxsa cismin yolunu seçib-seçmədiyini –şeyləri Allahın etdiyi kimi görəcəyini, yoxsa çöllükdə öz azarlarına diqqət verəcəyini görüb-görməyəcəyini seçir. Peter yazır: “Sevimlilər, sizə yalvarıram, cana qarşı mübarizə aparan cismani ehtiraslardan uzaqlaşın. Çünki siz bu dünyada qərib və gəlməsiniz” (1Peter 2:11).

Bütün bunlar sənin diqqət mərkəzində kim olduğuna gəlib çıxır – Rəbb, yoxsa sən? Sənin ağlında və emosiyalarında döyüşən cismani istəklər xudbin maraqlara diqqətini yönəldəcək. Bunlar səni ilahi görüntüdən uzaqlaşdıracaq, çünki Allahın yolu öz yolu deyil, lakin özünü inkar etmə yoludur.

Bugün bir çoxları tərəfindən təbliğ edilən və qəbul olunan müjdə qulağa xoş gələn müjdə olub. Bir çox əsas axın olan müjdələr bədəni çarmıxa çəkməyi dəstəkləmir, lakin əksinə, son məqsəd olan İsa Məsihin surətinə dəyişməyə qarşı əslində döyüşən istəkləri rahatlamaq və razı salmaq üçündür. Adətən fokus “O, mənim nə etməyimi istəyir?” əvəzinə “Allah mənim üçün nə edə bilər?” olur. Asan müjdə Məsihi izləməyə aid olan əzab çəkmənin reallığına vurğu vurmur. Bu, bir çoxlarının harın həyat tərzi yaşamalarına səbəb olub. Bu cür müjdə imanlıları Allahın əsgərləri olmaq üçün təchiz etməyib.

Həvari Paul öz şagirdi Timoteyə Məktubunda bu mövzuya toxunur:

“Məsih İsanın yaxşı əsgəri kimi mənimlə birgə əzaba qatlaş. Əsgərlik edən insan gündəlik həyatla bağlı işlərə sürüklənməz, ona əmr edən zabiti razı salmağa çalışar” (2 Timoteyə 2:3-4).

Bu “asan müjdəyə” görə, biz müqavimət və ya çətinlik yaşayanda, çətinliklə üzləşmək və onu vurub keçmək əvəzinə qaçış yolu axtarırıq. Asan müjdə təlimindən doğulan görüntü “səmavi və peyğəmbərlik görüntüsü” deyil, lakin “xudbin görüntüdür”.

Paul həmçinin yazır:

“Buna görə mən, ey padşah Aqrippa, bu səmavi görüntüyə

Page 171: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ÇÖLLÜKDƏ QƏLƏBƏ 161

itaətsizlik etmədim. Əvvəlcə Dəməşqin, sonra Yerusəlimin və bütün Yəhudeya bölgəsinin əhalisini, başqa millətləri də tövbə edib Allaha tərəf dönməyə və bu tövbəyə uyğun tərzdə iş görməyə çağırdım. Yəhudilər buna görə məni məbəddə tutub öldürməyə cəhd göstərirdilər” (Həvarilərin İşləri 26:19-21).

Səyahətin Üçün Sağ Qalmaq Üzrə Tövsiyələr

#12 Yaxşı Qeydlər Götür

Mən bunu yazarkən, indi əlli yaşlarımın sonundayam – bu, necə baş verdi? Geriyə baxaraq, indi dərk edirəm ki, çöllükdəki vaxtlarımın çoxu mənim həyatımdakı ən gözəl böyümə vaxtları olub, baxmayaraq ki, həmin anda mən özümü atılmış, irəliyə getməyən kimi hiss edirdim. Buna görə də bizim köhnə dostumuz Əyyub deyib: “Amma tutduğum yolu O tanıyır, məni sınayan zaman qızıl kimi çıxaram” (Əyyub 23:10).

Doğrusu, mən təxmin edirəm ki, mənim yazdıqlarımın doxsan faizi – indi iyirmi kitabda – mən öyrəndim ki, bolluq vaxtında deyil, lakin çöllükdə keçirdiyim quru vaxtlarda öyrəndim. Beləliklə, mənim sənə məsləhətim – səhralıqda olarkən gözəl qeydlər al! Bu fəsillərdə öyrənəcəklərin başqaları üçün (yaşlı sən də daxil olmaqla) böyük güc olacaq. Və kim bilir... bəlkə sənin təcrübələrin bir gün kitaba dönəcək!

Dostum, indi sənin üzərində peyğəmbərlik etmək istəyirəm! Sənə deyəcəklərimə diqqətlə qulaq as: Allahın təyin etdiyi vaxtda, O, sənin həyatında dərin olan bir şey edəcək və bir çoxlarının həyatına təsir edəcək. Yəni əgər sən öz çöllük fəslin üçün Onun məqsədinin yerinə yetməsinə izin versən. Bir çox insanlar təsirlənəcək və sən öz itaətliliyinin bəhrəsini gördüyün üçün bütün əbədiyyət boyu sevinəcəksən. Dostum, sən qızıl kimi üzə çıxacaqsan; sınanmış, güclü və düzgün.

Page 172: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

162 ALLAH, SƏN HARADASAN?!

Dünyada çoxlu sayda görüntülər var, amma yalnız bir “görüntü göylərdəndir” və o, Atanın iradəsidir! Paulun nə dediyinə fikir ver: “Bəzi yəhudilər bunu təbliğ etdiyim üçün məni həbs etdilər və onlar məni öldürməyə çalışdılar”. O, səmavi görüntünün ardınca gedirdi və böyük müqavimət yaşayırdı. Əgər o asan müjdəyə iman etsəydi, bugün bir çoxlarının təbliğ etdiyi və inandığı kimi, onda o heç vaxt görüntünün yerinə yetməsini görməzdi. O hətta Padşah Aqrippanın yanına belə, gedib çıxa bilməzdi, çünki daha əvvəl yaşadığı bütün müqavimətlərdən qurtulma yolu axtarardı.

Yeremya, səmavi görüntünü izləyən digər Müqəddəs Kitab adamı idi və onun itaətli olmasının nəticəsi olaraq, çoxlu sayda sözlə və əqli təqiblər yaşayırdı. O, bir gün bundan yoruldu və biraz gileylənməyə başladı. O dedi:

“Əgər Səninlə mübahisə etsəm, Sən haqlı çıxarsan, ya Rəbb. Ancaq yenə də ədalət barədə Səninlə danışmaq istəyirəm. Nə üçün pis adamlar əməllərində Uğur qazanır, Bütün xainlər dinc yaşayır?” (Yeremya 12:1).

Allah şəfqətlə cavab vermədi. O dedi:“Ey Yeremya, əgər sən piyadalarla qaçanda yoruldunsa, Atlarla necə yarışa bilərsən?Əgər əmin-amanlıq olan torpaqda büdrəsən,İordan çayının kənarındakı sıx meşədə nə edəcəksən?” (Yeremya

12:5). Başqa sözlərlə: “Yeremya, əgər sən iblisin piyada döyüşçüsündən

taqətdən düşürsənsə, bəs onda iblisin süvarisi ilə üzləşəndə nə edəcəksən?”

Page 173: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ÇÖLLÜKDƏ QƏLƏBƏ 163

Müharibənin Döyüşləri Olur

Biz yadda saxlamalıyıq ki, böyük döyüşlər olmadan böyük qələbələr də olmaz. Bu, Yeremya üçün daha da ağırlaşırdı. O, sözlərlər təhqir olunduqdan sonra həbsə atıldı və daha sonra yeraltı həbsxanaya atıldı və ölmək üçün buraxıldı. Lakin nəhayət Allah onu bütün bədbəxtliklərdən– kədərdən, qəm-qüssədən və təqiblərdən qurtardı.

Bugün Məsihin bədənində bir çoxlarının yaşadığı döyüşlər Paulun yaşadığı fiziki təqiblər deyil, əqli hücumlardır. Əgər müqavimət dəyişərsə, biz nə edəcəyik? Bizim hazırda tab gətirdiyimiz qəm-qüssələr, bədbəxtliklər gələcəkdə daha böyük döyüşlərin öhdəsindən gəlmək üçün bizi qüvvətləndirməlidir.

Çöllük gələcək döyüşlər üçün hazırlıq düşərgəsi və təlim meydanıdır. Necə ki, biz əsgərləri müharibəyə hazırlanmaq üçün hazırlıq düşərgəsinə göndəririk, Allah da Öz könüllü əsgərlərini Onun Padşahlığını tikməkdən ötrü çağırıldıqları işi görməyə hazırlamaq üçün çöllüyə göndərir. Əsgərlərin hazırlıq düşərgəsində üstün gəlməli olduqları ən böyük maneə onların qorxuları, zəiflikləri və ruhdan düşmələridir. Eyni zamanda, çöllükdə bizim yaşadığımız ən böyük döyüşlər ruhani aləmdə olur.

Üzləşdiyimiz ən böyük döyüşlərdən biri ruh düşkünlüyüdür. Bir gün mən dua edərkən, Rəbb məndən cəsarətin əksinin nə olduğunu soruşdu.

Mənim cavabım: “Əlbəttə ki, qorxu” oldu. O pıçıldadı: “Bu, ruhdan düşməkdir”. Mən heç vaxt bu sözə bu

yöndən baxmamışdım! Bu dərhal mənə Nun oğlu Yeşuanın arxasında nə üçün səkkiz dəfə “möhkəm və cəsarətli olun” deyildiyini xatırlatdı (Saylar 13:20; Qanunun Təkrarı 31:6,7,23; Yeşua 1:6,7,9,18). Rəbb bilirdi ki, bu, onun ən böyük çətinliklərindən biri olacaqdı. Ruh düşkünlüyü səhralarda, ya da, Allaha və öz missiyamıza diqqətimizi cəmləşdirməkdənsə, özümüzə cəmləşdirərkən döyüşlərdə baş verir.

Düşmənin məqsədi özünə diqqət çəkməkdir, o, çöllükdə bunu İsa ilə etməyə çalışdı. Qırx gün İsanın yemək yeməməsi az imiş kimi, üstəlik iblis gəldi və dedi: “Əgər Sən Allahın Oğlusansa, bu daşlara

Page 174: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

164 ALLAH, SƏN HARADASAN?!

əmr et ki, çörəyə dönsün” (Matta 4:1-11). Şirnikləşdirmə Allahın təmin etmə yolundan kənarda Onun bədənin arzuladığı şeyi təmin etmək üçün Allahın qüdrətindən istifadə etmək idi. Biz yadda saxlamalıyıq ki, Allah ənam verəndə, onu sui-istifadə etməmək, lakin bunu Onun istədiyi kimi idarə etmək üçün ciddi məsuliyyətlərlə gəlir. Allah əmin olacaq ki, İsanın ehtiyacları qarşılanıb, lakin bu, Onun yolu ilə olmalı idi. İblis İsanı tərk edəndə mələklər gəldi və İsaya xidmət etdilər.

Gəlin İsanın Öz xidməti ilə bağlı nə dediyinə bir daha baxaq:

“Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər” (Yəhya 5:10).

“Görür” sözünə fikir verin. İsa Allahın iradəsindən kənar heç bir şey etmədi.

Quru vaxtlarda bizi şirnikləşdirmələrdən biri Allahın yolunu gözləmək əvəzinə bunu öz yolumuzla etmək olacaqdır. Bu, nəyisə Allahın təyin etdiyi vaxtdan əvvəl əldə etmək üçün Allahın gücündən istifadə etmək ola bilər. Döyüşdə komandirinin göstərişinə görə döyüşməyən bir əsgər təsəvvür edə bilərsənmi? Bu, həm əsgər və həm də onunla döyüşənlər üçün çox ciddi zərərlə nəticələnə bilər. Hazırlıq düşərgəsində və onun bütün məşqlərində o əsgər əmrlərə itaət etməyi öyrənir ki, o döyüş vaxtı ağılsızlıqla nə özü üçün və nə də digərləri üçün zərər riski olmasın.

Göylərin bizə açdığını unutmamaq çox vacibdir. Mənim belə düşündüyüm vaxtlar olacaq, mən cavabı indi almalıyam! Ya da, mən indi hərəkət etməliyəm; əgər bir şey etməsəm, hər şey dağılacaq! Əgər Allah sənə heç bir şey demir kimi görünürsə, bu, o demək deyil ki, O, səninlə danışmır! Demək istədiyim odur ki, Allah bir çox yollarla bizimlə maraqlanır. Bu misalda Onun “bildirdiyi” mesaj “Sənin indi heç bir şey etməyə ehtiyacın yoxdur” deməkdir. Həmin o vəziyyətlərdə biz Rəbbi gözləməli və məcburən nə isə etməməliyik:

Page 175: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ÇÖLLÜKDƏ QƏLƏBƏ 165

Rəbbə ümid bağla! Möhkəm və cəsarətli ol! Rəbbə ümid bağla! (Məzmur 27:14).

Əgər biz Ona deyil, diqqəti öz ehtiyaclarımıza yönəldiriksə, ruhdan düşmə və ağırlıq çökəcəkdir. Biz yayına və diqqəti özümüzün “yüngül əziyyətlərimizə” yönəldə bilmərik. Əksinə, biz gözlərimizi bizim əzi-yyətlərimizdə bizim üçün işləyən izzətin aşıb-daşan və əbədi yükünə dikməliyik (2 Korinflilərə 4:17).

Bizim görüntümüzü zəbt etməli olan önümüzdəki bu sevincdir.

Önümüzdə Sərilən Sevinc

“Ey qardaşlarım, müxtəlif sınaqlarla üzləşəndə bunu böyük bir sevinc hesab edin. Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçməsi dözüm yaradır. Dözüm də öz əməlini kamil etsin ki, siz yetkin və kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın” (Yaqub 1:2-4).

Sevinc, əziyyətlərə və sınaqlara tab gətirmək üçün bizə güc verən ruhani qüvvədir. Fikir ver ki, Kəlam deyir: “Sevinc hesab edin”. O demir: “Onun bir hissəsini sevinc və bir hissəsini kədər hesab edin”. Biz öz ürəklərimizdə sevinci və kədəri qarışdırmamalıyıq. Buna bu cür bax: Səndə doxsan doqquz həlqəli sevinc zənciri və sadəcə bir dənə kədər halqası ola bilər. Həmin zəncir o tək halqa qədər güclü olacaqdır. Sənə verilən vəziyyət üçün ehtiyacın olan gücü tapmaqdan ötrü yüz sevinc hissəsi və sıfır kədər hissəsi olmalıdır.

Sən və mən bilirik ki, hər şey çox gözəl gedəndə bunu “sevinc hesab etmək” asandır. Amma mətndə bunu demir. “Bunların hamısını sevinc” saymaq sınaq vaxtlarındadır – çöllükdə, təqiblərdə, çətinliklərdə, əziyyətlərdə və hər hansı digər bəlalarda. Allah bunu deyir, çünki O bilir ki “… Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir” (Nehemya 8:10). Bizi

Page 176: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

166 ALLAH, SƏN HARADASAN?!

qüvvətləndirən Onunla yaxın münasibətdə olmağın sevincidir. Mənim həyat yoldaşım və bütün ailəm – oğullarım, gəlinlərim və

nəvələrim – mənə sevinc gətirirlər! Bəzən elə vaxtlar olur ki, mən evdən uzaqda oluram və onların şəkillərini götürürəm. Bu, mənim ürəyimə se-vinc gətirməkdə heç vaxt tükənmir. Bu həmçinin mənə güc də verir.

Nehemya da öz adamlarına bunu deyirdi. Onlar çətin vaxtdan keçir-dilər, beləliklə, Nehemya hayqırdı: “Bu bəlaya görə kədərlənməyin – gö-zlərinizi Rəbbə dikin. Çünki siz Ona yaxınlaşanda, sevinc ürəklərinizi dolduracaq və bu, sizin üçün güc olacaq” (mənim parafrazam).

Həmd etmək diqqətini sənin özünə yönəlməkdən Rəbbə yönəlməsinə səbəb olacaq. Sınaqların içində qarşılaşdığımız güclü təzyiqə görə Allahın qabiliyyətini gözdən qaçırmaq çox asandır. Davud öz Məzmurlarının əksəriyyətini sınaqların içində olarkən yazmışdı. Allaha alşıq edərək, o, çox əlverişsiz, xoşagəlməz vəziyyətlərin içində güclü qala bilmişdi.

Yeşaya 61:3-də, Allah deyir ki, O, bizə “…Yas yerinə sevinc gətirən məsh yağı, kədərli ruh əvəzinə həmd libasını bəxş” edəcək.

Bu ayənin çox quraqlıq vaxtda mənim üçün çox məna kəsb etdiyini xatırlayıram. Mən evdə tək idim və ağırlıq çökdü. Oxumaq üçün Müqəd-dəs Kitabımı götürdüm və bunu çox çətinliklə edə bildim. Beləliklə, mən dua etməyə başladım və bunu etmək daha çətin oldu. Daxilimdə Allahın Ruhunun mənə belə dediyini hiss edə bilirdim: “Həmd ilahilərindən bir-ini oxut”. Beləliklə, mən səs sistemi olan otağa getdim və bir neçə həmd ilahisi oxutdum və birlikdə oxumağa başladım. Daha artıq şeyə ehtiyac var idi, beləliklə, mən Rəbb qarşısında rəqs etməyə başladım. Qəlbimdə o qədər ağırlıq var idi ki, bu sanki maye qurğuşun vasitəsilə rəqs etmək kimi idi. Deməyə ehtiyac yoxdur ki, mən mübarizə aparırdım.

Qarışıq ilahilər qurtardıqdan sonra mən eyni ilahiləri yenidən oxutmaq məcburiyyəti hiss etdim. İkinci dəfə mən nə oxuduğumu eşitməyə başladım. Qəflətən öz ürəyimdə İsanın taxtda bir baxışını və Onun böyük sevgisini gördüm. Sevinc mənim ruhuma dolmağa başladı və mən tamamilə əngəlsiz rəqs etməyə başladım. Fikir verdim ki, mənim gözlərim özümdən çəkilmiş və İsanın böyüklüyünə yönəlmişdi.

Page 177: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ÇÖLLÜKDƏ QƏLƏBƏ 167

İlk otuz dəqiqəni mən oxudum və rəqs etdim və bizim balaca evimizdə vəhşi adam kimi qaçdım. Ağırlıq qalxmışdı və mənim daxilimdən bundan sadəcə otuz dəqiqə əvvəl olmayan həyat və güc axırdı.

Mən Onu alqışladıqca mənim diqqətim Ona tərəf döndü. Mən Yeşayanın yazdığını təcrübədən keçirdim: “Sevinclə xilas mənbələrindən su çəkəcəksiniz” (Yeşaya 12:3) və Rəbbin sevinci vasitəsilə mən xilas quyularından güc çəkməyə başladım.

Həmd, gözlərimizi bizi əhatə edən vəziyyətlərdənsə, önümüzdə sərilən sevincə yönəltməyimizə kömək edir.

“Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran günahı tərk edib qarşımızdakı yarışda dözümlə qaçaq. Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək. O, qarşısına qoyulan sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə tab gətirdi və Allahın taxtının sağında oturdu. Günahkarlardan Ona qarşı olan bu qədər düşmənçiliyə dözən Şəxs barəsində düşünün ki, yorulub ruhdan düşməyəsiniz. Günaha qarşı etdiyiniz mübarizədə hələ qan töküləcək qədər möhkəm durmamısınız” (İbranilərə 12:1-4).

İsa heç bir vaxt və heç kəsin üzləşmədiyi ən böyük sınağı yaşadı. Yaxud nə vaxtsa Onun qarşısında sərilən sevincdən gözünü çəkməyərək dayanacaq ki, çarmıxa çəkilmənin ardınca gələn dirilmə olsun. Bu, Onun iztirablarına görə etdiyi itaətkarlığın ardınca gələn izzət idi və son nəticədə buraya səni və məni gətirib çıxaran çoxlu oğulları və qızları Onun Padşahlığına gətirməyi də daxil edir! Onun izləri ilə gedəndə biz də məhz belə edirik. Özünü inkar etmənin və bədəni çarmıxa çəkmənin ardınca dirilmə həyatı gəlir. Bədən iztirablarına görə - İsa ilə daha yaxın münasibətlər hasil etmək üçün zəruri kamillikdir! Çöllüyün çətinlikləri xaricində böyük izzət! Paul yazır: “Belə düşünürəm ki, çəkdiyimiz indiki əzablar bizə zahir olacaq izzətlə heç müqayisəyə gəlməz” (Romalılara 8:18).

Allahın izzəti Onun geri dönüşündən əvvəl imanlı cəmiyyətində aşkar ediləcək. Onun böyüklüyü o qədər böyük olacaq ki, o, bütün

Page 178: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

168 ALLAH, SƏN HARADASAN?!

şəhərləri və millətləri xilasa çəkəcək. Yer üzü əvvəllər heç vaxt Onun qüdrətinin nümayişini görməmişdi. Bu da onları təmizləməyə izin verən Məsihin ardıcıllarına zahir olacaq. Bu, böyük məhsula gətirib çıxaran Onun Ruhunun tökülməsidir və insan tərəfindən irəliləməsinə ehtiyacı yoxdur. Bu, Allahın qüdrəti və izzəti tərəfindən irəliləyəcək!

“Sevimlilər, sizi sınamaq üçün aranızda baş verən odlu imtahana sanki başınıza gələn qəribə bir iş kimi təəccüb etməyin. Əksinə, Məsihin əzablarına nə qədər şərik olursunuzsa, o qədər sevinin ki, Onun izzətli zühurunda hədsiz sevinəsiniz” (1 Peter 4:12-13).

Yenidən, bizim önümüzdə sərilən sevinc nədir? Bu, Məsihə itaət etmənin nəticəsi olaraq əzab çəkən bizlər üçün Onun izzətinin aşkar edilməsidir. Diqqət et ki, sənin əzab çəkməyinin səviyyəsi sənin sevinməyinin səviyyəsi olmalıdır. Onu bil ki, müqavimət nə qədər çoxdursa, izzət də bir o qədər çoxdur!

Öz Həyatını İtir

Dostum, müqavimət gələndə Allahı axtarmağını dayandırma! Mən bilirəm ki, O, həyatda səni çətin vəziyyətlərə götürəcək, çünki döyüş nə qədər böyükdürsə, Padşahlıq və sənin üçün qələbə də bir o qədər böyükdür. Lakin bu döyüşlərin ortasında həmişə bu təminatı önündə saxla:

“Siz insanın qarşılaşdığı sınaqdan başqa bir sınaqla qarşılaşmadınız. Allah sadiqdir və O sizi gücünüzdən artıq sınağa çəkilməyə qoymaz. Sınaqla yanaşı bu vəziyyətdən çıxış yolu ilə də təmin edəcək ki, tab gətirə biləsiniz” (1 Korinflilərə 10:13).

Hansı sınaqların təzahür etməsindən asılı olmayaraq, bunun vasitəsi ilə almağa və bunun vasitəsi ilə müvəffəqiyyətlə və izzətlə keçməyə sənin imkanın var. Əks tədqirdə, sən onunla üzləşməzdin; Allah buna izin verməzdi!

Page 179: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ÇÖLLÜKDƏ QƏLƏBƏ 169

Əgər həyatını sevirsənsə, sən çətin yerlərdə buraxacaqsan. Sən öz axtarışını sonlandıracaq və səmərəsiz həyat tərzində qərarlaşacaqsan.

Vəhy 12:11 deyir: “Onlar Quzunun qanı və öz şəhadət sözləri vasitəsilə Ona qalib gəldilər. Hətta ölümlə üzbəüz olanda da öz canlarını sevmədilər”.

Allahın iradəsindən daha çox özlərinin qayğısına qalanlar öz həyatlarını sevənlərdir və İsa deyir: “Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənə görə canını itirirsə, onu qoruyacaq” (Matta 16:25).

Gələcək günlərdə baş verənlərə tap gətirməyin tək yolu öz həyatını itirməkdir. Mən sizin irəliləyərək davam etməyinizi xahiş edirəm “Bunlar yuxarıdan üzərimizə Ruh tökülənədək davam edəcək. O vaxt səhra məhsuldar tarlaya, məhsuldar tarla isə meşəyə dönəcək” (Yeşaya 32:15).

Çöllük müharibə silahlarımızı yerə qoyduğumuz və təslim olduğumuz yer deyil! Ora Rəbbin iradəsini yerinə yetirmək üçün bizim güclü, cəsarətli və cəsur olmalı olduğumuz yeridir. Ora, bizim özümüzü Allaha təslim edəcəyimiz və davamlı olaraq iblisə qarşı duracağımız yerdir.

Əgər sən indi çöllükdəsənsə, Allah səni bu yerə gətiribdir ki, öz ürəyində nə olduğunu biləsən. Mən əvvəlcə dəfələrlə fikirləşirdim ki, iblisin sınaqları həqiqətən mənim həyatımın hansısa gizli sahələri ilə idi və bunlar da Məsihə verilməli idi.

Səmavi mükafatı axtarmağa davam etdikcə, bu sözləri yadda saxla:

“Bizi həmişə Məsihin zəfər təntənəsində addımladan .. Allaha şükür olsun! ” (2 Korinflilərə 2:14).

“Məsihin məhəbbətindən bizi kim ayıra bilər? Əziyyətmi, sıxıntımı, təqibmi, aclıqmı, çılpaqlıqmı, təhlükəmi, qılıncmı? Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq” (Romalılara 8:35,37).

“Rəbbimiz İsa Məsih vasitəsilə bizə qələbə bəxş edən Allaha şükür olsun!” (1 Korinflilərə 15:57).

Page 180: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

170 ALLAH, SƏN HARADASAN?!

Onu axtarmaqdan əl çəkmə. Təslim olma. Vəziyyətlərin necə görünməsindən asılı olmayaraq, Onun sənə verdiyi görüntünü qoru.

Yusif üçün quyuda və daha sonra yad ölkədə o yeraltı həbsxanaya atılarkən ümidsiz kimi görünürdü. Onun həyatı bitmiş kimi görünürdü. Necə ola bilər ki, onun bir gələcəyi olsun? Yadda saxla, amma “Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün yox. Çünki Allah üçün hər şey mümkündür” (Mark 10:27).

Səninlə də eyni - nə qədər çətin olursa olsun, yadda saxla: “Bacarırsansa” nə sözdür? İman edən üçün hər şey mümkündür!” (Mark 9:23).

Qarşında sərilən sevinci izlə, bu, Onun səndə təzahür edən izzətidir. Bu, üzləşəcəyin sınaqlarda bunların öhdəsindən gəlmək üçün sənə güc verəcək. Onu bütün qəlbinlə axtarmağa davam et və Öz Sözü vasitəsi ilə Öz Ruhu ilə sənə nə dediyinə inan. Sən qələbəni çöllükdə yaşayacaqsan.

“Sizi büdrəməkdən qoruyub Öz izzətli hüzuruna böyük sevinclə nöqsansız çıxarmağa qadir olan Xilaskarımız, yeganə Allaha Rəbbimiz İsa Məsih vasitəsilə əzəldən bəri, indi və əbədi olaraq izzət, əzəmət, qüdrət və səlahiyyət olsun! Amin” (Yəhuda 1:24-25).

Page 181: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

MÜZAKİRƏ SUALLARI

Əgər sən bu kitabı «Çöllük» ilə birlikdə oxuyursansa və ya əlbəttə (bu, əla ideyadır!), hər həftəlik video dərsə baxmağını və bir qrup olaraq uyğun gələn müzakirələri açmağını məsləhət görürəm. Video dərslər paralel olacaq və bu kitabdan olan əsas mövzular gücləndiriləcək, buna görə bu, bütün iştirak edənlər üçün çox ideal olacaq, hər ikisi dərslərə baxır və kitabı oxuyurlar.

Uğurlar!

Dərs 11-ci Fəsli Oxu

1. Allahın hər yerdə olması ilə hüzurunun zühur etməsi arasında fərq nədir? Bunlar arasında fərqi başa düşmək nə üçün bizə kömək edər?

2. Nə üçün içində olduğumuz fəsli ayırd edə bilməyimiz və çöllük fəslində olub-olmadığımızı bilməyimiz bu qədər çox vacibdir?

3. Səncə nə üçün şeytan bilərəkdən günah etməyimiz üçün şirnikləşdirmək və ya imanımızdan dönmək üçün çöllük fəslindən istifadə edir?

4. Allah nə üçün çöllük fəslinin uzadılmasına izin verər?

Dərs 22-ci və 3-cü Fəsilləri Oxu

1. Çöllüyün bir neçə məqsədi var. Bu dərsdə sadalanan yeddi məqsəddən hansı səni daha çox əks etdirir və nə üçün?

Page 182: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

172 MÜZAKİRƏ SUALLARI

2. Nə üçün çöllükdə Allaha itaət etməyin ruhən böyüməyə səbəb olduğunu düşünürsən?

3. Çöllük, özünü kəşf etmə vaxtıdır. Çöllükdə özün və Allahla yeriməyin haqqında hansı şeyləri öyrənmisən?

4. Bu təvazökarlaşdırma müddətində öz gücünü Allahda tapmağı öyrəndinmi?

Dərs 3 4-cü Fəsli Oxu

1. Vəd və onun həyata keçməsi arasında həmişə bir proses var. Bu prosesin nə üçün əhəmiyyətli olduğunu düşünürsən?

2. Vəd prosesinin sənin həyatında işlədiyini görmüsənmi?

3. Nə üçün düşünürsən ki, Allahın sənə prosesi təcrübədən keçirmək-dən əvvəl vədi verir?

4. Həyatın üçün beşillik bir plandansa, Allahın vədinə malik olmağın nə üçün vacibdir?

Dərs 45 və 6-cı Fəsilləri Oxu

1. Şaul və Davudun həyatlarını müqayisə etmək, çöllük vasitəsilə Allahın bizi saflaşdırmasının əhəmiyyətli olduğunu başa düşməyimizə necə kömək edir?

2. Qızılı saflaşdırmaq onu daha elastik edir və Allahın bizi saflaşdır-ması bizi Ona qarşı daha zərif edir. Allaha qarşı daha zərif olmağın nə demək olduğunu izah et.

Page 183: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

MÜZAKİRƏ SUALLARI 173

3. Allahın saflaşdırma prosesi gizli günahı və ya zəifliyi aşkar edəndə, bizim cavabımız necə olmalıdır?

4. Saflaşdırma prosesi İsanı daha aydın açmaqda bizə necə izin verir?

Dərs 57-ci Fəsli Oxu

1. Allah nə üçün deyinməyə nifrət edir? Hazırda şikayət etmək sənin həyatında nəyə bənzəyir?

2. Malaki deyinənləri ilə Yeremya deyinənləri arasındakı fərq nədir? Nə üçün Allah bir qrupa görə məyus idi, lakin Yeremyanın deyinənlərinə cavab verdi?

3. Məhkəmə qərar deməkdir, mühakimə yox. Allahın evində məhkəmə başlayanda, Onun xidmətinə kimin layiq olub-olmadığına qərar. Allah bu qərarı verərkən səncə nəyə baxır?

4. Allah xidmətə uyğun olan qablar axtarır. Çağırılmışlar və seçilmişlər arasındakı fərqi necə təsvir edə bilərsən?

Dərs 6 8-ci Fəsli Oxu

1. Əzab çəkmənin bir hədiyyə olduğunu eşidəndə sənin ilk münasi-bətin nə idi? Dərsin axırında sənin perspektivin necə dəyişdi?

2. Allah sənin daşıya biləcəyindən artıq sınağa çəkilməyinə izin verməyəcək. Bu, səni necə ruhlandırır?

3. Allah səni hazırkı gücündə tərk etməyəcək. Bu, Allahın sənin həyatın üçün olan planı haqqında sənə nə öyrədir?

4. Hal-hazırda sınaqlardan keçməyimizə Allah izin verir və bu da sabah üzləşəcəyimiz təzyiqi təqlid edəcək. Allah sənin gələcəyin

Page 184: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

174 MÜZAKİRƏ SUALLARI

haqda nədən danışırdı ki, bu, indi sənin sınaqlarında hiss etdiyin təzyiqi başa düşməkdə sənə kömək edəcək?

Dərs 7 9-cü Fəsli Oxu

1. Allahın ardınca getmək həmişə məna vermir. Allah Özünün şeyləri ənənəvi yollarla etməsini “pozanda” Ona etibar etmək nə üçün çətindir?

2. Allah sənin cədvəlinə görə hərəkət etməyəndə sən necə hiss edirsən? Allahın vədi gecikmiş görünəndə sən hansı təzyiqləri və tovlamaları hiss edirsən?

3. Bu həqiqəti öz həyatında açıqca necə gördün: Bədən tərəfindən doğulan şey bədən tərəfindən dəstəklənməlidir? Bu, Allahın sənin vasitənlə törətdiyindən nə ilə fərqlənir?

4. Öz həyatında Allahın yolu ilə getdiyindən əminliyi sənə nə verir?

Dərs 8 10-cu Fəsli Oxu

1. Çöllük, Allahın Özünü açdığı, aşkar etdiyi yerdir. Onda nə üçün Allah bu fəsildə həmçinin uzaqda hiss olunur?

2. Birinci Allahın xeyir-dualarını axtarmaq yerinə, Allahı axtarmaq necə görünür?

3. Sənin vədinin və ya çağırışının Allahın Özündən daha vacib olduğu an nə üçün təhlükəlidir?

4. Sən Allahın Müqəddəs Yazıların qəhrəmanlarına Özünü necə açmasının nümunəsini görəndə, bu, sənin öz vəhşi təbiət mövsümündən alacağını gözlədiyin şeyi necə dəyişir?

Page 185: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

MÜZAKİRƏ SUALLARI 175

Dərs 911-ci Fəsil

1. Xüsusilə ruhani quru vaxtlarda təsəlli üçün hara getdiyimizə diqqət yetirməyimiz nə üçün vacibdir?

2. Biz duaya və Müqəddəs Yazılara daha dərindən girişəndə, xüsusilə də bunu etmək istəmədiyimiz bir vaxtda, bu, bizim ruhani köklərimizi necə gücləndirir?

3. Sənin məhsuluna bilavasitə məhsul qabağı zahir olan hücumun gəldiyini bilərək, necə təşviq edirsən?

4. Allahın sadiqliyi üzərində düşünmək nə üçün çöllük fəslini dəyişir?

Dərs 10 12-ci Fəsli Oxu

1. Çöllük səni fəsil dəyişikliyinə necə hazırladı?

2. Dəyişiklik nə üçün çətindir? Dəyişikliyə uyğunlaşmaqda adətən ən böyük maneə nədir?

3. Şərab tuluğunu yeniləmə prosesində sənin üçün ən çox xoşuna gələn şey nə idi? Nə üçün bu, sənin xoşuna gəldi?

4. Yenini əldə etmək üçün biz köhnəni buraxmalıyıq. Yenini əldə etmək üçün hansı şeyləri buraxmalısan?

Page 186: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini
Page 187: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ƏLAVƏ

XILAS HAMIYA AÇIQDIR

Əgər sən İsanın Rəbb olduğunu dilinlə iqrar edib Allahın Onu ölülər arasından diriltdiyinə ürəkdən inansan, xilas olacaqsan. Çünki insan ürəkdən iman etməklə saleh sayılır və dili ilə iqrar etməklə xilas olur.

– Romalılara 10:9-10

Allah, sənin öz həyatını Onun dolğunluğunda yaşamağını istəyir. O, sənin üçün və sənin həyatın üçün malik olduğu planı barədə alovludur. Amma öz taleyinə səyahətə başlamaq üçün yalnız bir üsul var: Allahın Oğli İsa Məsih vasitəsi ilə xilası alaraq.

Onun Padşahlığına sevimli oğlu və ya qızı kimi girmək üçün İsa Məsihin ölümü və dirilməsi vasitəsi ilə Allah sənin üçün yol açıb. İsanın çarmıx üzərindəki Qurbanı azad mümkünatda həyatı sənin üçün əbədi və bol edib. Xilas–bu, Allahın sənə hədiyyəsidir; sən bunu qazanmaq və ya buna layiq olmağın üçün nə isə bir şey edə bilməzsən.

Bu qiymətli hədiyyəni almaq üçün, sən əvvəlcə Yaradanının qarşısında öz həyatdakı günahını etiraf etməlisən, çünki bu, sənin etdiyin bütün günahların köküdür. Bu tövbə xilası almaq üçün çox həyati vacibdir. Peter aydın izah etdi ki, Həvarilərin İşləri Kitabında beş min nəfər xilas olmuşdu: «Beləliklə, günahlarınız silinsin deyə tövbə edib Allaha tərəf dönün» (Həvarilərin İşləri 3:19). Müqəddəs Yazılar hər birimizin günahın köləsi kimi doğulmağımızı bəyan edir. Bu köləliyin kökü bilərəkdən itaətsizlik nümunəsi olan Adəmdən gəlir. Tövbə - bu,

Page 188: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

178 ƏLAVƏ

öz-özünə və yalanın atası olan şeytana itaət etməkdən dönüb sənin yeni Müəllimin olan İsa Məsihə itaət etməyi seçməkdir. O, sənə görə Öz həyatını qurban verib.

Sən öz həyatının rəhbərliyini İsaya verməlisən. İsanı «Ağa» etmək o deməkdir ki, sənin həyatına (ruhuna, canına və bədəninə) hakim olması haqqını sən Ona verirsən. Sənin həyatın üzərində Onun hakimiyyəti şərtsiz olur. Sən bunu etdiyin həmin anda Allah səni qaranlıqdan azad edir və səni Onun Padşahlığının işığına və izzətinə köçürür. Sən sadəcə ölümdən həyata keçirsən–sən Onun balası olursan!

Əgər sən İsa vasitəsi ilə xilası almaq istəyirsənsə, onda bu sözlərlə dua edin:

Ey göylərdə olan Allah, günahkar olduğumu və Sənin saleh standartını doğrultmadığımı etiraf edirəm. Öz günahıma görə əbədiyyətdə mühakimə olunmağıma layiqəm. Təşəkkür edirəm ki, Sən məni bu vəziyyətdə qoymadın, çünki Sən Bakirə Məryəmdən doğulan Vahid Oğlun İsa Məsihi mənə görə ölməsi və mənə oxunan hökmü çarmıxda daşımaq üçün göndərmisən.

Mən inanıram ki, O, üçüncü gündə dirilib və indi mənim Rəbbim və mənim Xilaskarım kimi Sənin sağ tərəfində oturub.

Bu gün Səndən müstəqil şəkildə olan öz həyatımdan tövbə edirəm və həyatımı ağalıq etməsi üçün tam olaraq İsaya verirəm.

İsa, mən Səni öz Rəbbim və Xilaskarım kimi etiraf edirəm. Sən Öz Ruhun vasitəsi ilə mənim həyatıma gəl və məni Allahın övladı et. Mən nə vaxtsa saxladığım qaranlıqdan imtina edirəm və bu andan daha özüm üçün yaşamayacağam. Amma əbədi yaşamağıma görə Özünü mənə görə fəda edən Sənin üçün Sənin mərhəmətinlə yaşayacağam.

Rəbb, təşəkkür edirəm; indi mənim həyatım tamamilə Sənin əlindədir və Sənin Sözünə görə mən heç vaxt utanmayacağam. İsanın ismi naminə, amin.

Page 189: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

ƏLAVƏ 179

Allahın ailəsinə xoş gəlmisən! Sənin bu ecazkar yeniliyini başqa imanlılarla bölüşməyini sənə təklif edirəm. Həm də sənin yerli imanlı cəmiyyətinə qoşulmağın və başqa imanlılarla ünsiyyətdə olmağın çox vacibdir. Bu, yeni imanında səni ruhlandıra bilər. Sizin rayonunuzda imanlı cəmiyyətinin axtarışında bizim nazirliyə (MessengerInternational.org-a gəl) müraciət etməyə utanma. Sən elə indicə ən gözəl səyahətə yola düşmüsən.

Sən vəhydə, lütfdə və Allah ilə dostluqda hər gün böyüyürsən!

Page 190: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini

Daha çox şey istəyirsiniz? Bu sayta girin Cloud Library.org

Cloud Library, dünyadaki pastorların və liderlərin öz dillərində müxtəlif materiallarına girmələrinə imkan verir.

CloudLibrary.org saytına Con və Lisa Beverin 100 dildə olan daha çox materialını endirmək üçün daxil olun.

E-kitablar, video və audio öyrədişlər, audio kitablar, Müqəddəs Kitablar.

Mesencer İnternaşınal (Messenger International) imanlıların, ailələrin, kilsələrin və millətlərin Allahın dəyişdirən gücünü tərcübə etməyinə kömək etmək istəyir. Bu reallaşdırma, həyatınızın, cəmiyyətinizin dəyişməyinə və dünyamızdaki ədalətsizliyə qarşı gəlməyinizlə nəticələnəcək.

Page 191: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini
Page 192: d2fkjcqvqdmu0s.cloudfront.net · vaxtı var” (Vaiz 3:1). Bizim həyatımızda fəsillər var və hər bir fəslin öz məqsədi var. Düzgün hərəkət etmək üçün fəslin məqsədini