Microsoft office power point presentation n
-
Upload
shaig-khaligli -
Category
Design
-
view
80 -
download
0
description
Transcript of Microsoft office power point presentation n
MİRZƏ FƏTƏLİ AXUNDZADƏ
200
Azərbaycan ədəbiyyatıda yeni bir eranın başlanğıcını qoymuşdur
İctimai maarifçilik hərəkatının ideoloqudur
Ədəbi tənqidimizin banisidir
Əlifba islahatçısıdır
Azərbaycan dramaturgiyasının, yeni tipli bədii nəsrin banisidir
Azərbaycan teatrının əsası 1873-cü ildə onun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası ilə qoyulmuşdur
Mirzə Fətəli Axundzadə 1812-ci il iyun ayının 30-da Şəki şəhərində anadan olmuşdur. Onun atası Mirzə Məhəmmədtağı Təbriz vilayətinin Xamnə qəsəbəsindən idi.
Məhəmmədtağı Arazqırağı kəndləri gəzib xırdavat sata-sata o zaman cənubi azərbaycanlıların çox olduğu ŞƏKİ şəhərinə gəlir. Burada xüsusi hörmət və nüfuzu ilə seçilən Axund Ələsgərlə tanış olur və onun qardaşı qızı Nanə xanımla evlənir
Bir il sonra onların oğlu dünyaya gəlir. Uşağın adını Fətəli qoyurlar Ailə 1814-cü ilə qədər Şəkidə yaşayır. Həmin il Məhəmmədtağı Nanə xanımı və 2 yaşlı Fətəlini götürüb XAMNƏyə, əvvəlki ailəsinin yanına köçür
Xamnədə Nanə xanımın vəziyyəti çox ağır keçir. Ərinin birinci arvadı ilə tez-tez didişmələr olur. 4 ildən sonra oğlu Fətəli ilə birgə Qaracadağ mahalında yaşayan əmisi Axund Ələsgərin yanına gəlir. Elə bu vaxtdan Fətəli Axund Ələsgəri özünün ikinci atası hesab edir.
1832-ci ildə Axund Ələsgər Məkkəyə ziyarətə getdiyi vaxt Fətəlini Gəncəyə gətirib molla Nüseyn Pişnamazzadədən xahiş edir ki,ona dini elmlərdən dərs versin. Fətəli burada şair və xəttat Mirzə Şəfi Vazehlə tanış olur, ondan nəstəliq yazısını öyrənir. Bu tanışlıq onun dünyagörüşünə müsbət təsir göstərir.
Bir gün bu möhtərəm şəxs məndən soruşdu: -- Fətəli, elmləri təhsil etməkdə məqsədin nədir? Cavab verdim ki, ruhani olmaq istəyirəm. Dedi: --Sən də riyakarmı olmaq istəyirsən? Təəccüb elədim və heyrət etdim ki,bu nə sözdür? Mirzə Şəfi mənim halıma baxaraq dedi: -- Fətəli, öz həyatını bu qaraguruhun içərisində puç etmə! Başqa bir məşğuliyyət qəbul et!
Ruhanilikdən əl çəkən Mirzə Fətəli
1833-cü ildə ŞƏKİdəki ibtidai rus
məktəbinə daxil olur və rus dilini
öyrənməyə başlayır
1834-cü ildə Axund Hacı Ələsgər Mirzə
Fətəlini Tiflisə gətirib Qafqazın
baş hakimi baron Rozenin
dəftərxanasında Şərq dilləri üzrə
mütərcim şagirdi düzəldir.
Mirzə Fətəli ömrünün sonuna kimi mütərcim vəzifəsində çalışır.
O, Rusiya-İran, Rusiya-Türkiyə dövlətləri arasında aparılan bəzi diplomatik danışıqlarda iştirak edir.
M.F. Axundzadə1836-cı ildən 1840-cı ilə qədər Tiflis qəza məktəbində türk dili müəllimi işləmiş, sonra isə öz yerini müəllimi Mirzə Şəfi Vazehə vermişdir.
1848-ci ilin noyabr ayında M.F. Axundzadə Nəsrəddin şahın taxta çıxması münasibətilə general Şellinqlə birlikdə I Nikolayın şəxsi məktubunu ona aparmışdır. Həmin vaxt o, Təbriz və Tehran şəhərlərini gəzmiş, Xamnədə yaşayan qohumları ilə görüşmüşdür. Nəsrəddin şah I Nikolay
Təbriz Tehran
1857-ci ildə Ərəb qrafikası əsasında yeni əlifba layihəsi tərtib etmişdir. 1863-cü ildə İstanbula getmiş və bu layihəni Türkiyənin baş naziri Fuad paşaya təqdim etmişdir.Müsəlman ölkələri üçün nəzərdə tutulmuş bu layihə"Cəmiyyəti-Elmiyyeyi-Osmaniyyə"də müzakirə edilmlş, lakin qəbul olunmamışdır. Sonradan M.F. Axundzadə latın qrafikası əsasında yeni əlifba layihəsi hazırlamışdır. Bu mənada o,indiki latın qrafikalı Azərbaycan əlifbasının ilk təşəbbüskarı, banisi sayılır.
M.F. Axundzadə 1865-ci ildə "Kəmalüddövlə məktubları" adlı bədii-fəlsəfi əsərini yazmış, onu 1866-
cı ildə dostu Mirzə Yusif xanla fars dilinə, 1874-cü ildə isə Adolf Berje ilə rus dilinə çevirmiş, lakin ciddi ictimai-siyasi məzmunu, böyük təsiredici gücü
olan bu əsəri sağlığında cap etdirə bilməmişdir.
M.F. Axundzadə 1842-ci ildə Axund Hacı Ələsgərin qızı Tubu xanımla evlənmişdir. Onların 13 övladı olmuş, bu uşaqların 11-i çox tez vəfat etmiş, bir oğul, bir qız olmaqla yalnız 2-si müəyyən ömür sürmüşdür.
Rəşidbəy Axundov (oğlu)
40 ildən artıq Qafqaz canişinliyində tərcüməçi işləməklə Rusiya dövlətinə xidmət edən M.F.Axundzadə ömrünün axırlarında əsassız yerə günahlandırılmış, qulluqdan uzaqlaşdırılmışdır. 1877-ci ildə ağır ürək astma xəstəliyinə tutulmuş və 1878-ci il fevral ayının 28-də vəfat etmişdir. Vəsiyyətinə görə Tiflisdə müsəlman qəbiristanlığında öz müəllimi --Mirzə Şəfinin yanında dəfn olunmuşdur.
M.F. Axundzadə şair kimi də
tanınır. O şeirlərini SƏBUHİ (sübh adamı) təxəllüsü ilə yazırdı. Onun çap olunmuş ilk əsəri"Şərq poeması" və ya "Matəm qəsidəsi" adlı mərsiyəsi farsca yazılıb. Müəllif özü rus dilinə tərcümə edib. 1837-ci ildə Moskvada "Moskovskiy nablyudatel"məcmuəsinin 11-ci sayında dərc olunmuşdur. Qəsidə böyük rus şairi Puşkinin ölümünə həsr olunub.
"Zəmanədən şikayət" şeirində öz həyatı, dost -tanış vəfasızlığı,dostun düşmənə çevrilməsindən bəhs edir. Tiflis mühitindən, özünün də ora getmək istəyindən bəhs olunur
"Yeni əlifba haqqında mənzumə" farsca yazılıb ,avtobioqrafik məzmunludur.
Tənqidi ruhlu şeirləri "Molla ƏLİ""Hekayəti-Seyyid molla Ələm Səlyani""Həcvi- Əbdürrəsul xan"
Azərbaycan dilində yazdığı şeirləriLirik şeirləri (məhəbbət mövzusunda)Mənzum məktublarıMədhiyyələri
1850-1855-ci illərdə 6 komediya yazmışdır. Bununla Azərbaycanda, ümumiyyətlə, Yaxın Şərq ədəbiyyatında dramaturgiyanın əsasını qoymuşdur
Komediyaları
Dramaturgiyası (1850-1855)
1."Hekayəti-Molla İbrahimxəlil kimyagər"
Avamlıq, gerilik, fırıldaqçılıq tənqid olunur
Nuxulular
Səfər bəy (mülkədar)
Hacı Kərim (zərgər)
Ağa Zaman (dəllək-həkim)
Molla Salman (molla)
Məşədi Cabbar (sələmçi)
Hacı nuru (şair)
Molla İbrahimxəlil
2."Hekayəti-Müsyo Jordan həkimi nəbatat və dərviş Məstəli şah caduküni məşhur" (1850)
İdeyası avamlığın və cadugərliyin tənqididir.
Hatəmxan ağa
Mülkədar
Ağıllı, bacarıqlı
Qonaqpərvər
Şahbaza atalıq edən əmidir
Müsyo Jordan
İlk qərbli surət
Nəbatat alimi
Vətənpərvər surətdir
Azərbaycan təbiətinə vurğundur
Şahbaz
Ərəb, fars, rus dillərini bilir
Arzusu fransız dilini öyrənmıkdir
Hatəmxan ağanın qardaşı oğludur
Qərb mədəniyyətinə
yiyələnmək istəyirQamışlıqdan
uzaqlaşmaq
Ad-san qazanmaq
Fransaya getmək
Qadın surətləri
Şəhrəbanu (ana) Şərəfnisə
(qızı)
Xanpəri (qulluqçu)
Tədbirli qadın
Qonaqpərvər
Açıqürəkli
Daxilən saf
Avam, hər şeyə tez inanan
Komediyanın sujet və kompozisiyası (4məclis)
I ekspozisiya
II zavyazka düyün
III kulminasiya
IV açılış (razvyazka)
V final
Paris xəbəri
Şəhrəbanu xanımın qəti etirazı, Məstəli şaha müraciəti
Məstəli şahın Parisi dağıtması
Müsyo Jordanın Parisə getmək cəhdi
Əlvida Paris
3. Hekayəti-xırs quldurbasan (1851)
Ailə-məişət mövzusundadır.
İdeyası azad, qarşılıqlı məhəbbətin təbliği və qadın hüqüqsuzluğunun tənqididir.
Hadisələrin təsviri Şəmsəddin mahalında baş verir
Bayram Pərzad+
MƏRD
NAMUSLU
AÇIQÜRƏKLİ
ZALXA SURƏTİ
TARVERDİ
QORXAQ
YALANÇI
İKİÜZLÜ
KÜTBEYİN
MƏŞƏDİ QURBAN
4. Hekayəti-vəziri-xani Lənkəran və ya Hekayəti-vəziri-xani Sərab komediyası(1851)
22 mart 1873-cü ildə bu əsərlə Azərbaycan teatrının bünövrəsi qoyuldu. H.Zərdabi və N.Vəzirov
səhnələşdirdi.
1.Ailə-məişət mövzusundadır. 2.İdeyası hakimlərin, saray xadimlərinin bacarıqsızlığı, yaltaqlığın və siyasi sistemin tənqididir.
Tənqid hədəfləri
Lənkəran xanı Vəzir Mirzə Həbib
NADAN
AĞILSIZ
ZALIM
GÜLÜŞ HƏDƏFİ
YALTAQ
İKİÜZLÜ
Bunlara qarşı qoyulur
Teymur ağa
MƏRD
ƏDALƏTLİ
Şölə xanım
Nisə xanım
Qadın obrazları
5.Hekayəti-mərdi xəsis və ya Hacı Qara (1852)
Hacı Qara
XƏSİS
QORXAQ
TAMAHKAR
ACGÖZ
KOMİK
Heydər bəy
DRAMATİK
Qayğıkeş ana Tükəz
1. Mövzu xəsislikdir.2. İdeyası -- xəsisliyin, acgözlüyün tənqididir.3. Bu əsərlə də milli teatrın əsası qoyuldu.
6. Mürafiə vəkillərinin hekayəti(1855)
HACI QAFUR
Bacısı Səkinə xanım Ağa Həsən
Əziz
İradəli
AğılliTənqid
hədəfləri
Halvaçı ağa Mərdan
Yalançı şahidlər
Mövzusu Cənubi Azərbaycan həyatından götürülüb və məhkəmə sistemi tənqid olunur.
Xeyir Şər üzərində qələbə çalır.
Mürafiə vəkilləri Səkinə xanım
"Aldanmış kəvakib" povesti və ya "Hekayəti- Yusif şah" (1857)
1.Yeni realist bədii nəsr, müasir povest janrının əsası qoyuldu.
2.Məzmunu I Şah Abbasın saray tarixçisi İsgəndər bəy Münşinin "Tarixi-aləmarayi-ABBASİ" kitabından götürülüb.
3.M.F.Axundovun maarifçilik ideyaları əks olunub.
4.İdeyası şahlıq üsul idarəsinin, mütləqiyyət quruluşu və despotizmin tənqidi, şahların və saray xadimlərinin ifşasıdır.
Şah Abbas (20-21 yaşında)
Yusif Sərrac ( at yəhəri düzəldən)
Ağılsız, qabiliyyətsiz
Xəzinə boşalır, idarə edə bilmir.
Qəddar, rəhmsiz
Bir oğlunu öldürür, ikisininin
gözünü çıxarır.
İslahat işləri
Vəzirlər zindanda
Münəccimliyin ləğvi
Vergilərin miqdarını azaldır
Dini vergiləri azaldır
Məktəblər, xəstəxanalar
açdırır
İki həftəlik hakimiyyət müddətində
Hadisələr Qəzvin şəhərində baş verir.
M.F.Axundzadənin xatirəsi xalqımız tərəfindən əbədiləşdirilmişdir.
2012-ci il M.F.Axundzadə ili elan olunub.
Şəkidə AXUNDOVUN EV MUZEYİ
Tbilisidə ev muzeyinin qarşısında xatirə lövhəsi
1962-ci ildə 150 illik yubileyi təntənəli qeyd olunub.Məmməd Cəfər Cəfərov və Əhmədağa Qurbanovun ssenarisi əsasında görkəmli ədibə həsr olunmuş sənədli film çəkilmişdir.
Ən böyük milli kitabxanamız M.F.Axundzadənin adını daşıyır.
M.F.Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet Teatrı
Bakıda M.F.Axundzadə adına məktəb
Şəkidə M.F.Axundzadə prospekti
Bakıda, respublikamızın bir çox rayonlarında,o cümlədən İsmayıllıda M.F.Axundzadənin adını daşıyan küçə və prospektlər var
Bakıda abidəsi heykəltaraş Pyotr Sabsay tərəfindən 1930-cu ildə qurulub
150 illiyi münasibətilə buraxılmış poçt markası Bakıda Axundov bağı
Hazırladı: 1 saylı orta məktəbin müəllimi M.Mehriban